Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 231,73 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix24.12.2017
ölçüsü231,73 Kb.
#17503
1   2   3   4   5   6   7   8   9

 

16 


xüsusi münasibət olmuşdur. Azərbaycanla eyni kök, tarix və mədəniyyətə 

malik  qırğız  xalqının,  Manas  elinin  qüdrətli  sənətkarı  haqqında 

Azərbaycan  ziyalıları  böyük  fəxarət  hissi  ilə  bəhs  etmişlər.  Çingiz 

Aytmatovu düşündürən milli ideallar, böyük qayğılar, hər iki xalqın başına 

gətirilmış ağrı-acılar eyni zamanda Azərbaycan ziyalısını da düşündürmüş 

və  bu  baxımdan  hər  iki  xalqın  taleyində  ortaq  məqamlar  mövcuddur 

Azərbaycan  xalqının  görkəmli  dövlət  xadimi  Heydər  Əliyev  sovetlər 

birliyi vaxtında Çingiz Aytmatovun yaradıcılığına yüksək diqqət və qayğı 

ilə  yanaşmışdır.  Sovet  dövründə  Çingiz  Aytmatov  dəfələrlə  Heydər 

Əliyevlə  görüşmüşdür.  Heydər  Əliyevin  layiqli  davamçısı,  cənab  İlham 

Əliyev  Çingiz  Aytmatova  yüksək  ehtiramla  yanaşmışdır.  2008-ci  ildə 

yazıçının 80 illik yublieyinin Bakıda təntənəli surətdə qeyd olunması, ölkə 

başçısı İlham Əliyevin “Dostluq” ordeninin ilk sayının Çingiz Aytmatova 

təqdim  etməsi  Çingiz  Aytmatovun  xatirəsində  əbədi  olaraq  həkk 

olunmuşdur.  

Çingiz  Aytmatovun  yaradıcılığı  həm  sovet  dövründə,  həm  də 

müstəqillik  illərində  orta  və  ali  məktəblərdə  geniş  tədris  olunmuşdur. 

Pənah  Xəlilov  “SSRİ  xalqları  ədəbiyyatı”  dərsliyində,  Elman  Quliyevin 

qələmə aldığı və bir neçə dəfə təkmilləşdirərək çap etdirdiyi “Türk xalqları 

ədəbiyyatı”  dərsliyində  Çingiz  Aytmatovun  həyat  və  yaradıcılığına  geniş 

yer verilmişdir. Çingiz Aytmatov yaradıcılığının Azərbaycanda tədqiqi və 

təbliğində  görkəmli  ədəbiyyatşünas  Vilayət  Rüstəmzadə  önəmli  rol 

oynamışdır.  Çingiz  Aytmatov  müsahibələrinin  birində  Vilayət 

Rüstəmzadənin  onun  yaradıclığının  tərcüməsi  və  təbliğində  mühüm 

fəaliyyətindən  bəhs  etmiş  və  bu  fəaliyyətin  Azərbaycan-Qırğız  ədəbi 

əlaqlərinin inkişafında mühüm körpü olduğunu vurğulamışdır.  

Akademik  İsa  Həbibbəylinin  Çingiz  Aytmatovun  85  illiyi  ərəfəsində 

“Azərbaycan”  qəzetində  çap  olunan  “Böyük  ədəbiyyat  heykəli”,  özünün 

elmi  redaktoru  olduğu  “Çingiz  Aytmatov.  Türk  ruhunun  qələbəsi” 

kitabındakı  “Ədəbiyyatda  milliliklə  bəşəriliyin  vəhdətinin  Çingiz 

Aytmatov  modeli”  və  Çingiz  Aytmatovun  “Üz-üzə”  povestinə  yazdığı 

“İnsan  mənəviyyatının  böyük  ədəbiyyatı”  adlı  məqalələri  qüdrətli 

yazıçının yaradıcılıq yolunun tədqiqi baxımından mühüm əhəmiyyət kəsb 

edir.  


Azərbaycanın  xalq  yazıçısı  Anar  onu  “tale  müasirim”  adlandırdığı 

Çingiz  Aytmatovla  olan  münasibətləri,  görüşləri,  qarşılıqlı  dostluq 

münasibətləri,  yazılan  məktublar,  məqalələr  nümunəyə  çevrilmişdir. 

Çingiz Aytmatov qırğız çölündən aldığı enerjini, qazandığı müşahidələrini 

ümumbəşəri  miqyasda  təqdim  etdi  və  dünya  sevə-sevə  bunu  qəbul  etdi. 



 

17 


Anar  bu  qəbulun  əsasında  duran  bəşəri  ideallardan  bəhs  edərək  yazır: 

“Həyat  və  Ölüm,  Xeyir  və  Şər,  Şərəf  və  Şərəfsizlik,  Məhəbbət  və  Nifrət 

məsələləri  əbədidir.  Bu  məsələlərə  insanlar  hansı  dövrdə,  hansı  ölkədə, 

hansı  ictimai  quruluşda  yaşamaqlarından  asılı  olmayaraq  üz-üzə  gəlir. 

Məhz  bunu  dərk  və  ifadə  edə  bildiyinə  görə,  bu  ümumbəşəri  problemləri 

qırğız  həyatı  və  qırğız  tarixinin  gerçəklikləriylə  əlaqələndirdiyinə  görə 

Çingiz  Aytmatov,  əlbəttə,  ilk  növbədə  böyük  istedadı  sayəsində  dünya 

yazıçısı  ola  bildi.  Əsərləri  dünyanın  bütün  qitələrində  neçə-neçə  dilə 

çevrilən, nəşr olunan, oxunan və sevilən bir yazıçı”

1

.  



Anar  nəsrin  varisliyindən  bəhs  edərkən  Cəlil  Məmmədquluzadə  ilə 

Çingiz Aytmatov, İsa Hüseynov mərhələləri arasında körpü qurur. Onların 

yaradıcılığının,  ədəbi  varisliyini  sonrakı  nəsillər  üçün  zəngin  əsasa 

çevrildiyini  yazır.  Anar  sələflərindən  bəhs  edərkən  60-cılar  nəslinin  baş 

müəlliminin  Cəlil  Məmmədquluzadə  və  daha  sonrakı  mərhələdə  Çingiz 

Aytmatov  və  İsa  Hüseynov  olduğunu  vurğulamışdır.  Bu  məqam  böyük 

ədəbiyyat  yolunda  iki  qüdrətli  sənətkarı  birləşdirir  və  özündən  sonrakı 

nəsillərin cəsarətli yaradıcılığı üçün zəmin hazırlayır. 

 Çingiz  Aytmatovun  Azərbaycanda  sistemli  tədqiqatçılarından  biri 

professor  Leyla  Gərayzadə  olmuşdur.  Müəllifin  “Rusdilli  yazıçıların 

yaradıcılığında  etno-epik  yaddaş  problemi”  adlı  elmlər  doktorluğu 

dissertasiyasının  böyük  bir  qismi  Çingiz  Aytmatovun  yaradıcılığının 

təhlilinə  həsr  olunmuşdur.  “Seysmik  ərazi”  və  “Rusdilli  türk  yazıçıların 

ideya  axtarışları”  adlı  kitabları,  “Çingiz  Aytmatovun  yaradıcılığında  din 

mövzusu  və  dini  simvolika”,  “İnsan  və  təbiət  –  Çingiz  Aytmatovun 

yaradıcılığının  əsas  leymotivi”,  “Çingiz  Aytmatovun  yaradıcılığında 

ekoloji  problemlər”,  “Çingiz  Aytmatovun  yaradıcılığında  xeyir  və  şər 

problemi”,  “Çingiz  Aytmatovun  yaradıcılığında  mənəviyyat  problemi”, 

“Çingiz  Aytmatovun  yaradıcılıq  manerası”,  “Murad  Adcı,  Oljas 

Süleymenov və Çingiz Aytmatov yaradıcılığında dini simvolika, ritual və 

ayinlər”,  “Çingiz  Aytmatovun  yaradıcılığında  insan  və  onu  əhatə  edən 

dünya”,  “Çingiz  Aytmatov  və  Azərbaycan”  adlı  məqalələrində  yazıçının 

yaradıcılığının  bir  sıra  tərəfləri  ətraflı  şəkildə  tədqiq  olunmuşdur.  Leyla 

Gərayzadənin  “Çingiz  Aytmatovun  dünyası”  adlı  kitabı  2013-cü  ildə 

Qırğızıstanın paytaxtı Bişkekdə nəşr olunmuşdur.  

Çingiz  Aytmatov  yaradıcılığının  kökündə  dünya  mifoloji  sisteminin 

tərkibində  özünəməxsus  yer  tutan  türk  mifologiyası  və  zəngin  şifahi  xalq 

                                                 

1

 

Aytmatov Çingiz. Türk ruhunun qələbəsi. Tərtibçi Elnarə Akimova. Bakı: Nağıl evi, 



2013, s. 15

 



Yüklə 231,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə