Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   6   7   8   9   10   11   12   13   ...   95

21 
 
qaranlıq qaldı və Rusiyaya mühacirlərin axınına heç bir təsir göstərə bilmədi. ABŞ-
ın,  Avstraliyanın,  Polşanın,  Avstriyanın  agentləri  daha  fəal  təbliğat  aparırdılar, 
müharibə və aclıqdan təngə gəlmiş Avropa əhalisinə daha konkret təkliflər edərək 
onları  öz  ölkələrinə  cəlb  edirdilər.  Bütün  bunların  fonunda  II  Yekaterinanın  04 
dekabr 1762-ci il Manifesti o qədər də cəzbedici görünmürdü. Rus diplomatları bu 
çatışmazlıqları aradan qaldırmaq məqsədilə bəzi Avropa ölkələrində əhalinin rəyini 
öyrəndikdən  sonra  çar  hökumət  dairələrinə  təklif  etdilər  ki,  gələcək  manifestdə 
avropalı sakinlərə müraciətdə mühacirlərin imtiyazları, məskunlaşmaq üçün ayrılan 
ssudanın  miqdarı  dəqiq  göstərilsin.  Beləliklə,  Avropadakı  diplomatların  və 
miqrasiya  üzrə  müxtəlif  agentlərin  rəylərini  nəzərə  alaraq  çar  hökuməti  elə  bir 
fərman  hazırladı  ki,  bu,  həqiqətən,  Rusiya  imperiyasında  başlanan  kütləvi 
məskunlaşma  prosesinin  hüquqi  əsası  oldu.  22  iyul  1763-ci  il  tarixində  II 
Yekaterina  «Rusiyaya  köçüb  gələn  bütün  əcnəbilərə  istənilən  quberniyada 
məskunlaşmağa  icazə  verilməsi  və  onlara  bəxş  edilən  hüquqlar  haqqında» 
Manifestə imza atdı.
36
 
Manifestin  mətni  əsas  Avropa  dillərinə  tərcümə  olundu  və  Rusiyanın 
agentləri  tərəfindən  fəal  şəkildə  Fransada,  İtaliyada,  İngiltərədə,  Hollandiyada  və 
təbii  ki,  alman  dövlətlərində  təbliğ  edildi.  Əcnəbilərin  Rusiyada  qarşılanması  və 
yerləşdirilməsi  vəzifələri  22  iyul  1763-cü  il  tarixli  fərmanla  yaradılan  «Əcnəbi 
kolonistlərə  qəyyumluq  Dəftərxanasına»  həvalə  edildi.  Dəftərxananın  başçısı  II 
Yekaterinanın favoriti Q.Q.Orlov təyin olundu.
37
 II Yekaterinanın 22 iyul 1763-cü 
il Manifesti ilə əcnəbi kolonistlərə verilən əsas azadlıqlar və imtiyazlar aşağıdakılar 
idi: 
38
 
—  kim harada arzulayırsa, orada məskunlaşa bilərdi; 
—  «Əcnəbilərə  qəyyumluq Dəftərxanasının, istənilən qubernator və  yaxud 
şəhər rəisinin icazəsi ilə imperiyanın istənilən şəhərində məskunlaşmaq; 
—  Rusiyanın  xaricdəki  diplomatik  korpuslarından  köçmək  üçün  lazımi 
maliyyə vəsaiti almaq; 
— Rusiyada gələcək yaşayış yerini və məşğuliyyət formasını azad  seçmək; 
— din və dini etiqad azadlığı; 
— koloniyalarda məskunlaşmaq və öz koloniyalarında özünüidarə hüququ; 
—  kənd  yerlərində  30  il,  şəhərin  kateqoriyasından  asılı  olaraq,  5-10  il 
müddətinə vergilərdən azad olma; 
— «əbədi olaraq» hərbi və mülki xidmətdən azad olma
— koloniyalarda yarmarkalar keçirmək hüququ; 
—  300  rubla  qədər  dəyərində  şəxsi  əmlakın  gətirilməsi  zamanı  gömrük 
məhdudiyyətlərindən azad olma; 
—  öz  fabrikini  açmış  fabrikantlara  mallarını  gömrük  rüsumu  ödəmədən 
ixrac etmək, Dövlət bankından kredit almaq, kəndliləri işə götürmək hüququ
—  cüzi  ödəmələri  yerinə  yetirmək  şərtilə  hər  ailənin  pulsuz  torpaq  sahəsi 
almaq hüququ; 


22 
 
—  köçkünlərə  təhkimçilik  hüququ  aid  edilmirdi,  onlar  rus  təbəəliyinin 
qəbulunda  və  yaxud  milli  mənsubiyyətinə  görə  vətəndaşlığının  saxlanılmasında 
sərbəst idilər; 
— köçkünlərə yerli özünüidarə əsasında kompakt yaşamaq hüququ verilirdi. 
Manifestə  əlavə  edilən  reyestrdə  «məskunlaşmaya  yararlı  və  boş  torpaq 
sahələri ilə zəngin olan Rusiya regionlarının siyahısı verilirdi. Burada Krımdan və 
yenicə ələ  keçirilmiş cənub quberniyalarından savayı,  Aşağı Volqa, Ural  və Sibir 
regionlarının da adı çəkilirdi.
39
 
Manifestin  müddəaları  xarici  ölkələrdə  rus  diplomatiyası  tərəfindən  geniş 
təbliğ  olunurdu  və  nəticədə  bütün  Avropa  ölkələrində  minlərlə  insan  Rusiyaya 
köçmək arzusu ilə rus diplomatik nümayəndəliklərinə müraciət edirdilər. Xüsusən 
alman dövlətlərində Rusiyaya köçmək əhvali-ruhiyyəsi kütləvi xarakter aldı ki, bu 
da  alman  torpaqlarında  uzun  sürən  siyasi  və  iqtisadi  böhranla  izah  olunurdu.  II 
Fridrixin  hakimiyyəti  illərində  (1740—1786)  fasiləsiz  müharibələr  və  siyasi 
konfliktlər nəticəsində Prussiyada daxili böhran daha da dərinləşdi: 1740—1748-ci 
illərdə Avstriya ilə müharibə, 1756—1763-cü illərin Yeddiillik müharibəsi və sair 
regional  hərbi  konfliktlər  böyük  maliyyə  vəsaiti  tələb  edirdi  ki,  onun  da  ağırlığı 
alman  kəndlisinin  çiyninə  düşürdü.  Sonuncuların  vəziyyətini  təsvir  edən  alman 
tarixçisi  Z.Zuqenheim  yazırdı:  «Bəzən  yazıq  kəndli  Roma  qulundan  da  ağır 
vəziyyətdə  olurdu.  Zadəganlar  və  dindarlar  kəndlinin  əlindən,  nəinki  məhsulun 
1/10-i,  çox  vaxt  yarısını  alırdılar».
40 
Alman  kəndliləri  vəziyyətdən  çıxış  yolunu 
yalnız  xarici  ölkələrə  köçməkdə  görürdülər.  Alman  ərazilərində  bir  çox  əyalətlər 
əhalisiz qalmış, əkin sahələrini yabanı bitkilər basmışdı. Öz aralarında düşmənçilik 
edən  cırtdan  alman  dövlətləri  əhalinin  mühacirətində  rəqibi  zəiflədən  amil 
görürdülər  və  buna  görə  bir-birinin  əhalisinin  azalmasına  yönələn  siyasət 
aparırdılar. Bu baxımdan rus diplomatik korpusu ilə fəal əməkdaşlıq edən Sakson 
generalı  Veysbax  Prussiyadan  əhalinin  Rusiyaya  cəlb  edilməsinin  əsas 
təşkilatçılarından biri idi: onun fikrincə, «Prussiyanın insan resurslarının azalması 
onun iqtisadiyyatını dağıdacaq və Saksoniyanın güclənməsinə xidmət edəcəkdir».
41
 
Mühacirlərin  böyük  əksəriyyəti  Rusiyaya  köçməyi  qət  etdilər  və  onlar, 
əsasən  imperiyanın  şərq  quberniyalarına  yollanırdılar.  Müxtəlif  alman 
dövlətlərindən  alman  kəndlilərindən,  sənətkarlarından,  din  xadimlərindən  ibarət 
mühacir  kütlələri  toplanış  məntəqələrində  qeydiyyatdan  keçdikdən  sonra  Lübek 
şəhərində  cəmləşdirilir  və  oradan  Şərqə—Rusiyaya  yola  salınırdılar.  Alman 
dövlətlərindən  və  başqa  Avropa  ölkələrindən  gələn  mühacirlər  Rusiyanın,  əsasən 
iki  şəhərində  —  Kronstadt  və  Narva  şəhərlərində  komendant  tərəfindən  qəbul 
edilir,  ondan  sonra  onları  Peterburqda  —  Əcnəbi  kolonistlərə  qəyyumluq 
Dəftərxanasının sərəncamına göndərirdilər. Adı çəkilən Dəftərxananın təlimatında 
göstərilirdi ki, «yeni gəlmiş kolonistlərin vaxtında regionlara bölüşdürülməsi üçün 
onlar  qəyyumluq  Dəftərxanası  ilə  qonşuluqda  yerləşdirilməlidirlər.
42
  Getdikcə 
mühacirlərin  sayı  artırdı  və  bu  səbəbdən  onların  hamısını  müvəqqəti  də  olsa 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə