21
Kameraya sığınıram, kameramız kiçik, dar,
Qıy vursam qəzəbimdən yer də, göy də dağılar.
Addımlarım altında taxta, qırmızı taxta,
Bəlkə donub, bərkiyib qızıl qan laxta-laxta.
Şair əsərdə al qanları küçə və meydanlara axıdılmış igid oğul və
qızlarımızı ağuşuna alan Şəhidlər xiyabanının poetik mənzərəsini
yaratmağa çalışmış, sanki hər bir şəhidin obraz-xatirəsini
canlandırmaq istəmişdir. Nəfəs genişliyi - poetik cümlənin
sanballı, əhatə dairesinin vüsəti X.Rza yaradıcılığı üçün
səciyyəvidir. Şairliyin atributlarından olan özünü ötüb keçmək və
bunu daimi, gündəlik mübarizə aktına çevirmək həmişə Xəlil Rza
istedadının, onun lirik qəhrəmanının başlıca əlaməti olmuşdur.
***
X.Rzanın əsərləri təkcə onların əks etdirdikləri fikir və ideyalar,
məqsəd və arzularla deyil, sənətkarlıq baxımından da çox zəngin
və qiymətlidir.
Şair Azərbaycan folklorunu yaxşı bilmiş, “Kitabi-Dədə
Qorqud”dan “Qaçaq Nəbi”yə qədər dastanlarımızı, Xaqanidən,
Nizamidən, Nəsimidən başlamış S.Vurğuna, M.Müşfiqə və
R.Rzayadək klassik şerimizə dərindən bələd olmuşdur. Onun bədii
yaradıcılığı zəngin milli və bəşəri qaynaqlara malikdir. “Yox, mən
qaça bilməzdim” şerində sevgilisi şəhid olmuş gəlinin ərinin
xatirəsinə müraciətlə dediyi sözlər “Kitabi-Dədə Qorqud”
dastanında Dəli Domrulun halalının ona dediklərini xatırladır:
Qarşı yatan şiş dağları
Səndən sonra mən neylərəm?
Yaylarsam, qəbrim olsun.
Soyuq-soyuq bulaqları
Səndən sonra mən neylərəm?
İçərsəm zəhərim olsun!
Tövlə-tövlə köhlənləri
Səndən sonra mən neylərəm?
22
Minərsəm tabutum olsun!
Sonuncu sükutum olsun!
X.Rza klassik irsə yaradıcı münasibəti ilə fərqlənən
sənətkarlardandır. M.Füzulinin “Məni candan usandırdı, cəfadan
yar usanmazmı?” mətləli qəzəli ilə onun “Apardı sellər Saranı” şeri
arasındakı səsləşmə bu baxımından çox maraqlıdır. Çar Rusiyası
ilə İran monarxiyası arasında bağlanmış bədnam “Gülüstan
müqaviləsi” (1828) nəticəsində Azərbaycan xalqının başına gəlmiş
ağır tarixi faciənin şiddətini ifadə etmək məqsədilə X.Rza heca
vəznində yazdığı şerə Füzuli eruzunun ahənginə uyuğun olaraq,
səkkiz hecalı dördlüklər peyvənd etmişdir:
“Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım”
O sahildə, bu sahildə.
...Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir can olsun
O sahil də, bu sahil də!
Bu baxımdan digər bir nümunə S.Vurğunun “Azərbaycan”
şerilə ilgilidir:
“El bilir ki, sən mənimsən,
Yurdum-yuvam məskənimsən”
Bəs nə üçün namərdlərə
Yer verirsən qoynunda sən?!
X.Rza real bədii təsvirə, obrazlı düşüncəyə, ifadə vasitələrinin
təravətinə həmişə üstünlük verirdi. Sözün qüdrətilə mənzərə
yaratmaq, bədii surətin portretini çəkmək onun şerləri üçün
səciyyəvidir.
Ey ovcu qabarlı, başı vüqarlı,
Alnı muncuq tərli həmvətənlərim,
Sevincli, ümidli, qəmli, qüdrətli,
Mantyor paltarlı Prometeylərim!
“Aşıq Talıb” şerində X.Rza 100 yaşlı Aşıq Talıbın
23
(Aşıq Ələsgərin oğlunun) canlı portretini yaratmışdır:
Qırış-qırış sifəti
Doğma torpağa bənzər.
Dağ başına dırmaşıb
Çiynindəki nəvələr
Əlləri- kotan ağzı,
Boyu çinardan uca
Götürəndə sazını
Cavanlaşır bu qoca.
X.Rza irsinin başlıca poetik keyfiyyətlərindən biri bədii forma
əlvanlığına malik olmasıdır. Məlumdur ki, heca vəzninin onbirlik
bölgüsü Azərbaycan şerinin geniş imkanlı ölçülərindəndir. Lakin
şair bununla bərabər, heca vəzninin başqa bölgülərindən və
əruzdan da ustalıqla faydalanmışdır.
Onun poeziyasında vəzn baxımından maraqlı hadisələr
müşahidə olunur. Şair sərbəst vəznə də biganə deyil. Lakin yeri
gələndə, buna xüsusi bədii ehtiyac olduqda, eyni mətn daxilində
bunların üçündən də istifadə etməyi bacarır. “Hara gedir bu
dünya?...” poemasının “İki qardaşın söhbəti” bölməsində Milli
Hökumətin yaradılması münasibətilə çağırılmış qurultayın təsvirini
verən hissədə belə bir parça var:
Açılır ilk qurultay! Açılır səhər.
Açılır arzuların yolu.
Açılır arzulardan dügünlər.
Açılır
Min il nisgilli qalan könüllər.
Açılır
Bağlarda, çəmənlərdə, könüllərdəki güllər.
Güllər və könüllər,
Könlümdəki sellər.
Buludu yarıb çıxan al qırmızı günəş tək
İşıqladır salonu bir kəlmə söz:-Azadlıq!
Burada sərbəstdən (ilk altı misra) əruza (onların ardınca
24
gələn üç misra) və əruzdan hecaya (son iki misra uğurlu) vəzn
keçidləri vardır.
X.Rzanın dördlükləri arasında istər mövzusu, qaldırdığı
problem, istərsə də problemin poetik həlli baxımından klassik
rübailərimiz səviyyəsində duran nümunələr var:
İlbiz işıldayır, nur yaya bilməz,
Rütbə düşgünləri parlaya bilməz.
Yalnız stolunu qoruyan gəda
Xalqın şərəfini qoruya bilməz.
Neçin ağacları çox istəyirəm?
Ağac əllərimə bənzəyir onlar.
Bütün sərvətini bəsəriyyətə
Təmənnasız verən ürəkləri var.
Sənətkar təkcə şerlərində deyil, bəzi poemalarında da ədəbi
təcrübədə nisbətən az işlənən beş misralıq bəndlərdən istifadə
etmişdir. “Türkel balam” poeması başdan-başa beşlik formasında
yazılmışdır. 52 bənddən ibarət bu əsərin qafiyə quruluşu aaabb
şəklindədir:
Səsin, ünün qayaları tərpədir.
Kim deyir ki, mənim balam körpədir?
O, Sabahkı qasırğadan ləpədir,
Qasırğamsan, tufanımsan Türkelim,
Ehkamları yıxanımsan, Türkelim!
Onun şerlərindo a b v b b şəklində qafiyələnən beşliyin -
Vurğun bəndlərinin də maraqlı nümunələri vardır:
Başımın altında Savalan, Sayan:
Fikir ver qanımda qaynar axına.
Yerindən qaldırıb Qoşqar dağını
Qoşmaq istəyirəm Ural dağına,
Fikir ver qanımda qaynar axına!
Hecanın on beşliyi ilə əruzun uyarlı bəhrinin hüdudlarına gəlib
çıxan belə şerləri də az deyil:
Yenə qarşıda mənəm, bircəciyim, tək gözəlim,
Mən ata, sən ana bülbül, sarıköynək gözəlim.
Dostları ilə paylaş: |