Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə20/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   16   17   18   19   20   21   22   23   ...   72

komandanın  işinin  səmərəli  şəkildə  təşkil  edilməsi,  onların  işinin 
planlaşdıniması və bu işə nəzarətlə bağlı bütöv funksiyalar sistemi 
yaranır. Bütün bunlar işçi heyətinin və əmək ehtiy- atlarının idarə 
edilməsini tələb edir. 
Layihənin  heyata  keçirilməsi  prosesində  işin  gedişinə  və 
layihənin müxtəlif elementlərinin icrasına nəzarət və əldə ediləcək 
nəticələrin  proqnozlaşdınlması  mexanizmi  tələb  edilir.  Layihənin 
vəziyyətini müəyyənləşdirmək və əks əlaqənin olması vacibdir. Əks 
əlaqə yolu ilə daxil olan məlumata bəzən ictimai əlaqələr də deyilir. 
Mahiyyət  etibarilə  bütün  bu  işlər  layihədə  əlaqələrin  idarə 
edilməsini təşkil edir. 
İcraçılar  müqavilələr  əsasında  layihodeki  işləri  yerinə 
yetirmək  üçün  cəlb  olunurlar.  Tələb  olunan  materiallann,  tex- 
nikalann,  avadanlıqlann  alınması  və  tədarük  edilməsi  bağlanılan 
müqavilələr  əsasında  həyata  keçirilir.  Müqavilələrin  hazırlanması, 
planlaşdıniması  və  bağlanması,  habelə  onlann  yerinə  yetirilməsinə 
nəzarət  fəaliyyəti  müqavilələrin  idarə  edilməsi  və  layihənin 
təminatı üsulu əsasmda həyata keçirilir. 
Layihənin həyata keçirilməsi zamanı qeyri-müə3^ən vəziyyət 
və  risklər  yaranır.  Layihənin  risk  səviyyəsini  xüsusi  tədbirlər  ilə 
azaltmaq  olar.  Layihə  riskinin  müəyyən  səviyyəsini  minimum 
xərclərlə  təmin  etmək  mümkündür.  Lakin  bu,  layihənin  təbiətinin 
dərindən  öyrənilməsini  tələb  edir.  Layihədə  risk  səviyyəsinin 
müəyyənləşdirilməsi  və  onun  aşağı  salınması  ilə  bağlı  işlər  və 
prosedurlann məcmusu risklərin idarə edilməsi funksiyası əsasmda 
apanlır. 
İndi isə layihələrin idarə edilməsinin əhatə dairəsini nəzərdən 
keçirək: 
80 


Layihələrin mövcud biliklər əsasında idarə edilməsi aşağıda 
sadalanan predmetləri təşkil edən ümumi idarəetmə ilə sıx bağlıdır: 

 
Biznes siyasəti

 
Strateji planlaşdırma; 

 
Maliyyə ehtiyatlannm idarə edilməsi

 
Biznes iqtisadiyyatı; 

 
Mühasibat uçotu; 

 
Müəssisədaxili planlaşdırma və nəzarət; 

 
Kadrlann idarə edilməsi; 

 
Marketinq və satış; 

 
Məlumat sistemləri; 

 
Müəssisələrin inkişaf etdirilməsi və s. 
Texniki idarəetmə və texniki proseslərin idarə edil- məsi 
Bu  idarəetmə  növü  istehsal  proseslərinin  idarə  edilməsi  ilə 
bağlıdır və istehsalm sahə və növündən çox asılıdır. Bununla belə, 
hər  bir  halda  müxtəlif  xüsusi  funksiyalarla  tamamlanmalı  olan 
ümumi  funksiyaları  seçib  ayırmaq  olar.  Bu  fıın-  ksiyalann  hansı 
dərəcədə  fərqlənməsi  aydm  şəkildə  görsənir,  məsələn:  tikinti; 
aerokosmonavtika;  məlumat-hesablama  sistemləri;  bank  işi; 
müdafiə sistemləri; energetika və kommunal xidmətlər; hökumət və 
ictimai  xidmət  sahə  və  idarələri;  avadanlıqlar;  sənaye;  əczaçılıq; 
telekommunikasiya; nəqliyyat və s. 
Bütün  sahələr  üzrə  texniki  idarəetmənin  funksiyalarına 
aşağıdakılan şamil etmək olar: 

 
Mütəxəssislərin idarə edilməsi; 

 
Keyfiyyətə nəzarət; 
81 



 
iş rejimi və qraflkinin idarə edilməsi; 

 
Əmək ehtiyatlannın idarə edilməsi; 

 
Kommunikasiyanm idarə edilməsi; 

 
Qanşıq məhsul hazu-layan müəssisələrin idarə edilməsi; 

 
Dəyişikliklərin idarə edilməsi. 
Sadalanan  ftınksiyalar  üzrə  texniki  idarəetmə  layihələrin 
idarə  edilməsi  funksiyalan  ilə  oxşardu*.  Ancaq  bu,  yalnız  zahiri 
oxşarlıqdır,  belə  ki,  burada  da  idarəetmə  obyektləri  köklü  şəkildə 
fərqlənir. 
Köməkçi  və yardımçı  predmet  və funksiyalar  layihələrin 
uğurla idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edir, buraya bir 
çox predmetlərin ayn-ayn hissələri daxil edilə bilər: 

 
Keyfiyyətin  təmin  edilməsi  (keyfiyyətə  nəzarət, 
keyfiyyətə statistik nəzarət və s.) 

 
Dəyişikliklərin idarə edilməsi; 

 
Maddi-texniki təminat; 

 
Müqavilələrə nəzarət; 

 
Alışlar (tədarük); 

 
İşçi heyətə rəhbərlik

 
Avadanlığın istismar edilməsi; 

 
Hüquq xidmətləri; 

 
Proqramlaşdırma işləri. 
Beləliklə, bu biliklərin əsasında aşağıdakı ümumi nəticələri 
çıxarmaq mümkündür: 

 
Layihələrin idarə edilməsi müəyyən məqamlarda qonşu 
sahələrdə çarpazlaşan unikal bilik sahəsinə malikdir; 
82
 



 
ümumi idarəetmə sahəsi hər bir layihə menecerinə lazım 
olan biliklə əhatə olunmuşdur

 
Texniki idarəetmə sahəsinə xüsusi fəaliyyət sahəsi üzrə 
konkret bilgi daxildir. Bunun əsasında layihə meneceri 
mütəxəssisə çevrilir. 
K-öməkçi  və  yardımçı  predmetlər  layihə  menecerinə  öz 
funksiyalanm  daha  da  yaxşı  yerinə  yetirmək  üçün  şərait  yaradır. 
Layihənin idarə edilməsi elə bir anlayışdır ki, yardımçı predmetlərin 
dəstəyi,  ümumi  və  texniki  idarəetmə  ilə  birlikdə  layihədəki 
məqsədlərə nail olunur və bu layihənin uğurla başa çatmasına şərait 
yaradır. 
Layihələrin idarə edilməsi üzrə predmet və bilik sahələrinin 
həcmini  müəyyənləşdirərkən  aşağıdakı  ümumi  prinsip-  lorden 
istifadə olunur: 

 
Ümumi  menecment  üzrə  biliklərin  böyük  bir  hissəsi 
layihələrin idarə edilməsi üçün bir şərt kimi etiraf edilsə 
də, biliklər məcmusuna daxil edilmir; 

 
Məlumat  layihələrin  idarə  edilməsi  prosesinin  ayrılmaz 
tərkib  hissəsi  olduğu  halda  müxtəlif  predmet, 
ixtisaslaşmış  və  ya  spesifik  istehsal  sahələri  üzrə  ətraflı 
biliklər bazaya daxil edilmir

 
Layihələrin  idarə  edilməsi  üzrə  köməkçi  və  yardımçı 
predmetlərdən  yalnız  layihələrin  əksəriyyətində  istifadə 
oluna biliklər daxil edilməlidir; 

 
Layihələrin idarə edilməsi spesifik sahələrə aid olan bilik 
və predmetlər daxil edilməməlidir

 
Layihələrin  idarə  edilməsində  elə  bilik  sahəsinə  və 
predmetlərə  üstünlük  vermək  lazımdır  ki,  onlar  ya 
mənsubiyyəti  üzrə  layihələrin  idarə  edilməsinə  daxil 
olsunlar, ya da layihələrin idarə edilməsi prosesi 
83
 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə