Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma



Yüklə 0,84 Mb.
səhifə34/134
tarix24.02.2022
ölçüsü0,84 Mb.
#84075
1   ...   30   31   32   33   34   35   36   37   ...   134
layihe menecmenti (1)

ZƏRURİLİYİ

2.3*1. Peşəkar idarəetmə

Layihənin vaxtında, büdcə daxilində və irəli sürülən texniki göstəricilərə riayət etmək tələblərinə uyğun olaraq idarəedilməsi tələb olunur. Layihələrin idarə edilməsi zamanı bir çox suallar yaranır, o cümlədən:


          • Layihəni idarəetmək mütləq lazımdır?

          • Bütün layihələri idarə edərkən «formal metodların» tətbiqi zəruridirmi?

          • Bunun üçün nə qədər vəsait tələb olunur?

Yada salaq ki, peşəkar idarəetmə metodlarma tələbat layihənin miqyasının və mürəkkəbliyinin artması, layihəyə çoxlu sayda iştirakçılann və teşkilatlann cəlb edilməsi, layihənin yerinə yetirilməsi müddəti ilə bağlı tələblərin artması, maliyyə, material və əmək ehtiyatlarından istifadə edilməsi, o cümlədən işlərin yerinə yetirilməsi və əldə edilən nəticələrin keyfiyyəti üzrə meydana çıxan tələblərlə bağlı olaraq yaranmışdır.

Bu tələblər 50-ci illərdə ABŞ-da yalnız böyük hərbi və kosmik layihə və proqramlara şamil edilirdi. Bu layihələrdən Manhatten, Atlas, Poliaris və s. misal göstərmək olar. Eyni zamanda aydındır ki, çox da böyük olmayan konsaltinq firmalarında kiçik layihəni idarə etmək məqsədilə formal metodların tətbiq edilməsi tələb olunmur. Layihə üzrə məsuliyyət daşıyan bir menecer

«idarəetmənin qeyri-formal metodlarından» istifadə etməklə öz işinin öhdəsindən tam şəkildə gələ bilər. Ancaq tez-tez dəyişən mühitdə həyata keçirilən, çoxlu iştirakçı və predmetlərin sayınin inteqrasiya olunmasını tələb edən, özündə dəyişmə imkanı yaradan böyük və mürəkkəb layihələri həyata keçirərkən layihələrin idarə edilməsi metodlanndan istifadə edilir. Bu idarəetməyə etinasızlıq ona gətirib çıxanr ki, layihənin nəticələri gözlənildiyindən daha aşağı, layihənin faktiki dəyəri və yerinə yetirilmə müddəti isə planlaşdın 1- dığından daha yüksək səviyyəyə çatır. Beləliklə, layihələrin idarə edilməsi üzrə peşəkar metodlan tətbiq etmək layihə məqsədlərinə müəyyənləşdirilən vaxt çərçivəsində, konkret büdcə daxilində və layihə iştirakçılannı təmin edən keyfiyyətlə layihənin idarə edilməsi deməkdir.

Layihənin idarə edilməsi zaman zərurətə çevrilir?


Bütövlükdə götürdükdə, bu, aşağıda göstərilən əsas faktorlardan asılıdır:



            • layihənin miqyası, işin həcmi və dəyəri;

            • predmetlərin sayı, yaxud layihəyə cəlb edilən funksional hissələrin sayı ile ölçülən layihənin mürək- kəblüc dərəcəsi;

            • layihə təşkilatımn ölçü və strukturlan;

            • layihə iştirakçılannm və maraqlı tərəflərin sayı və qarşılıqlı əlaqələri;

            • həm layihənin özündə, həm də onun əhatə etdiyi mühitdə dəyişikliklərin edilməsi mümkünlüyü;

            • müddət, büdcə, istifadə olunan mənbə və nəticələrin keyfiyyəti üzrə qoyulan tələblər;

            • rəqiblərin olması;

            • layihənin etibarlılıq dərəcəsi.

Konkret halda «bu layihə və bu təşkilat üçün layihələrin itlarə edilməsi metod və üsullarım tətbiq etmək lazımdırmı?» sualına cavab vermək məqsədilə layihəni və konkret təşkilatı diqqətlə öyrənmək və aşağıda sadalanan suallara dəqiqliklə cavab veımək lazımdır:

            • Layihənin yerinə yetirilməsi üçün nəzərdə tutulan

işlərin həcmi böyükdürmü?

            • tş texniki baxımdan mürəkkəbdirmi?

            • Layihə doğrudan da ayn-ayn hissə və yanmsis- temlərdən ibarət bütöv bir sistemdir?

            • Layihə böyük bir layihənin hissəsidir və onunla sıx qarşılıqlı əlaqəsi vardırmı? Bu layihə konkret təşkilatın böyük sisteminə (meqalayihə) aiddirmi?

Təşkilatın rəhbərliyində layihə üzərində apanlan ümumi işlə bağlı xüsusi təşkilat, informasiya sistemini yaratmaq üçün əminlik vardırmı?

Layihənin yerinə yetirilməsi üçün müəyyən büdcə çərçivəsi və ciddi nəzarət tələb edilirmi? Dəyişikliklərə tez bir zamanda münasibət bildirmək mühüm şərt sayılırmı?

Layihə bir çox peşəkar sahələri əhatə edirmi və layihəyə çoxlu təşkilat cəlb edilibmi?

Görüləcək iş mövcud təşkilati strukturun radikal şəkildə dəyişdirilməsini tələb edirmi?

Layihəyə ikidən çox bölmə cəlb edilibmi və sifarişçinin müştəri ilə birbaşa əlaqəyə ehtiyacı varmı? Bu layihə ilə digər rəqabət apara biləsi layihə mövcuddurmu?

Layihə ilə əlaqədar olan bölmələrin rəhbərləri arasında münaqişələrin meydana çıxma ehtimalı var- mı?

İşlərin yerinə yetirilmə müddəti ilə bağlı müvafiq təşkilatlar qarşısında öhdəliklər dururmu?

Layihənin şərt və mühitinin layihə başa çatmazdan qabaq güclü şəkildə dəyişdirilməsi ehtimalı mövcuddurmu?

Layihə üzrə işlərin böyük həcmi subpodratçı təşkilatlar tərəfindən yerinə yetirilirmi?

Əsas alışların təşkilatdan kənarda yerinə yetirilməsi və tədarükün xarici tədarükçülər tərəfindən icrası lazımdıımı?

Layihənin hökumət dairələrində baxılmasına və qəbul edilməsinə zərurət varmı? Bu halda ciddi

problemlərin və layihə üzrə əks variantlann meydana çıxma ehtimalı mövcuddurmu?

Bu sualların bir çoxuna «hə» cavabını verməli olsaq, bunun özü konkret halda layihənin peşəkar səviyyədə idarə edilməsi zərurətini meydana qoyacaqdır. Belə bir yanaşma layihənin icrası prosesində arzu olunmayan və həm də böhranlı vəziyyətlərdən yaxa qurtarmağa imkan verəcəkdir.


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə