Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə91/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   87   88   89   90   91   92   93   94   ...   97

Nizami Tağısoy
282
Черкесск,  1958.
30.Лайпанланы  С.  Къарачайны  уланы  –  Белоруссианы 
джигити.  Черкесск,  1964.
31. «Ленинни байрагъы» газети, 1967, 9 мая.
32. Мамчуева Ф.М. Этноментальные аспекты прозы Мус-
сы Батчаева в свете жанрово-стилевых исканий карачаевской 
литературы второй половины ХХ столетия. Filol.üz. fəls.dokt.
diss.avtoref.  Нальчик, 2010. 
33.  Mir Cəlal, P.Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı, 
«Maarif», 1972. 
34.  Резунова  И.А.  Проблемы  двуязычного  творчества  в 
северокавказском литера турном процессе и своеобразие  рус-
скоязычной  карачаевской литера туры. Filol.üz. fəls.dokt.diss.
avtoref. Майкоп, 2004.     
  35.  Суюнчев  А.  Щедрые  сердца  //  Человечность.  Чер-
кесск,  1966.    
36. Tağısoy N. Qaraçay ədəbiyyatında  müharibə mövzusu. 
Türk xalqları ədəbiyyatı (Məqalələr toplusu). № 4, Bakı. “Elm və 
Təhsil”, 2012.
37. Tağısoy N. Həlimət Bayramukova  və Qaraçay romanı. 
Türk xalqları ədəbiyyatı. (Məqalələr toplusu). №6. Bakı, “Elm və 
Təhsil”, 2013.
38. Теунов Х.И. Род Шогемоковых. Романы. Повесть. М., 
«Сов. писатель», 1972.
39. Türkiyə Dışındakı Türk Edebiyatları Antolojisı. 22-ci c. 
Karaçay-Malkar Edebiyatı. Ankara, T.C. Kültür Bakanlığı, 2002.
40.  Уруймагова  Е.А.  Навстречу  жизни.  Роман.  Изд-во 
5-ое,  кн.1.  Орджоникидзе,  «İR»,  1976.
41.  Şamil  Ə.  Uyğur,  qaqauz,  Quzey  Qafqaz  türklərinin 
folkloru  və  ədəbiyyatı.  Bakı,  «Nurlan»,  2011.
42. Шаманова З. Проза Османа Хубиева в свете форми-
рования эпических традиций карачаевской литературы. Filol.
üz. fəls.dokt.diss.avtoref. Черкесск, 2002.
VI FƏSİL


Qaraçay  ədəbiyyatı
283
Müasir Qaraçay ədəbiyyatında milli 
özünəqayıdış və özünüdərk axtarışları
Bu dövr Qaraçay  nəsrində  qaraçaylıların öz tarixi vətənlərinə 
dönüşü məsələ si daha mühüm şəkildə gündəmə gəlirdi. Bir sıra 
yazıçılar qaraçaylıların depor tasiyası dövrünə müraciət etməklə 
onların qürbətdə yaşadığı illərdəki əzab və ağrılarını bütün təfsi-
latları ilə təsvir etməyə çalışırdılar. Yeri gəlmişkən qeyd edək ki, 
bu məsələ «60-80-ci illər Qaraçay povesti: janr-üslub axtarışları 
problemi» dissertasiyasının müəllifi Z.İ.Xubiyevanı da yetərincə 
məşğul etmişdir (12). Bu problemi işıqlandıran əsərlərin müəllif-
ləri haqlı olaraq göstərirdilər ki, çətin sürgün illəri onlara kömək 
əli  uzatmış  insanlara  minnətdarlıq  hissini  məhv  edə  bilməzdi. 
Yazıçılar  sürgün  həyatı  yaşamış  insanların  xarakterinin  daxili 
hərəkətini  və  onun  formalaşma  şəraitini  açmaqla  bu  insanların 
və  cəmiyyətin  ümumi  pozulmuş  talelərinə  görə  məsuliyyətdən 
kənarda qala biləməyəcəklərini, onların qorunması üçün mühüm 
hüquqi bazanın vacibliyini göstərməyi də yaddan çıxarmırdılar. 
qaraçaylıların  deportasiya  məsələsinə  yeni  mövqedən  yanaşma 
milli yazıçıların əsərlərində həm də vətən tarixində baş vermiş 
hadisələrə,  onda  mövcud  olmuş  ləkəli  məqamlara  vətəndaşlıq 
mövqeyindən  yanaşmanı  ortaya  qoyurdu. 
Bu müstəvidə Osman Xubiyevin “Yuxusuz gecələr”, “Qi-
sas”,  “Adamlar”,  “Asi”,  Həlimət  Bayramukovanın  “On  dörd 
il”, Fatimə  Bayramukovanın “Kədər kitabı” və s. əsərlər qeyd 
edilməlidir. Qaraçay yazıçılarının özləri etiraf etdiyi kimi uzun 
zaman  kəsiyində  doğma  xalqın  sürgünü  kimi  ağrılı  məsələ-
dən  danışmağa onlara üz vermiş qanunsuzluqlara qarşı bədii 
sözün  gücündən  istifadə    etməyə  imkan  verilmədiyindən,  ən 
yaxşı halda bu barədə yalnız üstüörtülü pıçıldamağa məcbur ol-
muşlar. Bununla bağlı istedadlı Qaraçay yazıçısı Həlimət Bay-


Nizami Tağısoy
284
ramukova  aşağıdakıları  söyləmişdi:  “Bizim  dövrdə  yazıçıların 
yarımhəqiqəti yox, həqiqəti danışmaq imkanı yaranmışdır. Ağrılı 
nöqtə və bədlikləri olduğu kimi göstərmək, onları işarələmək la-
zım deyildir” (4). 
O.Xubiyevin deportasiya mövzusuna həsr edilmiş «Asi» ro-
manında şəxsi taleyin tarixi hadisələrə adekvatlığı roman janrın-
dakı epik təsvirə uyğun olaraq kifayət qədər dolğun ifadə olun-
muşdur. Zöhrə Şamanova bununla bağlı yazır: «Osman Xubiyev 
yaradıcılığı  nasirin  tədqiqatçılıq  pafosu,  onun  nəsrinin  analitik 
başlanğıcının yüksəlişdə olduğunu sübut edir. Bütün bunlar, heç 
şübhəsiz ki, 60-80-ci illər Qaraçay nəsrinə onun yeni bədii sə-
viyyəsinin  müəyyənləşdirilməsi  baxımından  mühüm  töhfədir» 
(16,13). Doğrudan da bədii tarixilik təfəkkürü daim cilalanmaqda 
olan O.Xubiyev təsvir etdiyi zamanın üfüqlərini, tarixi hadisələrin 
faciə və miqyaslarının  mahiyyətinə dərindən nüfuz edə bilərkən 
tarixi  faktları  müasirlik  mövqeyindən  qiymətlən dirməyə  səy 
göstərməklə özünün vətəndaşlıq prinsiplərini sərgiləməyə müvəf-
fəq olmuşdur. «Asi» romanı hadisələri məhz belə mövqedən işıq-
landırır. Əsərdə deportasiyaya məruz qalmış Qaraçay xalqının acı 
taleyi Vətən həsrəti ilə əlaqəli olmaqla, faciəvilik fonunda canlan-
dırılır. Tarixi hadisələr müəllif tərəfindən səbəb-nəticə əlaqələri 
müstəvisində nəzərdən keçirilərkən  əsərin epik mahiyyətinə tam 
şəkildə uyğunlaşdırılır. «Asi» romanı, hər şeydən əvvəl, dramatik 
kolliziyalarla zəngindir və öz sosial mahiyyəti etibları ilə drama-
tikdir. Vətəndən kənarda, qürbətdə yaşama ilə bağlı hadisələr fak-
tik olaraq yazıçının dərin ümumiləşdirici fikirləri üçün əsas kimi 
xidmət etmişdir. Tarixi dövrü təhlil etməyi qarşıya məqsəd kimi 
qoymuş yazıçı xalq  həyatının ən dönüşlü məqamlarına, fakt və 
hadisələrə vətəndaşlıq mövqeyindən nəzər salmışdır. Onun roma-
nına təsvirçilik yaddır. Müəllif keçmiş, indi və gələcək arasında 
məntiqi əlaqələr qurur, tarixi zamanı zəruri mənbələri nəzərdən 
keçirməklə araşdırır. Buna  görə də O.Xubiyev nəsri bədii kolorit 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə