Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə93/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   89   90   91   92   93   94   95   96   97

Nizami Tağısoy
288
əsgəri qüvvə ilə qaraçaylıların üzərinə yerimişlər. Qüvvələr nis-
bəti qeyri-bərabər olduğundan onların qarşısında üç ay tablayan 
qaraçaylılar məğlubiyyətə uğramışlar. Bundan sonra 1921-1926-
cı illərdə qaraçaylılar nisbətən stabil həyat sürməyə başlamış, la-
kin 1926-1928-ci illər arasında xalqın bir sıra elm adamları, yazı-
çılar, şairlər, həkimlər, din xadimləri və ziyalılar edam edilmişlər.
Alman-rus müharibəsi başlamazdan əvvəl Qaraçayda NKVD 
birlikləri ilə Qaraçay generalları arasında ixtilaflar davam etmək-
dəydi.  Stalin  tərəfindən  1929-cu  ildən  məcburən  başlanan  kol-
lektivləşmə Qaraçayda ciddi müqavimətlərlə qarşılanmışdı. Belə 
mübarizə şəraitində qaraçaylılar tarixən onlara məxsus olan əm-
lakdan əl çəkmək zorunda qalmışdılar. Elə buna görə də 1929-
1930-cu illərdə Qaraçay-malkarlar mövcud hakimiyyətə qarşı üs-
yan etmişdilər. Qanlı döyüşlərdə onlar burada bir sıra əraziləri öz 
nəzarətlərinə götürə bilmişlər. Tezliklə ruslar, Sovet hökuməti öz 
strategiyasını dəyişərək kolxoz sisteminin aradan qaldırılacağına 
və  özəl  mülkiyyətin  bərqərar  olması  ilə  bağlı  vədlər  vermişlər. 
Stalinin bu sözünə inanan qaraçaylılar mübarizədən əl çəkməyə 
meylli olmuşlar. Əvəzində rus ordusu geniş miqyaslı əməliyyatlar 
həyata keçirməklə, qaraçaylıların bir hissəsini güllələmiş, başqa 
bir hissəsini edam etmişdir. Bunun ardınca Sovet rəhbərləri Qa-
raçay kommunistlərini də təqib edib 1936-cı ildə edama məruz 
qoymuşlar. 1938-ci ildə Qaraçayda, demək olar ki, idarə  və təş-
kilatlarda çalışa biləcək hər hansı bir qaraçaylı tapmaq mümkün 
deyildi.
Alman-rus müharibəsi zamanı münasibətlər daha da tarım-
laşmışdı. Almanlar Qafqaza  girdikləri zaman ilk dövrlərdə Qızıl 
Ordu onların qarşısında tablaya bilməmiş və qaraçaylılar – mal-
karlarla birlikdə ruslara istədikləri kimi divan tutmağa müvəffəq 
olmuşlar. Almanlar bu bölgəyə girdikdən sonra Qaraçay-Malkar-
ların heç nəyinə – dininə, özəl mülkiyyətinə, adət və ənənələrinə 
toxunmamışdılar.  Məscidlər  yenidən  açılmışdır.  Həyat  yenicə 


Qaraçay  ədəbiyyatı
289
öz məcrasına düşdüyü zaman almanlar bu ərazilərdən çəkilmək 
məcburiyyətində qalmışlar.  Qızıl Ordu dəstələri Qaraçay-malka-
ra girərək buranı darmadağın  etmiş, kəndləri viran qoymuşlar.
1943-1944-cü  illərdə Stalin tərəfindən verilmiş bir  sıra qə-
rarlara görə Qaraçay-malkarlar öz ata yurdundan Orta Asiyanın 
müxtəlif  ərazilərinə  sürgün  edilmişlər.  Onları  gecə  saatlarında 
yatdıqları yerdə eşelonlara doldurub, Orta Asiyanın müxtəlif böl-
gələrinə  dağıtmış,  səpələmişlər.
Bütün  bunlar  repressiyaya  və  sürgünə  münasibətlərin  zid-
diyyətli olduğunu sübut edir. Rusların, Stalin siyasətinin bu is-
tiqamətdə keçirdiyi tədbirlər yalnız şəxsiyyətlərə qarşı yönəlmir, 
xalqın  milli-mənəvi, mədəni genosidinə səbəb olurdu; tarixi mə-
dəniyyət abidələri dağıdılır, yüz illərlə yaşı olan məscidlər, mi-
narələr, abidələr uçurulur, qiymətli əlyazma və kitablar yandırı-
lır. Ərəb əlifbası ilə olan əlyazmaların evdə saxlanması sahibinin  
panislamist kimi məhkum edilməsi üçün yetərli olurdu (13,117).
Stalindən  sonra  Sovetlər  birliyinin  rəhbərliyinə  gəlmiş 
N.S.Xruşşov 1957-ci ildə Qaraçay-malkarların ana vətəninə dön-
məsi ilə bağlı qərar vermişdir. Min bir bəlalar içində yaşamış qa-
raçaylıların salamat qalanları ana vətənə dönsə də, bəlalar bunun-
la bitməmişdir. Çünki onlar haqsız yerə deportasiya olunmasını 
rəsmiləşdirən  sənədin  ortaya  qoyulmasını  tələb  etsələr  də,  türk 
xalqlarına  qarşı  aparılmış  diskriminasiya  dövlət  səviyyəsində 
nəzərdən  keçirilməli    və  qaraçaylılar  öz  haqlarına  qovuşmalıy-
dılar. 1989-cu ildə bununla bağlı xeyli cavablar ortaya atılsa da, 
yalnız 1991-ci ildə Rusiya Federasiyasının Duması məsələlərlə 
bağlı qərar qəbul etdi. Qaraçaylılar ana vətənə qayıtsalar da, bu 
xalqın  neçə-neçə  əvəzsiz  övladlarının  Sovetlər  birliyi  rəhbərli-
yi tərəfindən güllələdilməsi, deportasiyaya məruz qalıb, sürgün 
dövründə həyatını qeyb etmələri onların tarixi yaddaşından heç 
vaxt silinməyəcəkdi. Qaraçaylılar və malkarlar sürgündən sonra 
vətənə qayıdanda onların yaşadıqları ərazilərin yenidən dəyişdi-


Nizami Tağısoy
290
rilməsi yenə də qaraçaylılarla malkarların vahid ərazilərdə yaşa-
masını  mümkünsüz  etdi.  Elə  buna  görə  də  bu  gün  qaraçaylılar 
Qaraçay-Çərkəz, malkarlar Kabardin – Malkar Respublikalarında 
yaşamağa  məcburdular.
1950-1980-ci illər dövründə nəinki Qaraçay ədəbiyyatı (rep-
ressiya və sürgünün bütün sifətlərini görənlər) həm də Azərbay-
can yazıçıları Sovet mövzusu, sosialist beynəlmiləlçiliyi ilə yana-
şı, həm də millətin yurd, həyat, təbiət sevgisini yaradan hissləri 
daha çox qabartmağa meylli idilər. Belə ki, 50-60-cı illər Qaraçay 
ədəbiyyatının ən tanınmış nümayəndəsi Həlimət Bayramukova, 
dövrün ən təhlükəli və amansız şəraitinə baxmayaraq, «Karçanı  
ailəsi» («Карчаны Юдегеси») kitabında digər Qaraçay sənətkar-
larının əksinə olaraq, açıq-açığına xalqın əski adət və ənənələrinin 
aradan qaldırılmasına qarşı çıxmış, milli dəyərlərinin yaşamasını  
hər şeydən üstün tutmuşdur.
Yuxarıda söylədik ki, 30-50-ci illər Qaraçay türklərinin Orta 
Asiyanın müxtəlif bölgələrinə sürgün edildiyi dövrdür. Elə buna 
görə də Qaraçay türklərinin sürgün həyatı yazılı Qaraçay ədəbiy-
yatının ölü dönəmi adlandırılır. Məhz bu dövrdə bir sıra Qaraçay 
ədəbiyyatı nümayəndələri və aydınları müxtəlif bəhanələrlə zin-
danlara salınmış, sonra isə işgəncələrə məruz qoyularaq öldürül-
müşlər. Orta Asiyaya sürgün olunanlar isə kölə kimi çalışmaq-
la yalnız bir qarın çörəyə görə məhrumiyyətlərlə ömür sürməyə 
məhkum  olmuşlar.  Lakin  bütün  bu  çətinliklər  Qaraçay  ədəbiy-
yatının  nümayəndələrini  heç  də  sona  qədər  sarsıtmamış,  onlar 
özlərində güc tapıb bir sıra antologiyaların, məcmuələrin ortaya 
çıxmasına  imza  atmışlar.  Belə  sənətkarlar  sırasında Abdukərim 
Bayqulov, Əzəmət Suyunçev, Seyid Laypanov. Məhəmməd Xu-
biyev və başqalarının adlarını çəkə bilərik.
Maraqlıdır  ki,  nəzərdən  keçirdiyimiz  dövrdə  qaraçaylılar 
Orta Asiyadakı sürgün həyatını sona yetirib Qafqaza döndükdən 
sonra Həlimət Bayramukova və Osman Xubiyev kimi öndə gedən 
sənətkarlar Qaraçay ədəbiyyatının yenidən qurulmasını özlərinin 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə