Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə25/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   21   22   23   24   25   26   27   28   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850


Baxmasanız yaxşı cigərparələrə 

Yazıq olmazmı şu biçarələrə. 

Tifil bir ayinədir əksnüma 

İncə baxsan olacaq çöhrənüma. 

Biədəb bəsləməyin tiflani 

Mərifərpərvər edin səbiyani. 

Nə zaman kəsb-ülum etdisa nisa 

Cism-millət tapacaq onda şəfa. 

Elm ilə ruh müdavat olunur, 

Elm ilə kəsb kəmalət olunur [1, s. 140-141]. 
1910-cu ildə Rusiyanın hakim dairələrində ölkədə müsəlmanlar 
arasında “ittihadi-islam” ideyasının yayılması haqqında fikirlər dolaşır 
və bununla bağlı olaraq Bakıda nəşr olunan bir çox qəzet və jurnallar 
bağlanır, onların müdir və mühərrirləri həbsə alınır və yalnız ciddi 
istintaqdan sonra həbsxanadan azad edilirlər [3, s. 177-180]. 
Hökumət dairələri tərəfindən həbsə alınmış belə mətbuat xadim-
lərindən biri də Molla Ruhullanın oğlu Məhəmmədsadıq Axundov idi. 
Hacı Molla Ruhulla bu münasibətlə Bakının Bayıl həbsxanasında 
yatan oğluna təsəlliverici bir məktub yazaraq, onun nə hökumət, nə də 
xalq arasında xilaf bir iş görmədiyini qeyd etmişdir. Çünki onun 
məqalələrində, ümumiyyətlə elm, maarif, insaniyyət məsələləri qal-
dırılmışdır ki, bunları da dövlətə müxalif olmaq kimi dəyərləndirmək 
olmaz. Molla Ruhulla həmin məktubunda azərbaycanlıların mətbuatda 
heç vaxt dövlətin əksinə gedən məqalələrlə çıxış etmədiklərini gös-


66 
tərmiş və bir məsələni də xüsusi olaraq qabartmışdır ki, bu da milli 
mətbuatımızın qarşısında qoyulan bir vəzifə idi. Hacı Molla Ruhulla 
oğluna yazmış olduğu məktubdakı “ancaq bizlərə yetişən zülmləri 
deməkdən, bu barədə yazıb-danışmaqdan çəkinməyəcəyik” –ifadələri 
ilə bilavasitə mətbuatda tənqidi genişləndirməyə, millətə, xalqa olunan 
həyasızlıqlara, ədalətsizliklərə biganə olmamağa çağırırdı. Oğlu Mə-
həmmədsadıq Bayıl həbsxanasında olduğu zaman ona ünvanladığı 
məktubunda istintaq zamanı özünü itirməməyi, verilən suallara fikir-
ləşib cavab verməyi məsləhət bilir və göstərirdi ki, hər bir insanın öz 
həyatı üçün çalışması eyib sayılmamalıdır [1, s. 139-140]. 
Dövri mətbuatın düzgün istiqamətdə inkişafı məsələsi Molla 
Ruhullanı təkcə Bakıda nəşr olunan media orqanlarına aid olmayıb. O, 
eyni zamanda Hindistanın Kəlküttə şəhərində buraxılan “Həbbülmə-
tin” qəzetində də əməkdaşlıq etmiş, həm də qəzetin səhifələrində dərc 
olunan məqalələrdə qaldırılan məsələlərin aktuallığı, vacibliyi ilə də 
maraqlanmış və bəzilərinə öz münasibətini bildirmişdir. Buna həmin 
qəzetin müdirinə hicri tarixilə 1320-ci il şaban ayının 25-də göndər-
diyi irihəcmli məktubu misal ola bilər. Fars dilində yazılmış həmin 
məktub tərcümə olunaraq onun haqqındakı kitaba daxil edilmişdir [1, 
s. 134-138]. Məktubun əvvəlində Hacı Molla Ruhulla “Həbbülmətin” 
qəzetinin səhifələrində iki ilə yaxın bir müddətdə “xırda-xırda yazı-
larla “çıxış etdiyini qeyd edərək, “onun səhifələrində müşfiqanə nəsihət-
lərindən və müslihanə moizələrindən” faydalandığını göstərməklə bəra-
bər, bəzi məsələlərdən “cahilət əsəbətindən və zərrəbinlik məfasindən 
xali olmadığını” və hər dəfə belə məqalələri oxuduqdan sonra gələcək 
saylarında belə yazılara yol verilməyəcəyinə ümid bəslədiyini və 
nəhayət, qəzetin səhifələrində yaranmış bu ağır vəziyyətə dözməyib 
məktubu yazmağa məcbur olduğunu qeyd etmişdir. Əlbəttə, Hacı 
Ruhullanın məqsədi onu narahat edən məsələləri qəzetin müdirinin 
nəzərinə çatdırmaq idi. Bununla əlaqədar olaraq məktubun müəllifi 
qəzet müdirinin nəzərinə onun səhifəlrində dərc edilmiş “İrşad əl 
qafilin” başlıqlı yazıya yönəldərək belə yazının qəzetin səhifələrinə 
çıxarmamağı tövsiyə etmişdir. Çünki “onun biəsl və bilüzum dilləri 
həmi millət, vətən mücahidi olan ülameyi-islam və heyətin müdrik 
birəhmi üsulunun ziddinədir.” 
Ona görə də Hacı Molla Ruhulla haqqında danışılan məqalə 
müəllifinin fikirlərinə dəlillərlə cavab vermiş və onun yararsız, zərərli 
fikirlərinə qarşı çıxmışdır. Hacı Molla Ruhullanın məktubundan aydın 
olur ki, məqalə müəllifinin fikrincə, bir çox şeylər, o cümlədən “bəlkə 
hamı müsəlmanların, xüsusən iranlıların, hətta müəllifin özünün və 


67 
mərhum atasının da hamı libasları nəcis və haram imiş və ona mür-
təkib olanları da məlamət olmalı imiş”. Məqalə müəllifinin belə məna-
sız fikrinə qarşı çıxan Molla Ruhulla ona cavab verərək göstərmişdir 
ki, İranın dirisinin də, ölüsünün də geyimi, libası əlli ilə yaxındır ki, 
ingilis və rus parçalarından toxunmuşdur. Qənd, çay, ətriyyat, sabun, 
kibrit və sair gündəlik işlədilən ləvazimatlar, hətta Qurani-Kərim və 
ibadət kitabının kağızları da xaricilərin əli ilə onların fabrikalarında 
hazırlanmışdır. Ona görə də Molla Ruhulla göstərmişdir ki, əgər mə-
qalə müəllifinin dediklərinə əməl olunsa, bizim ətrafımızdakı hər bir 
əşya haramdır və murdardır. Daha sonra o, məqalə müəllifi kimi “mü-
səlmançılığ”ın “təəssübündə” duranlara cavab vermişdir ki, hər kimin 
qeyrəti varsa, əvvəl lazım olan şeyləri gərək özü tərtib etsin və sonra 
da rəzil və nəzis kimi zəbandirazlıq etsin”. Hacı Molla Ruhulla 
məqalə müəllifinə anladır ki, onun qəzet səhifələrini belə boşboğaz 
nalayiq sözlərlə doldurmaqla əcnəbiləri özümüzə qarşı qaldırmağa 
səbəb oluruq. 
Məqalə müəllifi öz yazısında islam dünyasının geridə qalma-
sında mollaları, ümumiyyətlə, alim təbəqəsini müqəssir hesab etmiş-
dir. Hacı Molla Ruhulla onun bu fikrinə qarşı çıxaraq göstərmişdir ki, 
“qeyri-təbəqələr bunlardan dəxi neçə dəfə bədtərdirlər. Və bu barədə o 
qədər nəqllər danışılıb və eşidilib ki, onların təkrarı insanın qanını 
qaraldır.” 
Hacı Molla Ruhullanın “Halımıza dair” adlı genişhəcmli məqa-
ləsində dövri mətbuatdakı mövcud vəziyyət açıqlanmış, jurnalistlər 
qarşısında bəzi mühüm vəzifələr qoyulmuşdur [4]. O, qələm sahiblə-
rinə elm və maarifə dair faydalı məqalələr yazmağı, əsrin münəvvər 
fikirli şəxslərini təbliğ etməyi, keçmiş və gələcək haqqındakı dəyərli 
əsərlərdən lazımi və zəruri mətləbləri seçib nəzərə çatdırmağı tövsiyə 
edir, qələmbazlıq, məddahlıqla məşğul olanları tənqid edirdi. Hacı 
Molla Ruhulla bəzi qəzetlərdə elmdən, ədəbdən, siyasətdən, iqtisa-
diyyatdan bir kəlmə belə yazılmadığını qeyd etməklə, onların səbəb-
lərini də göstərmiş, başqa millətlərin ittifaqları haqqında geniş yazılar 
dərc olunduğu halda, millətə yaraşmayan sifətlərin təbliğ olunmasına 
görə narahatlığını da bildirmişdir. O, qəzet müxbirlərini öz yazıları ilə 
Bakıda fəaliyyət göstərən “Nəşri-maarif”, “Səadət” və s. bu kimi 
mədəni-maarif cəmiyyətlərinin dağılmasına səbəb olmamağa, millət 
arasında, xalq arasında ikitirəlik, məzhəb ayrılığı salmamağa çağırırdı: 
“Bəsdir heyvanat mübarizəsi! Bəsdir sünni-şiələr dəvası! İndi gəlin 
islamiyyət, insaniyyət dəvası edin! Bir baxın, nəşriyyat aləmində mü-
səlmanlıq adına nə təranələr çalınır, nə nağıllar oxunur” [4]. 


68 
Hacı Molla Ruhulla insanın xarici görünüşünün deyil, daxilinin, 
qəlbinin təmizliyini, başqalaşmasını tələb edirdi. 
O, “Yeni həqiqət” qəzetində dərc etdirdiyi “Bizdə məarifə təbii 
pərdələr” [5] başlıqlı irihəcmli məqaləsində ananın, atanın hər birinin 
ayrılıqda uşaqların tərbiyəsindəki rolunu və vəzifələrini açıqlamışdır. 
Molla Ruhulla bəşərin ən böyük şərəf, üns, ülviyyət üzrə yarandığını, 
insanda elmə, ədəbə, hünər və maarifə təbii bir həvəs və şövq oldu-
ğunu qeyd etməklə bərabər, həm də millətinin qafil, cahil, ruhsuz, ci-
simsiz qalmağıma təəccüb etmişdir. O yazırdı: “Səfa ruhumuz yox, 
əfkarımız tutğun, daireyi-əqliyəmiz tutğun, daireyi-əqliyəmiz tənğ, 
zehn və zəkamız pozğun, mənfur sifətlərə, mərəzlərə tutuluruq. Dəni, 
qeyrətsiz, namussuz, insan oğluna yaraşmayan xəyanət, cəvanlıq, vəh-
şilik kimi çirkin hallar ilə yaşayıyoruz” [5]. Molla Ruhulla xalq həya-
tına biganə olmamağa, sosial-ictimai nöqsanlara kənardan baxmamağa 
çağırır, bu sahədə canlanma yaratmaq üçün tərbiyə məsələlərinə diq-
qəti gücləndirməyi zəruri hesab edirdi. O, “mövhumi mərəzlərə düçar, 
başları xürəfat, mövhumat ilə dolu, məişətləri pis, murdar, hər tərəfi 
üfunət bir halda yaşayan” biçarə anaların yüksək tərbiyəli uşaqlar 
böyüyəcəyinə şübhə ilə yanaşır və vurğulayırdı ki, insan həyatın 
mənasını məhz uşaq yaşlarından, balacalığından öyrənib anlamalıdır. 
“Lakin təəssüf ki, onlar bu sözləri nəyinki analardan, heç atalarından 
da eşitməyiblər” [5]. 
Hacı Molla Ruhulla analara uşaqların tərbiyəsi üçün onlara daha 
çox insanlar arasında olan bərabərliyi, dostluğu, ülfət ilə yaşamalarını 
məsləhət bilmiş və ayrı-ayrı padşahların ölkələr, torpaqlar zəbt etmək 
məqsədilə apardıqları müharibələr haqqında danışmağın əleyhinə 
olmuşdur. O, bu fikrini böyük yunan alimi Sokratın fikrilə əsaslan-
dırmışdır. Sokratın fikrincə, insanların ən xətalı adətləri balalarına 
padşahlar təlimini, onlar arasında qan tökmək əhvalını oxutmaq, öy-
rətməkdir. Sokratın bu fikrinə əsasən, Hacı Molla Ruhulla belə bir 
nəticəyə gəlmişdir ki, uşaq vəhşilik haqqında məlumatlar eşitdikcə, 
onun təbiətində yırtıcılıq əmələ gəlir və böyüyəndə də belə insanlarda 
məhəbbət hissləri olmur. 
Hacı Molla Ruhulla insanlarda ədəbliyi ön cərgəyə çəkmiş və 
ədəbliyin insan həyatında nə kimi əhəmiyyətə malik olduğunu bariz 
şəkildə sübut etmək üçün başqa bir antik yunan alimi Əflatunun fikrini 
misal gətirir: “Ədəb mənim yanımda Harunun xəzinəsindən, Şəddatın 
dövlətindən artıqdır. Çünki onlar fani, ədəb xəzinəsi isə həmişə baqi-
dir.” Hacı Molla Ruhulla insanlarda ədəb-ərkanı yaxın adamlarından, 
hətta valideynlərdən üstün tutmuşdur. O, fikrini Rəsul-Əkrəmin aşağı-


69 
dakı hədisinə əsaslandırmışdır. Rəsul-Əkrəm həzrətləri buyurmuşdur 
ki, hər doğulan insan üns, məhəbbət, mərifət kimi fitrət əsliyası üzrə 
doğulur. Sonra ata və ana onu hər dinə istəyirsə çöndərə bilər. Buna 
görə də Hacı Ruhullanın fikrincə, ilk və dini tərbiyə anadan olmalıdır. 
O, insanları vəhşi heyvanlar halına döndərməkdə elmsiz, tərbiyəsiz 
anaları günahlandırmış və bu fikrini onunla əsaslandırmışdır ki, uşaq-
ların analarından eşitdikləri xürafat, biədəbanə hekayələr, qaranlıq 
fikirlər safürəkli, pak və vicdanlı balaların tərbiyəsini pozmuş olur. 
Məqalə müəllifi qadınlarımıza uşaqlara xoş əməllərdən, insaniyyət-
dən, məhəbbətdən, xeyirxahlıqdan danışmağı məsləhət görmüşdür. 
*** 
Kitabda publisist-jurnalist Sənətulla İbrahimovun [1, s. 158-160], 
görkəmli ədib və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin [1, s.162-
164] yazıları da verilmişdir. Dramaturq Molla Ruhullanı zülmət içində 
millətin əlinə düşən bir nur kimi qiymətləndirmiş və o nuru qoruya 
bilməməyə görə ürəkağrısı ilə heyifsilənmişdir. Molla Ruhullanın 
qətlə yetirilməsilə əlaqədar olaraq Şəkidən Axund Mirzə Fərəcullah 
Pişnamazzadənin göndərdiyi başsağlığı məktubunda bu gözlənilməz 
xəbərin Şəkinin müsəlmanlarına pis təsir etdiyini, qəlbləri son dərəcə 
dağdar elədiyini, Şəki ruhanilərinin bu xəbərdən fövqəladə dərəcədə 
kədərlənərək böyük “Cameyi-məscidində” “cənnətməkanın istirahət 
ruhu üçün dua və niyaz edib, mərhumun oğlu və ailəsinə və o cüm-
lədən bütün millətə başsağlığı” verdiyini yazmışdır [1, s. 170]. 
Kitabda verilmiş yazılardan böyük ziyalı və publisist, ictimai 
xadim Məhəmməd Əmin Rəsulzadənin Hacı Axund Molla Ruhullaya 
həsr etdiyi “Xatirət xəzinəm” başlığı ilə dərc olunmuş xatirəsi də 
böyük maraq doğurur [1, s. 176-180].
M.Ə.Rəsulzadə həmyerlisi Molla Ruhullanın qətlini vətəndən 
uzaqda olarkən eşitmiş və hadisə zamanı Bakıda olmadığından və 
buna görə mərhumun ailəsinə və Bakı ürəfasına bu müsibət müna-
sibətilə başsağlığı vermək imkanı olmadığından təəssüflənmiş, dostu 
Məhəmmədsadığa (mərhumun oğlu – 
R.S.
) təziyənamə yazmış, bu-
nunla da mərhumun ailəsinin kədərini bölüşməklə insanlıq vəzifəsini 
yerinə yetirdiyini qeyd etmişdir. 
Molla Ruhullanın qətlə yetirilməsi münasibətilə Mircəfər Seyid-
zadənin, Əliabbas Müznibin, Abdulla Şaiqin, Əli Razi Şamçızadənin, 
Acizin, Çakərin, Əlisəttarın və başqalarının şeirləri də kitabda veril-
mişdir. 


70 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə