Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə113/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   109   110   111   112   113   114   115   116   ...   131

 

353


Onun  Şah taxtında tapdığı müxtəlif rəsmlərlə müəyyən qablar 

dünya incəsənət tarixi kitabında ayrıca yer tutur. Onun İliç 

rayonunun  İbadulla kəndində  Şortəpə adlanan yerdə  kəşfiyyat 

zamanı tapdığı müxtəlif rəngli qablar müxtəlif həndəsi naxışlarla 

örtülüdür.  Ələkbərovun tapıntılarından biri küpün ağzında insan 

başı heykəlini təsvir edir. Ələkbərovun iri buynuzlu mal-qara 

başının heykəli hesab etdiyi eksponat əslində sarayın bir tərəfidir. 

Bunu arxeoloq Osman Həbibullayev 1960-cı ildə öyrənmişdir. 

1952-ci ildən Naxçıvanda aparılan tədqiqatlar göstərir ki, bütün 

Zaqafqaziyada elmi mahiyyətə görə Naxçıvandan 8 km aralı olan 

Kültəpə maddi-mədəniyyət abidəsi  ən  əhəmiyyətlisidir. Bu otağın 

özü, “Dəvəgözü” adlanan şüşədən hazırlanmış  bıçaqlar, taxıl 

döymək üçün dən daşı, heyvan başı fiquru, küpə ağzı və sair şeylər 

Kültəpədən gətirilmişdir. Kültəpə bir xəzinədər. Bu xəzinə  nəinki 

Naxçıvanı-Azərbaycanı, həmçinin Qafqazı öyrənmək üçün açardır” 

(Şairin arxivindən, may 1965-ci il) [318]. 

Tarix və milli məsələlər: Prof. Mehdi Nəcəf oğlu Sultanov 

X.Rza, Y.Axundov və M.Sultanovla söhbətlərində ermənilərə, 

ruslara olan münasibətində guya “solçuluq” hərəkətlərinə yol 

verdiyinə etiraz əlaməti olaraq deyir: “Mən necə ifrata varmaya 

bilərəm ki, onlar bizim atalarımızın kürəyinə qaynanmış samovar 

bağlayıblar, - deyə Mehdi cavab verir. - Andronikin əsərlərindən 

ikisi bulaq başına gedən hamilə bir qadını görəndə mübahisə 

ediblər ki, görəsən ana bətnindəki oğlandır, yoxsa qız? Qatı 

şovinizm ilə  zəhərlənmiş  əsgərlərdən biri qılıncı  çəkib ananın 

bətnini yarır: - Görürsənmi, - deyir, - bu, gələcək türk əsgəridir

oğlan uşağıdır. Vəhşiləşmiş  əsgərlər qəh-qəh çəkib gülürlər. Hələ 

mən öldürülmüş anasının döşünü axtarın cocuğun südlü 

dodaqlarına keçirilən daşnaq süngüsünü demirəm” (Şairin 

arxivindən, may 1965-ci il [318]. 

Tarix arxioloji təsvirlərdə: Əbdülqasım Sultanov: “Bu 

  

 



  


 

354


vaxtacan gördüklərimiz Millerin tapıntıları idi. Bundan belə isə öz 

tapdıqlarımızdır. 1959-cu ildə  İIiç rayonunun Daşarx kəndindən 

mənə belə bir məlumat gəldi ki, qazmtı vaxtı orada küpə  çıxır. 

Getdim. Yeri qazdıq. Ağzı qapaqlı yeddi küpə  çıxdı. Qapaqları 

tərsinə çevirəndə  qənddana oxşayır. Bunlar eramızdan  əvvələ 

aiddir. Onda insan öləndə yandırıb külünü bu küplərlə 

basdırırlarmış. Hər küpənin üstə üç deşik var. Külpəni deşib, sonra 

bişiriblər. Mərhumun ruhu bu deşiklərdən çıxıb azad olmalı imiş. 

Bu süngünü Qarabağlar kəndindən tapmışam. Bürünc ilə misin 

qarışığından yaranıb. Tunc-mis dövrünə aiddir. İçərisi insan 

sümüyü ilə dolu bu küpəni isə Naxçıvanda kanalizasiya tikintisi 

zamanı 3 metr dərinlikdən çıxarmışıq. Belə  çıxır ki; meyidi xaş 

kimi bişirib sümüyünü bu küpəyə doldurmuşlar” (Şairin 

arxivindən, may 1965-ci il) [318]. 

Memarlıq mədəniyyəti tarixindən: Məqalədə milli-mənəvi 

dəyərlərimizlə bağlı fikirlər də qiymətlidir. Deyirlər: “Memarlıq 

abidələrini seyr edirik. Xalq ustaları, memarları yetişdirən 

Naxçıvan memarlıq məktəbi memarlıq tarixində çox parlaq bir 

hadisədir, - deyən B.B.Denike qəlbimizdə iftixar oyadır. Əliheydər 

əlavə edir ki, dünya realist memarlıq məktəbi Naxçıvandan 

başlanmış, onun dahi ustadı, atası isə  Əbubəkr oğlu  Əcəmi 

Naxçivani olmuşdur. XII əsrdə yaranmış və öz şöləsilə bütün Şərqi 

incəsənət nuruna boyamış, insanlığı ilk dəfə olaraq, nik-bin 

duyğularla qanadlandırmış Naxçıvan memarlıq məktəbinin 

tələbələri bu şöhrəti diyar-diyar yaymışlar. XIII əsrdə 

Səmərqənddə, XIV əsrdə Hindistanda, XVI əsrdə isə Misirdə 

yaradılmış memarlıq abidələrində Naxçıvanın memarlıq möhürü 

vardır” (Şairin arxivindən, may 1965-ci il) [318]. 

Məqalədə Möminə xatun türbəsi ilə bağlı fikirlər də qiymətlidir: 

Deyilir: “Sən bir fikir ver Möminə xatun məqbərəsinə. Bu 

möhtəşəm abidəyə baxanda sənətkarlıq- 

  



 

355


la vurulmuş naxışlar insan ürəyində vahimə, bədbinlik, qorxu 

deyil, işıqlı duyğular oyanır. Bu abidə insana yüngünlük gətirir. 

Lirikadır. Poeziyadır. Abidə gülür. Abidə insanı yaşayıb, 

yaratmağa çağırır. Bu kaşıların kimyəvi tərkibi hələ müəyyən 

edilməyib. Hindlilər apardılar. Beş ildən sonra xəbər verdilər ki, 

tapa bilmədik. Təəccüblü budur ki, səkkiz  əsrin tufanında yağışa, 

qara, günəşə, zamanın keşməkeşlərinə  məruz qalan bu kaşıların 

hələ  rəngi solmayıb. Bu, mina rəngidir.  Əcəmi gör nə boyda 

sənətkar olub ki, nəinki astronomiyanı, poeziyanı, coğrafiyanı, yer 

kürəsinin quruluşunu, xəttatlığı, dini elmləri, həmçinin kimyanı, 

həndəsəni, nücumu gözəl bilib. Mömünə xatun məqbərəsinin 

xüsusi özülü vaza tiplidir. Nəinki kaşının, həmçinin minanın da 

tərkibini hələ aydınlaşdıra bilməyiblər... 

-Fikrət müəllim, deyirlər ki, Naxçıvana kaşı kənardan gətirilib, 

siz buna necə baxırsınız? 

-Bir müddət bu məsələ  mənim üçün də qaranlıq olub. Amma 

sonra zay olmuş kaşı külçələri tapanda bildik ki, burada böyük kaşı 

kürələri olmuşdur. “Biz gedirik, bəşər gedir, bu qalır”.  Əcəmi 

Möminə xatun məqbərəsi üzərində bu sözlərlə yazmışdır” (Şairin 

arxivindən, may 1965-ci il) [318]. 

X.R.Ulutürk 60-cı illərdən başlayaraq Azərbaycanın milli-

mənəvi dəyərlərini daha çox təbliğ etmişdir. “Sumqayıtın günəşi” 

(15 fevral 1963), “Rüstəmin dilindən” (17 sentyabr 1963), “Nəğmə 

kimi ötən günlər”(12 dekabr 1963) və başqa məqalələri 

Azərbaycanın təbiəti, Tovuz, Astara, Qazax, Sumqayıt rayonlarının 

əmək həyatı ilə batlıdır. Qazax, Tovuz, Ağstafanın məktəb, muzey, 

rabitə,  ədəbi dernək həyatı ilə tanış olmuş  sənətkar publisistik 

təfərrüatlara varır, həmin bölgələrin təsərrüfat, mədəniyyət 

sahələrinə onların insanları ilə birlikdə nəzər salır və fəal jurnalist 

mövqeyi ilə seçilir. 

X.Rzanın “Nəğmə kimi keçən günlər”, “Gözəlliyin 

  

 



  


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə