15
Nə qəm, kinlə silahlan,
Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən güclü
Qeyrətinlə silahlan!
Dəyənəklə, kürəklə, daş-kəsəklə silahlan,
Nuş et ildırımları, sən şimşəklə silahlan!
O zaman silahlanmaq üçün imkanı olmayan Azərbaycan xalqını
huşyar olmağa, “laylalara yatmamağa” çağıran bu qüdrətli səs hər
bir vətəndaşı silkələyir, daha çətin sınaqlara sesləyir, məşəqqətli
günlər qarşısmda mənəvi birliyə çağırırdı. “Davam edir 37...”,
“Yaşasın Xalq Cəbhəsi”, “Silahları!”, “Qorxaqlıq, cəsurluq”,
“Səlahiyyət istəyirəm” kimi şerlərin mayasında xalqın taleyi, onun
faciəli, məşəqqətli həyatı dururdu.
“Səlahiyyət istəyirəm!” şeri şairin mücadilə ruhlu əsərlərinin ən
yaxşı nümunələrindən biridir. X.Rza Azərbaycanın istiqlaliyyəti
uğrunda güclü, təsiredici sözü, şeri, yorulmaq bilməyən ictimai-
siyasi fəaliyyətilə ardıcıl mübarizə aparmış vətəndaş qələm sahibi,
90-cı illərin əvvəllərində isə əqidəsi yolunda imperiya məhbəsində
can çürütmüş ilk və yeganə Azərbaycan şairi olmuşdur. Onun üçün
Azərbaycanın istiqlaliyyətindən, həmvətənlərin azadlığından,
ölkəmizin dövlət müstəqilliyindən əziz və qiymətli heç nə
olmamışdır. Xəlil Rza Ulutürk də M.Hadi, Ə.Cavad kimi istiqlal
şairimizdir. Bu bir həqiqətdir ki, yaradıcılığının son illərində
(1988-1994) X.Rzanın baş mövzusu Azərbaycanın istiqlaliyyəti və
onun taleyi məsələsi olmuşdur.
“Hara qaçırsan, dayan!” əsəri qaldırdığı problemin vacibliyi,
əhatə dairəsinin genişliyi və kəskin ideya-məzmunu baxımından
lirik poema təsiri bağışlayır. Bəzi gənclərin doğma torpağını,
xalqının taleyini çətin vəziyyətdə qoyub, Azərbaycanın
istiqlaliyyətini qorumaq əvəzinə fərarilik etməsi, ordu sıralarından
qaçması dözülməz idi. Bu səbəbdən də şair xitablar, suallar edir:
“Yaxşı, tutaq ki,
16
sən qaçdın. Bəs sabah arvad-uşağının üzünə necə baxacaqsan? Bəs
Məzahir Rüstəm, Seymur Məmmədli, Təbriz Xəlilbəyli kimi şəhid
qardaşlarının, fədakarlıqla həlak olmuş milli qəhrəmanlarımızın
xatirəsi qarşısında nə cavab verəcəksən?” Vətənin taleyi üçün
ömrünü şam kimi əridən, ağır xəstəliklərə düçar olan, imperiya
zindanlarının küncündə əzablara qatlaşan, sinəsinə çalın-çarpaz
oğul dağı çəkilən Xəlil Rza poemada məhz bu səlahiyyətlərinə
görə vətən adından amiranə danışır:
Nə qədər ki, gec deyil, qayıt bu yoldan, qafil,
Ləyaqətlə ölməyi ömrün hünər tacı bil!
X.Rzanın çox şerləri ilk növbədə kütlə qarşısında oxunmaq,
adamları böyük ideallar üçün səfərbərliyə almaq məqsədilə qələmə
alınmış, buna görə də publisistik ruhda olub və cidd ictimai-siyasi
pafosu özündə əks etdirmişdir. Vətəni Ana timsalı kimi
cilvələndirən şair ona müraciətlə demişdir:
Ordan-burdan pay ummaq, yurdum, yaraşmır sənə.
Yumruğunu bərk sıxıb hökmünü bildirsənə!
Zirvədədir bayrağın, bayrağı şərəf, ad san.
Son öz istiqlalım qorumağı bacarsan,
Ehtiyac zəncirini həlqə-həlqə qoparıb
Tamam qıra bilərsən!
Şairin lirik qəhrəmanının səciyyəvi xüsusiyyəti özünü ötüb-
keçmək, bunu gündəlik mübarizə amalma çevirməkdir. Onun lirik
qəhrəmanının dili ilə ürəyi arasında məsafə yoxdur. Şairin
poeziyasında “lirik qəhrəman” sözün əsl mənasında milli
qəhrəman, milli xarakterdir.
X.Rzanın lirik qəhrəmanı öz antipodları ilə mübarizədə bütün
əzəmətilə canlanır. Bəzən bu qəhrəman öz antipodunu istintaq edən
amansız müstəntiqə çevrilir, tərəf müqabilinin mürtəce mahiyyətini
yerli-yataqlı, “konkret faktlar” əsasında açıb ifşa edir. “Nə cür
baxacaqsan gözlərimə sən?!” şerinin ifşa hədəfi, respublikamızın
90-cı illərin əvvəllərindəki rəhbərləri olmuşdur. Şerdə X.Rza
Azərbaycan
17
xalqının başına gətirilən böyük müsibətlərı canlandırır,
soydaşlarımızın doğma torpaqlarından qovulub çıxarılmasından,
qocaların, körpələrin qarlı dağ aşırımlarında həlak olmasından,
Bakı küçələrinə sovet tanklarının od-alov yağdırmasından,
günahsız həmvətənlərimizin kütləvi qırğınından bəhs edir. Bəzi
rəhbərlər vəzifəsini, titullarını, deputatlığını, avtomobilini itirmək
qorxusunu vətənin başına gətirilən faciələrlərdən ağır hesab edir.
Şerdə meydana qoyulan həqiqətlərin fonunda “Cınqırın çıxdımı
barı bircə yol?!” ittihamı çox tutarlı səslənir və ifşa hədəfi olan
namərd, nakəs, xain başçıları biabır, rüsvay edirdi.
X.Rzanın həbsiyyə şerləri “Xüsusi təyyarədə” (28 yanvar 1990-
cı il) ilə başlayıb “Poeziya hökmdarı” adlı şeri ilə (sentyabr 1990-cı
il) tamamlanır. Şair “Davam edir 37...” kitabındakı bu qəbildən
olan əsərləri “Qıfılı o üzdən qapılar” başlığı ilə çap etdirmişdir.
“Həbsiyyə”yə daxil olan şerlərdəki fikir və qənaətlərin
konturlarına, ilk cizgilərinə X.Rzanın həbsxana gündəliklərinin
ayrı-ayrı qeydlərində rast gəlirik. “Yox, mən qaça bilməzdim”,
“Dustaq”,
“Təbrik, Nelson Mandela”, “Salam, Boris Pasternak!”,
“Bakıdan gələn bağlama” və onlarca digər şeri göstərir ki, X.Rza
onu mütəəssir edən hadisə, əhvalat, fakt, görüş, söhbət və xatirəni
dərhal gündəliyində qeyd etmiş, sonra şerlərinin yazılmasında
onlardan faydalanmışdır. “Həbsiyyə” şerlərinin ümumi mövzusu
azadlıq, istiqlaliyyət olsa da onların həyat materialı çox genişdir.
Bu əsərlərdə cənublu qardaşlarımızın azadlıq savaşma, fransız
müqavimət hərəkatına, Vyetnamın ABŞ-a qarşı azadlıq
mübarizəsinə dair maraqlı hadisə və insanlarla da qarşılaşırıq. Şair
bütün bunları özünün zindan həyatı, məhbus duyğuları ilə üzvi
surətdə birləşdirib oxucuya təqdim etmişdir. “Qara hədəfə atəş”
silsiləsi ictimai satiranın Mirzə Ələkbər Sabir, Rəsul Rza
ənənələrinə söykənən poetik nümunələridir. Xəlil Rzanı bu ustad
şairlər ilə bağlayan başlıca cəhət satiranın