Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə94/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   89   90   91   92   93   94   95   96   97

Qaraçay  ədəbiyyatı
291
vətəndaşlıq borcu hesab edirdilər. 
Elə buna görə də onların əsərlərinin başlıca mövzusu vətənə 
qovuşma  həyəcanını  əks  etdirmək  baxımından  maraq  doğurur. 
Eyni zamanda bu yazıçılar öz işlərini ehtiyatlı tutmağı da nəzər-
dən  qaçırmırdılar.  Çünki  Kommunist  ideologi yasının  tüğyan 
etdiyi  bir  zamanda  Sovet  rəhbərliyinə  minnətdarlığı  da  yaddan 
çıxarmaq olmazdı. Belə münasibətin nəticəsi olaraq Çerkesskdə 
nəşr olunmuş «Ürək şərqi deyir» kimi nümunə sədaqət məsələsini 
əks etdirməklə oxucuların diqqətini belə bir məqama yönəldirdi: 
«Ədalət itmir, məhv olmur. Kommunist partiyasının köməyi sayə-
sində, uzun bir müddətdən sonra Qaraçay qəzetləri yenə ana di-
lində yayımlanmağa, uşaqlarımız öz ana dilində ünsiyyət etməyə 
və şərqi söyləməyə başladılar. Qaraçay ədəbiyyatı yenidən qurul-
du. Bu, eyni zamanda bütün xalqın güvəncidir» (14, 226). Təbii 
ki, bu fikirlər dövrün tələblərindən qaynaq alan məsələlərdir. Belə 
münasibətə görə sənətkarları suçlamaq da düzgün olmazdı. 
1980-ci  illərdə  M.S.Qorbaçovun  SSRİ-də  demokratiya,  aş-
karlıq və yenidənqurma siyasəti Qaraçay ictimai, siyasi, mədəni 
həyatından da yan keçmədi. Bu dövrlərdə Qaraçay ədəbiyyatında 
dirçəliş və dəyişikliklər baş verirdi. Qaraçaylılar az da olsa siyasi 
basqılardan qurtulmuşdular. Buna görə də poeziyada olduğu kimi 
nəsr  əsərlərində  də  milli  dəyər  və  millətçilik  hissləri  ön  plana 
çıxırdı.  Bu  dövrdə  yazıb  yaratmağa  yenicə  başlayan  gənc  ədə-
bi qüvvələr Qaraçay türklərinə qarşı aparılmış haqsızlıqları dilə 
gətirir, Orta Asiyaya heç bir əsas olmadan sürgün olunmuş vətən 
övladlarının hesabını soruşur, başda Stalin olmaqla Sovetlər birli-
yinin ən məşhur liderlərini açıq-açığına lənətləyirdilər. Belə gənc 
ədəbi  qüvvələr  sırasında  ilk  növbədə  Bilal  Laypanov,  Fatima 
Bayramukova və başqaları ön sırada dayanırdılar.
Məhz nəzərdən keçirdiyimiz dövrdə ictimai və milli şüurun 
fəallaşması, sosial və mənəvi problemlərin mahiyyətinə daha də-
rindən nəzərə salma və s. kimi məsələlər Qaraçay nasirlərinə müa-
sir dövrün müxtəlif tərəflərinə yenidən diqqət yetirməyi gündəmə 


Nizami Tağısoy
292
gətirir, yeni bədii vasitələr, yeni üslub, yeni  əxlaq problemləri 
işləyib oxuculara təqdim etməyi tələb edirdi. Qaraçay nəsrində bu 
dövrdə sxematik qəhrəman yerinə düşünən, təhlil edən  personaj-
lar ayaq açırdı. Çünki bu dövrdə qəhrəmanın belə konsepsiyası 
onun həyata münasibətindən doğulurdu. Z.Xubiyeva yazır: «İn-
sanda insanlıq oyatmaq müxtəlif yazıçıların başlıca bədii-ənənəvi 
məqsədidir. Onlardan hər biri bu vəzifənin fərdi-bədii həllini ya-
radıcılıq fərdiliyi, ədəbi təcrübə və peşəkarlıq ustalığına müvafiq 
olaraq tapır. Buna görə də burada məhz üslub müxtəlifliyi orta-
da dayanırdı. Əsərlərdə mühüm yeri öz taleyi, el taleyi və həyatı 
üzərində düşüncələr tutur» (12, 15).
Qaraçaylıların  tarixi  taleyində  qara  ləkə  olan  repressiya  və 
deportasiyalar sənətkarları  daim narahat edirdi. Yuxarıda adlarını 
çəkdiyimiz yazıçılarla (Osman Xubiyev, Həlimət Bayramukova, 
Fatimə Bayramukova və başqaları) yanaşı, İbrahim Appaкov   da 
öz  yaradıcılığında  deportasiya  mövzusundan  yan  keçməmişdir. 
Hələ XX əsrin 90-cı illərində iynar (bayatı) janrında qələmə alıb 
«Minqi Tay» jurnalında nəşr etdirdiyi parçalarda şairin deporta-
siyanın məşəqqətlərini necə dilə gətirdiyini görmək mümkündür: 
Niyə sərgərdan olduq,
Qürbətdə keçdi illər.
Qaldı bizdən uzaqda 
Doğma obalar, ellər.
Cocuq, uşaq qırıldı,
Məhv oldu bizimkilər.
Tapılmadı dünyada,
Bizə rəhmi gələnlər.
Yuxarıda bildirdiyimiz kimi, 1943-cü ilin keşməkeşli müha-
ribəsi  dövründə  qaraçaylılar  misli  görünməyən  sürgünə  məruz 


Qaraçay  ədəbiyyatı
293
qalmışdılar. Və yalnız 1957-ci ildə uzun-uzadı davam etmiş qan-
lı-qadalı illərdən sonra onlar ilk eşelonlarla öz  tarixi vətənlərinə 
qayıtdılar. Buna görə də Qaraçay-Çərkəz Respublikası  Preziden-
tinin Qərarı ilə 3 may Qaraçay xalqının yenidən Doğuluşu Günü 
elan edilməklə  hər il bu tarix Respublikada yaşayan xalqlar tərə-
findən  bayram  edilməkdədir.  Qaraçay  xalqının  bəxtinə  düşmüş 
bu  çətin  və  mürəkkəb  sınaq  illəri  haqqında  nəinki  jurnalistlər, 
mədəniyyət və incəsənət xadimləri, sənətkarlar, şairlər, yazıçılar, 
ziyalılar, elm adamları, həm də siyasətçilər, yüksək rütbə sahib-
ləri daim çıxışlar edir, məqalələr və materiallar çap etdirməklə o 
müdhiş  günün  «qurucularını » və «layihələndiricilərini» lənətlə-
yirlər (1;2).    Bundan başqa bu mövzuya həsr olunmuş jurnalist 
Svetlana Zaytsveanın «İsmayıl Əliyevin dünyaları», İbrahim Ap-
pakovun  «Sərgərdanlıq  və  sınaq»,  «Unudulmuş  epopeya»  kimi 
materialları və digər bədii nümunələr qaraçaylıların başına gəti-
rilənlərin görümlü mənzərəsini yaradır (3;4).  
İsmayıl Əliyev və İbrahim Appakov tamamilə müxtəlif amp-
lualı şəxsiyyətlərdir. Birinci böyük alim, elektrotexnika sahəsin-
də tanınmış professor, Akademiyanın müxbir üzvü olub, bununla 
belə kiçik saylı xalqlar arasında Ömər Xəyyamı  Qaraçay dilinə 
birinci  tərcümə  edənlərdən  biri,  xeyli  poetik  məcmuələr  müəl-
lifi,  fəal  ictimai  xadim,  Rusiyada  yaşayan  repressiya  olunmuş 
xalqların reabilitasiyasının  praktik dövlət xətti üzrə işləmələrin 
rəhbəri, sülh yaradıcı insan, Rusiyada millətlərarası münasibət-
lər  sahəsində    İlin  adamıdırsa,  həm  də  istedadlı  və  çoxcəhət-
li fəaliyyətlə məşğul olan böyük şəxsiyyət kimi tanınmaqdadır. 
O,  Qaraçay-Çərkəz  Respublikasında  doğulub  şair  və  siyasətçi 
kimi formalaşaraq hazırda Moskvada yaşayıb-yaratsa da, doğma 
xalqın maraqları onu heç zaman Qaraçaylıların taleyinə biganə 
qoymamışdır. Buna görə də o, bütün şüurlu fəaliyyətini repressi-
ya olunmuş nəinki qaraçaylılar, həm də digərlərinə münasibətdə 
haqqın-ədalətin bərpa olunmasına, zəfər çalmasına yönəldir.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə