YEMƏKLƏR
Bəşər cəmiyyətinin meydana gəldiyi ilk dövrlərdən insanların,
əsas təlabat kimi, qida məhsullarına böyük ehtiyacları olmuş, yaşamaq
uğrunda mübarizədə geyim, sığınacaq kimi maddi vasitələrlə yanaşı,
yemək məhsularının əldə edilməsi də mühüm əhəmiyyət kəsb etmişdir.
Yaranışın ilkinlik çağlarında qida məhsularının təbiətdən hazır şəkildə
alan (yığıcılıq) ibtidai insanlar, sonralar ictimai inkişafın gedişi
prosesində özləri də yeməklər istehsalı vərdişlərin yiyələnmişlər. Buna
görə də yeməklər və içkilər insan cəmiyyətinin yaranması ilə bir dövrdə
meydana gəkməklə, hər bir xalqın madii mədəniyyətinin mühüm
elementlərindən biri təşkil edir. F.Engels L.H.Morqanın bəşəriyyətin
tarixdən əvvəlki dövrə gətirdiyi sistem haqqında danışarkən, onun belə
bir fikrinə diqqətimizi yönəldir ki, “...bütün canlı mövcudatdan yalnız
insan yemək şeyləri üzərində, demək olar ki, hədsiz hökmranlığa nail
ola bilmişdir”. [1] Tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, ibtidai
insanlar özlərinin ilk əmək vərdişlərinə məhz yeməli qida məhsullarını
axtarıb tapmaqla başlamış, onların ələdə edilməsi və saxlanması isə ilk
primitiv əmək alətlərinin və yemək qablarının meydana gəlməsinə
səbəb olmuşdur.
Dünyanın bir çox ərazilər kimi Azərbaycan ərazisinin də ilk
insanın meydana əldiyi antropogen zonasına daxil olmasını elmi
tədqiqatlar çoxdan sübut etmişdir. Azərbaycanın müxtəlif bölgələrində
aşkar edilən ilk insan mağara-düşərgələrindən (Azıx, Tağlar, Qazma,
Buzeyir, Zar və b.) ələdə ediləm daş əmək alətləri, heyvan sümümkləri
və s. kimi maddi mədəniyyət qalıqları söyləməyə imkan verir ki,
ölkəmizin ilk sakinləri yığıcılıqla yanaşı, ovçuluq və balqıçılıqla da
məşğul olmuş, onların yemək öynəsində bitki mənşəli yeməklərlə
yanaşı ət yeməkləri də mühüm olmuşdur. Azərbaycanda, şübhəsiz ki,
uzun əsrlərin empirik bilik və vərdişləri hesabına yaranan, ənənəvi
olaraq nəsillərdən-nəsillərə ötürülən zəngin qidalanma ənənələri
mövcud olmuş, maddi mədəniyyətin bu sahəsində etnosun milli
xüsusiyyətləri daha aydın izlənməkdədir.
Hələ çox qədimlərdən flora, fauna və hidroqrafiya cəhətdən
zəngin olan Azərbaycan ərazisində çoxəsrlik qida mədəniyyətinin
formalaşması üçün mükəmməl baza, ilkin şərtlər də mövcud olmuşdur.
Bu təbii ehtiyatlardan istifadə edən Azərbaycan xalqı müxtəlif çeşidli
yeməklərin hazırlanmasında zəngin bacarığa, biliyə və təcrübəyə
sahiblik etmişdir.
Maddi mədəniyyətin ən mühafizəkar sahəsi olan yeməklər
uzun bir tarixi inkişaf yolu keçdiyindən, ona məhsuldar qüvvələrin
tədrici inkişafı, istehsal alətlərinin meydana gəlməsi də təsir göstərmiş,
yeməklərin çeşidini artırmış, tərkibini zənginləşdirmişdir. Mezolit
dövründə ox və kamanın kəşf edilməsi, “Neolit inqilabı” hesab olunan
dulusçuluğun və toxuculuğu meydana gəlməsi ibtidai insanların yemək
öynəsində böyük dəyişikliklərə səbəb olmaqla, ərzağın kəmiyyət və
keyfiyyətini artırmış, onun uzun müddət saxlanması üçün şərait
yaratmışdır.
Vəhşi heyvanların əhilləşdirilməsi, əvvəlcə təbii, sonralar isə
süni oddan istifadə edilməsi ibtidai insanların təbiətin asılılığından azad
edərək sərbəstliyinə şəarit yaratmış, istehsal məharətinə yiyələnməyə,
qida mənbələrinin genişləndirməyə vadar etmişdir. Azərbaycan da odla
tanışlığın bir neçə yüz min il tarixi vardır. Azıx mağarasından tapılmş
ocaq qalıqları sübut edir ki, ölkəmizin ən qədim sakinləri odla davrana
bilmiş, ondan istifadə etməyi bacarmışlar. Oddan istifadə edilməsi ilə
insanlar yeni yeməklər hazırlamaq vərdişlərinə yiyələndilər, ən
başlıcası isə oddan bişirilən ət və b. qida məhsulları yarı həzm olunmuş
halqa yemək süfrəsinə çıxarılmağa başladı.
İcitmai inkişafın sonrakı mərhələlərində qidalanma
mədəniyyətinin formalaşmasında hər bir xalqın təsərrüfat
mədəniyyətinin isitqamətinin də (əkinçilik, maldarlıq, ovçuluq, yığıcılıq
və s.) mühüm təsiri olmuşdur. Azərbaycanda əsas məşğuliyyəti
əkinçilik olan dağətəyi və düzənlik ərazilərdə yaşayan əhalinin yemək
süfrəsində bitki mənşəli yeməklər bolluq təşkil etmiş, dağlıq bölgələrdə
yaşayan maldar elatların qida öynəsində isə ət-süd yeməkləri bikti
mənşəli yeməkləri üstələmişdir.
İlk baxışdan adı görünən yeməklərin müxətlifliyi xalqın sosial
vəziyyətindəki fərqlərlə də müəyyən olunur. Məlum olduğu kimi, bütün
orta əsrlərdə Azərbaycanda sosial-sinfi təbəqələşmə son həddə çatmışdı.
Hərtərəfli təmin olunmuş ağa, bəy, əsilzadə, mülkədar, tacir-tüccar əhli,
ruhani və b. sosial zümrələrdən fərqli olaraq, kəndin rəiyyət-rəncbər
ailələrində süfrəyə müxtəlif çeşidli yeməklər yalnız arzu olaraq qalırdı.
Heç şübhəsiz ki, qidalanma mədəniyyətinin formalaşmasında varlı
zümrələr mühüm rol oynamışlar.
Bütün bunlarla yanaşı, müxtəlif çeşidli yeməklərin meydana
gəlməsində təbii coğrafi yerləşmə, iqlim şəraiti, iri şəhərlər-ticarət-
mədəni mərkəzlərə yaxınlıq və başqa qonşu xalqlarla etnik mədəni
əlaqələr də müəyyən dərəcədə əhəmiyyətli rol oynayır. Bəşər tarixinin
ümumi inkişaf qanunauyğunluqlarının əsasında maddi-iqtisadi bazisin
dayandığını nəzərə alsaq, bu maddi –iqtisadi bazisin bir tərkib hissəsi
olan yemək və içkilərin cəmiyyətin həyatında nə dərəcədə həlledici rol
oynadığının şahidi oluruq.
Yeməklər və içkilər təkcə qidaya olan tələbat baxımından
əhəmiyyət kəsb etmir. Xalq yemək və içkilərin hazırlanmasında bütün
qabiliyyətini, bilik və bacarığını ortaya qoyur, bayram və mərasimlərdə
süfrələri ləziz və müxtəlif çeşidli yeməklərlə, meyvə-çərəz, xuşgubar
xonçaları ilə bəzəyir, lətafətli və xoştamlı içkilər hazırlayır, ağır el
yığnaqlarını, el toylarını, şərafətli qonaqlıqları yemək-içmək süfrəsi ilə
rövnəqləndirir. Xalqımızın bu sahədə əldə etdikləri zəngin təcrübə,
vərdiş, bilik və bacarıqlar daim zənginləşmiş, bu günümüzə qədər gəlib
çatmışdır.
Azərbaycanın yeməkləri və içkiləri Qafqazda şöhrət qazanmış
binayi-qədimdən bütün Qafqaz xalqlarının yemək süfrəsində həlledici
təsir göstərmişdir.
Madii
mədəniyyətimizin bu
sahəsi Ümumtürk
mədəniyyəti
çərçivəsində
də
sayılıb-seçilən
yerlərdən birini tutur,
xalqımızın
milli
xüsusiyyətlərini
Dostları ilə paylaş: |