Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma


Layihənin icrası zamanı tipik səhvlər və qüsurlar



Yüklə 0,84 Mb.
səhifə35/134
tarix24.02.2022
ölçüsü0,84 Mb.
#84075
1   ...   31   32   33   34   35   36   37   38   ...   134
layihe menecmenti (1)

2.3.2. Layihənin icrası zamanı tipik səhvlər və qüsurlar


Hər bir layihənin nəticəsi konkret məhsul ilə bağlıdır. Dunun üçün pul vəsaiti və mənbələr əvvəlcədən müəyyənləşdirilir. Verilən müddətdə işlərin icra edilməsi tələb olunur. Layihənin icrası zamanı əvvəllər heç də bir yerdə işləməyən müxtəlif ixtisas sahibi olan mütəxəssislər birlikdə fəaliyyət göstərməli olurlar. Layihənin icrası zamanı kənarlaşma hallan baş verərsə və ciddi mürəkkəb vəziyyət əmələ gələrsə layihə rəhbərinin birbaşa müdaxilə etməklə müvafiq tədbirlər həyata keçirmək üçün layihənin gedişatı haqqında məlumatlara ehtiyacı olur.

Her bir layihə investisiya ile, müəssisənin yenidən iş- ionməsi ilə və ya yenidən təşkiletmə ilə bağlı olmasından asılı olmayaraq, aşağıdakı şərtlərə əməl etməklə sistematik işin aparılmasını tələb edir:



            • müəyyənləşdirilən müddət;

            • dəqiq xərclər;

            • keyfiyyət üzrə irəli sürülən konkret tələblər.

Lakin arzu edilən nəticələri əldə etmək həmişə asan olmur. Səbəb nədir? İşdə meydana gələn qüsurların və yol veri- lon səhvlərin meydana çıxmaması üçün layihələrin idarə edil

məsi metod və üsulları sistematik şəkildə tətbiq etmək lazımdır.



Bir neçə tipik vəziyyətləri nəzərdən keçirək:

  1. Yaranmış problemlərin əsas səbəbi layihənin mövcud vəziyyətinin kifayət qədər təhlil edilməməsi və layihəyə qoyulan tələblərin əsaslandınimaması ilə bağlıdır. Bu vəziyyət işə qərar qəbul etmək üçün lazımi məlumatı hazırlamağa imkan yaratmayacaqdır.




  1. Layihə məqsədində qeyri müəyyənlik. Layihə məqsədlərini asanlıqla sadalamaq mümkün olsa da, onlar müəyyən hallarda əsaslı şəkildə müəyyənləşdirilir və sənədləşdirilir. Bunun üçün yoxlamaq lazmıdır ki:

    • bu məqsədlər hansı məlumat bazasına əsaslanır?

    • məqsədlər hansı planleışdırma tipinə aiddir?

    • məqsədlərin əldə edilməsi hansı faydanı gətirəcəkdir?

    • hansı müddətləri və xərcləri müəyyənləşdirmək zəruridir?

Məqsədlər dəqiq məzmun və mənaya malik olmalı, nəticələr məntiqə uyğun olmalı, verilən parametrlər isə real olmalıdır.


  1. Obyektiv alternativ axtarışı ilə yanaşı olaraq bir varianta üstünlük verilməsi: Hər hansı bir məqsədə nail olmaq üçün bir çox alternativ həll üsullan mövcud olsa da, əksər hallarda seçilən bir variant üzərində dayanılır. Ona görə də bu halda aşağıdakıları aydınlaşdırmaq zəruridir:

    • Digər alternativ həll üsullan mümkündürmü?

    • Alternativin qiymətləndirilməsi və seçilməsi hansı meyarlar əsasında həyata keçirilir?

    • Alternativ riski elementləri necə müəyyənləşdirilir və necə qiymətləndirilir?

    • Alternativ olmadıqda nə baş verir: «heç nəyi dəyişməmək»?

Məqsədəuyğun şəkildə seçilmiş və sənədləşdirilmiş alternativlər rasional və qənaətbəxş həll üsulunun tapılmasına imkan yaradır.


  1. Layihə üzrə məsuliyyət bölgüsünün kifayət qədər dəqiq və obyektiv apaniması. Layihənin yerinə yetirilməsi üçün mütləq məsuliyyət bölgüsünün vaxtında və tam apaniması tələb olunur.

Bunun üçün aşağıdakıları dəqiq şəkildə müəyyənləşdirmək lazımdır:

    • Hansı mütəxəssislər layihə rəhbərinə tabedirlər və bu necə həyata keçirilir?

    • Layihənin həyata keçirilməsi ilə bağlı müəyyən tapşınqlarm icrasını kim müəyyənləşdirir?

    • Xərc, müddət və məsrəflərlə bağlı məsələni kim həll edir?

    • Rəhbərlik qarşısında kim və hansı formada hesabat verir?




  1. Layihə komandasının müvafiq ixtisaslı işçi heyəti ilə kifayət qədər təmin olunmaması. Müəyyənləşdirilən müddət və xərclər çərçivəsində layihəmn əmək ehtiyatları çox zaman həm keyfiyyət, həm də kəmiyyət ba-

xıtnından layihənin gücünü göstərir. Buna görə də layihə komandası formalaşdınlarkən aşağıdakılan müəyyənləşdirmək vacibdir:

    • Layihə üçün işçi heyəti hansı parametrlərə: peşəkar bilik, komandada işləmək bacanğı və rəhbərlik

qabiliyyəti və s. əsasən seçilir?

    • Layihə əlavə iş yüküdür, yoxsa əsas peşəsidir?

    • Layihə üzrə məsuliyyət daşıyan şəxs öz işinin öhdəsindən gələ bilmədiyi halda təklif olunan xidməti qəbul edə biləımi?




  1. Problemlərin mövcudluğuna etinasız yanaşmaq, yaxud onlan həll etməyə çalışmaq. Layihənin həyata keçirilməsi layihə üzrə kənaraçıxmalar və dəyişikliklərin mövcudluğu ilə səciyyələnir. Buna görə də aşağıdakıları bilmək lazımdır:

    • Məqsədlərin qoyuluşunda dəyişikliklərin edilməsi zərurətini necə müəyyənləşdirmək lazımdır? İş prosesində yol verilən kənaraçıxmalar hansılardı?

    • Dəyişikliklər nəticəyə, müddətə və xərclərə necə təsir göstərir?

    • Dəyişikliklər haqqında hesabat necə həyata keçirilir?

Dəyişikliklər haqqında məlumatlara malik olmaq və onları həyata keçirmək üçün sənədləşdirmə sistemi ve cari prosesin müəyyənləşdirilməsi əsas yer tutur. Bunun üçün qərarların qəbul edilməsi üzrə sənədlərdə məqsədlərin dəyişdirilməsi ilə bağlı olaraq alternativ qərarlar müəyyənləşdirilməlidir. Məsuliyyət daşıyan

şəxslər növbəti zərərin qarşısını almaq məqsədilə qərarlar qəbul etməli ve həyata keçməlidirlər.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə