Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə78/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   74   75   76   77   78   79   80   81   ...   134

yaxın hissəsi isə dar olur ki,  bu da suyun təzyiqini sürətləndirmək

məqsədi güdür. Novun uzunluğu və diamteri dəyirmanın tikildiyi yerin

coğrafi şəraitindən asılıdır. Ağac topa keçirilmiş  pərləri hərəkət

etdirməklə çarx özü oxu ətrafında fırlanır. Topun içərisindən keçən

oxun yuxarı ucu  dəyirmanınn alt daşının ortasında keçərək üst daşın alt

hissəsindəki “təvərə” adlanan dəmir hissəyə bərkidilir.

Alt daş üst daşa

nisbətən nazik və

tərpənməz vəziyyətdə

olur. Dəni üyüdən üst

daş daha ağır və qalın

olur. Üst daşın üstündə

dən tökülən yer

“dənlik” adlanır.

Dənlik içi yonulmuş iri

diamterli ağacdan

ibarət olur, yaxud taxta

hissələrdən quraşdırılır.

Dənliyin ortasına dəni

buraxmaq üçün kiçik diamterli deşiyi vardır. Dəyirmanın üst daşının

ortasındakı  deşiyi “tana”, onun dən axıdan hissəsi isə “novça” adlanır.

Novça içərisi oyulmuş ağacdan olur və daşın deşiyinə iplə keçirilir. İpin

bir ucu isə başqa yerə bərkidilir. Həmin yerdə “çax-çax” adlanan hissə

olur. Çax-çaxın bir ucu un təknəsinə yaxın bərkidilir. Dəyirmanın üst

daşı hərəkət etdikcə  çax-çaxı da tərpədir və dənin daşın boğazına

tökülməsini təmin edir. Alt və üst daşın ətrafında üyüdülmüş unun

tökülməsi üçün taxta təknə quraşdırılır ki, bu da “unluq” adlanır.

     Dəyirmanda dənin üyüdülməsini sürəti suyun gurluğundan və

daşların diamterindən asılıdır. Uzun müddət dən üyüdüldükdə  daşların

çopurları (dişləri) kütləşir, yeyilir və üyütmə prosesi çətinləşir. Ona

görə də vaxtaşırı üst daşı çıxarıb ona xüsusi dəmir çəkiclə “dişək”

vururlar.

     

Dəyirmanların  ayrı-ayrı  hissələrini  hazırlanması  xüsusi



mərhələlərlə arxların düzəldilməsi, suyun arxdan nova axdığı yerdə

“manerə”- “qaytarağac” qurulması, dəyirman üçün ikimətəbəli tikinti




tikilməsi,  çarx və dəyirman daşlarının hazırlanması, taxılın tökülməsi

üçün “dənlik”, unun tökülməsi

üçün “unluq” , dənni mütəmadi və

eyni miqdarda tökülməsi üçün

novça və çax-çax, üyütməni tənzim

edən “qulaq”, alt daşın içindən

keçərək üst daşa bərkidilən və onu

hərlədən dəmir ox və çarx

hazılanması və s. həyata keçirilir.

     


Dəyirmanın 

ayrı-ayrı

hissələrini yığılması –çarxın

qurulması,  onun oxunun alt və üst daşlarına birləşdirilməsi, alt daşın öz

yuvasına qoyulması, dən verən və onu tənzim edən hissələrin

qurulmasıdır. Bundan sonra dəyirmana su buraxılır. Bütün bu işlər

dəyirmançının iştirakı ilə ustalar tərəfindən görülür. Su dəyirmanı alt və

üst daşdan, çarx və oxdan, suyun axınını tənzim edən  və taxıl tökülən

hissələrdən ibarətdir.

Dəyirman, bir qayda olaraq, daşdan və kərpicdən tikilir.

Azərbaycanda əsasən, üfüqi çarxla işləyən dəyirman geniş yayılmışdır.

Su dəyirmanın hissələri Azərbaycanın bütün zonalarında əsasən eyni

üsulla qurulurdu. Lakin onun adlandırılmasında  müxtəliflik mövcud idi.

Dəyiman arxının novla  qoşulduğu  yer “əmbərə” adlanır.

 “Göz” açılmış (40x50) qarağac və palıd kötüyü əmbərənin

qarşısına bərkidilir. Dəyirmanı işlədərkən qabağındakı  “göz taxtası”,

“gözü” götürülürdü.



     Nov. 10-12 m uzunluğunda fıstıq və ya qoz  ağacından

düzəldilirdi. Ağacın xüsusi nov kərkisi ilə yonulurdu. Novun aşağı ucu

“zirxana” ya daxil olurdu. Zirxanda qarağacdan düzəldilmiş “top”

olurdu. Ona 24 ədəd

“pər” bərkidilirdi. Pərlər

qarağac və söyüddın

düzəldilirdi. Qarağac və

söyüd suya davamlı

olmaqla

bərabər


işləyəndə topdan çıxmırdı.

Topun altına (zirxanaya)

“mundar” adlanan 2,5

uzunluğunda 15-20 sm

diametrində

palıddan


yonulmuş tir sallanırdı. Mundarın ortasına 5x5 sm ölçüdə, 10 sm

dərinliyində “püşk deşiyi” açılırdı. Həmin deşiyə qırmızı rəngli  xüsusi

daş salırdılar. Həmin daş Qarabağ və Gəncədə istehsal edilirdi. “Püşk

daşı”ndan 3-4 il istifadə etmək olurdu. Halbuki metaldan olan “girvənkə

daş” bir həftədən artıq davam gətirmirdi.

  Dənin narın və iri üyüdülməsini təmin edən “qulaq” palıd və

qarağacdan düzəldilirdi. Uzunluğu 2,5 -3 m diamteri 15 sm olan qulğın

bir ucu “mundarça” nın sol ucunda xüsusi açılmış çüy deşiyinə

keçirildikdən sonra ağac şüy vasitəsilə bərkidilirdi. Şaquli vəziyyətdə

dayanan qulağına biri ucu isə dəyirmanın içinə qalxırdı. Qulağı aşağı-

yuxarı hərəkət etdirmək üçün üzərində deşik açıb (8-10) deşiyə yoğun

ağac keçirməklə daimi bərkidirdilər. Buna “qulaq ağacı” deyilirdi.

“Qulaq” uzunluğu 1 m olan “məməkənə” (ling) vasitəsilə qalıdırılıb-

endirilirdi. “Püşk”  dəmirdən düzəldilirdi. Püşkün topa keçən yeri yastı,

“mundarça”  deşiyinə keçirilən yeri şiş olurdu. Püçkün girdə yuxarı başı

dəyirmanın alt daşının ortasında keçib “təvərə” yə salınırdı. Onun

təvərəyə keçən yeri dördbucaq formada olur və təvərəni fırladırdı.

“Təvərə” poladdan düzəldilirdi. Yastı və ucları enli formaya

malik idi. Təvərin ortasında püşk deşiyi olurdu. Təvərə püşkün başına

pərçimlənirdi. Üst daşdan təvərə üçün xüsusi yer ovulub düzəldilirdi.

Alt daşın üst deşiyi təvərə ilə bərkidilirdi ki, üyüdülmüş  un aşağı




tökülməsin. “Çərbənd”- alda daşa bərkitmək məqsədilə düzəldilirdi.

“Təknə” isə yoğun ağacdan hazırlanırdı. Bir təknə 150-200 kq un

tuturdu. “Novça” təknə deşiyini tən ortasında dayanır, ip ilə yanları

bağlanırdı. Navçanı hər iki qırığından “ciyə” ilə təknəyə bağlayırdılar.

Ciyə vasitəsilə novçanın  vəziyyətini dəyişdirməklə dənin tökülməsi

tənzimlənirdi. “Diyircək” və yaxud “Girkənə” adlanan ortası yonulub

nazildilmiş kötüyün altına atılırdı. Girkənin başları   yumru olduğundan

yaxşı diyirlənir və daşı kənara  itələyir. Daşın bir tərəfini basır, o biri

tərəfini unluğa doğru əyir.

Dən üyüdülməsi üçün istifadə edilmiş  nisbətən qədim dəyirman

növlərindən biri də, qeyd olunduğu kimi, yel dəyirmanıdır. E.Teylor

qeyd edir ki,  sivilizisiya tarixində  böyük nailiyyətlərdən biri də su və

yel dəyirmanlarının tətbiq edilməsi ilə bağlı idi. [9] Külək vasitəsilə

hərəkətə gətirilən ilk dəyirmanların qədim Misirdən və Çindən gəldiyi

qeyd olunur. Eramızın VII əsrində  İranda mükəmməl quruluşlu yel

dəyirmanın tikilməsi məlumdur. [10]

Qədim Şirvan torpağında xüsusilə Xəzərsahili bölgələrdə

küləyin gücü ilə hərəkətə gətirilən  yel dəyirmanları da işlədilmişdir.

Lakin XIX  əsrdə bir sıra səsəblər ucbatından yel dəyirmanları

azalmağa başladı. Buna baxmayaraq,  yel dəyirmanlarının az da olsa

XIX əsrdə hətta XX əsrdə işlədilməsi məlumdur. [11]

Xəzərsahili ərazilərdə də bu növ dəyirmanlardan daha çox

istifadə edilmişdir.

Mənbələrdə

orta


əsrlərdə

Azərbaycan ərazisində

yel dəyirmanlarında

istifadə


edilməsi

haqqında tutarlı

məlumat yoxdur.

Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın düzən

rayonlarında, xüsusilə Abşeron yarmadasında yel dəyirmanlarından

geniş istifadə edilmişdir. [12] Abşeronda yel dəyirmanın iki növü

məlumdur: dördpərli və çoxpərli dəyirmanlar. Yel dəyirmanın işləmə

prinsipi küləyin istiqaməti ilə bağlı idi. Belə ki, külək pərləri hərətək




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə