/U;
2.1.
İLK ANLAYIŞLAR və TƏRİFLƏR
Layihənin idarə edilməsi üzrə mövcud olan tərifləri
ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, «layihənin idarə
edilməsi» - «dəyişikliklərin idarə edilməsi» deməkdir. Layihənin
idarə edilməsi ilə bağlı müxtəlif biliklər mövcuddur. Bu elmi daha
da dərindən ö)a'enen ölkələr layihənin idarə edilməsi anlayışma
müxtəlif tərəfdən yanaşmış və müxtəlif təriflər vermişlər. Layihənin
idarə edilməsinə verillən tərifləri və anlayışlan nəzərdən keçirək:
ABŞ-ın Laiyhələrin İdarə Edilməsi İnstitutu (PMI USA) [1]:
Layihənin İdarə edilməsi - idarəetmə texnikası və metodlarından
istifadə etməklə işlərin həcmini, qiymətini, vaxtmı, keyfiyyətini,
iştirakçılann təminatını layihənin tam həyat dövründə düzgün
idarəetmək məqsədilə insan və material ehtiyatlannm
koordinasiya edilməsi deməkdir. Bu işlər layihə rəhbərinin
məharətindən asılıdır.
Layihələrin İdarə Edilməsi İngiltərə Assosiasiyası [19]:
Layihənin İdarə edilməsi Almaniya təşkilatı [27]:
Layihələrin İdarə edilməsi - bu layihənin həyata keçirilməsi üçün
yeganə idarəetmə məsələsi, təşkilatı, vasitəsi və texnikasıdır.
64
ümumiyyətlə, “idarəetmə” anlayışı aşağıdakı məsələlər ile
bağlıdır:
•
böyük həcmli məsələlər bir şəxs tərəfindən yerinə yetirilə
bilinmədiyi üçün mütəxəssislərin birləşməsi və emək
bölgüsü zəruriyyəti yanranır.
•
məqsədə çatmaq üçün müəyyən resurslar tələb olunur.
•
məqsədə çatmağı təmin edən hərəkətlər “idarəetmə” və ya
“menecment” adlanır. İdarəetmə sisteminin stmkturu bir
tərəfdən planlı şəkildə inkişaf edir, diger tərəfdən sistemin
daxili və xaricində nəzərdə tutulmuş işlər, əlaqələr və
qərar qəbuletmə prosesləri mütəşəkkil şəkildə qeydə
alınır.
•
təşkilat sosial-texniki sistem kimi çıxış edərək idarəetmə
məsələlərini həll etmək üçün məhdudiyyətlər qoyur.
Göründüyü kimi bu gösətərilən məsələlər nəinki bütün növ
layihələrdə, hətta layihə tipli tədbirlərdə öz əksini tapa bller.
2.2.
LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ PROSESİ
Layihə o vaxt uğurlu hesab edilir ki, müəyyən edilmiş bOdco
çərçivəsində, vaxtında və keyfiyyətlə məqsədə çatmaq mümkün
olsım.
Layihənin idarə edilməsi aşağıdakı hipotezə əsaslanır:
Mütəşəkkil şəkildə yerinə yetirilən layihələrdə məqsədə çotmaq
ehtimalı daha çoxdur, nəinki intizamsız təşkil edilmiş layihələrdə.
65
Belə təşkilatlann konponentləri aşağıdakılardır:
•
işin təşkili;
•
işin vaxtı;
•
işin ardıcıllığı.
Layihələrin idarə edilməsi üzrə işlərin tərkibi obyektlərdən
və hərəkətlərdən ibarətdir. Layihənin struktur planmda əsas və
xüsusi məqsədlər müəyyənləşdirilir. Layihələrin həyata keçirilməsi
zamanı məqsədlər dəyişilə bilər və bu zaman qeydə alınmış
səhvlərin dərhal qarşısı alınmalıdır. Sistematik olaraq dəyişikləri
düzgün idarə edərək vaxta və xərclərə müəyyən təsir göstərmək
olar. Layihənin ilk anlarından bitənədək sifarişçinin və bazann
tələblərinə uyğun olaraq keyfiyyət idarə olunur. Kontraktlann idarə
edilməsi sifarişçi və icraçı arasmda münasibətləri tənzimləyir.
Layihə məqsədinə çatmaq üçün dekompozisiyadan əlavə
işləri və prosesləri, onlann ardıcıllığmı müəyyənləşdirmək lazımdır.
Struktur və faza modelinin köməyi ilə proseslər ayn- ayn zamana
görə və ya fazalara əsasən bölünürlər. Hər fazanın sonunda
layihənin dayandıniması haqqında qərar qəbul edilir və ya layihə
başqa modifıkasiyada davam edilir.
İşlərin və müddətlərin dəqiq planlaşdırılması üçün bir
struktur modeli kifayət deyildir. Bu modellərə şəbəkə planı və ya
xətti diaqramlan əlavə etmək zəruridir.
Şəbəkə planında işlərin və ya proseslərin bir-birindən
asılılığı, onlann başlanğıc və bitmə müddətləri, vaxt ehtiyatlan
müəyyənləşdirilir. Hər bir işin yerinə yetirilməsi üçün vəsait tələb
olunur. Beləliklə, layihənin hər hansı bir zaman kəsiyində tələb
olunan vəsaitləri və onlara çəkilən xərcləri müəyyənləşdirmək
mümkündür. İşlər kompleksi və onlara çəkilən xərclərin
qiymətləndirilməsi, ölçüsü və zamana görə onların paylaşdırılması
xərchrin planlaşdırılması adlanır.
66
Layihədəki işləri, vaxtı, ehtiyatlan və qiymətləri
planlaşdırmaq üçün müasir dövrdə kompüter sistemlərindən və
xüsusi proqram təminatlarından geniş istifadə edilir.
Layihə üzrə yerinə yetirilən işlərin nəzərdə tutulmuş iş- lor ilə
müqayisəsi zamanı normadan kənara çıxma hallan qeydə almır və
tənzimlənir. Bu layihənin operativ idarə edilməsi adlanır. Burada
layihə iştirakçılannm və layihənin məqsədinə çatmaqda marağı olan
tərəflərin vaxtaşın məlumatlandınlması zəruridir. Layihələrin idarə
edilməsi prosesinə yalnız normadan kənara çıxma hallannm qeydə
alınması deyil, burada vaxt, xərc və məqsəd arasında mürəkkəb
münasibətlərin tənzimlənməsi işləri də daxildir.
Əgər layihə təşkilat daxili yerinə yetirilərsə, onda müəs-
Nİsonin rəhbəri layihənin məqsədinin və məsuliyyət bölgüsünün
tənzimlənməsini təmin etməlidir. Rəhbər layihənin planlaşdınlması,
işlərə nəzarət və onlann idarə edilməsindən başqa onlann müxtəlif
sahələrdə tətbiq edilməsini və iqtisadi Nomoroliyini araşdırmalıdır.
2.3.
LAYIHƏNIN IDARƏ EDILMƏSI
ZƏRURİLİYİ
2.3*1. Peşəkar idarəetmə
Layihənin vaxtında, büdcə daxilində və irəli sürülən texniki
göstəricilərə riayət etmək tələblərinə uyğun olaraq idarəedilməsi
tələb olunur. Layihələrin idarə edilməsi zamanı bir çox suallar
yaranır, o cümlədən:
-
Layihəni idarəetmək mütləq lazımdır?
-
Bütün layihələri idarə edərkən «formal metodların»
tətbiqi zəruridirmi?
67
Dostları ilə paylaş: |