9
günəş”, “Təbəssüm”, “Ağ saçlı, cavan Xəzər”, “O qızın dedikləri”
və digər əsərlərdə təsvir olunan hadisə və insanlara incə, lirik
münasibət, fərdi duyum üstün kefiyyət olmuşdur. Onun 60-cı illər
şerlərinin başlıca mövzularını təbiət lövhələri təşkil etmiş, təbiət
hadisələri əsasında şair milli duyğu və düşüncələrini ifadə etməyə
çalışmışdır.
Xəlil Rzanı kifayət qədər oxumayanlar, şairin əsərlərinə
dərindən bələd olmayanlar bəzən onun millilik, türkçülük,
azərbaycançılıq haqqında şerlərində yanlış notlar axtarmış, şairi
şovinizmdə günahlandırmışlar. X.Rza isə orijinal bədii əsərləri,
elmi-tənqidçilik fəaliyyəti, publisist çıxışları, xüsusən, bədii
tərcümələrilə Azərbaycanı ürəkdən sevən, həm də beynəlmiləlçi
xalq ziyalısı olduğunu dönə-dönə sübut etmişdir.
“Mən günəş ürəkli Xəlil Rzayam, Yer boyda, göy boyda
təbiətim var. Reyhan yarpağından qarışqayacan yurdumda hər kəsə
məhəbbətim var”
- misraları şair üçün sadəcə deklarasiya, şüar olmamışdır. O,
Azərbaycanda məskunlaşmış azsaylı qardaşlarımıza bəslədiyi
səmimi məhəbbəti həmişə ürəkdən tərənnüm edirdi.
Lahıc da, ləzgi də, tat da, talış da,
Kürd, udin, rutul da var-dövlətimdir.
Azərbaycanımın qucaqladığı,
Bağrına basdığı can sərvətimdir.
Fəxrim, qol-qanadım, şan-şöhrətimdir!
SSRİ-də yeridilən antitürk, antiazərbaycan siyasətinə züy tutan
o zamankı Bolqarıstanda türklər əleyhinə aparılan şovinist siyasət
də bu baxımdan şairin nəzərini cəlb etmiş və o, “Sən alçaqsan!”
adlı şerində bu antihumanist siyasətə qarşı kəskin etirazını
bildirmişdi.
X.Rzanın poetik manifesti olan “Azadlıq” şeri ilk dəfə
“Ədəbiyyat və incəsənət” qəzetinin 24 dekabr 1960-cı il tarixli
nömrəsində məlum senzor basqını nəticəsində “Afrikanın səsi” adı
ilə dərc edilmişdir. 70-ci illərin sonları, 80-ci illərin əvvəllərində
onun sovet mövzularından uza-
10
qlaşmaq meylləri daha da qüvvətlənmişdir. “Bir cüt göyərçin
kimi”, “Ömrüm”, “Tufanda”, “Mində bir”, “Qasırğa”,
“Şəhriyarım”, “Gül yastıq”, “Min yaşlı çinarlar” və başqa şerləri
fikir və duyğular sərbəstliyinin, qurub-yaratmaq əzminin, əxlaqi-
mənəvi dəyərlərimizin, təbiətin fəal vətəndaş mövqelərindən
tərənnümü baxımından fərqlənirdi. Onun siyasi cəhətdən “arzu
olunmaz” şerlərinin kütləvi ədəbi məclislərdə, yubiley gecələrində
oxunmasına icazə verilməmişdir. Şair “Söz kürsüsü” şerində bu
barədə yazır:
Sənə söz kürsüsü verilməyəndə,
Bəzən qərq olursan qəmə, qüssəyə.
Mənsə özgəyəm.
...Avtobus. Çimərlik. Təyyarə. Qatar.
Gör mənim nə qədər kürsülərim var...
Xəlil Rza Azərbaycanın Rusiya və İran tərəfindən parçalanması
faciəsini ürək ağrısı ilə qələmə almışdır:
Bir yanda şahənşah, hir yanda da çar,
Qan ilə yazdılar sülh qərarını.
Tikanlı məftillə sarıdı onlar,
Böyük bir millətin yaralarını.
Rəsmi təbliğat o vaxt bar-bar bağırırdı ki, guya Azərbaycan
vaxtilə Rusiya imperiyasının tərkibinə könüllü daxil olmuşdur.
X.Rzanın böyük xidmətlərindən biri bu tarixi ədalətsizliyi poetik
sözün gücü ilə xalqa çatdırıb, onun vətəndaşlıq duyğularını
oyatmasında idi:
Gürşad tökdü, tufan oldu,
Araz daşdı, ümman oldu.
Qayaları al qan oldu,
O sahildə, bu sahildə.
Ölkə yandı, vətən yandı,
Qızıl pul tək xırdalandı.
Dövlət getdi, var talandı,
O sahildə, bu sahildə.
Xəlil Rzanın “Taparam səni” (1980) kitabının başlıca ideya-
məzmunu vətənsevərliyin, humanizmin və şair mən-
11
liyinin daha parlaq, emosional biçimdə təsdiqindən, meşşanlığa
qarşı mübarizənin daha qətiyyətlə ifadəsindən ibarətdir. Kitabın
başlıca pafosu insan uğrunda mübarizədir. Bu baxımdan Xəlil Rza
klassik poeziyamızın enənələrini ləyaqətlə davam etdirmiş,
antihumanizmin ən kiçik təzahürlərinə belə dözməmiş, bu sahədə
heç kimə güzəştə getmədən qələm çalmışdır. “Gedəcəksən
baharda” adlı lirik poemasındakı “Yalnız özüm üçün yaşasam əgər,
bu gündən qazılsın məzarım mənim” beyti şairin bütün yaradıcılıq
qayəsini yaxşı səciyyələndirirdi.
Vətənsevərlik, humanizm, tərəqqi uğrunda ardıcıl mübarizə,
fəal vətəndaşlıq mövqeyi Xəlil Rzanın 80-ci illər poeziyasında
xüsusi bir qüvvətlə, zəngin boyalarda meydana çıxmışdır. Yaradıcı
insanın gərgin mənəvi axtarışları, özünə inamı, öz mənliyinə
güvənməsi, Araz problemi, Cənub həsrəti, ümumən Azərbaycanın
milli-mənəvi bütövlüyünün təsdiqi “Ömürdən uzun gecələr”
kitabındakı şerlərin başlıca pafosunu təşkil edir.
Xəlil Rza dramatik poeziya ustasıdır. O, buna həyatın sərt
həqiqətlərini, ziddiyyət və münaqişələrini dərindən öyrənməklə,
onlan çəkinmədən şerə gətirməklə, can yanğısı sərf etməklə, ilham
odu, daxili enerji xərcləməklə nail olmuşdur. Şairin lirik qəhrəmanı
böyük və cəsur insandır. O, həyatı sadəcə olaraq seyr etmir,
yenidən yaradır. Şair cəsarəti həyatı yaxşı bilməklə, dürüst ideya,
məfkurə mövqeyi seçməklə, tərəqqi uğrunda mübarizənin ön
cərgəsində getməklə, nəhayət, öz bədii istedadına güvənməklə
şərtlənir.
Xəlil Rza tribun olmuşdur. Onun köksü geniş, ürəyi alovlu idi.
İctimai ideallarını aşkarlayan şerlerinin çoxu yollarda yaranmış,
mübarizənin gedişində yetişmişdir. Hələ “Bilik” cəmiyyəti xətti ilə
rayonları gəzən, görüşlər keçirən, mühazirələr oxuyan şairin
özünün dolğun bədii surətini işıqlandıran “Mənə bənzər!” şeri bu
cəhətdən tipik idi. “Bir cüt limon” şeri insan uğrunda, kamil
azərbaycanlı
Dostları ilə paylaş: |