Azərbaycan miLLİ elmlər akademiyasi


Peyğəmbəri-Əkrəmin (s.) və pak imamların məqbərələrini Ziyarət



Yüklə 2,9 Mb.
səhifə13/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

Peyğəmbəri-Əkrəmin (s.) və pak imamların məqbərələrini Ziyarət

h.q. 1292-ci il zilqədə ül-həramın on səkkizi, cümə günü (1875, 17 dekabr) Günəş çıxdıqdan sonra Rövzeyi-mübarıki ziyarət şərəfinə nail olduq. Oraya Cəbrayıl qapısından daxil olduq. Həzrəti-Rəsulun və Fatimə Əleyhissəlamın ziyarəti üçün, daxil olmaq icazəsi barədə qaydalar haqqında “Hidayətül-salikin” kitabında yazılmışdır. Bunu yerinə yetirdim və ağlamaq mane oldu ki, bəzi səhvlərimin və günahlarımın bağışlanması üçün xahiş edim.

Ondan sonra Cəbrayıl qapısından çıxıb, digər imamların ziyarətinə müşərrəf oldum. Rabeə Əleyhiməssəlamın sandığı Rəsulillahın əmisi Abbasın dəfn olunduğu böyük sandığın yanındadır. Lakin həmin böyük sandığın yanında olan digər imamın sandığı aralanmış, iki sandıq kimidir. Oranın mütəvəllisi məzarın qapısını açmışdı, mən qəbrin yanına getdim və qəbrin ətrafına dolandım.

Aşağı, ayaq tərəfi xeyli dardır və sandıqla qəbir arasında yarım zərdən də az məsafə olar, çox zəhmətlə hərəkət etdim, yəqin ki, kök adamlar üçün çətin keçmək olar.

Həzrəti İmam Həsən Əleyhissalamın pak məqbərəsinin kənarında biixtiyar, gücsüz və köməksiz halda öz şişmiş ayağımı sandığa yaxınlaşdıraraq söylədiyim: “Ya Rəsul illah, sənə və anan Siddiqeyi-Tahirəyə and olsun ki, mən Tehrandan sənin cəddi-büzürgüvarını və anan Siddiqəni ziyarət etməyə gəlmişəm, ayağım bu halda, yalvarıram, əgər əcəldə möhnət varsa, mənim ayağıma şəfa ver ki, vətənə bu ayaqla getməyim”. Bütün ətrafda olanlar mənim göz yaşlarıma və kədərimə həsəd apardılar. Mən məzara sığınaraq şəfa istəyirdim.

Şükür olsun ki, tezliklə şəfa əta etdi, ayağımın vərəmi Mədinədə olduğum müddətdə sağaldı. Bu zəlil bəndənin biədəb yeriməyi Hümayunun o astanasında mərhəmət qazandı. Xülasə, bu gündəlikdə Əleyhissalam və imamların əhvalını yazmaq məramımdır, lakin təəssüf edirəm ki, bu barədə müxtəsər yazmağa məcburam. əvvəlinci o pak sandıqda həzrət seçilmiş imam Həsənin qəbridir. O, rəsulillahın nəvəsidir və on iki imamın ikincisidir. Anası Siddiqeyi-Tahirə həzrəti-Fatimədir (s.ə.). Hicrətin 30-cu ilində anadan olmuş, hicrətin 49-cu və yaxud 50-ci ilində şəhid olmuşdur.

Onların yanında Həzrət dördüncü imam Əli bin-əl-Hüseyndir ki, Zeynalabidin və Seyyidüssacidin kimi məlumdur. Onun validəsi məşhur Şəhribanu Şahzənandır. O, axırıncı əcəm məliki Yəzdgird bin Şəhriyarın oğludur. İmam Zeynalabidin həzrət Əmirəlmöminin Əli Əleyhissalamın zamanında hicrətin 38-ci ilində anadan olmuş, 95-ci ilində vəfat etmişdir. Onların yanındakı qəbir imam Zeynalabidinin övladı, beşinci imam Bağır təxəllüs Məhəmməd bin Əlidir. Validəsi Fatimə bint Həzrəti-imam Həsəndir. Hər iki tərəfdən Haşimidir, həzrəti-Əli nəslindəndir. Təsdiq olunmuş fikirdir ki, Həzrəti-Resalet (s.ə) Cabir ibn Abdulla Ənsariyə buyurmuşdur ki, onunla görüşsən, məndən ona salam çatdırarsan.

Rəvayətdə belə zikr olunur ki, Həzrəti-Resalet Cabirə buyurmuşdur: “Olsun ki, sənin ömrün uzun ola və Hüseyn bin Əlinin oğlunun Bağır adlı övladı ilə görüşəsən. O, din elmində misilsizdir, nə vaxt onu görsən, mənim salamımı ona yetirərsən”. O büzürqvarın anadan olduğu il hicrətin 57-ci ilinə təsadüf edir, vəfatı səhih rəvayətə görə hicrətin 116-cı ilindədir. O, büzürgvarın qəbrinin yanında oğlu, altıncı imam Cəfəri-Sadiq əleyhissəlamdır ki, Cəfəri məzhəbinin yayılması şübhəsiz ki onların zamanına təsadüf edir. Onların validəsi Ümmifərvə, Qasım bin Məhəmməd bin Əbubəkr əs-Səddiqin qızıdır. Ümmifərvənin anası Əsma bint Əbdürrəhman ibn Əbubəkrdir. Ona görə də Həzrət buyurmuşdur:

Mən do bar əz Əbubəkr zadə şodeəm

(Mən iki dəfə Əbubəkrdən doğulmuşam)

Bir rəvayətdə deyilir;

Əbubəkr məra do bar mütəvəllüd saxte-əst.

(Əbubəkr məni iki dəfə doğmuşdur)

Onun təvəllüdü hicrətin 80-ci ilinə təsadüf edir. O, Seyl əl-Həccafda, Mədineyi-Münəvvərədə dünyaya gəlmiş və 148-ci ildə Mədinədə vəfat etmişdir. Atasının, babasının və əmisinin yanında dəfn olunmuşdur. Bu mübarək yerin təmiri Sultan Mahmud xanın adı ilə bağlıdır, hicri min iki yüz otuz dördüncü ildə isə Məhəmməd Əli Paşa Misri Sultanın əmri ilə yenidən təmir edilmişdir. Bu il də təmirə ehtiyacı olan yerlərinə diqqət yetirilmişdir.

Bu mübarək yerin xaricində mərhum Şeyx Əhməd Bəhreyninin qəbridir. Onun qəbrinin üzərinə qoyulmuş nazik daş sınmışdır. Məlum deyil ki, daş nazik olduğu üçün sınmışdır, yoxsa kimsə qəsdən sındırmışdır. Fatihə oxudum və rəhmət göndərdim. Dedim ki, oğlun Şeyx Əlinin dediyi doğrudur: “Atamı şagirdləri məhv etdilər”. Onun qəbrinin yanında Şirazın Şeyxülislam Şeyx Əbdülqasimin qəbridir. Onun qəbrinin üstündə mərmər daş yaxşı görünür. Üzərində fars dilində şeirlər həkk olunmuşdur. Mənim bildiyimə görə mərhum Şeyx Əhməd hicri 1242-ci ilin rəcəb ayında vəfat etmişdir. Lakin korlanmış qəbir daşından məlum olmur.

Şeyx Əbülqasim Şirazinin vəfatı 1286-cı ilə təsadüf edir. Oradan Beytül-əhzana və oradan Həlimeyi-Səədiyəni ziyarət etməyə getdim. Dedim: Əhsən o sinəyə ki, həzrət Rəsulillah (ə) ondan süd əmmişdir, əhsən o südə ki, Həzrət onda peyğəmbərlik missiyası tapmışdır. Oradan Osman Zülnurinin qəbrini ziyarət etməyə getdim. Oradan bir qədər şərqdə Derəhş Kövkəb dəfn edilmişdir.

Oradan qəbiristanın xaricinə, Həzrət Əmirəlmöminin Əleyhissəlamın validəsi Fatimə bint Əsədi ziyarət etməyə getdim. Həzrət Rəsul (s.ə.s.) onun qəbrinin yanında yatmışdır. Orada rəhmət göndərdilər, namaz qıldılar və buyurdular:

Mənə analıq haqqını və qayğısını verir, dedim, mərhəba!

Qadınlarda olan bu hünər bəsdir ki, şirləri dünyaya gətirirlər!

Mənzilə qayıtdıq. Günortadan sonra Cümə namazına getdim. Xütbə tamam olmuşdu, lakin namaza çatdım.

İmam, Şeyx Yəhya adlı cavan idi. əvvəlki rəkətdə həmd etdikdən sonra “Bəzzüha (Duha)” surəsini oxudu, lakin “bismillah” demədi, ikinci rəkətdə həmd etdikdən sonra “İnşirah” surəsini oxudu və yenə “bismillah” demədi. Hənəfi məzhəbində icazə verilmişdir, caizdir.

Namaz bitdikdən sonra Siddiqeyi-Tahirəni ziyarət edib, mənzilə gəldim. Yolda qəribə adamlar gördüm, onların hamısı bir-birinə oxşayırdılar. Sanki bir qəlib idilər və iki il bundan əvvəl Tehranda şahın hüzuruna gəlmiş Birma səfirinə çox oxşayırdılar. Soruşdum: Bunlar ərəblərdən deyillər ki? Dedilər: “Cavə əhlindəndirlər. 4000 nəfərə yaxın olar, ziyarətə gəlmişlər”.

Axşam Mədinə hakimi Əli paşa Şeyxül-hərəm rəsmi hərbi libasda, Mədinə qazisi, İsa əfəndi ilə görüşümə gəldilər. Isa əfəndi əslən Şirvanidir. Şirvanizadələr tayfasından olub, Osmanlı dövlətinin Sədri-əzəmidir. Üç il bundan əvvəl seçilən sədri-əzəmdir. O, xoşsifət və ağıllı bir insandır. Əli paşa istedadlı bir mərddir. Məhəmməd paşa dövründə köçəri ərəblər cəsarət edərək, Mədineyi-Münəvvərəni mühasirəyə almışdılar. Səhər on ay mühasirədə qaldı və çətinlik, qəhətlik baş verdi. Bu zaman Məhəmməd paşanı azad edərək, Əli paşanı təyin etdilər. Bu barədə xeyli söhbət oldu.

Əli paşa da “Rəbze” sözünü bilmirdi. İsa əfəndi dedi: “kitabı-Əsədülğabe” yə müraciət edərək, sizin xidmətinizdə ərz edirəm, deyirəm, bir şəxs ki, Allahın Rəsulu onun haqqında “Nə Asiman, nə torpaq Əbizər kimi ədalətli insan görməmişdir” deyir, qəribədir ki, onun böyüklüyü laməkan, qəbri itmiş bilinir, onun adı unudulmuşdur.

Şənbə günü axşam namazdan sonra mübarək məbədə getdim, ziyarət etdim, həm də Siddiqeyi-Tahirəni ziyarət etdim. Axşam namazını camaatla qıldım, saat üçdə evə qayıtdım.
Mədineyi-Münəvvərədə dayandıq, müqəddəslərin mə­zar­­­larını ziyarət.

h.q. 1292-ci il zilqədə ül-həramın on doqquzu, şənbə günü (1875, 18 dekabr) Səhər namazından sonra Astani-mübarəki ziyarət etməyə getdim, Cəbrayıl qapısından daxil oldum. Nurlu qəbiri ziyarət etdim və Seyyideyi-nisaül-aləmin ziyarətinə getdim. Burada xüsusi ağacdan hazırlanmış 19 məcməi 19 kürsünün üzərinə qoyulmuşdu. Şeyxülhərəm Əli paşa ağ libasda xacə, naibülhərəm Rüfət ağa ilə həzrəti-Fatimə Əleyhissalamın mübarək məzarına daxil oldular. Biədəb xacələr istər ərəb, istərsə əcəm olsun, tamaşaya gəlirdilər, onlar, bu hərəkətləri ilə əziyyət verirdilər. Baxmayaraq ki, müqəddəs məbəd qoruq idi, lakin onlar büqədən daxil olurdular. Mən qapının yanında, həzrəti-Fatimə Əleyhissalamın pak məzarının yanında dayanıb tamaşa edir, dua oxuyurdum. Yanımda qarovullarım olan Mustafa Qəvvas və Əli bəy Yüzbaşı dayanmışdılar. Əli bəy də dedi: “Hər il bugünkü – gün zilqədə ayının 19-da xüsusi ağacdan hazırlanmış məcməiləri əvəz edir, dəyişirlər.


Xal məhrəm, sürmə məhrəm, biz nə üçün naməhrəmik?

Yarım saatdan sonra ziyarəti başa vuraraq, oradan çıxdıq və Şeyxülhərəm Əli paşa məni qapının yanında görüb xahiş etdi və dedi: “Müqəddəs məzarın üzərinə qoyulmuş məcməidən birini sizin xidmətinizə göndərirəm ki, pak məzardan nişanədir”.

Oradan digər imamları ziyarət etməyə getdim, sonra evə gəldim. Günəşin batmasına yeddi saat qalmış Əhəd şəhidlərinin ziyarətinə getdik. Şeyxülhərəm bir atlı süvari göndərdi, Mahmud ağa Yüzbaşı da iyirmi nəfər atlı göndərmişdi. Ağa Seyid Həsən fayton peyda etdi ki, bir hindli onu satmaq istəyirdi. Onun malını Paşadan aldım və üç qatırı faytona bağladılar. Ehtişamüddövlənin anası faytona əyləşdi və Əhəd ziyarətinə getdilər, Əhəd dağı Mədinənin şimalındadır.

Şəhidlərin məzarınadək Mədinədən üç saat qırx beş dəqiqə yol getdik. Yol rahat idi. Şəhid Həmzənin necə şəhid olduğunu eşitdikdən sonra alnımı onun məzarına sürtərək nalə etdim. Onların şəhadəti hicrətin otuzuncu ilinə təsadüf edir. Məzardan şimalda bir məscid, şəhid Həzrət Həmzənin məqbərəsindən səkkiz yüz on altı qədəm aralıda, dərənin axırında digər bir məscid vardır. O yerdə islam ordusunun əlli nəfər kamandarı düşmən tərəfindən şəhid edilmişdi. Deyirlər ki, bu məscidin yerində Həzrəti-Məhəmməd (s.ə.) yaralanmış, tənha namaz qılmışdır və Həzrət Sadiq əleyhissalam Üqbət bir Xalidə buyurmuşdur ki, bu məsciddə namaz qılsın. Bu məscid dərənin yanında vaqedir, Əhəd dağı orada təqribən üçbucaq şəklində görünür.

Mən oradan təkrarən Həmzə əleyhissalamın məqbərəsinə qayıtdım. Orada “Məhəmməd” (s.) və “”Fəth” surələrini oxu­ya­raq, Həzrəti-Həmzənin ruhuna fatihə oxudum. Quran oxumaq o məkanda arzuediləndir, ittifaqən “Məhəmməd” surəsi gəldi ki, bu da Həzrəti-Həmzəyə münasibdir. “Onun yolunda öldürülənlərin işləri boşa çıxarmaz Allah” (Məhəm­məd surəsi, ayə 4).

Həmzə məqbərəsini Sultan Əbdülməcid xan inşa etdirmişdir. Nə yaxşı ki, Əhəd şəhidlərinin adları, atalarının adları divardakı kitabədə yazılmışdır. Həzrəti-Rəsul yolunda can vermiş şəhidlərin hər kəs tərəfindən tanınması vacibdir.

İndi Həmzə bin Əbdülmətləb və Abdulla bin Cəhş adından başqa digər şəhidlər məşhur deyillər. Abdulla bin Cəhş Zeynəbin qardaşıdır. Məlumdur ki, Zeynəb Həzrəti-Rəsulun möhtərəm zövcələrindən olmuşdur və həzrəti-Həmzənin bacısı qızıdır.

Əhəddən qayıtdıqdan sonra səngər olan məkana və əl-Fəth məscidinə tamaşaya getdik. Ərəblər səngərin rəsmini saxlamamışlar.

Qüreyş karvanları Məkkədən Mədinənin qərb tərəfi ilə Şama gedib gəlirdilər. Mədinəyə qərb tərəfdən gəlirdilər və Əbu Sufyan da bütpərəstlərlə Qərb tərəfdən gəlmişdir.

Fəth məscidi Səll dağının qərb yamacındadır. Səll dağı Mədineyi-Münəvvərə ilə Fəth məscidi (bu məscidi həm də Əhzab məscidi və Məscidi-Əla adlandırırlar) arasındadır. Mənbələrdə Səll dağını Mədinənin qərbində olan dağ kimi yazırlar. Kompaz göstərir ki, Mədineyi-Münəvvərə şimalla-qərb arasındadır.

Fəth məscidinin qibləsində digər dörd məscid də vardır ki, onların hamısına Fəth məscidləri deyirlər.

Xəndəkdə gedən müqəddəs müharibə (cahad) hicrətin 5-ci ilinin şəvval ayında baş vermişdir. Qüreyşilər bu döyüşdə şücaət və dilavərlik göstərmiş, Əmro bin Əbdud Həzrət Əmirəlmöminin Əleyhissalamın əli ilə öldürülmüşdür (Tarixdə “Xəndək döyüşü”adı ilə qalmışdır - T.H.). “Ranuna” vadisi də mövcuddur. Məlum xəndək və vadinin ətrafində evlər olmuşdur. indi isə buralar heç də abad deyildir. Namaz qılmağa məxsuz yer “Müsəlla” məscidi adlanır. Bu məscidə indi “Qəmamə” də deyirlər. Qəmamə adlanan bu məscid Mədinə şəhərinin təzə salınmış xarici divarlarının cənubla qərb hissəsinin arasında yerləşmişdir.

Oradan evə qayıtdıq və axşam, yekşənbə günü bir daha müqəddəs məzarı ziyarət etdikdən sonra axşamdan iki saat keşmiş evə qayıtdım və saat dörddə hamama getdim.

h.q. 1292-ci il zilqədə ül-həram ayının iyirmisində (1875, 19 dekabr) güclü külək əsdi və hava elə soyudu ki, səhər havanın hərarəti qırx dərəcəyə enmişdi. Bu, normadan on beş dərəcə azdır. Günortadan sonra havada nisbətən hərarət artdı. Səhər ağrılarımın və xəstəliyimin rəf olunması üçün ziyarət etmək qərarına gəldim. Çünki dünən axşam hamamdan gəldikdən sonra əhvalım qarışmışdı, yenidən Müqəddəs Astanadan şəfa diləmək üçün, ziyarət şərəfinə nail olmaq üçün Məscidül-hərama gəldim. Məscidin həyətində pak imamların və Məhəmməd peygəmbərin səhabələrinin adları yazılmışdır. Müqəddəsləri ziyarət edib, fatihə surəsini oxudum, hədislərdən dedim. Faizül-Ənvarın məzarını ziyarət etdim, onun haqqında oxudum: “Ehtimal olunur ki, mübarək orada dəfn edilib, lakin hədislərdə əks fikirlər vardır”.

Bəziləri göstərir ki, o mübarək həzrətin qəbri Bəqiədədir. Hədislər yaranmışdır ki, o həzrətin qəbri mübarək peyğəmbərlik missiyası verilmiş Həzrətin qəbri ilə minbərin arasındadır və bu hədis yaranmışdır: “Mənim aramgahımla minbərimin arası behişt bağlarından olan bir bağdır”.

Rəisül-mühəddisin Məhəmməd bin Babiveyh Qummi öz kitabında belə məlumat verir: “Bu daha düzdür ki, o həzrət öz yurdunda dəfn olunmuşdur. Mədinədə məscidi genişləndirərkən, o həzrətin qəbri məscidə daxil olmuşdur. Indi həzrətin dəfn olunduğu evin arasında müqəddəs qəbrin əlaməti vardır. Kaş ki, məscid və həzrəti-Rəsuli-Səllullah Əleyhıvalihin evi həmin çiy kərpiç və gildən olan vəziyyətdə qala idi, məscidin ətrafı genişləndirilib yaxşılaşdırıla idi”.

Xülasə, ziyarətdən sonra əhvalım pozuldu, dərhal evə gəldim, bir qədər müalicə alaraq, dincəldikdən sonra özümə gəldim və Qeba məscidini ziyarət etmək üçün yola düşdüm. Şükür ki, ilahinin fəzli ilə Ətəbat ziyarətinə atla gedirdim və özümü yaxşı hiss edirdim. Mədineyi-Münəvvərədən Qebaya qədər əlli dəqiqə yol getdim. Qeba Mədinənin cənubunda yerləşir. Qurani-Məciddə bu məscidin adı çəkilir və Allah-təala onu möminlik məscidi adlandırmışdır.

Oradan İbrahimin anasının Məşrubəsi (su qabı) adlanan, qara daşdan düzəldilmiş xüsusi abidəyə tamaşa etməyə getdim.

Həzrəti-Rəsul (s.ə.a.) öz zövcələrinə qəzəblənərək bir ay orada yaşamışdır və qara daşdan bu su qabı və kiçik bir məscid bu münasibətlə düzəlmişdir. İndi məscid dağılmış vəziy­yət­də­dir, tavanı yoxdur, yalnız qiblə tərəfdən divar sala­mat­dır, üç tərəfi isə uçulmuş vəziyyətdədir. Qəba məscidinin iki min ad­dım­lığında olan Mədineyi-münəvvərənin hər biri mi­sil­­siz qiy­mətə malik qədim abidələrini qorumaq kimi, şərəfli işdə təəs­süf ki, ərəblər səhvlərə və saxtakarlıqlara yol vermişlər.

Ümmi İbrahim Məşrubəsi Mədinənin hündür yerində olan ali abidələrindəndir. Oradan qayıdıb, Fəzix məscidinə getməyi qərara aldım. Lakin oraya bələdçilik edən tapılmadı. Axırda bir neçə nəfər atlı əsgərlərdən göndərdim, onlar bir nəfər ərəbi tapıb gətirdilər və o, yolu göstərməyi üzərinə götürdü. Fəzix məscidi Qeba məscidi ilə Məşrubeyi-ümmi-İbrahim arasındadır və o məscid də uçulmuşdur. Onun uzunluğu təxminən iyirmi zər, eni isə üç zərdir. Məscid xurma ağacının budaqları ilə örtülmüş, çox yerdə tavan uçmuşdur. Həyətinin hasarı isə indiki zamanadək qalmışdır.

Həzrət Məhəmməd (s.ə.) mühasirədə olarkən buyurmuşdu ki, mübarək çadırını o məscidin yaxınlığında qursunlar. Həzrət altı gecə həmin məkanda namaz qılmışdır.

Mədinə şəhərindən Qeba məscidinədək olan yerlər bütünlüklə xurma bağlarıdır və yolun ortasında Osmanlı dövləti tərəfindən gözətçi məntəqəsi yaradılmış, orada top qoyulmuş və əsgərlər nəzarət edir. Ərazi bütünlüklə şoran torpaqlarından ibarətdir. Deyilənə görə xurma meyvəsi şoranlıqda daha yaxşı əmələ gəlir və bu şor torpaqda isə quyuların çoxunun suyu şirindir.

Qeba və Fəzix məscidləri Mədinənin cənubuna, Ümmi-İbrahim Məşrəbəsi isə Şərq tərəfinə meyllidir. Fəzix məscidinin yaxınlığında aristokratlardan Seyid Şabinin və Seyid Əlinin bağı vardır. Orada dəvə ilə su çəkirlər. Mən buna tamaşa etməyə getdim. Burada bu cür ləklərin çəkilməsi, onların yuyulması ərəb səliqəsizliyindən xəbər verir. Burada kudu, kok, yonca və s. əkilir.

Qürub çağına yaxın Mədineyi-Münəvvərədən qayıtdıq. Bugün də səhər hava sərin idi. Əlli dərəcə istiliyin olması o deməkdir ki, normadan beş dərəcə azdır.

Düşənbə günü axşam Astani-hümayunu (mübarək astananı) ziyarət etdik və axşam namazını yenə həmin Hənəfiməzhəb imamla qıldıq. Surədən əvvəl bismillah demədi, surədən sonra da ayəi-şərifə oxudu, axırda da hündürdən “əssəlam əleykum və rəhmətüllah” deyib, sağ tərəfə işarə etdi. Yenə ikinci dəfə “əssəlam əleykum və rəhmətüllah” sözünü bərkdən deyib, sol tərəfə işarə etdi, sanki başının arxasına baxırdı.

Mədinə qazisi Şeyx İsa mənim yanımda oturmuşdu, ondan soruşdum, dedi: “İmami əzəm “bismillah”i Quran surəsinin bir cüzvü bilmir, buna görə də namazda oxuyur.İmam şafei surə cüzvü bilir, bərkdən oxuyur”.

Mən dedim: “Əgər bu düz olsa, yetmiş iki millət üçün üzr istəmək qalmayacaq”.

Şeyx İsa xeyli güldü və dedi: “Elə siz buyurduğunuz kimidir”.

Bu hədis söyləyəcəyim hədisə tamamilə ziddir: “Mənim millətim yetmiş iki, üç firqəyə bölünüb, onlardan biri xilas olunmuşdur, qalanları odda yanmışlar”. Başqa bir hədisdə deyilir: “Hər necə olursa olsun, sizdən əvvəl əhli-kitab yetmiş üç firqəyə cəlb edilmişdir və bu ümmət də yetmiş üç firqə olacaq ki, yetmiş iki firqə atəşdə və bir firqə behiştdə olacaq”.

Şeyx sükut etdi. Hafiz də yaxşı demişdir:

Cəngi-həftad-o do millət həme ra üzri nə

Çun nədidənd həqiqət, rahi-əfsanə zədənd.


Mədineyi-Münəvvərə şəhərinin vəziyyəti və yeri, müqəddəs məzarın şəkli haqqında şərh
h.q. 1292-ci il zilqədə-ülhəram ayının iyirmi biri, düşənbə (1875, 10 dekabr). Səhər Ağa Seyid Safinin evinə getdim, evin hündürlüyü iyirmi iki zərdir. Mədinə şəhərinin yaranması və ətraf dağlar barədə məlumatı aydınlaşdırdım.

Sultan Süleymanın şəhər divarları kiçikdir, bu divar əyri şəkildə Mədinənin binalarını əhatə edir, sonralar divarın xarici də təmir olunmuşdur.

Ağa Seyid Safinin evi şəhərin xaricinin və daxilinin abadlığı ilə müqayisədə təxminən orta vəziyyətdədir. Mədinənin qədim divarı Məhəmməd bin Əli əl-müləqqəb be Cəmaləddin əl-məruf be əl-Cavad əl-İsfahanidən qalmışdır (yəni Cavad İsfahanı kimi məşhur olan Cəmaləddin ləqəbli Məhəmməd ibn Əlidən qalmış bir divardır. Xaqani isə onun Camal kimi məşhur olduğunu yazır – T.H.). mənə məlum olmadı ki, Sultan Süleymanın bu xarab olmuş divarı həmin divarın özülü üzərində tikilmişdir, yoxsa yenidən bu cür özül qoyulmuşdur.

Əl-Cavad kimi məşhur olmuş Cəmaləddindən Məkkə və Mədinədə xeyli qədim yadigarlar qalmışdır. Onun haqqında “Vəfayat əl-əyan” kitabında yazılmışdır. O, 559-cu hicri ilinin mübarək ramazan ayında Mosulda vəfat etmişdir. Bir müddət keçdikdən sonra onun cənazəsini Ərəfata aparıb, Allahın evi, Kəbə ətrafında dolandırıb, Mədineyi-Münəvvərəyə aparmış, torpağa tapşırılmışdır. Xaqani də “Töhfətül-İraqeyn” də onu mədh etmişdir. Xülasə, Cultan Süleyman divarı, Ağa Seyid Safinin binası, müqəddəs məzarın Mədineyi-Münəvvərənin şərqlə cənubu arasında olduğunu bildim. Əhəd dağı şəhərin şimalındadır və şərqə meyllidir. Bu dağ dərə-təpəlidir və onun şimal və şərq tərəfi Mədinə şəhərinə daha yaxındır, Mədinənin bütün dağları bir-birindən ayrı-ayrı məsafədədir. Şəhərədək bir saat məsafə vardır.

Həzrət Həmzənin mübarək qəbri şəhərin şimalındadır və Əhəd dağının ətəyindəndir, buradan şəhərə qırx beş dəqiqəlik yoldur.

Ziyarət edənlərin və karvanların gəldikləri şam yolu Əhəd və Sall dağının arası ilədir və dağlıq ərazi burada çoxdur. Buradan şəhərə bir yarım fərsəx məsafədə olan bir dağ şimaldan cənuba doğru uzanır. Bu Vəir Kamir dağıdır. Bu dağla üz-üzə iki dağ vardır: Cima Kübra və Cima Suğra. Bu iki dağ qərb və cənub-qərb istiqamətinə uzanır. Cima Kübra ilə Vəir dağının arası təxminən yarım fərsəxdir. Bu iki dağ axırıncı dağdır. Cima Suğra Şəcərə məscidinə yaxındır.

Şəcərə məscidinə yaxın yerdə Hüsunül-əqiq adlı şəhər olmuşdur ki, bu şəhərin yalnız xarabalıqları qalmışdır. Şəcərə məscidindən Qəbəlteyn məscidinədək bütünlüklə o düzənlik Hüsunül-əqiq şəhərinin ərazisidir ki, Şati düzənliyindədir.

Vəir bin fəth də Mədinənin cənubi-qərb və cənub hissəsində yerləşir. Mədinəyədək bir fərsəxdən artıq yoldur.

Qeba məscidi, Fəzix məscidi və Ümmi-İbrahim (Məryəm Qebtiye) Məşrubəsi Mədinə şəhərinin cənubundadır.

Hürreyi-bənil-nəzir cənub-qərbdədir. Burada Yezid bin Müaviyə qətlə yetirilmişdir və bu hadisə hicri altı yüz üçüncü ilin zülhiccə ayında baş vermişdir. İndi qüburüş-şühəda kimi məşhur bir yerdir. Ondan sonra Mədinəni fəth edənlərin qətli baş verdi və müqəddəs məkanında Adəm (kişi – tərc.) öldürüldü. Min nəfər mühacir və Mədinə əhalisindən olan qız bir ildən sonra atasız uşaq dünyaya gətirdi. Bu haqda tarix kitablarında yazılmışdır.

Hürreyi-bəni-Qərize şərqlə cənub arasındadır. Ranuna çayı Mədinənin cənubundan, şəhərin yanından keçir və şəhərin ayağında Bəthan (Büthan?) çayına daxil olur. Bundan sonra iki çay Əqiq dərəsində birləşir.

Məhəmməd Sahibnəfəs Zəkiyyənin qəbri şəhərin qərbi ilə şimalı arasında, Səll dağının yaxınlığındadır, Müqəddəs ziyarətgahın şərqində, cənub-şərq tərəfə meyllidir.

Topxana qalası dağın üstündədir. Bu artilleriya Səll dağının yaxınlığında, möhtərəm ziyarətgahın şimal-qərbindədir, onun şərqində isə bir meydan vardır ki, orada zəvvarlar şam edirlər.

Günortadan əvvəl gözətçi mələklərin astanasını ziyarət etmək şərəfinə nail olmaq üçün Cəbrayılın daxil olduğu qapıdan keçdik. Bu qapıdan keçərkən insanda həmişə şərəflənmək hissi hasil olur, həzrəti ziyarət edib, onun son qərar tutduğu müqəddəs məkanda dualar oxudum, bu yeri bir daha görmək, mehrabi-şərifi, qəbri-şərifi ziyarət etmək xoş oldu. Burada olan silindirləri özüm üçün aydınlaşdırdım. Mehrabı Məliki-Əşrəf Qayıtbay hicri 888-ci ilin zilhiccəül-həram ayında tikmişdir. Onun adı mehrabın arxasında yazılmışdır, qəbri və hücrəsi də qorunub saxlanılır.

Sultan Süleymandan da bir mehrab yadigar qalmışdır, 7-ci silindirə bitişikdir və onun adı mehrabın arxasında qeyd olunmuşdur. Bu mərhumun ziyarətgahı, onun həyatı, yeni məscid kimi çox yaxşı qalmış tkililəri də vardır. Sultan Əbdülməcid xan bin Sultan Mahmud xan binaları isə on beş il müddətində inşa edilmişdir. Müqəddəsin məqbərəsini Qayıtbay tikmişdir. Həzrət Rəsulillahın mübarək qəbri, şeyxlərin, Siddiqeyi-Tahirənin məzarları həmin tikililərdəndir. O, adının yazılmasına razı olmasa da, indi də “Təvəssül” qapısı onun şərəfinə “Babi-məcidi” adlanır. Hətta sultana həsr olunmuş qəsidədə zirk olunduğu kimi məscidin və ziyarətgahın qapısının mərmər və gümüşlə tikilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Sədr-əzəm ərz eləmişdi ki, həkkak təəccüb edir, hər bir şey hazırdır, iş təxirə salınmamalıdır.

Sədi-əzəmin göstərişinə niyə əməl olunmur? Nəhayət, işə başladılar. Məscidin həyətində, silindirlərin yuxarı hissəsində Məhəmmədə (ə.s.) iman gətirən ilk on nəfərin (bunlar Əli bin Əbu Talıb (ə.), Əbu Bəkr Sədiq, Ömər bin əl-Xəttab, Osman bin Əffan, Təlhə, Zəbir, Əbdürrəhman bin Of, Səəd bin Əbi Vəqqas, Səid bin Zeyd, Əbu Übeydədir) və on iki imamın, Həmzə və Abbas adları qızıl ilə yazıldı. Xülasə, müqəddəs Məbəd (Kəbə) ilə Məscidi-Şərif arasında fərq olması üçün silindirlərdə fərq qoyulmuşdur, silindirlərin yarısı ağ mərmərdən, qalanı daşdandır.

Məscidi-mübarəkin eni 6 sütunlu olub, cənubdan şimala istuqamətlidir. Bu 6 sütundan ikisi dördkünc və böyükdür, 4 sütun isə girdədir.

Birinci silindirdə yazılmışdır: taxt silindiri, ikincidə: dəstə silindiri, üçüncü silindirdə isə nümayətndə heyəti sözləri yazılmışdır. Şərq və qərbə baxan Məscidi-mübarəkin uzunluğu yeddi silindirdən ibarətdir ki, onların aşağı hissələri kvadrat şəklindədir. Birinci silindirdə ikinci sütun yazılmışdır, ikinci silindirdə Aişə yazılmışdır.

Mübarək Mehrab üçüncü və dördüncü silindirlərin arasındadır.

Mübarək Minbər beşinci və altıncı silindirlərin arasındadır. Hənani silindiri ikinci sütundadır ki, bu beşinci silindirdir və mübarək minbərin birinci pilləsinin qarşısındadır.

Yeni müqəddəs məkanın hüdudu doqquz sütun, qədiminin isə qırx iki silindirdir və qədim əlli dörd sütundan ibarətdir. Məzar və günbəz Qayıtbaydandır. Onun bir tərəfi bürünc şəbəkə, üç tərəfi isə polad şəbəkədən ibarət olub, yaşıl rənglə örtülmüşdür. 6 hücrə üzununa, üç hücrə eninə yerləşmişdir. Onlardan dördü kvadrat şəklindədir və çox möhkəmdir. Günbəzin yuxarı hissəsində dörd dayaq vardır və o qədər möhkəm və böyükdür ki, hətta məscidin tağının dayağı da onun üstünə qoyulmuşdur. Dayaqların təxminən eni və uzunu dörd zərdir və daşdandır. İki dayaq da həzrəti-Fatimənin (ə.) mübarək məzarındadır.

Mərhum Sultan Əbdülməcid xan qalan ərazidə olan artıq çörək və hündür torpaqları hamar etdirdi. Indi Hərəmi-Mübarəkin və ətrafındakı silindirlərin sayı ikiyüz əlli altı sütundur. Divarlarda da sütunların yarısı dördbucaq şəklindədir. Rövzeyi-mübarək də bir neçə sütunludur:

Pak məzarın şəkli xatirimdə necə idi və Qayıtbay necə düzəltmişdisə, Sultan Əbdülməcid xan da həmin şəkildə saxlamış, heç nə dəyişməmişdi.

Qərb tərəfdə məscid, minbər və mehrabdır.

Mübarək məbədin beş qapısı vardır. Bab-əs-Salam və Bab-ər-rəhmət qərb tərəfdədir. Babi-təəssül həm də Babi-Məsciddir və şimaldadır. Babi-Cəbrayıl və Babün-nisa Şərq tərəfdədir.

Məlikül-əşrəf Qayıtbay çərkəz sultanlarındandır. O, Misirdə hakimiyyət sürmüşdür və burada onun xeyirxah əməlləri çox olmuş və ondan yadigar qalmışdır.

Qayıtbay səkkiz yüz yetmiş ikinci ildə Misirdə səltənət taxtına əyıəşmiş və doqquz yüz birinci ilin zülqədə ayında yetmiş beş yaşında vəfat etmişdir.

Sultan Süleyman xeyriyyəçi padşah olmuşdur. İstanbulda çox yaxşı camelər bina etmişdir. Mədinə şəhərinin divarı onun yadigarlarındandır. O, hicri doqquz yüz iyirmi altıncı ilin şəvval ayında taxta əyləşmiş və doqquz yüz yetmiş dördüncü ildə, qırx səkkiz il hökmranlıq etdikdən sonra yetmiş altı yaşında vəfat etmişdir. Osmanlı sultanlarından heç biri onun qədər hakimiyyət sürməmişdir.

Onun yadigar qoyduğu mehrabın arxasında bu sözlər yazılmışdır: “Bu uğurlu mehrabı Məlikül-müzəffər Sultan Süleyman bin Sultan Səlim xan bin Bayezid bina etmişdir. Xudavənd öz şərəfinə görə Ali Məhəmmədi ona yardımçı edir. Cumadəl-əvvəl 908-ci hicri ili”. Heç kəs maraqlanmayıb ki, bu tarixdə Sultan Süleyman qoca yaşlarında deyildi. Bu tarixdə onun ömründən təxminən 10 il keçmişdi və hakimiyyətdə babası Sultan Bayezid xan idi. Mütləq ya 830-cu, ya 840, ya 850, ya da 870-ci il idi. Hər halda onluq səhv düşmüşdür.

Burada Sultan Əbdülməcid xan barədə də müxtəsər yazmaq münasibdir. Müəzzəmileyh Sultan Mahmud xan Saninin böyük oğludur. Min ikiyüz otuz şəkkizinci il şabanül-müəzzəm ayının dördündə anadan olmuşdur. Öz vələdi-tacdarı vəfat etdikdən sonra, rəbiül-axır ayının on doqquzu, hicri min ikiyüz əlli beşinci ildə səltənət taxtına əyləşdi. Onun dövründə böyük işlər yerinə yetirildi. Məhəmməd Əli paşa müqəddəs yerləri ələ keçirdikdən sonra ingilis dövlətinin köməyi ilə min ikiyüz əlli doqquzuncu ildə hakimiyyəti ələ aldı. “Cami-Cəm” əsərimdə onunla əlaqədar bir sıra məlumat verilmişdir.

Sultan Əbdülməcid xanın vəfatı min ikiyüz yetmiş yeddinci il zilhiccəül-həram ayının on yeddisinə təsadüf edir. O, çox sağlam, dürust və həlim bir insan olmuşdur. Bəziləri onun zəhərləndiyini deyirlər.

Xülasə, ondan sonra Seyyideyi-nisaülaləmin əleyhissalamı ziyarət edərək, Cəbrayıl qapısından digər imamların ziyarətinə getdim.

Mötəbər müqəddəslərin ziyarətini başa vurduqdan sonra Şeyxülhərəm Əli paşanı ziyarət etmək üçün getdim. Müftiyi-hənəfi, Müftiyi-şafei, Şeyxülxutba, mötəbər tayfa başçıları və bir neçə nəfər də orada idilər. Xeyli söhbət etdik. Mən Əli paşaya dedim: “İki gündür ki, bir nəfər mehraba söykənmiş, qarşısına bir dəsmal armışdır, insanlardan nəsə alır, gədalıq edir. Mehrabın yanında oturmaq və ona söykənmək ədəbdən kənar şeydir”.

Müftiyi-hənəfi də mənim sözlərimi təsdiq etdi və dərhal adam göndərdi ki, bu hərəkəti qadağan etsin və xidmətçilərə tapşırdı ki, mehrabın yanında oturmağa icazə verilməsin. Mən dedim: “Bu iş təkcə sizin deyil, Sultan hökmləri ilə düzəlməlidir. Şəhidlərin adları ölkənin mübarək kitabələrinə yazılmalıdır ki, onlar mübarəkin (Məhəmməd (ə.s.)) ardıcılları olaraq canlarını vermişlər. Bu şəhidlər qüreyşi, mühacirlər və tərəfdarlar idilər. Hələ də Həmzeyi-seyyidüş-şühəda və Abdulla bin Cəhş kimilərdən başqa digərlərin adları söylən­mə­mişdir və elm əhli, tarixçilər də bir neçəsini tanıyırlar.

Müftiyi-Hənəfi dedi: “Sizi heç kəs bu barədə xəbərdar etməmişdi”. O, məni təriflədi.

Əli paşa dedi: “Əgər Sultan hökm versə, mən hər şeyi yoluna qoyaram və sizin təklifləriniz də bu işlərdə nəzərə alınacaq”. Bir qədər hilal və onun görünməsi barədə söhbət oldu. Üləmalar tərcübəsizlərə təəccüb edirdilər. Axı savadı paltarın ağlığında və yaxud əmmamənin formasında görmək lazım deyil!

Oradan evə gəldik. Bir axşamüstü Həzrəti-Rəsulillahın atası həzrəti-Abdullanın ziyarətinə getdim. Bu ziyarətgah Suq-əl-Təvalda vaqedir. Atası Əbdülmətləb Bəni-Nəccar tayfasından idi. O, Məhəmməd (ə.s.) 2 yaş 4 aylıq olarkən Mədinədə vəfat etmiş, islam qaydalarına uyğun üzü qibləyə, Məkkəyə tərəf dəfn edilmişdir.

Sonra Rövzeyi-mübarəki ziyarət etməyə getdim. Oraya babi-islamdan daxil oldum. Məscidi-mübarəkdə çoxlu Quran var idi. Quranlardan birini açdım, xətti çox gözəl olub, fars dilinə tərcüməsi də diqqət çəkirdi. Mən qarşıma çıxan bir surəni, “Nəcm” surəsini dərhal oxudum. Allahdan mərhəmət dilədim, Adəm övladına dua etdim.

Siddiqeyi-Tahirəni ziyarət etdikdən sonra Mədinə qazisi Şeyx İsa əfəndini görmək üçün getdim. Zövqlü və xoşxasiyyət bir insandır. Oradan evə gəldim. Birinci axşam idi ki, Məkkeyi-müəzzəmənin nüfuzlu imamlarından biri, Abdulla Şərif bizi görməyə gəlmişdi və Müşarileyh Beytül-hərəmi ziyarət edən zəvvarların istiqbalına gəlmişdi. Cavan, qamətli bir insandır. Ərəbcə fəsahətlə danışır. Ona dedim: “Rəbzəni Mədinədə tapmadım ki, Əbuzərrin qəbrini ziyarət edim. Bilmirəm, Fəx şəhidlərini Məkkeyi-müəzzəmədə tapacağam ki, onları ziyarət eləyim, yoxsa yox?” Dedi: “İnşaallah, mən onların yerini taparam, sizi onları ziyarət etməyə apararam”.

Bəyan elədi: “Həzrət Şərif qardaşı Şərif Abdulla və yüz nəfər əsgər, fayton, digər nəqliyyat növü ilə Ciddəyə çatmamış sizi qarşılamağa göndərmişdi və bir neçə gün də orada məəttəl olmuşlar. Sonra xəbər gəldi ki, Siz Yənbəədən gəlmisiniz”.

Mən dedim: “Gəminin nasazlığı məni sizin yanınızda xəcalətli etdi və biz çarəsiz qalıb, Yənbəəyə gəlməli olduq. Bizi qarşılamaq üçün gələnlərin məhəbbətindən məmnun oldum”.

Abdulla Şərif dedi ki, yenə də bizim xidmətimizdə olmağa hazırdır. Mən dedim: “Sizin xidmətinizdən zövq almağa hazırıq”.

Şərif Əbdülmöhsün getdikdən sonra uca ziyarətgahı Babilislamdan tərk etdik və Rəsul (s.ə.) ziyarətinə və Əzra və Bətul əleyhissalam ziyarətinə getdikdən sonra evə qayıtdım.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə