12
uğrunda mübarizənin qayəsini düzgün nişan verir: “Mən çağırdım
yüz-yüz, min-min sütül gənci Elbrusdan uca duran bir amala!”. Bu
amalın adı Azərbaycanın milli-mənəvi bütövlüyü uğrunda
mübarizədir. Təbriz radiosunun farsca bir verilişini dinləyən şairin
həyəcanları, fikir təlatümləri “Səsin gəlsin, Təbrizim!” şerində
məhz böyük amal səviyyəsində bədii ifadəsini tapmışdır. “O qədər
doğmasan ki, hətta, yadlar dilində doğmalığın bilinir. Radionu az
qala söykəyirəm köksümə. Dinlədikcə səsini, işıq gəlir gözümə.
Nəfəsindən güc alır qolum, qanadım, dizim. Bəs niyə özgə dildə,
canım, gözüm, Təbrizim?!” Şer yanıqlıdır. Ümumən, Xəlil Rza
poeziyası üçün səciyyəvidir.
Sənətkar öz lirik qəhrəmanının qüvvəsinə inanmışdır.
İnanmışdır ki, bir fərd öz xalqının mədəniyyət tarixinə işıq sala
bilər, cəmiyyətə yaşayıb-yaratmağın yeni etalonunu təqdim edə
bilər. Buna görə o, təklənməkdən, yalqız qalmaqdan qorxurdu.
“Birsən... yüz min olmalısan. Fərdsən... Vətən olmalısan! Gülsən...
bahar olmalısan. Kəsafəti alt-üst edən təzə rüzgar olmalısan”
“Ömürdən uzun gecələr” kitabı müəllifin poetik nəfəsinin
dərinləşməsindən, genişlənməsindən, bədii dil sənətkarlıq cəhətdən
xeyli püxtələşməsindən, zənginləşməsindən xəbər verirdi. Bu
zənginlik məhəbbət şerlərində xüsusilə parlaq biçimdə ortaya
çıxırdı. Xəlil Rzanın məhəbbət şerləri də təravətlidir, yenidir. Bu
şerlərdə həyatın mənasını sevməkdə, özünü başqasına həsr
etməkdə görən lirik qəhrəmanın mənəvi həyatı verilir. Sevgi
şerlərinin hər iki qütbü: aşiq də, məşuq da fəaldır, yaradıcı
insandır, tərəqqi uğrunda mübarizdir. Ən başlıcası - xarakter
sahibidir.
“Hara gedir bu dünya?..” kitabı X.Rzanın yaradıcılıq intibahının
sanballı göstəricisi olmuşdur. Bu toplu o vaxta qədər heç bir
Azərbaycan şairinin kitabında olmadığı dərəcədə milli istiqlal,
cəsurluq, qəhrəmanlıq yükü ilə yüklənmişdi. 80-ci illərin ortalarına
qədər şairlərin rəsmi ideologiya çərçivələrini dağıdan, milli
müstəqillik ehtirası
13
ilə aşılanmış əsərlərini nəşr etdirməsi müşkül məsələ idi. Ona görə
də X.Rza bəzi hallarda istiqlal ruhlu əsərlərini çətinliklə də olsa, ya
əyalət mətbuatında (bəzi rayon qəzetlərində) buraxdırmaq, ya da
xaricə göndərməyə təşəbbüs etməklə təskinlik tapmış, hər iki halda
rəsmi inzibati orqanlar tərəfindən cəzalandırılmış, daha ağır
qadağalara məruz qalmışdır.
“Davam edir 37...” (1992) kitabı X.Rzanın ən sanballı
kitablarındandır. Burada şairin qiymətli siyasi lirika nümunələri
toplanmışdır. Onun siyasi lirikası məzmunca yeni olmaqla yanaşı,
öz hərarəti, gərgin dramatik özəyi, münaqişə ruhu, odu-alovu,
daxili yanğısı etibarilə seçilirdi. 70-ci illərin sonlarında başlayan,
80-ci illərdə vüsətlənən, 90-cı illərin əvvəllərində kulminasiya
nöqtəsinə çatan Azərbaycan azadlıq hərəkatında X.Rzanın fəal
iştirakı, siyasi şerləri, publisistikası çağdaş gəncliyin milli
ideologiyanı başa düşüb qavraması, onunla silahlanması və milli
özünüdərkində bir məktəb olmuşdur. Kitabın adına çevrilmiş
“Davam edir 37...” X.R.Ulutürkün proqram şerlərindən biri və ən
qüvvətlisidir. Şerdəki bu qüvvət vətəndaş şairin daxili aləmindən,
onun sarsılmaz iradəsindən, inam və cəsarətindən mayalanmışdır.
Azərbaycanın qırmızı imperiya tərəfindən işğalından bu şerin
yazılmasına qədər keçən az qala yetmiş il ərzində sovet
hakimiyyəti, onun antixalq, antibəşər, totalitar siyasəti, ölkəni
bürümüş həbs düşərgələrinin dəhşətləri, Azərbaycanda xüsusi
canşəfanlıqla həyata keçirilən antiazərbaycan, antitürk, antiislam
tədbirləri, doğma dilimizin inzibati idarələrin qapıları dalında
boynu bükük vəziyyətdə qalması heç bir şairin əsərində bu qədər
kəskin və amansızlıqla yüksək bədii səviyyədə ifşa edilməmişdir.
Şeir yaddaş mövzusu ətrafında şairin poetik gəzişmələri ilə
başlanır. Tarixi yaddaş motivini 30-cu illərin sovet repressiyasına
bədii surətdə bağlayan şair xalq yaddaşını ayıq-sayıq olmağa
çağırır.
14
Yox,
unuda
bilmərik biz xeyir cildi geyən şəri,
Yüzminləri qanunsuz və məhkəməsiz
gülləbaran edənləri.
Miz üstündə yetim qalmış qələmə, kağıza istinadən, repressiya
olunmuş ədib və şairlərimizin pak ruhunu dindirmək üçün şair bu
poetik vasitədən istifadə edərək yazmışdır:
Xəyanətə qurban getdi tər bənövşə, bahar Müşfiq,
Hələ də bu cinayətə zirvələrdən baxar Müşfiq.
Xəyanətə qurban getdi neçə igid,
Pensneli,
zər əsalı, nur heykəli ulu Cavid.
Qurban
getdi
dağ bülluru Yusif Vəzir,
Yalçın qaya - Əhməd Cavad,
Qoç
Koroğlu - Sanı oğlu Hacı Kərim,
Ulduzları salxım kimi göydən dərən
Çobanzadə Bəkirimiz,
Güllələndi təpərimiz, kəsərimiz, hünərimiz.
Müəllif ölkənin bütün qeyrətli vətəndaşlarını azadlıq
mübarizəsinə qoşulmağa çağırır, rəsmi dövlət siyasətinə qarşı öz
iradlarını bildirmək üçün onları meydanlara səsləyir. Qarabağdakı
xəyanətin, Sumqayıtdakı fəlakətin əsl səbəbkarlarını sərrast
ifadələrlə ifşa edən sənətkar Azərbaycanın azadlığı uğrunda
mübarizənin həm tarixinə, həm də coğrafiyasına müxtəsər poetik
ekskurs etmişdir. “Davam edir 37...” şeri siyasi lirikanın çox
əhəmiyyətli nümunələrindəndir.
80-ci illər ədəbiyyatının nadir poetik hadisəsi olan “Silahları!”
(1988) əsəri də Xəlil Rzanın ən kəskin siyasi şerlərindəndir.
Ermənilər gen-bol silahlanıb torpaq iddiasilə hərbi müdaxiləyə
hazırlaşanda, soydaşlarımızın isə ov tüfəngləri də əllərindən
almanda Xəlil Rza xalqa müraciətlə “Silahları!” demişdi. Hökumət
dairələri, rəsmi təbliğat, dövrü mətbuat, televiziya və radionun
düşmən tərəfini saxladığı bir vaxtda tribun şair cəsarətlə deyirdi:
Dostları ilə paylaş: |