Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,9 Mb.
səhifə18/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

Vəch limanına doğru

Gəmi ilə səfər davam edir.

h.q.1292-ci il zilhiccə ül-həramın 29-u, pəncşənbə (28 yan­var,1876) səhər çətinliklə gəminin göyərtəsinə qalxdıq. Ka­pi­­tan Allaha şükür edirdi. Fırtına şiddətli idi. Gəminin ağır və dolu olması yaxşı cəhətdir ki, tab gətirə bildi. Əgər o, yüklə və adamla dolu olmasa idi, bu şiddətli küləkdə xeyli xətər olardı.

Günortadan 6 saat keçmiş həmin gün dənizdə olan fənəri keçdik, həzrət Seyyidüş-sühəda Aba Abdulla əl-Hüseyn Əleyhissəlamın məzarından götürdüyüm torpağı dənizə tökdüm. Xeyli təsir etdi.

Əlhəmdüllah təala get-gedə külək sakitləşdi və biz fanara paralel yolla, şimali-şərq istiqamətdə hərəkət etdik. Bu Vəch adlanan karantin olan yerə çatmalı idik.

Cümə günü axşam paroxodda məhərrəm ayının başlandığını bildirən Ayı gördük. Gecə Vəch tərəfdə çox daş olduğunu nəzərə alaraq paroxod ehtiyatla idarə olundu və surət saatda iki mildən artıq deyildi.

Bu paroxod heç vaxt Vəch tərəfə üzməmişdir. Ona görə də kapitan xeyli ehtiyatla hərəkət edirdi. Bu gəmi bir il olar ki, İngiltərənin gəmiqayırma zavodunda hazırlanmış, yetmiş beş min ingilis lirəsinə başa gəlmişdir.



Vəch limanına çatdıq və karantin səbəbindən dayandıq.

h.q.1293-cü il məhərrəmül-həram ayının 1-i, cümə günü.(30 yanvar, 1876) Günortadan beş saat keçmiş Qlavvoz ərəblərinin müşayiətilə Vəch qalasına daxil olduq. Ərəblər ona Vuc deyirlər. Vəch qalası Qırmızı dənizin şərq sahilində, 26 dərəcə və 26 dəqiqə şimal en dairəsində 36 dərəcə və 30 dəqiqə şərq uzunluq dairəsində yerləşmişdir.

Bu məkan Misir xədivinin hakimiyyəti altındadır.

Burada əsgər və top həmişə hazır vəziyyətdədir. Təxminən 300 ailə rəiyyət yerləşmişdir. Əvvəlki illərdə hacılar arasında xəstəlik olduğundan kanaldan keçən hər kəs 21 gün karantində saxlanılırdı.

Bu il ehtiyat üçün 3 gün saxlayırlar və hər kəsdən 1 Fransa riyalı alınır ki, bu da 5 min 10 şahı İran puluna bəra­bər­dir. Qayıq kirayə etmək, yol, yemək xərci hamısı hacının he­sa­bı­nadır.

Biz sahilə çatan vaxt, digər, 6 paroxod burada dayan­mış­dı, bunlardan 2-ci biz daxil olandan sonra həmin gün yola düş­dü və karantindən xilas oldu. Burada karantin elə sərt idi ki, bu­gün bizim paroxoddan heç kim xaricə çıxa bilməzdi, kənar­dan da yanımıza heç kim gələ bilməzdi.

Hətta puldan da ehtiyat edilirdi.

Fransanın Ciddədəki konsulunun müavini deyirdi:” Bu il araşdırmalardan müəyyən olunmuşdur ki, 145 min nəfər zəvvar Ərəfatda olmuşdur. Çox çirkli, natəmiz Qərb ərəblərindən, Cavə əhlindən 7-8 nəfərinin vəfat etdiyini deyirlər. Bu rəqəm inandırıcı deyildir”. Onlar başqa zəvvarları da xəstələndirə bilərdilər. Allah qarşısında günahkardırlar və Allahın qəzəbinə düçar olarlar. Onlardan ara-bir kimsə Misirə getsə, yenə ehtiyat etmək mənasızdır. Paroxodla İstanbula və Beyruta, yaxud Anadoluya gedirlərsə, daha karantinin nə mənası ?



Vəch limanında dayanma, bir divanə fərdin şərhi-halı

h.q.1293-cü il, məhərrəm ayının 2-si, şənbə (31 yanvar, 1876) səhər hava çox soyuq idi. Termometri pəncərədən asdım. 48 dərəcə həddində dayandı. Bu isə normadan 7 dərəcə aşağıdır.

Bizim paroxodun yanında bir şəxs vardır. Əhməd adlı bu şəxs İzmirə tabe olan Balıkəsir əhlindəndir. Anası da yanındadır.

Bir neçə müddətdir ki, bu şəxs ağlını itirmişdir, tez-tez “şeytan, şeytan” deyir. (Allahın yerinə şeytanı dost tutan kimsə açıq-aşkar ziyana uğramış olar, Nisa surəsi, ayə 119)

Ərəfatdan sonra xəstəlik daha da şiddət etmişdir. Anası onun ağzına istiot və duz tökür! Vurur, faydası olmur.

Mən özüm getdim, gördüm. Öz yataq yerini parça-parça etmiş, təkrar şeytan deyir, anası gizli dərd çəkir.



Karantin səbəbindən Vəch limanında dayandıq və Fərhad Mirzənin gəminin xaricində müqaviməti

h.q. 1293-cü il 3 məhərrəm-ülhəram yekşənbə (1876, 1fevral, bazar günü) səhər bizim 30-40 zərə yaxın bəra­bə­ri­miz­də olan Rusiya kompaniyasının gəmisi üçün atəş açdılar ki, ka­ran­tindən azad oldular. Günəşin batmasına 6 saat qalmış yola düş­dülər. Bu beyti oxudum:

Xəbəri-ma berəsanid be morğani-çəmən

Ke avazı-şoma həm dər qəfəsi oftade-əst.

(Bizim xəbəri çəmən quşlarına çatdırın

Ki, sizin avaz da qəfəsdə eşidilir).

Ciddədən digər bir paroxod da limana daxil oldu və bugün Vəchin məmurları xeyli ağılsızlıq etdilər. Hər bir saatdan bir bir ərəb gəlib qayıqda fəryad edirdi və deyirdi: Əgər hacılar karantinə gəlməsələr, 21 gün də burada qal­acaq­lar, ya da Süveyşdə saxlanacaqlar.

Əvvəlki kapitan xəstədir, türk və ərəbcə bilmir. 2-ci kapitanı sahilə göndərdim. Xəbər gətirdi ki, gərək karantinə görə quru ilə getsinlər. Mən dedim: “Özüm və yoldaşım çox halsızıq və bizim üçün paroxoddan çıxmaq çətindir.

Kapitani-sani təmkinli dedi: ”Məkkədə olarkən bura­da­kı vəziyyəti bilsə idim.”

Heç kəs bilmir ki, bu karantin məsələsi Əlahəzrət Sul­ta­nın hökmü ilə, yoxsa həzrət Misir Xədivinin arzusu ilə həyata ke­çirilmişdir, yoxsa Firəngistan komissiyasının qərarı ilə baş ve­rir?

Əgər Ərəfatda taun və yaxud vəba xəstəliyi olmuşdursa, bu zəif bəndələr, Allahın mərhəməti sayəsində şükürlər olsun ki, yüz qırx beş min nəfər hacıdan 50 nəfər tələf olmadı və hacı­lar salamat qayıtdılar. Ona görə də gərək nəzir, sədəqə verilsin, insanlar qurbanlar kəssinlər, bayramlar təşkil edilsin. Lakin susuz səhrada yaşıllığı olmayan yerdə insanlara baha qiy­mətə nə isə satılır, pul qazanırlar. Əgər hərdən xəstələnib ölən olursa, yenidən karantin təyin edilir.

Bu bir neçə gün Əzrayıl (mələkül-mövt) öz can almaq peşə­sindən əl çəksin ki, bu Allah bəndələri salamat paroxoda qayıt­sınlar.

Əgər Allah eləməmiş, Məkkeyi-müəzzəmə və Mədi­ne­yi-Münəvvərədə xəstəlik baş versə, hər kəs Məkkə sözünü di­li­nə gətirərsə, gərək karantin rəisi onun danışığını da yusun.

Əlqissə, 2-ci kapitan karantin rəisi ilə söhbət edib, ikinci dəfə gəldi və xəbər verdi ki, karantin rəisi deyir: ”Gərək filan­kəs də (Fərhad Mirzəni nəzərdə tutur) müqəddəs yerlə ka­ran­­tinə gəlsin.”

Mən 2-ci kapitana dedim: ”Əgər gəmi 100 gün də karantində qalsa, mən ayağımı kənara qoymayacağam və siz hörmətsizlik edə bilməzsiniz.”

Mən bir neçə fəhləni xidmətdə saxladım, digərlərinə getməyə icazə verdim. Kapitan işi belə gördükdə axırda razı oldu və onlar getdilər.



Biz qaldıq və sənin xəyalın paroxodunun yanında

Axşamüstü bir qədər yuxarıda, paroxodun səthində gəziş­dim. Məlum oldu ki, bütün yalanları 2-ci kapitan etmişdir. O, gəminin səthini yumaq üçün onu boşaltmaq istəyirdi və ya­lan­­dan deyirdi ki, əgər bugün camaat karantinə getməsə, 21 gün də burada qalmalı olacaqlar. Gəmi əhli də pul verərək, get­mə­mişdilər.

Gəmidən çıxmayan fəhlələr deyirdilər: ”Bu iki nəfər nə­za­rətçi paroxoda daxil olaraq vəba və taun barədə danışmağa gəl­mişdilər, lakin bu iki gündə əcəmlərə heç bir söz demədilər. Bu­gün 2-ci kapitan gəmidən quruya çıxdı və qayıtdı, bu oyunu oy­nadı. ”

Ciddənin Qaimməqamı və Vəch qalasının komendantı bir məktub yazmışdı. O kağızı səhər kapitana verdim. Kapitan dedi: “Qaimməqam quruda ixtiyar sahibidir. Bu iş karantin rəisi ilədir, göndərilən bu kağız boş şeydir. Bizim qayığımız olmadığı üçün göndərə bilmədik.” Yalan işin onun tərəfindən olduğu məlumdur, o istəmirdi ki, o kağız Vəch mühafizəsinə çatsın. Axşam gürcü balıqtutanlar dənizdə idilər, onlardan birini qarovul çağırıb apardı.

II kapitan Port-Səidin agentinin qardaşıdır, çox dələduz, hiyləgər adamdır. Qardaşına arxalanaraq I kapitanı saymır, bəlkə də özü I kapitan olmaq xəyalındadır. I kapitan da fəqir, zəif bir insandır. Gəminin heç bir fəhləsi ona etina etmir. Digər paroxodların kapitanları isə, müşahidə etdiyimizə görə, əmr və qadağaları özləri verir, heç kəs onların işlərinə müdaxilə edə bilmir, əksinə onların hökmü olmadan heç kəs bir iş görməyə cürət edə bilmir.

Fərhad Mirzənin gəmidə qalması və karantinə gedənlərlə mü­xalifət

h.q. 1293-cü il, 4 məhərrəm ül-həram, düsənbə, (1875,2 fevral) Gecədən sonra dəniz elə sakitləşdi ki, hovuzda dalğa olmadığı kimi dəniz də elə idi. Lakin əslində isə gecələr soyuq idi, termometr 47 dərəcəni göstərirdi ki, bu da normadan 11 dərəcə aşağıdır, buz bağlamağa 3 dərəcə qalırdı.

Bugün 3 paroxod karantindən xilas oldu. Biri sübh Sü­vey­şə yola düşdü. Digər paroxodun sakinləri isə paroxoda çat­maq üçün karantindən qurtulsalar da qayıq olmadığından 6 saat sahi­ldə gözləməli oldular.

Cəmisi 3 ədəd qayıq vardır. Bu qayıqlar sərnişinləri pa­ro­­xoda çatdırır. Qayığa doluşanların səs-küyləri paroxoda ça­ta­nadək eşidilir.

Durbinlə bu müsəlmanların halını görmək mümkündür. Bu müsəlmanların başına oyun gətirirlər ki, müqəddəs Kəbə ziyarətləri onlara haram olsun. Min zəhmətdən sonra nəhayət paroxodun biri Günəşin qürubuna 3 saat qalmış və biri də 2 saat qalmış yola düşdü. Mən bunları binoklla seyr edirdim.

Axşam paroxodun göyərtəsinə qalxdım və qazanxanaya, tamaşa etməyə getdim. İnsan ağlının dəqiqliyinə məəttəl qaldım. Nə qədər yazsam yenə qüsur olacaq.

Günəşin batmasına 1 saat yarım qalmış Karantin həkim­ba­şı­sı və Karantin nazirinin müvaini mənim paroxodda ol­du­ğu­mu eşidərək görməyə gəldilər. Onları xeyli məzəmmət et­dim:”Siz bütün insanları gəmidən sağlam bayıra çixararaq xəs­tə gətirirsiniz. Bugün gun çıxandan ta batmasına 3 saat qalmış, mən durbinlə tamaşa edirdim, 1000 nəfər qadın və kişi zəv­var­la­rı ac-susuz günəşin altında saxladıqdan sonra 3 qayığa yığ­dı­nız, öhdəsindən gələ bilmədiniz. Mən burada gördük­lə­ri­mi, müsəl­manların əziyyətini sultana, xədivə və paşaya yaza­ca­ğam və de­yəcəyəm”.

I və II kapitan şahid olmağa hazırdırlar. Həkimbaşının adını soruşdum, büruzə vermədi. Dedi: “Mən həkiməm,bu iş­lə­rin mənə dəxli yoxdur”.

Dedim:”Həkimbaşı deyə bilmir ki,30-40 qayıq gətirsinlər ki, insanlar günün altında qalmasınlar, xəstələnməsinlər və həcc mərasimi bitdikdən sonra yenə qayıqları Süveyşə aparsınlar? Bu il Ərəfatda 145 min insan olmuşdur, 40 nəfər dünyasını dəyişmişdir. Əgər Allah eləməmiş, vəba xəstəliyi olsa idi, siz insanların başına nə bəla gətirərdiniz?”

Həkimbaşı və müavin tez qalxıb getdilər, bu kəlmələri eşit­dikləri üçün heç şahzadə əfəndinin görüşündən razı qalmadılar.

Karantin barəsində bir neçə şeir deyilmişdir, Allah və Rəsul min əmr və qadağa qoymuşlar. Allaha pənah, hər kim itaət etmir, karantin əhli üçün istədik, onlara nahar qabları göndərək!

Deyirlər ki, bizdən sonra karantin hüduduna daxil olan bir paroxoda, rövzəxan Hacı Qasım Xoyi sərnişindir. Təklif etdim ki, qayıq göndərsinlər, onu gətirsinlər bizim paroxodda bu Aşura günü savab qazanaq.

Paroxod əhli xəbər göndərdilər ki, bizim camaatı karantinə aparıblar, biz pakıq və onlar napakdılar. Əgər belə olsa, biz gərək bir gün artıq burada qalaq. Bu savaba biz nail ola bilmədik. Paklığın və napaklığın mənası məlum olmadı.”Vəchiyyə” şeirləri belədir:

Fərhad Mirzədən “Vəchiyyə” şeirləri

Vapor ze Ciddə şod rəvane,

Bər sahile-Vəch dər kərane,

Adine və əvvəle-Məhərrəm,

Vapor be Vəch şod müsəlləm,

Anca başəd hakime-hazeq,

Kəz ust qəzai dəhre-mazeq

Xəlqi ənbə ze tork-o-tacik,

Dər mənzele-sərd-o-təng-o-tarik.

Manənd se ruz dər Karantin,

Məlum nəgəşt hasili-in.

Cüz anke ze xəlq çiz girənd,

Biqaede-vo-təmiz girənd.

Qorsi ke bəhaiyi-u quruş əst,

Dər Vəch vəra be dəh füruş əst.

Be nəşesteye-rəis dər karantin,

Qafil ze Xoda-vo-şər-o-ain.

Cüz qofteye-xod rəva nədarəd,

Şərm-o-ədəb əz Xoda nədarəd.

Urast gəman ke ta dəhəd dud,

Kərde əst qəzai dəhr mərdud,

Ta dad belit,kərd eymən,

An əhməqra çərxe-rimən.

Dudi ke ze u qəza gerizəd.

Əz istilai şoma gerizəd.

Vər-nə be əcəm qəzai möhkəm,

Hərgez nəşəvəd ze dud o-dəm kəm.

Ma qövme əcəb zəif halim,

Məqhur qəzai zülcəlalim.

Mara nəbovəd həkimbaşi,

Kəz ust çenin omure-naşi.

Kəz ma bekonəd qəzai həqq dur,

Mara bekonəd ze lotfe məsrur.

Əlqisse, əhaliye-karantin,

Darənd əcəb qərar-o-ayin.

Məktub ze kəs, fəra nə girənd,

Əz tərs ke ta vəba nə girənd.

Quyənd bəd əz həvaye-Məkkə,

Əz Mərvo-vo əz səfaye-Məkkə.

Əz Məkkə vo əz Mina çu quyi,

Bayəd ke, zəbane-xod beşuyi.

Kin ləhn bovəd həmi vəba xiz,

Bər mast ze ləfze Məkkə pərhiz.

Yarəbb mipəsənd ke in çenin qövm,

Bər xaneye-to nəhənd in loum.

İslami əgər çenin setizəd,

Əz qövme yəhud pəs çe xizəd?

İslam əcəb zəif gəşte,

Həmçun mehe-nou nəhif gəşte.

Moşkel ke dobare be dər gərdəd,

Yabəndeye-cah-o-qədər gərdəd.

İn qövm ke qorreənd bər huş,

Kərdənd xodaira fəramuş.

Mara be zəmin çu iqtidar əst,

Həqqra bezəmin digər çe kar əst.

Mara nərəsəd xəyali əz kəs,

Vapor-o-tel-o-şəməndəfər bəs.

Ta gəşti-vo-reyl-o-tel rəvac əst,

Mara be kəsi çe ehtiyac əst?

Yarəb, bekocast pəşe vo bad,

Kəs yad nemikonəd həm əz ad.

Yarəb, bekocast teyre-xottaf,

Kavsaf nəmud qövme səfsaf.

Beferest bəlaye na gəhani,

Bər qövme dəqa çenançe dani.

Ta bər hərəmət pənah arənd,

Səd tövbe əz an qonah arənd.

Puyənd həm ez rəhe ənabe,

Quyənd həme be əcz-o labe.

Allah-Allah, rahman dəh,

Dər xaneye-xod pənahman dəh.

Ta əfve-to dəstgir gərdəd,

Şamil be cəvan-o-pir gərdəd!


Vəch limanından Süveyş istiqamətinə hərəkət

h.q.1293-cü il, 5 məhərrəm ül-həram, seşənbə (1876, 3 fevral) Səhər Vəchin Qaimməqamı, Əhməd əfəndi, mühafiz, yüzbaşı, Həkimbaşı və qeyriləri görüşə gəlmişdilər.

Qaimməqam xeyli üzrxahlıq etdi ki, mən müqəssirəm. Dedim: “Necə ola bilər siz bilməyəsiz ki, gəmi nə vaxt gəlir, nə vaxt gedir? ”

Qaimməqam dedi: “Karantin naziri bizi gəmiyə gəl­mə­yə qoymurdu, bir kəsdən əhvalını soruşmağa icazə vermirdi. Siz­dən xahiş edirəm ki, məni bağışlayasız. Əgər Ciddə Qaim­mə­qamının kağızı bizə çatmırdısa, bütün günahlar bizdədir və xa­hiş edirəm ki, həzrət Xədivə bizdən şikayət etməyəsiz.”

Qaimməqam deyirdi ki, 6 min hacı ziyarətə gəlmişdir və onlardan otuz nəfər vəfat etmişdir. Onlar da ki, mərakeş əhlidir. Şükür etmək lazımdır ki, heç vaxt belə olmamışdır.

Bir saatdan sonra onlar getdilər, gəmi yola düşən vaxt 17 top atəşi eşidildi. Karantin işçiləri də daxil oldular.

Günortadan 5 saat keçmiş paroxod Vəch limanından ara­landı. Yolda Hacı Abbas Ağaya dedim: “Bu Osmanlı məm­lə­kət­lərində yersiz pul tələb etmirlər, burada əgər belə bir şey olsa, müəyyən etmək və mühafizə bildirmək lazımdır. Mühafiz gəlib dedi ki, Filan şahzadəyə güzəşt etmişik.”

Matroslar gəldikdə məlum oldu ki, digər hacılar kimi onlardan da pul almışlar. Hacı Abbas ağa paroxodu tərk edib quruya çıxdı. Mühafiz çoxlu qərib tanıyırdı və özü əsgərlərin ya­nına gedib, vəziyyəti aydınlaşdırmaq istədi ki, pul yığan kim­dir, onu tənbeh etməyi qərara aldı.

Bu arada birinci paroxoddan turba səsi gəldi, Hacı Abbas ağa biixtiyar geri qayıtdı və mühafizdən xəbər çıxmadı.

Xülasə, Vəchdən Şərqdə yerləşən dağlar barədə soruşdum. Mühafiz dedi ki, bu Cəhinə dağıdır ki, burada bə­də­vi ərəblər yaşayırlar. Daha sonra o dedi: bu bədəvi ərəblərin ara­sında bir insan yaşayır ki, dörd gündür ki, o nə yemək yeyir, nə də su içir. Moviləhdən buraya 4 günlük yoldur. O insan bu­ra­ya gəlir, yemək yeyir və gedir. Bu ərəbin Yənbəə ərəbləri ilə əda­vəti vardır.

Bugün kiçik bir balıq ovlanmışdır, onun rəngi qır­mı­zı­dır, xalları açıq göy, firuzə rəngindədir. Bu balığın belində san­ki bir düzüm qilinc əkilmişdir, xeyli gözəl və gözoxşayandır. Gö­­zəl yerlər dənizin sahilində və Vəchin şimali-qərb tərə­fin­də­dir.

Kəmimizin hərəkəti Vəchdən Süveyşə tərəf, bir neçə mil Qərb istiqamətinədir. Sahildən uzaqlaşdıqdan sonra Sü­vey­şə qədər gəminin hərəkəti şimali-qərb istiqamətinədir və bugün meh­riban Allahın fəzli ilə dəniz sakit idi. Ona görə də paro­xo­dun hərəkəti rahatdır.


Gəmi ilə Süveyş istiqamətinə hərəkətin davamı

h.q.1293-cü il, 6 məhərrəmül-həram, çəharşənbə. (1876, 4 fevral) Xudavəndin fəzlindən dünəndən indiyədək hava mü­la­yim və dəniz elə salimdir ki, su kasada tərpənmir. Sübh Gü­nəşin çıxması ərəfəsində dənizdə, yəni Süveyş körfəzində bir paroxod gördüm ki, teleqraf telini inqilisdən Ədənə çəkir.

İndi əksər əhali yaşayan yerlərdə teleqraf çəkilmişdir və indi bir neçə paroxod yüklərlə Bombeyə üzür. Körfəzə çatdıqda dənizdə, qərb sahildə balıqyeyən quş peyda oldu. Körfəzin eni bəzi yerlərdə təqribən 10 mildir.

Süveyşə 60-70 mil qalmış gəminin hərəkəti şimal istiqamətinə yönəldi.


Süveyş limanında dayandıq, Qayıqla dənizdə gəzinti

h.q.1293-cü il 7 məhərrəmül-həram, pəncşənbə. (1876, 5 fevral) Bu pəncşənbə gecəsindən 6 saat yarım keçmiş paroxodumuz Süveyş limanında dayandı. Təxminən 38 saat yol qət edib, Vəch sahilindən Süveyşə gəldik. Bugün sübhdən dənizdə elə bir duman və çovğun var idi ki, ətrafda olan dağlar görünmürdü.

Dünən axşam əslən Trabzondan olan Hacı Həsən adlı bir şəxs vəfat etdi. O, Mədinədən buraya qədər olan müddətdə xəstə idi və 80-dan artıq yaşı var idi.

Səhər karantindən bir nəfər yoxlamağa gəldi. O, həmin ölüm xəbərini eşitdikdə gedib, komissiya həkimlərini göndərdi. Onlardan biri həkimbaşıdır. Adı Müxlis Əfəndidir. O deyirdi ki, 5 il Tehranda Heydər Əfəndi ilə həmrah olmuşdur. Mən ondan təfsilatı ilə soruşdum. O, təsdiq etdi ki, Misirdə vəba xəstəliyi yoxdur və gəminin yola düşməyinə icazə verdi.

Axşam çox dilxor olduğumdan qayığa əyləşib, bir qədər dənizi seyr etdim. Dəniz elə sakit idi ki, sanki torpaq donmuş, su isə bərkimişdi.

Fransa şirkətinin tikdiyi Süveyş limanına qədər getdim, həqiqətən çox gözəl limandır. Onun dənizin üstündəki eni 3 zər, suyun altında eni təxminən 15 zərdir ki, gəmilər tufan vaxtı limana daxil ola bilsinlər.

Qürub vaxtı İran dövlətinin nümayəndəsi Əhməd Ağa bizim adamları burada görüb məəttəl qaldı ki, biz limana gəlmişik və o, paroxoda gəldi.

Süveyş kanalında dayandıq. Misirin xədivi Səham İs­ma­yıl paşa kanalda.

h.q. 1293-cü il 8 məhərrəm ül-həram cümə (1876, 6 fev­ral). Səhər limanda ölkə gəmilərindən biri göründü. Bu gə­mi zilqədə ayının əvvəllərində əsgər aparırdı, indi on gündür ki, qayıtmışdır.

Bu gün də günortaya qədər yola düşməyə icazə verməklə əlaqədar komissiyanın teleqrafını gözlədik. Aydın məlumat ver­dim ki, əgər bu gün icazə verməsələr, Misirə, həzrət Xədivə və İstanbula, Vəziri-Muxtara teleqraf göndərəcəyəm. Ciddədən bu­raya qədər gələn hacıları da xəbərdar edəcəyəm. Ko­mis­si­ya­nın göstərişi və onların icazəsinə gəlincə, gü­nortadan 5 saat yarım keçdi. Gəmi aramla, ağır-ağır hərəkət et­məyə başladı. Günəşin batmasına 4 saat , 45 dəqiqə qalmış Sü­veyş kanalına daxil oldu. Biz 4 saat kanalda olduq. Bu za­man Port-Səiddən bir paroxod gəldi. Bizim paroxod 5-6 zər mə­safədə aralı onun yanından keçdi, ingilis kampaniyasının gə­mi­si idi. Gəminin göyərtəsi xeyli zəngin görünürdü. Qüruba iki saat qalmış Gü­vey­­şin 15 km-liyində olan Gerin dayana­ca­ğın­da gəmimiz li­man­da lövbər saldı və gecəni kanalın yanında qaldıq.

Qüruba 1 saat qalmış ingilislərin digər bir gəmisi gəlib keçdi. Bu gəmi xeyli böyük idi və Bombeyə gedirdi. Gəmi gəlin kimi bəzənmişdi. Bu gün gördüyüm bu iki gəmi çox gözəl görünürdü. Qüruba yarım saat qalmış daha bir başqa ingilis gəmisi göründü, gəlib keçdi. Bu gəmi çox böyük idi və Bombeyə gedirdi. Gəlin kimi bəzəmişdilər. Bu gün gördüyümüz bu iki gəminin hər ikisi çox yaxşı idi və Günəşin batmasına yarım saat qalmış yenə bir ingilis gəmisi gəlib keçdi. Bu gəmi o iki gəmi kimi yaxşı gəmi deyildi və onun bacasında maral şəkli çəkilmişdi. Belə şəkil hələ başqa gəmilərdə görünməyibdir.

Süveyş kanalı barədə məlumat zilqədəül-həram ayının əvvəllərində biz buraya gələrkən zikr olunmuşdu. Deyildi ki, həmin ay Misir xədivi İsmayıl paşa özünün kanaldan əldə etdiyi 176 min qiymətində olan səhmini 4 milyon ingilis lirəsinə satmışdır ki, bu da 20 kürur tümən İran puluna bərabərdir. Bu kanalın 400000 səhmi bölünmüş, o cümlədən Fransa kompaniyası da bir hissəsinə sahibdir.

176 min səhm Misir xədivinə məxsusdur və Fransa kompaniyası da bəhrələnir, ona görə də söz-söhbət yaranır. İngiltərə dövləti bu pulu ödəyib kanala sahib çıxmağı tələb edir. Digər tərəfdən, şimaldan Əfqanıstan, Hindistana ticarət mərkəzi, dövlət mənbəyi kimi baxan Rusiya ona yaxınlaşır, bütün bunlar Süveyş kanalı ətrafında rəqabəti gücləndirmişdir.

Kanaldan Rusiya gəmiləri də keçirlər. Əgər onların kanalı tutmaq və ya Hindistan tərəfə üzmək fikri olmasa, onların üzməsinə heç bir maneə olmayacaq.

Kanalın hər yerində, 85 mil uzunluqda olan əraziyə işa­rə­lər qoyulmuşdur və hər bir mil on yerə bölünmüşdür və ya­zı­lıb ki, əgər harada pozuntu baş versə, məlum olsun. Kanal mü­ha­fi­zə olunur, gözətçi və teleqrafla təmin edilmiş məntəqələri möv­cud­dur.

Hal-hazırda kanalın qazılması işi aparılır və davam edir.
Kanalın inşası barədə izahat

1293-cü il 9 məhərrəmül-həram, şənbə, aşura axşamı (1876, 7 fevral) Günortadan bir saat 15 dəqiqə kecdikdən sonra digər ingilis paroxodu yanımızdan keçdi, o oriental kompa­ni­ya­sı­na məxsus idi, Port-Səiddən gəlib, Süveyşə gedirdi.

Bu paroxod da əvvəlki iki paroxoddan daha əzəmətli idi, 5 qayığı vardı və hər biri qəşəng və lazimi avadanlıqla təmin edilmişdi Günortadan 2 saat yarım keçmiş bizim paroxod yola düşdü.

Gerin dayanacağından İsmailiyyəyədək başqa bir kanal yox­dur. dənizin suyu get-gedə böyük dəryaçaya çevrilir. Belə ki, Gerindən on mil məsafədə dəryaçanın sağ və sol tərəfində xü­susi işarələr qoyulmuşdur ki, gəmilər bu işarələrin arası ilə üzsünlər.

Süveyş kanalında iyirmi beş mildən sonra bir minarə dü­zəl­­dilmişdir və onun yuxarısında böyük bir fənər qoyulmuşdur və bu fənər gecələr yolu işıqlandırır.

Fənərdən o tərəfə isə dəryacanın ortasında sanki həyat yox­­­dur, qaranlıqdır. Su səhraya axdığı üçün dəryacanın dərin­li­yi 6-7 qulac olar və burada əksər yerdən gəmilər üzə bilir.

Əvvəlinci dəryacadan bir qədər aralı 2-ci fənər görünür, burada da işarələr qoyulmuşdur ki, gəmilərin 2-ci kanala keçməsi mümkün olsun.

Bu kanalın hər iki tərəfində xeyli qamış və yulğun ağacı bitmişdir, tezliklə o ətrafı tamamilə bürüyəcəkdir. 2-ci kanalın uzunluğu 4 mildir. Kanalda olan 2-ci dəryacadan sular səhraya axdığı üçün və burada alçaq və hündür yerlər çox olduğu üçün kiçik adalar çoxdur.

İsmailiyyəyə qədər bu dəryacanın uzunluğu 8 mildir. Bu dəryaçanın dərinliyi az olduğu üçün kanalın ortasında hər yerə işarələr qoyulmuşdur.

İsmailiyyədə abadlıq, yaxşı binalar çoxdur və bunlar Misirin xədivi İsmayıl paşa tərəfindən salınmışdır və yolun əsasən sol tərəfindədir.

İsmailiyyənin yaxınlığından başlayaraq paroxodun hərəkəti Şimali-Şərqə və Şərq istiqamətində oldu. Bu vəziyyət 3-cü kanala daxil olanadək davam etdi.

2 mil yol qurtardıqdan sonra, yenidən Şimala doğru hərəkət etdik. Bu kanalın eni 8 mildir. (40 metrə qədər). 3-cü kanalın başlanğıcında onun eni 41 metrdir, ta Port-Səidədək 41 metr də qaldı. Ondan sonra yenidən kanalın eni artdı.

Kanalın sağ tərəfində bəzi yerlərə daş döşənmişdir ki, uçul­masın, sol tərəf narın səhra qumları ilə örtülmüşdür və iki-üç zərə qədər kanalı doldurmuşdur. Bunlar həmişə ardıcıl ola­raq təmizlənir. Kanalın bəlası yəqin ki həmin narın qumdur. Gü­nəş batan vaxt, Port-Səidə 30 milə qədər məsafə qaldıqda, gə­mi lövbər atdı və bu onu bildirir ki, biz gecəni kanalda qa­la­ca­ğıq.

İsmailiyyə kanalın kənarında olsa da, lakin ikinci dərya­ça­da gəmilərin keçməsi üçün müəyyən edilmiş yoldan uzaqdır. Ona görə də İsmailiyyəyə barkas və qayıqla getmək lazımdır.


Port-Səid istiqamətinə yola düşdük.

h.q.1293-cü il 10 məhərrəmül-həram, yekşənbə günü (1876, 8 fevral). Bu gün Aşuradır. Səhər Aşura ziyarətini oxu­dum. Kanalı və gəmini şahid tutdum ki, Xudavəndi-Aləm məni As­tanın bəndəsi, Ətəbatın iti kimi qəbul edəcək:

Əhməd livayi xiş Əlira seporde bud

Mən zire an, bozorg-o-mübarək liva şodəm

(Əhməd öz bayrağını Əliyə tapşırmışdı,

Mən onun altında, böyük və mübarək bayraq oldum).

Günortadan bir saat keçmişdi, paroxod yola düşdü. 5-6 mil hərəkət etdikdən sonra lövbər saldı, iki saat dayandı və Fransa gəmisi gəlib keçdikdən sonra (iki böyük paroxod idi) yola düşdük

Günortadan 5 saat yarım keçdikdən sonra gördük ki, Port-Səidə 13 mil qalmış böyük bir dayanacaqların birində iki gəmi lövbər salmışdır, biri qabaqda idi və çox böyük bir paroxoddur, kiçik fasilədən sonra onun ardınca daha bir böyük paroxod da göründü. Əvvəlki paroxodun yanında barkas da vardır. Onlar Hindistana və Malibara 3 min hərbçi aparırdılar.

Dənizin ortasında iki hissəyə bölünmüş bir dağ vardır. (Dənizdəki dağ əzəmətli gəmilər Onun əmrilə atırlar addımlarını, Ər-rəhman surəsi, ayə 24).

Bu vaxtadək görünən paroxodlar tamam qara rəngdə idilər və bu böyük paroxod tamamilə ağ rənglənmişdi. Bu, isti Hindistan havası ilə əlaqədar idi. Çünki ağ rəng hərarəti dəf edir. Ağ rəng Allahın yaratdığı qar kimidir, gəmini də ağ rəngli etmişlər ki, davam gətirsin. Onun arxasına barkas əvəzi iki kiçik paroxod bağlanmışdı.

Əlqissə, kanalın sol tərəfində Nilin suyu şoran səhraya axır, Dəmavəndə qədər uzanır burada, süni göldə böyük ağ quş­lar çoxdur. Bu göldə yol gedirdilər, göl uzaqdan ağ rəngə çalır, ona görə də bu gölə suçu quş deyirlər.

Bu gölün uzunluğu 10-12 mildir, dayanacaqdan Port-Səidə qədər olan 13 mil məsafə bitdikdən sonra 1-2 mil quru yol başlayır. Göl buradan uzaqdır. Burada torpaq bir qədər hündürdür.

Yenə Port-Səidə qədər körfəzdir və Port-Səidə 5 mil qalmış bu körfəzdə xeyli qayıq görünürdü və burada yük boşaldırdılar.

Yəqin ki, Dəmyatdan gəlmişdi, buradakı insanların dilləri başa düşülmürdü və ona görə də heç nə soruşmaq mümkün olmadı. Kanalla bu süni gölün arasında olan bir xəndəyin uzunluğu 23 zərdir. Kanalın sağ tərəfindən də bəzi yerlərdən axan suyu səhraya tökülür və səhranı əhatə edir.

Port-Səiddən Süveyşədək yolun sağ və sol tərəfində 11 yerdə dayanacaq vardır. Kanaldan Port-Səidədək əksər yerlərdə, yolun sağ və sol tərəfində, kanalın qumu tökülmüş yerlərdə daşdan örtük çəkilmişdir ki, heç olmasa, yenidən təkrar digər yerlər xarab olmasın, indi fəhlələr məhz bu işlə məşğul olurdular. Günəşin batmasına 4 saat qalmış Port-Səid limanına daxil olduq. Müsyo Trençiva, Alman gəmiçilik kam­pa­niyasının agenti gəldi. Bu agent 2-ci kapitanın qar­da­şı­dır. Qar­daşının əksinə olaraq o, ədalı, xoşa­gəl­məz adam idi. Mən Ciddənin agentinin verdiyi kağızı göstərdim. Orada göstərilirdi ki, biz Port-Səiddən İsgəndəriyyəyə getməliyik və oradan İsta­n­­bula çatdırılmalıyıq. Kapitan üzr istədi və dedi ki, paroxod ha­zır deyildir.

Altı gündən sonra digər Alman paroxodu gəlməlidir və burada 6 gün dayanıb, sonra İsgəndəriyyəyə, oradan İstanbula gedəcəkdi. Cəmi 12 gün çəkir. Bu paroxod “Hunqari”dir və Beyrut yolundan Rodosa 8 gün yol gedib, inşallah, sonra İstanbula yol alaraq, bizi 14 fevralda İstanbula çatdıracaq. Soruşdum: “Yolda karantin var?” And içdi ki, karantin Beyrutdan götürülmüşdür. Mən dedim ki, əgər karantin olsa, kirayə pulunu İstanbulda geri alacağıq və sizin kapitanlar xeyli əziyyət çəkəcəklər. Təfsilən İstanbulda kampaniyaya gedəcəyəm.

Sonra bu paroxodda getmək üçün istixarə etdim və bu ayə gəldi: Və paroxod gələnədək burada 6 gün gözləmək, pis gəldi: “Bir halda ki, ona fəxr satırdınız və gecə vaxtı hədyan söyləyirdiniz, “Mömünün” surəsi, 67-ci ayə”. Ona görə də Allaha təvəkkül deyib o gəmidən bu gəmiyə keçdik və keçərkən yenə məsafə çox olduğundan insanlar suya düşdülər. Bu zaman 1000 nəfər müsafir suya düşdü. Bu gəminin hündürlüyü o biri gəmiyə nisbətən çox idi. Allaha dua edirdik ki, inşallah İstanbula salamat yetişək! Port-Səid elə bir limandır ki, tez bir zamanda İsgəndəriyyəni ötərək, get-gedə Misirdən də abad və gözəl bir şəhərə çevrilir. Bura Avropa dövlətlərinin bütün konsullarının əyləşdiyi yerdir. Port-Səid 31 dərəcə 16 dəqiqə en dairəsində, Şərqi Port-Səid 32 dərəcə 18 dəqiqə uzunluq dairəsində yerləşmişdir.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə