Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu


MBqsədin  dəyişilmə  mümkünlüyü  -



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə12/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

MBqsədin  dəyişilmə  mümkünlüyü  -  layihənin  yerinə 
yetirilməsi  zamanı  onun  məqsədində  bəzi  dəyişikliklərin  apa- 
nlması zərurəti yarana bilər. Məqsədin redaktə edilməsi qay- dalan 
əvvəlcədən məlum olmahdır. 
Məqsədin  ierarxiya  strukturu  -  layihələrin  yerinə 
yetirilməsində  asılılıq  hansı  ierarxik  struktura  malik  olunmasını 
göstərilir. 
Layihə  məqsədinin  izah  edilməsi  onun  mahiyyətinin  tam 
açılmasına  imkan  verir.  Əgər  layihədə  risk  elementləri 
mövcuddursa,  onda  aşağıdakı  şərtlər  layihənin  yazılmasında  Öz 
əksini tapmalıdır: 

 
layihənin nəticəsi haqqında razılıq; 

 
layihənin büdcəsi və müddəti ilə bağlı fikir söyləmək və 
ya onlan müəyyənləşdirmək; 

 
layihənin nəticəsi, müddəti və xərci arasında yarana 
biləcək mübahisənin həllini razılaşdırmaq. 
Layihənin tam yazılışı onun yerinə yetirilməsi üçün əlverişli 
şərait yaradır. 
1.7.
 
LAYIHƏNIN STRUKTURU
 
1.7.1.
 
İlk anlayışlar 
Layihənin  məqsədini,  tərkib  hissələrini  və  heyətini 
formalaşdırmaq, planlaşdırma və nəzarət prosesini həyata keçirmək 
üçün onur strukturunu müəyyənləşdirmək lazımdır. 
Müxtəlif ierarxik səviyyələrdə təsvir edilmiş bir-birilə əlaqəli 
olan elementlər və proseslər çoxlüğüna layihənin strukturu deyilir. 
Layihənin  tam  həyat  dövründə  onun  idarə  edilməsi  üçün 
müxtəlif struktur modelləri qurulur. Bu modellər layihəin 
46
 


strukturu əsasında qurulur. Beləliklə, layihənin strukturu layi- lıonin 
idarə edilməsinin müasir metodologiyasında əsas elementlərdən biri 
sayılır. 
Layihələrin  strukturu  dekompozisiya  edilmiş  ierarxiya 
şəklində təsvir edilir. Layihələrin strukturu aşağıdakı tələblərə cavab 
verməlidir: 
1.
 
Layihənin  dekompozisiya  edilmiş  ierarxiyasınm  hər  bir 
səviyyəsindəki  bütün  elementlər  müəyyən  qiymətlər  ilə 
əhatə olunmalıdır. 
2.
 
Layihənin  ierarxiyasınm  hər  bir  səviyyəsindəki  onun 
elementlərini  xarakterizə  edən  parametrlərin  sayı  eyni 
olmalıdır. 
3.
 
Layihənin  ierarxiyasınm  en  aşağı  səviyyəsindəki 
elementlər  daha  da  ətraflı  xarakterizə  olunmalıdır:  işin 
həcmi,  qiyməti,  tələb  olunan  resurslar,  icraçılar,  digər 
elementlər ilə əlaqələri və s. 
Layihedəki iştirakçılar arasında münasibətlərin qurulması və 
sənədləşmə işləri onun strukturu əsasında aparlır. Bu səbəbdən kiçik 
struktur  dəyişikliklərinə  baxmayaraq  layihənin  ho}'at  dövründə 
əvvəldən axıra kimi qəbul edilmiş struktur istifadə edilir. 
Layihə,  strukturlaşmış  bir  obyekt  kimi  bütün  formal 
qaydalara və məntiqi fikirlərə tabe olaraq layihələrin idarə edilməsi 
metodlannm əsasmı təşkil edir. Layihənin strukturlaş- dırılması üçün 
əsas  şərtlərdən  biri  struktur  elementlərinin  kodlaşdınlmasıdır.  Bu 
kod layihənin bütün sənədlərində öz əksini tapmalıdır. Bu sənədlərə 
texnoloji,  iqtisadi,  maliyyə,  toşkilati,  idarəetmə  və  s.  digər  növlü 
sənədlər  daxildir.  Layihənin  elementlərinin  struktur  kodu  onun 
qiymət, vaxt, ehtiyat, icraçı və s. digər elementləri kimi hesablama 
prosedurunu 
47 


formalaşdırır və bütün iştirakçılan tələb olunan informasiya ilə təmin 
edir. 
 
1.7.2.
 
Layihələrin struktur maddələri 
və onun növləri 
Layihənin  strukturu  bir  neçə  səviyyələrə  parçalanaraq 
müxtəlif  aspeklərde  təsvir  edilir.  Bundan  başqa  layihələrin  idarə 
edilməsi  üçün  onun  ana  strukturu  əsasında  bir  neçə  digər  struktur 
modellər qurulur. 
Struktr modellər dekompozisiya prinsipinə görə bir- birindən 
fərqlənirlər. 
Bunlardan 
daha 
geniş 
yayılmış 
modellər 
aşağıdakılardır; 

 
icraedici struktur

 
funksional struktur; 

 
qarışıq struktur. 
İcraedici  struktur  modellər  funksiyalann  yerinə  yetirilməsi 
prinsipinə  əsasən  qurulmuşdur  və  adətən  layihənin  ilk 
mərhələlərində  müəyyənləşdirilir  və  layihənin  ümumi  görünüşünü 
təsvir edir. 
Layihənin  strukturunun  qurulmasında  bir  neçə  prinsiplər 
mövcuddur: 
1.
 
Struktur  model  layihəni  yerinə  yetirimək  üçün  nəzərdə 
tutulan  işlər  çoxluğudur.  Bu  çoxluq  daha  çox  layihənin 
dekompozisiya  ierarxiyasmın  aşağı  səviyyəsini  əhatə  edir. 
Qərb  ölkələrində  bu  modellərə  -  Work  Break-  down 
Strukture (WBS) adlanır. 
2.
 
Layihənin miqyasından, mürəkkəbliyindən asılı olaraq onun 
strukturunun  ierarxiya  səviyyəsinin  sayı  müxtəlif  olur. 
Adətən,  ierarxiya  6  səviyyədən  8  səvi^^yəyə  qədər  olur. 
Lakin,  bir  neçə  ümumi  qaydalara  əsasən  layihənin 
dekompozisiya olunmuş struktur modelinin 
48 
:■ i- 
 
ä. 


(WBS) yuxan səviyyəsi onun funksiyalarını, aşağı səviyyəsi 
isə sadəcə olaraq işləri tesvir edir. 
Layihənin ümumi sturktur modeli aşağıdakı kimi təsvir odilir: 

 
Ümumi  proqram  -  layihənin  digər  layihələr  içərisində 
rolunu və yerini müəyyənləşdirir. 

 
«Layihə  -  Ümumi  tapşınq  -  Tapşınqlar»  səviyyəsi 
layihənin funksional hissəsini xarakterizə edir. 

 
«İşlər  kompleksi  -  İş»  səviyyəsi  isə  işlərin  yerinə 
yetirilməsinə  aiddir  və  bu  səviyyədən  layihə  rəhbəri 
işlərin yerinə yetirilməsi haqqında melumat alır. 
Layihələrin idarə edilməsində strukturlaşma prinsipi osas yer 
tutur, məsələn: 

 
məqsədlər strukturu 

 
qiymətlər strukturu 

 
risk elementlərinin strukturu 

 
məsuliyyət bölgüsü strukturu 

 
şəbəkə modelləri strukturu. 
1.7.3.
 
Layihələrin idarə edilməsində struktur 
modellərin tətbiqi 
Layihənin uğurla yerinə yetirilməsi üçün əsas şərtlərdən biri 
onun  düzgün  struklaşdınlmasıdır.  Struktur  modellər  layihənin  tam 
həyat  dövründə  müxtəlif  məsələlərin  həllində  istifadə  edilir. 
Layihənin  idarə  edilməsi  prosesində  adətən  aşağıdakı  hallarda  bu 
modellərdən istifadə edilir: 

 
layihə məqsədinin təhlili

 
layihənin yerinə yetirilməsində alternativ qərarlann 
seçilməsi, təhlili, qiymətləndirilməsi və qurulması; 
49 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə