Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə112/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   108   109   110   111   112   113   114   115   ...   131

 

350


şoran təpələr, nə bir çiçək, nə bir ot görünür, nə bulaq, nə bir quş 

səsi... Hələ dünən Batabat yaylağını  gəzmiş, “Zor bulaq”ın 

ətrafında göz güldürən gülüstanların seyrinə dalmış, sal qayaların 

arasından keçə-keçə irəliləyən iti sürətli Naxçıvan çayının 

sahillərində insan ürəyini sonsuz gözəllik eşqi ilə qanadlandıran 

mənzərələrin hüsnündən aldığı zövqü hələ də ürəyində yaşadan bir 

insan üçün bu çılpaq təpələr ilk baxışda cansıxıcı görünə bilər. 

Bəli, yalnız ilk baxışda. Bir anlıq.  Əslində isə Naxçıvan təbiətinə 

bələd olan, bu təbiətin əlvanlığı və zənginliyi ilə fəxr edən bir insan 

üçün bu şor təpələr də  əzizdir. Elə  əslində Naxçıvanın birinci 

gözəlliyi onun təbiətinin bu cür əlvanlığında və sonsuz 

bərəkətindədir” (Şairin arxivindən, 17may 1965) [318]. 

X.R.Ulutürkün bədii publisistikasında milli-mənəvi dəyərlərin 

qiymətləndirilməsi, yaşadılması duyğusu çox güclüdür. Bu 

baxımdan onun arxivində saxlanılan “Muzey bizə  nələr deyir” 

(may 1965) məqaləsi səciyyəvidir.  Şair xalq rəssamı  Bəhruz 

Kəngərlinin adını daşıyan Naxçıvan Dövlət tarix ölkəşünaslıq 

muzeyindən bəhs edir: “Bu muzeydə Azərbaycanın  ən qədim 

guşələrindən biri olan Naxçıvanın tarixinə, mədəniyyətinə, 

etnoqrafiyasına, flora və faunasına, incəsənətinə,  ədəbiyyat və 

memarlığına dair çoxlu eksponatlar, şəkillər, yazılı sənədlər, asari-

ətiqə nümunələri vardır”. Filologiya elmlər doktoru Yavuz 

Axundovun dediklərindən: Əlli altıncı ilə kimi bu muzey kiçik bir 

otaqda yerləşirdi. Onda muzeydəki eksponatların heç bir elmi 

təsviri yox idi. Bu muzeyin direktoru olan Əbülqasım Sultanov 

universitetin filologiya fakultəsinin sənətşünaslıq  şöbəsini 

bitirəndən sonra təyinatını elə bura almışdır. Bu muzey demək olar 

ki, onun çox böyük fədakarlığı, zəhməti sayəsində yaradılmışdır” 

(Şairin arxivindən, may 1965-ci il) [318]. 

X.Rza Naxçıvan səfəri zamanı  şəhərin muzeyində olarkən onu 

dərindən öyrənmiş, məqalədə milli-mənəvi 

  



 

351


dəyərlərimizi təfərrüatlı canlandırmışdır. Azərbaycanın fauna və 

florasına aid nümunə: “Naxçıvanın bitki və heyvanlar aləmi 

salonda geniş nümayiş etdirilir. Ağzı qara şirdən tutmuş qamışlıq 

içində qabana, Naxçıvanın  əbədi zinəti olan göyərçinlərə, 

kəkliklərə, qırğılara, ördəklərə  qədər burada müxtəlif heyvanların 

və quşların müqəvvaları vardır” (Şairin arxivindən, may 1965-ci il) 

[318]. 

Məqalədə  təsvir olunan panoram hər məqamda tarixlə 



bağlantılıdır. Etnoqrafiya, arxeologiya öz xüsusiyyətləri ilə tarixə 

yoldaşlıq edir. Oxuyuruq: “İnsanın mənşəyinə dair elmi fikir 

yürüdən böyük fikir korifeylərinə dair verilmiş məlumatlar muzeyə 

gələnlərdə geniş təsəvvür yaradır. İnsan bədəninin quruluşuna dair 

dini təsəvvürləri təkzib etdiyi üçün inkivizasiya yolu ilə  məhv 

edilən məşhur XVI əsr anatomu Andreas Bezaliy, həmçinin 1553-

cü ildə  İsveçrədə protestant ruhaniliyi tərəfindən tonqalda 

yandırılmış böyük təbiətşünas ispan təbibi Muqel Servet əsrlər 

dalından bizə baxır” (Şairin arxivindən, may 1965-ci il)[318]. 

Təbii maddi sərvətlərin muzeydə yer tutan növləri Naxçıvanın 

müəyyən abidələrinin zənginliyindən xəbər verir: “Vulkan 

ağzından maye halda çıxıb sonra kristallaşmış mavi rəngli şüşə, daş 

duz üzərində qızıl rəngli kürəciklər parlayan mis külçəsi, molibdən, 

mərmər, kvarts, qravit nümunələri bu torpaqdakı  sərvətlərin 

hamısını  əhatə etmir. Ağ buğda, Qara sünbül, Qırmızı buğda, 

barama, tütün muzeyə  gələnlərin gözü qabağındadır” (Şairin 

arxivindən, may 1965-ci il) [318]. Fakt və tarix məqalə boyu 

davam etmişdir: “Bax bu şüşə vulkan ağzında gəlib, Sirab 

dağlarından tapılmışdır. Bu isə Sirab mərməridir. Bu mərməri 

Moskva, Leninqrad zərgərlik emalatxanaları Naxçıvandan sifariş 

yolu ilə aparırlar. Bundan ən gözəl muncuqlar, zərif qələmdanlar, 

mürəkkəb qablar hazırlanır. Mis külçəsi bizdə Vayxır dağlarının 

ətəklərindədir. Molibden Parağaçay mədəninin  əsas sərvətidir. 

Duzu özün görmü- 

  

 



 

352


sən. Batabat torfunun bizdə xüsusi yataqları var. XVIII əsrin 

geoloji xəritəsini mən Moskvada Dövlət Tarix Muzeyinin xəritələr 

şöbəsində görmüşəm. Orada Yuxarı  Əylis kəndinin daş kömür 

yatağı xüsusilə qeyd olunmuşdur. Bu kömür parçası  həmin 

yataqdandır. Hələ demək olar ki, öyrənilməmişdir” (Şairin 

arxivindən, may 1965-ci il) [318]. 

Xəlil Rza etnoqrafik nümunələri xatırlada-xatırlada sanki 

yaddaşımızı, özümlüyümüzü dərinləşdirir: “Naxçıvan təbii 

sərvətlərinin müxtəlifliyi cəhətdən Azərbaycanın Uralı adlana 

bilər. Bax, bu qoz ağacının bir parçasıdır. Naxçıvanın dağ rayonları 

və xüsusilə, Ordubad qoz ağacları ilə  zəngindir. Naxçıvanın taxta 

sənətkarları çox qədimlərdən məşhur olublar. Cahanşümul  şöhrət 

qazanmışlar. Naxçıvanda meşə olmadığından bu sənətkarlar 

taxtaya həmişə  qənaət etmişlar. Zərif naxışlar ilə üzərində 

işlədikləri qoz ağaclarından onlar şəbəkələr, qəndab qaşıqlar, 

beşiklər hazırlayıblar. Naxçıvanın təbii sərvətlərini öyrənən 

alimlərimizdən ən məşhuru akad. Əzizbəyov, Mirəli Qaşqay, prof. 

Əsgərov olmuşdur” (Şairin arxivindən, may 1965-ci il) [318]. 

İnformasiya-məlumat məqalə boyu tarixi keçmişin faktlarıyla 

yüklənir. Kültəpə,  Şortəpə, Qızılvəng, Şahtaxtı maddi-mədəniyyət 

nümunələri ilə bağlı qeyd olunur: “1926-cı ildə akad. 

Meşşaninovun başçılığı ilə Azərbaycanı öyrənmə  cəmiyyəti işə 

başlayarkən, qədim monastr ətrafında tunc dövrünə aid bir neçə 

məzar açılmış, bu qəbirlərdən qaytanabənzər gil qablar, üzəri 

həndəsi naxışlarla örtülmüş su qabları, parçlar, çölməklər 

tapılmışdır. 1927-ci ildə prof.Miller həmin qazıntı zamanı 

müəyyən etmişdir ki, Qızılvəng məzarları tunc dövrünü 

Zaqafqaziyada əks etdirən ən görkəmli abidələrdəndir. 1936-cı ildə 

Azərbaycanı  tədqiq edən  Ələsgər  Ələkbərov Naxçıvan MSSR 

ərazisində  dərin tədqiqat işi apararaq, Naxçıvanı  rəngli qablar 

istehsalının vətəni adlandırmışdır. 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə