Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,9 Mb.
səhifə14/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

Məqameyi-Əhmədiyyə
h.q. 1292-ci il zilqədəül-həramın iyirmi ikisi, seşənbə (1875, 21 dekabr). Sübh şərəflənmişi ziyarət etdim. Barəsində ərz etdiyim “Məqameyi-Əhmədiyyə” gecədən keçmiş tamamlandı. Onu Mehri-zühurun mübarək məzarının yanında dayanıb oxudum. Ərəblər farsca bilmirdilər, qulaq asırdılar və deyirdilər: “Ziyarəti (sitayişi- T.H.) farsca oxudu”. “Məqameyi-Əhmədiyyə” budur və inşallah mələklərin qarşısında qəbul olunacaqdır (Fərhad Mirzə əsərində Məhəmməd peyğəmbərə müraciətlə onu vəsf edir, ona “Allah səni vəkili-mütləq etmişdir” deyir). Aşağıda fars dilində yazılmış əsərin mətnini olduğu kimi veririk:
Əhmədiyyə məsnəvisi

Ey xatəmi-ənbiyayi-mürsəl,

Ey xaceye-ənbiya ze əvvəl.

Budi to Nəbi, nə bud Adəm,

Adəm ze to gəşt fəxre-Aləm.

Nuri ze to bud dər vücudəş,

Zan bər həme əmr şod sücudəş.

An kəs ke, nəkərd gəşte-asi,

Mərdud ədani1 vo əqasi2.

Bövəd do cahan ze to bud bud,

Vər nə nə şodi zəmane moucud.

To şahi və ənbiya qulamət,

Name həme zende şod be namət.

İdris ke, ülum-o-daneş ənduxt,

Əz elme-to nöqtei beyamuxt.

Gər Nuhe-Nəbi səfine darəd,

Əz lotfe-to u səkine3 darəd.

Pənc esme-mobarəke-to vo al,

Eyməne-gərdeş ze ma səlsal4.

Əz elme-to gəştiyəş rəvan bud,

Vəz helme-to ləngərəş geran bud.

Musa ke, əsa bud be dəstəş,

Firon-o-conud şod şekəstəş.

U hacebe-dərgəhe-cəlie əst,

İn daştəne-əsa dəlil əst.

Bər hacid əgər səzəd ətayi,

Təşrife-şəhan bovəd əsai

Harun çu nəqibi-leşkər aməd,

Davud əz an zereh qor aməd.

Dər xeyle5-to rayezi-Süleyman,

Bər xeyle6-morabetin negəhban.

Çun kərd dəmi tora fəramuş,

Dər bəndegiye-to rəft əz huş.

Bər zəlleye2-xiş yaft qofran3,

Zan ru həme xeyl kərd fərman.

Əz lotfe-nemudi afərinəş,

Bəxşidi əz in səbəb neqinəş.

Ta div-o-dədaş müti başənd,

Dər taəte-vey səri başənd.

İsa besərat çaşnigir4

Kamuxte elmi əz Əqaqir5.

Sər bər qədəmət fəkənde darəd,

Əz ruhe-to morde zinde darəd.

Ey cane-cahan, cahan fədayət,

Cəbrayıl qulame əz serayət.

Mara nəsəzəd ke xod-setaim,

Ke bəndeye-astanət maim.

Haşa, səxti qəzafə başəd,

Əz rahe-Cənun və Yafe başəd.

Ma xake-kəfe-səgan kuim,

Gər bepəzire be fəxr quim.

Məqbul şode əst taəte-ma,

Bi əcr nə gəşte xidməte-ma.

Səgra çu səhan konənd ain6

Bər cid7 nəhənd tuqe-zərrin.

Bər cide-xod əz to tuq xahəm

Vin tuq befəxr-o şovq xahəm.

Dər selke-səgan dəhi təmizəm

Dər Misir vəfa koni əzizəm,

Bəxşəndeyi-rezqi-masavai1,

Rəxşəndeyi-ərşi-kübrai

Həqq kərde tora vəkili-mütləq,

In kari-tora səzast əlhəq.

Dər mövt-o-həyat ixtiyarət,

Dər ərz-o-səmast iqtidarət.

Əz fəzli-Xudai pak davər,

Bər kişi-to zadəem ze madər.

Madər həme dad şiri-safəm,

Ba hübbi-Əli(ə) borid nafəm.

Beqozaşt pədər məra bekottab2,

Amuxte elm-o-din-o-adab.

Tarix-o-xəbər be nam didəm,

Təfsir-o-əser təmam didəm.

Cəhd əz mən-o əz Xoda hidayət,

Səd şükr ki, rəstəm, əz qəvayət.

Danesteəm anke çişt dinət,

Bər təxti-cəlal caneşinət.

Kur əst hər anke xor nəbinəd,

Dər selke-həssat3 dər nəbinəd.

Çun həbbi-Əlist dəstigirəm,

Əz həft-ə-çəhar nagəzirəm.

Başəm çu cüda ze xake-kuyət,

Həstəm be xuda dəre-arzuyət.

Digər ze koca həmi təvanəm,

Xodra be fənai to rəsanəm.

Ömrəm ke berəhguzari-şəst əst,

İn neməti-bikəran be dəstəst.

Şəste-digər əz koca beyarəm,

Ta can be fənai to separəm.

Bəxşayi be mən ke əhli-bəxşi

Fərmandeye çərx-o-ərş-o fərşi.

Şeri-mən əgər çe nist qabil,

Likən silləti1-to həst kamil.

Əz lotfe-to fəxr-o zib xahəm

Dər hər do cahan nəsib xahəm.

Ba hübbe-to vo Əli vo övlad,

Xahəd ke, rəvəd be xake-Fərhad.

Ba hübbe-to vo Əli be məhşər,

Əz xak həmi bər avərəd sər.

Dəre-həzrəte-to müqim gərdəd,

Məsrur həm əz nəim gərdəd.

Fərqəm ke, bər astani-şəh sud,

Hicdəh əz mahe-yazdəh bud

Həqq xast ke va rəhm ze to bix,

Ya ğafər gəşt sale-tarix

Məqamə bitdikdən sonra pərişan halda hümayunun ayaqları altında dayanıb, göylərə üz tutaraq ərz elədim: “ Ya Rəsullillah, müdrik hər yerdə müdrikdir, sən hər zaman müdriksən. Bilirsən ki, padşah beş ay ölkədə olmadığı zaman mən Tehranda gecə-gündüz elə səy etmişəm ki, din, dövlət və vilayət işlərində nöqsan və eyiblər olmasın Əlahəzrət şahənşah məni bu ziyarət səadətindən məhrum etmədi. Bu ziyarət isə dünya və axirətin mərhəmətidir ki, mənə qismət oldu. Ona görə də mənə qərəzli olan bir sıra cənabları halal edirəm, bağışlayıram. “Bu, bir gündür ki, doğruçulara doğruçuluqları fayda verər.” (Surə “Maidə, ayə 119).

Oradan Həzrət Ünsiyyət ül-Hovranın ziyarətinə müşərrəf oldum, sonra digər imamları ziyarət edib, evə qayıtdım. Qabaqcadan xəbərdar edildiyi kimi, Şam zəvvarları və Məhməli-şərif bu gün günorta buraya gəlirlər. Qaladan çıxıb tamaşa etmək üçün getdim, çox çəkdi Məhməli-Şərifin gəlişi. (İstanbul və Qahirədən hər il Məkkəyə göndərilən hədiyyə Məhməli-şərif adlanırdı-T.H.).

Günəşin batmasına üç saat qalmış Məhməli-şərif top və əsgərlərlə, Şeyxül-hərəm, şeyxlər və əyanlarla Mədineyi-Münəvvərəyə daxil oldu. Əvvəllər bu, şəhər divarlarının Şam darvazasına tərəf olan meydanda təşkil olunurdu. İki ildir ki, Məhməli-şərif Məhəmməd paşanın, əvvəlinci hakimin qərarı ilə ehrama gətirilir. Bu çox yaxşı işdir. Sonra evə gəlib, bir saat qüruba qalmış Salam darvazasından keçib, Məscidi-mübarəkdə qoyulmuş Məhməli-şərifi ziyarət etdim.

Sonra Rövzeyi-Mübarəki ziyarət etdim. Ziyarətdən sonra burada Qurani-Kərimi qaldırdım ki, oxuyum, “Talaq” və “Təhrim” surələri çıxdı və onları Seyyidül-mürsəlinin ruhuna (Məhəmməd (s.ə.s)) oxudum. Bir nəfər quran oxuyan qiraət zamanı ərəbcə iki yerdə irad tutdu. Dedim “Əgər sən də farsca kitab oxusan, mənim kimi fars dilində oxuya bilməzsən. Mən də ərəbcə sənin kimi oxuya bilmirəm, bağışla!” təsdiq elədi.

Ondan sonra Siddiqeyi-Tahirəni ziyarət edib, evə qayıtdım. Çərşənbə axşamı Astani-mübarəki ziyarət etmək üçün getdim, Babi-İslamdan daxil olub, Seyyidül-mürsəlin səllullah əleyhə və aləni ziyarət edib, seyyidi-nisa aləmini də ziyarət etdim və Şafeinin namazını gözlədim və camaatla namaz qıldım.

İmam Şafei “Bismillah”ı aydın deyir və həmd etdikdən sonra bir surə oxuyur, sakitlik yaradır və yenə ayə oxuyur. Şafei camaatı arasında namaz qılanları xeyli azdır, əksinə hənəfi camaatı arasında daha çoxdur. Saat üçdə evə gəldim.
Mədinədə məşhurların məzarlarını ziyarət və insanların İran konsulundan şikayəti
h.q. 1292-ci il zilqədə ül-həramın iyirmi üçü, çəharşənbə (1875, 22 dekabr).Qışın ilk çilləsidir. Hava soyuq olsa da, külək yox idi. Termometr 45 dərəcəni göstərirdi ki, bu da normadan on dərəcə aşağı idi. Günortadan bir saat iyirmi səkkiz dəqiqə keçmiş Günəş Əhəd və Vəir Kamir dağının üstündə parıldadı.Bir saat otuz iki dəqiqə keçdikdən sonra isə Hərəmi-Mübarəkin minarələrinin üstündə parıldadı və uzaqdan günbəz üzərində iki parlaq ulduz sanki, ziyarətnamə oxudu.

İranın zəvvarlarından Hüseynqulu Mirzə, mərhum Cəfər­qulu Mirzənin oğlu (Fərhad Mirzənin qardaşı oğlu-T.H.) gö­rü­şə gəldi. O, Şam zəvvarları ilə birlikdə gəlmişdi.

Saat dörddə Cəbrayıl qapısından Hərəmi-Mübarəkə daxil olduq. Rövzeyi-mübarəki və Həzrəti-Fatimə əleyhissalamı ziyarət etdikdən sonra imamları və Siddiqeyi-Tahirəni də ziyarət etdik. Həzrəti- Siddiqənin pak məzarı dördüncü imamın və Abbas bin Əbdülmətləbin, Rəsulillahın əmisinin qəbri ilə üzbəüzdür.

Güləbətin parçadan olan bir asılmış pərdənin üzərində yazılmışdır: Sultan Əhməd bin Sultan Məhəmməd bin Sultan İbrahim bin Sultan Əhməd bin Sultan Osman, səneyi hezar-o-səd-o-siyo yek (1131). Həmin tarixdən yüz altmış ildən artıq vaxt keçməsinə baxmayaraq pərdə yaxşı qalmışdır və o qədər də köhnəlməmişdir. Belə məlum olur ki, zəvvarların gəldiyi vaxt asılmışdır. Çünki bir neçə gün bundan əvvəl yox idi.

Orada qulluq edən dedi: “Şeyxülhərəm bu gün göstəriş verdi ki, sizin nəzərinizə çatdırmaq üçün asılsın. Xülasə, qayıdarkən həzrəti-Məhəmməd Rəsullulahın qızları Umgülsüm, Ruqiyyə və Zeynəbi ziyarət etdim, onların məzarları bir məqbərədədir. Oradan həzrəti-rəsul əleyhissalamın zövcələrini ziyarət etdim, səkkiz nəfər bir türbədə dəfn olunmuş, hər birinin adı qəbirlərinin yuxarısına qoyulmuş taxtaya yazılmışdır.

Bugün Hərəmi-Mübarəkdə Qum və Mazandaran zəvvarları İranın Şamdakı konsulu Abbasqulu xandan xeyli şikayət etdilər. Konsul onlardan müxtəlif tələblər edir, alır və bunu belə əsaslandırır ki, dövlət ona heç bir məvacib vermir. “Ona görə də gərək öz haqqımı, xərcimi əcəm zəvvarlarından alam”. Deyridilər ki, o bir neçə nəfər ölən zəvvarın əmlakını da mənimsəmişdir. Mənə and verdilər ki, Əlahəzrət Şahənşahın hüzurunda bu ərzi ona çatdırım və təcili xarici işlər vəzirinə yazım və onu bu hərəkətinə görə hədələyim.

Oradan evə qayıtdım və günortadan sonra ikinci dəfə ümumi şəhidlərin və Həzrəti-Həmzə əleyhissalamın məzarlarını ziyarət etdim. Şeyxül-hərəm Əlipaşa süvari at göndərmişdi, qüruba iki saat qalmış qayıtdım. Qüruba bir saat qalmış Babül-Səlamdan Hərəmi-Mübarəkə müşərrəf olub, həzrət Seyyidül-mürsəlin Hüccətullah səllüllah əleyhə və alə və Siddiqeyi-Tahirə əleyhissalamı ziyarət etdikdən sonra məscidin ətrafını və həyəti dolandım. Şeyxül-hərəmi gördüm, ağ paltar geymişdi, əlində şam, müqəddəs yerə, ziyarətgaha gedirdi və oranı işıqlandırmaq üçün gedirdi, cümə günü olduğu üçün zəvvarlar yolboyu çox idi. Evə qayıtdım.

Pəncşənbə gününün axşamı, axşamdan iki saat keçmiş yenidən müqəddəsləri ziyarət etdim. Sonra səfərə hazırlığın bəzi işlərini görmək üçün tez evə qayıtdım.


Mədinədə dayandıq

h.q.1292-ci ilin zülqədə ül-həram ayının iyirmi dördündə pənc­şənbə günü 1875, 23 dekabr səhər Babi-Cəbrayıl Əl­ehis­sə­lam­dan həzrəti- Seyyidül-əvvəlin vəl-axirini (s.ə). zi­ya­rət etmək şərəfinə nail oldum. Minbər və mehrab duaları vaxtı idi, oxu­duqdan və ziyarətdən sonra Ümmül­əim­mə­tül­əb­ra­rın bü­qə­si­nə getmək şərəfinə nail oldum.

Oradan Fatimə bint Əsədin məqbərəsi ilə vidalaşmaq üçün onu ziyarət etməyə getdim. Bu bir neçə gün ərzində bir küçənin ortasında xeyli keçi gördük, onlar ixtiyarsız halda yollarda dolaşır, küçədə acından torpaq yeyirdilər. Hətta birini kağız yeyən gördüm. Soruşdum, dedilər ki, onları axşamlar sağırlar, gündüz küçəyə buraxırlar, hər kəs də öz keçisini tanıyır. Hərə özünkünü axşam olan kimi evə aparır. Təlim görmüş bu biçarə heyvanlar axşama qədər küçələri dolaşırlar.

Geri qayıdarkən, təzə yonca alıb, onlara yedirtdim. Əsgərlər otları qoltuqlarına vuraraq gətirdilər və küçənin ortasında dəstə-dəstə düzdülər. Ac heyvanlar da məmnuniyyətlə onları yedilər.

Pəncşənbə günü həzrət Rəsul və beytül Əleyhissəlamı ziyarət etdim.

Yə-sin və Saffət surələrini, bu iki surəni Rövzeyi-Mü­ba­rək­də oxudum, birini Seyyidül-ənbiya vəl mürsəlinin mübarək ru­hu­na, birini də Seyyideyi-nisaül-aləmin əleyhissalamın ruhuna ba­ğışladım. Sonra həyətin ortasında, Həzrəti-Fatimə bağçası ad­lanan kiçik bağçanın kənarında iki rükət namaz qıldım. Bir ne­çə xurma ağacı vardır ki, bağban Kerfes əkmişdir. Bu ağacları onun nəzir etdiyini deyirlər. Yaxınlıqda bir quyu vardır və yanında bağça salınmışdır. Quyudan 4-5 zər uzunluğunda kəndirlə su çəkmək olur.

Ayın iyirmi beşi, cümə gününün axşamı Bab üs-səlamdan Rövzeyi-Mübarəkə müşərrəf olub, ziyarətdən sonra həzrəti-Xatəmül-ənbiya səlləllahi-əleyhə və alə ilə üzbəüz divarın yanında oturaraq, “Kəmil” duasını oxudum. Bu vaxt uzaqda oturub, mənə qulaq asan şeyxlərdən biri diqqətimi cəlb elədi. Dua bitdikdən sonra yaxşı bir dua olduğunu bilib, ərəb dilində dedi: “Allah sizdən qəbul eləsin”. Mən də ərəbcə ona belə söylədim: “Bu dua bizim ağamız Əli Əleyhissalamın söylədiyi duadır ki, Kəmil bin Ziyada öyrətmişdir və bütünlüklə yalvarış və dua etməkdir”. Şeyx dedi: Hə, eşitdim, yaxşı idi”. Ondan sonra Siddiqeyi-Tahirəni ziyarət edib, namazdan sonra evə gəldim.
Mədinədə dayandıq. Savadsız Şeyxin inadı və Məkkeyi-müəzzəməyə hərəkət.

h.q. 1292-ci ilin zülqədə ül-həramın iyirmi beşi, (1875, 24 dekabr) cümə günü. Bu gün şərəfli gündür dua etmək, ziyarət etmək üçün çox münasib, xüsusi bir gündür.

Günəşin şüaları evimizin üstünə düşəndə həzrəti-Rəsul ruhi və ruhulaləmini ziyarət etmək üçün aşağı enib cümə qüsulu edə­rək, Hərəmi-Mübarəkə getdim və Babül-Rəhmətdən daxil ol­dum və bu qapı Bab-ül-Nisa ilə üzbəüzdür. Mən buraya o za­man çatdım ki, Məhməli-Şərifi (Məkkəyə göndərilən hə­diy­yə­-T.H.) Bab ül-Səlamda dəvəyə yüklənmişdilər və Hərəmi-Mü­ba­rəkdən çıxarırdılar.

Xacələr məndən razı olduqları üçün “gəl, gəl” deyə ça­ğır­dı­lar və mən Bab ül-Səlamın pilləsinədək getdim, hədiyyəni yola sal­dım.

Məhməl yola düşdükdən sonra mən Hərəmi-mübarəkə qayıtdım. Hərəmdə sakitlik idi. Vida ziyarətini icra etmək üçün əlverişli imkan oldu. Həzrəti-Rəsulillah və Siddiqeyi-Tahirə Əleyhissalama vida ziyarətini oxudum və məqbərəyə girdim. Pak imamları ziyarət duasını oxudum, qayıdan vaxt İsmayıl bin Cəfəri-Sadiq əleyhissalamı ziyarət etdim. Onun qəbri qala divarının yanındandır. Ziyarətdən sonra dincəlmək məqsədilə evə qayıtdım. Cümə namazı vaxtı isə artıq Hərəmi-Mübarəkdə idim. Xətib (xütbə oxuyan-T.H.) gəlmədiyi üçün Quran istədim ki,onu avazla oxuyam. Kitabı açdıqda “Duxən” surəsi gəldi. “Duxən”, “Cəsiyə”, “Əhqaf” surələrini oxuyub, savabını Seyyidül-mürsəlinin pak ruhuna bağışladım.

Bu əsnada kosa Xətib gəldi, dedilər, hər həftə bir nəfər xütbə oxuyur. Xütbə xətiblədir və imaməti-namazi-cümə başqası ilədir.

Xülasə, cümə namazını oxuduqdan sonra Xətib özündən razı qaldı, özünü xoşbəxt hiss elədi, çünki ona kürk bağışladılar. İkinci kürkü isə ona Şamdan gəlmiş rəisi-əsgər

Səid paşa verdi. Xətib hər iki kürkü üst-üstə çiyninə atdı. Bir sözlə o, ikidərili oldu.

Cümə namazından sonra Həzrəti-Xatəm-ül-ənbiya vəlmürsəlini və Siddiqeyi-Bətüli-Rəsul Səlləlllahi-əleyhi ziyarət edib evə qayıtdıq. Şükürlər olsun ki, bu il bəndənin səhhətində baş vermiş naqafil xəstəliklə müqəddəs yerin (hərəmin) qapısını açmaq ona qismət oldu. Ziyarətnamə kitabını oxudu, qürub edən Günəş yenidən doğdu.

Mən bu müddət ərzində Məhəmməd bin Abdulla əl-Həsən bin əl-Həsən Əleyhissəlamı ziyarət etməmişdim. Ona görə də Ağa Seyid Safi ilə bərabər oraya qədər piyada getdik. Ora çatdıqda qapının bağlı olduğunu gördüm. Əgər Ağa Seyid Safi yanımda olmasa idi, qarovul və yanımızda gedən Mustafa Qəvvas heç kəsi tanımırdılar, o zaman geri qayıtmalı olacaq idim... Ağa Seyid Safi qapını birtəhər açdı və biz hərəmi ziyarət etdikdən sonra Əbuzərr məscidinə getdik. Məscid Sultan Süleyman divarının xaricindədir və qübbəsi yoxdur. Məscidə küçə tərəfdən bir divar çəkilmişdir və qapı qoyulmuşdur. Orada Fatihə surəsini oxuyub evə qayıtdım.

Bu zaman möhkəm yağış yağır və külək əsirdi. Hava çox soyuq idi. Ağa Seyid Safi və Mollabaşı dedilər ki, ehramın qüsulunu şəhərdə, axşam namazından sonra edərsiniz, bu caizdir. Ona görə ehram qüsulu etdikdən sonra (bundan niyyət Allah xatirinə kiçik həcci icra etməkdir) dəvələri gətirdilər və onları yüklədilər. Bu, çox uzun çəkdi. Düşündüm ki, qənimət və fürsətdir, Hərəmi-mübarəki ziyarət etməyə gedim. Təcili getdim. Hərəmi-mübarəkdə heç kəs yox idi, Quran oxudum. “Müzəmmil” surəsini vəliəhdin (Abbas Mirzə) ruhuna, “Müdəssir”surəsini mərhum Şahın ruhuna, “Qiyamə” surəsini məğfurə validəmin ruhuna, “Düha” surəsini Seyyid ün-nisanın ruhuna bağışladım.

“Müzəmmil” surəsindən 17-ci ayəni oxudum: “Küfrdən əl çəkməsəniz, uşaqları qocaldan o günün əzabından bəs necə qorunarsınız?” Burada bir şeyx əyləşmişdi, ərəbcə ondan soruşdum: “Quranda olan səhvləri təshih etmək vacibdir, bu ayədə bir söz səhv yazılıb”. O, isə inad edərək mənimlə razılaşmadı. Mustafa Çavuş iki Quran da gətirdi, onlarda da həmin söz yazılmışdı. Şeyx yenə inad edərək deyirdi ki, Qurana əl vurmaq olmaz. Mən ona dedim: “Sən bir avam şeyxsən və bilmirsən bu günahı kimin ayağına yazmaq lazımdır. Kim avam olsa həmin sözü həmin cürə oxuyacaq”. Şeyx elə güman edirdi ki, müqəddəs yerdə olan Quranda səhv ola bilməz. “Bütün bu quranlarda səhv yoxdur”-deyirdi. Mübahisə edirdi və deyirdi ki, əcəmlər deyirlər ki, Quran qələtdir, demirdi ki, Quranda qələt var. Əgər Mustafa Qəvvas bizim yanımızda olmasa idi, o bizi rüsvay edərdi. Biz üzümüzü Rövzeyi-mübarəkə çevirib ərz etdik: “Ya Rəsulillah, sən bilirsən ki, həqq bu zəlil bəndənin tərəfindəndir. Sənin dərgahındakı inadkar və qəzəbli olanlar Quranda olan səhvləri düzəltməyə razı olmurlar”.

Bir daha mübarək astananı və həzrəti Sədiqənin astanasını öpüb, əlvida deyib həsrətlə bir beyt şeir dedim:

Gəştəm çu cüda ze xaki-kuyət,

Həstəm be xuda dəri-arzuyət.

Evə gəldim. Yükləri aparmışdılar. Şəhərdən çıxarkən zəlil kimi torpağa düşdüm, sonra kəcavəyə əyləşdim. Yolda Şeyxül-hərəm Əli paşanı gördüm. O, şəhərin xaricindəki qarnizonun yanında idi və zəvvarları yola salmaq üçün gəlmişdi. Əlipaşa bizə göstərdiyi xidmətdən razı qalmadığını dedi və buraxdığı qüsurlara görə üzr istədi. O, xoşnəfs bir insandır, əcəm zəvvarlarına xoş münasibət bəsləyir. Əli Paşa iki il bundan əvvəl Məhəmməd paşanı əvəz etmişdir.

Mən vidalaşma zamanı onun qulağına pıçıldadım: “ Məhəmməd gedəndə onun yerinə Əli gəlir. Bunu müqayisə et”. Xeyli güldü. Əlimi-üzümü öpdü, ayrıldıq.

Gecədən iki saat on beş dəqiqə keçmiş mənzilə yetişdik. Yəni, Məscidi-Şəcərəyə gəldik. Səkkiz gün səkkiz gecə Mədineyi-Münəvvərədə qalmışdıq.

İnşallah, bu Astananın ziyarəti bərəkətindən bu zəlil bəndə behişt xoşbəxtliyinə çatacaqdır. Bu gün üç dəfə bu yüksək kandara ayaq basmaq şərəfinə nail olmuşam. Mənzildə, yəni Məscidi-Şəcərədə yükləri yoxlayan zaman dedilər ki, bir sandıq yük yoxa çıxmışdır. Fərraşın dediyinə görə axşam, qaranlıqda yağış yağırdı. Mənzilə daxil olduqda fəhlələr arasında hay-küy düşdü və bir dəvə yükünün yox olduğunu bildirdilər. İki min tümən məbləğində olan əşya oğurlanmışdı.

Axşam nə qədər mənim sifarişimlə axtardılarsa, həmlədar Qadir ağa heç yerdə tapılmadı. Saat dörddə Səid paşanın yanına adam göndərdim. Dedilər ki, yatmışdır. Sübh namazından sonra xəbər göndərdim. Dedilər ki, yüklü dəvə yolda açılıb, yoxa çıxıb, indi Mədinənin mühafizi Əli paşanın yanındadır, dəvənin cilovu isə bir gözü kor olan Qüddur Hükkam Hələbinin əlindədir. Mən yükü dəvə karvanının zəncirinə bağlayıb gətirdim.

Səid paşa deyir ki, ərəb dəvəsi bin Mərrixin malı idi, aparmışdılar. Sabahı gün axşam dəvə sahibləri deyirdilər ki, bizim dəvələrin sayı düzdür, bəs yük hara gedib? Səhər cəzalanacaqlarını görüb, dedilər ki, üç dəvəmiz itmişdir.

Ağa Seyid Hüseyn və Şeyx Saleh saat dörddə Mədinə şəhərindən gəlmişdilər, deyirdilər ki, yolda heç nə görməyiblər. Səhər Şeyx Saleh vasitəsilə Şeyxi-hərəmə kağız yazdım. Şərif Əbdülmöhsünə xəbər göndərdim: “Məlum olmuşdur ki, halal mal yolkəsənin əlinə düşüb”. Qurani-Kərimin “Bəqərə” surəsinin 155-ci ayəsində deyilir: “Sizi mütləq sınağa çəkərik, bir az qorxu, bir az da aclıq ilə və malların, canların, məhsulların qıtlığı ilə. Səbrliləri müjdələ”.


Məkkə istiqamətinə hərəkət

Xülasə, günortadan iki saat keçmiş Məscidi-Şəcərədən yola düşdük. Günəşin qürub etməsinə beş saat qalmış zöhr namazını qılmaq üçün bir saat ləngidik və qüruba dörd saat qalmış yenidən yola düşdük. Biz Yusif səhrasında olarkən Günəş batdı.


Ayın görünməsinə dair Mədinə qazisi ilə söhbət.

h.q. 1292-ci il zilqədəülhəramın iyirmi yeddisi, yekşənbə. (1875, 26 dekabr). Səhər tez qalxdım, namazdan sonra çadırdan çıxdım. Təzə ay görünürdü. İstanbul təqvimində yekşənbə iyirmi səkkizi yazıldığı üçün səhrada dayanan Mədinə qazisi Qazi İsa Əfəndi ilə bu barədə söhbət etməyi qərara aldım. Bir qədər söhbət etdikdən sonra soruşdum: “Ay budur?” Təəccüblə mənə baxıb dedi: “Qəmərdir”. Dedim: “Mənim gözümdə bir qədər zəifdir, ona görə soruşdum”.

İstanbul təqvimindən xəbərsiz olduğu üçün dedim: “Bu gecə əgər ayın iyirmi səkkizi olsa idi, adətən gecə ay tutulur və təzə ay gecə iyirmi səkkizində görünmürsə xüsusən tutulma gecə baş verirsə, indi günəşin çıxmasına bir saat qalır, deməli, bu gün ayın iyirmi yeddisidir”.

Təsdiq etdi ki, adətə uyğun olaraq belədir, iyirmi səkkizinin gecəsi ay görünmür.

Günortadan bir saat keçmiş atlara minib yola düşdük. Günəşin batmasına dörd saat qalmış günorta namazını qılmaq üçün atdan düşdük. Bu mərasim bir saat çəkdi. Sonra atlanıb, Günəşin batmasına iki saat qalmış Abbas quyusuna yetişdik, bu, Mədinəyə getdiyiniz həmin mənzildir. Bugün 8 saat yol getdik.

Abbas quyusu adlanan məkanda. Mələf yolundan hərəkət.

h.q. 1292-ci il, zilqədə ül-həramın 28-i, düşənbə günü (1875, 27 dekabr) Günortadan bir saat sonra yola düşdük. Mədinədə Şərif Əbdülmöhsün bu fikirdə idi ki, Fərdən keçib gedək. Onun dediyinə görə keçən il Mədinə və Fər əhalisi arasında bir qətl hadisəsi baş vermişdir. Fər əhlindən bir nəfər Mədinə mühafizi tərəfindən həbs olunmuşdur. Fər əhalisi deyir ki, əgər onu azad etsələr, zəvvarlar Fər yolu ilə gedə bilərlər. Mühafiz razı olmadı. Onlar da Fər yolundan getməyə icazə vermədilər. Ona görə də qərara alındı ki, Sultani yolu ilə getsinlər. 10-15 ildir ki, sultani yolu bağlanmışdır. Dünən hərbçi ərəb zəvvarların başı üzərində bir neçə güllə atdı və fəsad yaratmaq istədi. Şərif Əbdülmöhsün bundan xəbər tutub getdi, onlara mane oldu. O, qərara aldı ki, müqəddəs yer olan Abbas quyusu məkanına yetişdikdən sonra onların bu hərəkətinə baxılsın.Orada məlum oldu. Yeddi ildir ki, onların torpaqbasdı gəlirləri yetişmir. Əgər yeddi ilin haqqını versələr, bu yoldan keçib-gedə bilərlər.

Səid paşa və xəzinədar təmkin etmədilər və xəzinədar dedi: “Bu qədər pulu haradan gətirək ki, bu ərəblər hövsələ göstərsinlər?”

Sultani yolundan da imtina etmək qərara alındı. Çünki ərəblər orada da çox böyük yol haqqı tələb edirdilər.Ona görə də Boğazi-Cədidəni asayiş yolu bildik. Günortadan bir saat keçmiş hərəkət etdik. Günəşin batmasına dörd saat yarım qalmış bir az dincəlmək üçün dayandıq və yarım saatdan sonra yenidən yola düşdük. Yolumuz dağlıq ərazidən keçirdi, bura xeyli daşlıq və dar küçələrdir, yolda elə dar yerlər vardı ki, kəcavə və dəvələr bir-bir keçə bilirdi, ona görə də bir-birinin ardınca düzülmüşdülər.

Günəş batan vaxt bu yerdən, dar keçiddən xilas olduq. Cəbəl əl- Qəbh dağı sol tərəfdə idi və bir saatlıq bir yolu da çox çətinliklə və pis keçdik. Axşamdan iki saat yarım keçmiş Həsan quyusuna yetişdik. Quyunun suyu şirin idi. Bu dağlıq məkanda digər bir quyu da vardır ki, ona Əbdərbeh deyirlər.

Bu gün on üç saat yol getdik, ərəblərin xofundan bu yollarda bir-birinin ardınca yarım fərsəx düzülüb gedən zəvvarlara əgər qaranlıqda iki güllə atılsa idi, bir nəfər də xilas ola bilməyəcəkdi. Zəvvarlar Allahın köməyi sayəsində öz məskənlərini qoruyurlar. Vallah, nə bu qəhvə içən əsgərlərdən iş aşar, nə də bu kəfən geymiş zəvvarlardan. Gəcavədə, təxti-rəvanda gedən qocaları Rüstəmi-Zal da qoruya bilməz. Hifzi-İlahidir!

Süvari orduda olan atların bəzisinin yüyəni belə yoxdur. Cilovsuz dəvə kimidir. Yüyəni lazım gələndə atın başına vururlar.

Bizim hərəkət istiqamətimiz cənub tərəfə idi, sonra qərbə tərəf hərəkət etdik, rast gəldiyimiz dağlıq ərazini keçdikdən sonra şimalla qərb arasında hərəkət etdik.


Abbas quyusundan hərəkət

1292-ci ilin zilqədə ül-həramın iyirmi doqquzu seşənbə günü (1875, 28 dekabr) günortadan yarım saat keçmiş yola düşdük və Günəşin batmasına beş saat qalmış namaz vaxtı gəcavədən yerə endik. Yarım saatdan sonra namazı bitirib, saat dörddə yola düşdük. Günəşin batmasına yarım saat qalmış axşam namazını qıldıq.

Axşamdan yarım saat keçmiş yola düşdük. Saat yeddidə Məsturə quyusuna yetişdik. On altı saat yarım yol getmişdik və yolumuz həmişə üzü cənub istiqamətinə idi. Bütün bu ərazilər isə narın qumluqdu. Səhradan xəfif külək əsir və qum təpəcikləri əmələ gətirir.

Məsturə quyusu da sor, bədməzədir, yalnız işlətməyə yarayır. Zəvvarlar saat yeddidə mənzilə daxil olduqda, onlarda qəribə vəziyyət müşahidə etdim. Əksəriyyəti ac yatdılar. Çörəyə qənaət etdilər.

Bugün Mədinə qazisi İsa əfəndiyə Hilal (yeni doğmuş ay) barədə bir kağız yazdım.Qısa məzmunu belədir: “Həzrət Qaziyə salam olsun. Uca tanrı gələcəyini keçmişindən daha yaxşı eləsin. Çətinliyə və müşkülata düşəndə sizdən kömək istəyirik. Yeni ayı görmək üçün üfüqə baxırlar, əgər onu görməyiblərsə, necə deyirlər ki, çəharşənbə günü səvval ayının əvvəlidir. Xudəvəndi-təbarik və təala demişdir (Rəbbinizin fəzl-kərəmini (ruzimizi) diləməyinizdə heç bir günah yoxdur, Surə bəqərə, ayə 148) Xudəvənd bizim həccimizi böyük həcc qərar vermişdir. Razı olmayın, bu barədə insanlar ixtilaf etsinlər”.

Şeyx İsa da təsdiq etdi ki, haqq şahzadənin (Fərhad Mirzənin-T.H.) tərəfindədir. Bu gecə qürub vaxtı zəvvarlar da and içdilər ki, ayı görməyiblər. Bu, həm ərəblərə, həm də əcəmə və şamilərə (Suriyalılara) və qeyrilərə məlum oldu.

Məsturədə zəvvarlar yorğunluqdan və şor sudan bezdilər və bura onlar üçün xoş olmadı. Bu az imiş ki, gecə saat 10-dan keçmiş carçı qəbul edilməyən bir səslə fəryad etməyə başladı ki, səhər namazından sonra yüklər hazır olsun. Onun bu səsindən yuxu başdan çıxdı.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə