Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu


Publisistikasında milli-mənəvi dəyərlər



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə111/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   107   108   109   110   111   112   113   114   ...   131

 

347


3.3. Publisistikasında milli-mənəvi dəyərlər 

 

X.R.Ulutürk publisistik fəaliyyətə 50-ci illərdə başlamışdır. O, 

çoxsaylı publisistik məqalənin müəllifi olub, əsasən qarışıq 

mündəricəli,  ədəbi-elmi-bədii səpkili yazıların nümunələrini 

yaratmışdır. 

Respublikanın keçmiş prezidenti, ümummilli lider 

H.Ə.Əliyevin sərəncamına  əsasən (14 noyabr 2002-ci il), şairin 

publisistik irsinin seçmə nümunələri bir cilddə (V cild) toplanıb 

redaksiya heyəti tərəfindən çapa təqdim edilmişdir. 

Biz tədqiqatımızda X.R.Ulutürkün bədii publisistikasının 

təhlilini ümumən nəzərdə tutmamışıq. Gələcək tədqiqatlarımızda 

bu, bir məqsəd olaraq həyata keçiriləcəkdir. Hələlik mövzu-

problemin tələbindən irəli gələn vəzifəni - publisistikasında mövzu 

ilə yaxından səsləşən məsələlərə münasibət bildirməyi və 

ümumiləşdirmə aparmağı əsas götürmüşük. 

Şair 60-cı illərdə “Ən böyük səadət”, “Qeyrət vaxtı”dır”, “Qızıl 

gül kimi”, “Fərhad kimi oğullar”, “Muzey bizə  nələr deyir”, “Öz 

nəslinə layiq” məqalələrini qələmə almışdır. Biz həmin məqalələri 

arxivindən götürüb ilk dəfə  şərh edirik. Məqsədimiz onun 

publisistikasındakı millilik və  bəşərilik xüsusiyyətlərini üzə 

çıxarmaqdır. 

X.Rza publisistikasında da özü üçün dərkolunmuş həqiqətlərdən 

danışmışdır. Xalq müəllimi Yunis Zərgərli və rayon müəllimləri 

haqqında yazdığı  “Ən böyük səadət” məqaləsini köklə, 

özünüdərklə bağlı olaraq yazmışdır: “Həyatda  ən böyük səadət 

nədir?  Ən böyük səadət öz yerini tapmaqdır, yəni elə bir yeri 

tapmaq ki, orada sənin insanlara, xalqa ən çox xeyrin dəymiş 

olsun, səni kamala yetirmiş  Vətənin borcundan çıxa biləsən. 

Ömrün qürub çağına alnı açıq, üzü ağ  gələ biləsən” (Şairin 

arxivindən, 1964-cü il) [318]. 

İlkinliyin, kökün yaddaşı X.Rza publisistikasında ata  

  

 




 

348


ocağından, məktəb məbədindən başlanğıc götürür: “Hər dəfə ata 

yurduma baş  çəkəndə müəllimlərimlə görüşməyi özümə borc 

bilirəm. Bütün varlığı coşğun enerji ilə qaynayan Ağamməd 

Mirzəyev ilə, artıq saçları gümüş rənginə çalan, üzündən nur yağan 

Səfurə müəllimə, od baxışlı, od yerişli Nüsrət müəllim,  şax 

qamətli, açıq alınlı Lütfəli müəllim, gənc olmasına baxmayaraq, 

rayonda hamının rəğbətini qazanmış  Cəfər Mehdiyev, pəhləvan 

cüssəli, ağ saçlı, ordenli Sahib müəllim ilə  məktəbdə, küçədə, 

yolda, üç-dörd dəqiqəlik söhbətdən belə xüsusi zövq alıram. 

Axırıncı  dəfə Salyana gedəndə onlardan heç birini şəhərdə tapa 

bilmədim. Hamısı istirahət günü öz şagirdləri ilə birlikdə pambığa 

getmişdilər. Bakıda A.Şaiq adına nümunə məktəbində oxuduğunuz 

illəri siz ömrünüzün ən bəxtiyar çağı hesab edirsiniz. Bu, sovet 

dövründə açılmış birinci Azərbaycan orta məktəbi idi. Elm-ürfan 

məşəli qaldırmış bu məktəbdə Azərbaycanın  ən yaxşı ziyalıları 

dərs deyirdilər. Həmişə  təmkinlə, fəqət duzlu dərs deyən Abdulla 

Şaiqi, odlu-odlu danışan ədəbiyyat müəllimi, yazıçı Hüseyn Sadiqi, 

tarix müəllimi yazıçı Qantemiri (Qafur Əfendiyevi), uşaqlar üçün 

hesab kitabı yazmış  Kərim Tağızadəni Siz nə  qədər böyük 

ehtiramla xatırlayırsınız. Hansı bir sənətkarınsa yubiley gecəsində 

iştirak etməyə  gəlmiş, nəfəsini dərə-dərə pillələri güclə qalxan, 

alnında üzündə  tər gilənənən Nəriman Nərimanbəyi, məktəbin 

birinci məzunlarını bahar qaranquşları adlandıran o müdrik insanın 

hər bir cümləsi də eynilə yadınızdadır” (Şairin arxivindən, 1964-cü 

il) [318]. 

X.Rzanın publisistikasına şairanəlik, güclü bədiiyat, yurd, insan 

sevgisinin ifadəsi xasdır. “İllər gəlib keçir ömürdən, illər. Biləkdən 

güc, gözdən işıq aparan illər. Saçlara ağlıq, ömrə  şan-şərəf, 

qocalmış cüssəyə müdriklik gətirən illər nə gözəldir. Bu illəri məna 

ilə başa vurmaq! Sizin kimi yaşa dolmaq! İndi mən özüm də 

müəlliməm.  Ən böyük arzum isə sizin kimi müəllim olmaq, yəni 

həy- 


  


 

349


atda öz yerini tapmaq, yüzlərcə, minlərcə gəncin səadət zirvələrinə 

dırmandığı yollarda bayraqdar, məşəldar olmaq, öz səadətini, 

xalqın səadətində tapmaq...həyatda bundan böyük səadət təsəvvür 

etmirəm” (Şairin arxivindən, 1964-cü il) [318]. 

X.Rza 60-cı illərin qaynar əmək həyatını romantik, şairanə bir 

dillə  təsvir etmişdir. Onun “Qeyrət vaxtıdır”, “Qızıl gül kimi” 

məqalələri əmək mövzusundadır. “Qeyrət vaxtıdır” (oktyabr 1965) 

məqaləsi Salyan rayonunun kolxoz həyatı, emək qəhrəmanlığının 

salnaməsidir. Vətən eşqinin, zəhmətə vurğunluğun poetik ifadəsi 

olan bu məqalədə X.Rza əmək adamlarının rəşadətindən 

danışmışdır. “Qızıl gül kimi” (23 may 1965-ci il) məqaləsində Or-

dubad konserv zavodunun əmək həyatı, insanların zəhmətkeşliyi, 

sadə, təmiz məhəbbəti ifadə olunmuşdur. “Fərhad kimi oğullar” 

(17 may 1965-ci il) oçerkində Naxçıvanın duz mədəni işçilərinin 

ağır zəhmət həyatı, onların işgüzarğılı əksini tapmışdır. Xəlil Rza 

təkcə  əməyin ritmini, ahəngini göstərməmiş, təbiəti, insanlar 

arasında olan ünsiyyəti, hətta yeri gəldikcə tarixlə (duz mədəni, 

duzu qırmaq üçün daş baltalanın işlək dövrü və s.) bağlı məqamları 

canlandırılmışdır. Məqalədə oxuyuruq: “Deyirlər ki, Makedoniyalı 

İsgəndər şəhərə yürüş edərkən, öz ordusunu məhz bu duz ilə təmin 

etmişdir. Naxçıvan duz dağından yola düşən dəvə karvanlarının 

qafiləsi bir tərəfdən Hindistana, Çinə, digər tərəfdən Macarıstana 

qədər uzanmışdır. Naxçıvan! Sənin  şöhrətin yalnız Azərbaycan 

deyil, bütün “Şərqin duz mədənindən ibarət olsa idi, mən bəlkə də 

adını çəkəndə bu qədər qürur hissi duymazdım” (Şairin arxivindən, 

17 may 1965-ci il) [318]. 

X.Rza yurd, təbiət sevgisinin ifadəsi olan bu oçerkdə insanlarla 

onun gözəlliklərini artıran təbiət arasındakı ahəngi, ritmi obrazlı bir 

dillə ifadə etmişdir. “Avtobusumuz mərkəzi  şosse yolundan 

burulub duz dağa aparan yola sarı dönəndə  mən  ətrafa göz 

qoyuram. Başdan-başa 

  

 



  


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə