Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə114/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   110   111   112   113   114   115   116   117   ...   131

 

356


keşiyində”, “Bahar-bahar” məqalələri Sumqayıt, Lənkəran, Astara 

bölgələri ilə bağlıdır. Lənkəran-Lerik boyunca olan talış 

meşələrinin gözəlliyindən vəcdə  gələn sənətkar bu yerlərin təbii 

koloritindən, etnoqrafiyasından, sərvətlərindən təfərrüatlı bəhs edir, 

oranın  əmək adamlarından danışır. “Bahar-bahar” (aprel 1964) 

məqaləsində oxuyuruq: “Lənkəran zonasının meşələrində 

əksəriyyəti fısdıq və vələs təşkil edir. Lakin buradakı iqlim geoloji 

eranın üçüncü dövrünə aid bir sıra ağac cinslərinin indiyə kimi 

qalmasına imkan vermişdir. Bizdə elə  ağaclar var ki, nəinki 

Zaqafqaziyada, hətta dünyanın heç bir yerində onlara təsadüf 

edilmir: dəmirağac, 

şahpolad, yarpaqpalıd, gülətrişim, 

Xəzərşeytanı  ağacı, iriyarpaqlı mürdəşər təbiətdə nadir tapılan 

ağaclardır. Hələ  sənin bu yerlərə payızda yolun düşə, görəsən ki, 

bu meşələr meşələrdir, ya rənglər dənizi. Dəmirağac elə bir görkəm 

alır ki, deyirsən al şəfəqlər içində alışıb yanır... Qırmızı, sarı, 

çəhrayı rənglərin qarışığından yaranmış bir məşəl kimi şölə çəkir” 

(Şairin arxivindən, aprel 1964-cü il) [318]. X.Rza palıdların, 

meşələrin qırılmasına qarşı  çıxır, sonra həmin yerlərin kənd 

koloriti, idilliyasından bədii “dekorlar” verir. Onun təsvirlərində 

Kərgələn,  Şahlakre, Qurumba, Narbağı, Ruvo, Mollakənd,  Şövu 

kəndləri özünəməxsus təbiəti və  sərvətləri ilə canlanır. “Həmişə 

gənclik içində” (1965) məqaləsinin mövzusu gənclikdən: Mirzə 

Cavad və  Rəfiqə xanımın məhəbbəti, işə münasibəti vətəndaş 

mövqeyindən, “Qızıl gül kimi” (23 may 1965-ci il) məqaləsi 

Ordubad bölgəsinin təbiəti, təsərrüfat və  mədəniyyət həyatından, 

“Bütün bəşəriyyəti qucaqlaya biləydim” (1965) məqaləsi 

vətəndaşlıq borcundan, bütün Yer kürəsini qorumaq 

məsuliyyətindən söz açır. Axırıncı məqalə milli-mənəvi dəyərlərin 

təbliği baxımından daha güclü təsir bağışlayır.  Şair yazır: “Yer 

üzündəki sonsuz gözəllikləri, yer üzündəki bütün Ermitaj və Luvr 

xəzinələrini, Titsian Veçelmonun fırçasından çıxmış  sənət 

mirvariləri- 

 

  




 

357


ni, Füzulinin və  Şekspirin yaratdığı poeziya kəhkəşanlarını,  İbn 

Sinadan tutmuş üzü bəri bütün təfəkkür korifeylərinin ürəyindən, 

gözlərindən süzülən  əbədi işığı qorumaq bizim borcumuzdur” 

(Şairin arxivindən, 1965-ci il) [318]. 

X.Rza bu məqalədə xalqların, millətlərin azadlıq amalından 

danışaraq yer üzündə mövcud olan terrorizmi, genosidi pisləyir və 

buna qarşı dünya xalqlarının birliyi, məhəbbəti ideyasını qoyur. 

Müəllif davam edir: “Vaxtilə cuhudları, lehləri, rusları  qırmaq 

uğrunda dəridən-qabıqdan çıxan Hitler genosidlərinin ardınca indi 

təzə genosidlər dəstəsi yaranmışdır. Amerika Birləşmiş Ştatlarının 

yerli  əhalisi, köklü-köməcli vətəndaşları olan hindliləri qıran, 

yaxud  ən azı  qırmaq uğrunda mübarizə aparan, onları  məhsuldar 

torpaqlardan sıxışdırıb ən yoxsul həyat məskənlərinə doğru çəkən, 

vaxtilə 600-dən çox olan hind qəbilələrinin sayını indi 200-ə 

endirən, yalnız Vyetnamda deyil, həmçinin bütün Cənub-Şərqi 

Asiyada dalğa-dalğa yüksələn azadlıq hərəkatını qan dənizində od 

və qurşun gücünə boğmaq istəyən, Amerikada qara rəngli 

insanların sayını düşünülmüş plan əsasənda 13 milyon “ixtisar 

etmək” uğrunda canfəşanlıq edən, Cənubi Amerika respublikasında 

son bir ildə dörd yüz mindən artıq vətənpərvəri “dama basan”, 

azadlıqdan məhrum edən Anqolada Salazar rejiminə, Portuqaliya 

müstəmləkəçilərinə qarşı üsyan qaldıran vətənpərvəri cilovlamaq 

bəhanəsilə bütöv şəhərləri yer üzündən silən, 200 mindən artıq 

anqolalını  qıran genosidlər... bəşəriyyət sizi lənətləyir, sizin qanlı 

qara əllərinizi nifrət divarına mıxlayır” (Şairin arxivindən, 1965-ci 

il, yanvar-iyul qovluğu) [318]. Bu meqalə 1 may 1965-ci ildə 

“Azərbaycan gəncləri” qəzetində “Salam yer kürəsinə” adı ilə çap 

olunmuşdur. 

X.Rzanın 60-cı illər məqalələrinin mövzusu müxtəlif səpkilidir. 

Şair həm insan mənəviyyatından yazır, konkret insanları 

portretləşdirir, ona bədii oçerk səciyyəsi verir, gah təbiətdən, gah 

da konkret tarixi şəxsiyyətlərdən söz 

 

  



 

358


açır. “Göygöl kimi saf, gözəl” məqaləsi həkim Zəhra Salayevanın 

M.Müşfiq barəsində dedikləri, “Kəklik çolpaları”, “Bir salxım 

üzüm” məqaləsi oğulun təbiətə aludəliyi, “Qoşqarçay axan yerdə” 

məqaləsi Daşkənd şəhərinə heyranlıq, “Oğurlanmış dahi” məqaləsi 

M.Ş.Vazeh, “Qayalar kimi qüdrətli” məqaləsi Qobustan qayaları və 

onun tədqiqatçısı İsaq Cəfərzadə haqqındadır. 

X.Rza publisistik məqalələrinə geniş  şərh, izah səciyyəsi 

vermir, daha çox qarşı tərəfi danışdırır, informasiyanı özündən və 

qarşı  tərəfdən ötürür, obyektivliyi, elmiliyi və tarixiliyi gözləyir. 

“Qayalar kimi qüdrətli” məqaləsi bu baxımdan səciyyəvidir. 

Məqalədə  tədqiqatçı  İ.Cəfərzadə qayaları dilə  gətirir, onları 

danışdırır. Hər bir elmi məntiq Azərbaycan mədəniyyətinin 

qədimliyindən soraq verir: “İbtidai insan keçinin belini xətt ilə 

kəsib, başqa sözlə desək özünün cadusu edib ki, qalib gəlsin. 

Maraqlı profil çəkib, buynuzlarını isə fas verib. Rəssamlıq 

tarixində fas ilə profilin bu cür ahəngdar vəhdəti qədim hadisədir 

və burada daha çox qədimlik Azərbaycana, Qobustana məxsusdur. 

Müasir ehramları, sarayları önündə qoyulmuş heykəllərdə  də belə 

bir xüsusiyyət var: bədən, baş profildən verilir, döş isə fas. O 

zamankı rəssamlığın əsas cizgilərindən biri belədir. Maraqlıdır ki, 

bu cür xüsusiyyətlərin hansı, ölkələrdən hansına keçmişdir? 

Misirdən Azərbaycana, yoxsa bizdən Misirə?  Əlbəttə, ikincisi. 

Qobustan qayalarındakı  rəsmlər Misir muzeyi nümunələrindən 

daha qədimdir” (Şairin arxivindən, 5 may 1966-cı il) [318]. 

X.Rza ilə İ.Cəfərzadə arasında maral və qaraquşla bağlı davam 

edən dialoq sonra “günəş  gəmisinə” doğru yönəlir.  İ.Cəfərzadə 

deyir: “Belə gəmilər Misirdə çoxdur, - misirlilər bunu günəş gəmisi 

adlandırırlar. Guya bu günəş ruhları o dünyaya aparır.  Əlbəttə, 

bunlar islamiyyətdən çox-çox qabaqkı dövrə aiddir. Qobustan 

qayalarının Misir abidələri ilə səsləşməsi maraqlı hadisədir, bu 

 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə