Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə23/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   19   20   21   22   23   24   25   26   ...   72

2.
 
Layihələrin idarə edilməsi metodlan əsasında qərar 
qəbuletmə. 
3.
 
Layihələrin idarə edilməsi vasitələri. 
4.
 
Layihələrin xüsusi strukturu və təşkil edilməsi. 
5.
 
Layihə meneceri. 
Layihələrin idarə edilməsi ilə bağlı ideya və metodologiyadan 
bir qayda olaraq bütün hallarda istifadə etmək lazımdır. Bu, xüsusilə 
problemi  dəqiq  şəkildə  müəyyənləşdirməyə  və  onun  rasional  həll 
yollarmı  göstərməyə  imkan  yaradan  başlanğıc  və  konseptual 
mərhələdə daha faydalıdır. Görünür ki, layihələrin idarə edilməsinin 
ideya və metodologiyasına yiyələnmək hamıya lazımdır və bu ideya 
və  metodologiyalardan  istifadə  etmək  istənilən  problemin  həlli 
zamanı zəruriləşir. 
Müxtəlif  layihələrin  idarə  edilməsi  metodlannm  xüsusi 
texniki və məlumat-proqram vasitələri olmadan tətbiqi kiçik və orta 
layihələr üçün mümkündür ki, bu da onlann hər hansı ciddi xərclərə 
yol vermədən həyata keçirilməsinin səmərəliliyini artırır. 
Orta və böyük layihələri xüsusi təşkilat yaratmadan müxtəlif 
idaretmə üsullanndan istifadə etməklə idarə etmək mümkündür. Bu 
cür yanaşma nəticəsində layihənin idarə edilməsində artıq xərclərə 
yol verilmir. 
Mürəkkəb  və  mühüm  layihələrin  idarə  edilməsi  isə  layihə 
komandısınm mövcudluğunu tələb edir. 
Beləliklə,  layihələrin  idarə  edilməsinin  zəngin  imkanla-  nnı 
mənimsənilməsi  müxtəlif  problemlərin  həllinə  cəlb  edilən  şəxslər 
üçün  böyük  xərc  çəkmədən  onların  tətbiqinə  imkan  yaradacaqdır. 
Bu,  şübhəsiz  ki,  məqsədyönlü  fəaliyyətin  bütün  sahələrində 
idarəetmə və təşkilatçılıq mədəniyyətini yüksəldəcəkdir. 
92 


2.5.
 
LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ ÜZRƏ ƏSAS 
BİLİKLƏR 
2.5.1.
 
Ümumi qeydlər 
Əwəl  qeyd  etdiyimiz  kimi,  layihələrin  idarə  edilməsi 
layihənin  həyata  keçirilməsi  üçün  icra  edilməli  olan  dəyişikliklərin 
idarə edilməsidir. 
Layihə  ilə  bağlı  ideya  sürülən  andan  onun  həyata 
keçirilməsinə  qədər  layihənin  özünün  vəziyyətinin  dəyişməsi 
layihənin 
mahiyyətini 
müəyyənləşdirən 
və 
layihənin 
müvəffəqiyyətini  şərtləndirən  bir  sıra  parametr  və  göstəricilərin 
dəyişməsi  ilə  səciyyələnir.  Layihənin  bu  tipli  elementlərinin 
məcmusu  mahiyyət  etibarilə  əslində  elə  idarəetmənin  pred-  ınctini 
təşkil edir. 
Hər bir layihədə bu tipli idarəetmə obyektləri kifayət qoder ola 
bilər.  Bu,  layihənin  tip  və  növündən,  layihələrin  idarə  edilməsinin 
özünə  qarşı  irəli  sürülən  tələblərdən,  layihə  mühitinin 
xüsusiyyətlərindən  asılı  ola  bilər.  Bütün  layihələr  üçün  ən  mühüm 
idarəetmə predmetlərini seçmək mümkündür. 
Layihələrin idarə edilməsində dörd əsas fakt mövcuddur: 

 
layihənin predmet sahəsinin idarə edilməsi

 
keyfiyyətin idarə edilməsi; 

 
müddətin idarə edilməsi; 

 
dəyərin idarə edilməsi. 
Bundan başqa, dörd digər inteqrasiya funksiyası da 
mövcuddur: 

 
riskin idarə edilməsi; 

 
işçi heyətinin idarə edilməsi

 
müqavilə və layihə təminatının idarə edilməsi; 

 
əlaqələrin və məlumat rabitəsinin idaıə edilməsi. 
93 


Yuxandakı  səkkiz  funksiyanın  fərqləndirilməsi  bununla 
özünü  doğruldur  ki,  onlann  əsasında  layihəni  qiymətləndirmə 
meyarlarmm aşağıdakı en vacib əlamətləri aydınlaşdınlır: 

 
texniki baxımdan icra olunma (layihənin predmet sahəsi 
və keyfiyyəti ilə özünü doğruldur); 

 
rəqabətə davamlılıq (keyfiyyət, müddət və dəyərlə özünü 
doğruldur); 

 
işin həcmi (müddət və dəyər); 

 
həyat  qabiliyyəti  (layihənin  predmet  sahəsi,  dəyəri  və 
risklə özünü doğmldur); 

 
layihənin  həyata  keçirilməsinin  səmərəliyi  (iştirak  edən 
şəxsi  heyət,  kommunikasiya  və  ünsiyyət  vasitələri, 
maddi-texniki təminat sistemi ilə özünü doğruldur). 
İndi isə, bütün bunları təfərrüatı ilə nəzərdən keçirək. 
2.5.2.
 
Layihənin predmet sahəsinin 
idarə edilməsi 
Layihənin  predmet  sahəsi  layihənin  məqsədini,  qarşısında 
qoyulan  tapşınqlan  və  bu  əsasda  müəyyənləşən  işləri,  onların 
həcmini  və  tələb  olunan  ehtiyatlan  müəyyənləşdirir.  Layihənin 
heyata  keçirilməsi  prosesində  layihənin  predmet  sahəsinin  bütün 
tərkib hissələri dəyişikliklərə məruz qalır: 

 
işlərin məqsəd, vəzifə və tərkibi həm layihənin işlənməsi 
prosesində,  həm  də  müəyən  nəticələr  eldə  olunduqca 
dəyişilə, yaxud dəqiqləşdirilə bilər; 

 
işlərin 
həcmi 
layihənin 
işlənməsi 
prosesində 
dəqiqləşdirilə  bilər,  layihənin  yerinə  yetirilməsi 
prosesində  isə  işlərin  həcmi  sıfırdan  yüz  faizə  qədər 
dəyişilə bilər; 
94 


• tələb olunan material ehtiyatlan da işlər kimi dəyişilir
Predmet  sahəsinin  idarə  edilməsinin  mahiyyəti  elə  bu 
dəyişikliklərin  idarə  edilməsindən  ibarətdir  və  layihənin 
məqsədlərinin,  konsepsiyasının  işlənməsi,  planlaşdırma,  uçot, 
icraya nəzarət vasitəsilə realaşdınlır. 
İdarəetmə  vasitəsi  qismində  burada  layihənin  şəbəkə 
qrafİkindən istifadə oluna bilər. 
Layihənin predmet sahəsinin aşağıdakı prinsipial idarəetmə 
sxemindən  istifadə  olunmaqla  qurulan  və  bu  funksiyaların  əsas 
məzmununu açıqlayan model göstərilmişdir: 
□ Layihənin predmet sahəsinin idarə edilməsi 

 
Konsepsiyanın işlənməsi 

 
Layihənin tələblərini və problemlərini təhlil etmək 

 
Layihənin məqsədlərini müəyyənləşdirmək 

 
İlkin verilənlərin yığılması 

 
Məhdudiyyətlər 

 
Alternativlərin təhlili 

 
Layihə məsələləri (nəticə, vaxt, ehtiyatlar və s.) 

 
Predmet sahəsinin müəyyənləşdirilməsi 

 
Meyarlar (dəyər, vaxt, keyfiyyət, ətraf mühit) 

 
Planlaşdırma və idarəetmə (strukturlaşdırma, siyasət) 

 
İşlərin dekompozisiya strukturu 
® Layihənin əsas yazılışı 

 
İşlərin paylanması 

 
İşlər kompleksi (işlər, hadisələr) 

 
Müqavilələr (texniki-iqtisadi tədqiqatlar, layihələndirmə
tikinti) 

 
Hesabatlar 

 
Maliyyə vəziyyəti 
95 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə