Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə77/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   73   74   75   76   77   78   79   80   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
316 
ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə AYB-nin  Cənubi Azərbay-
can şöbəsinin sədri Sayman Aruz şairin həyat və yaradıcılığı haq-
qında  məlumat  vermişdir.  Məruzədə  xüsusi  vurğulanır  ki,  “Azər-
baycanın görkəmli qocaman şair, ədib və yazıçısı Yəhya Şeyda 70 
il ədəbi işlərlə Azərbaycan dilini diri saxlamış və şah rejiminin bo-
ğuntu və sıxınıtısı onu susdura bilməmişdir”
433
.   
M.Dəyhim  öz  təzkirəsində  şairin  yaradıcılığını  yüksək  qiy-
mətləndirir: “Şeyda mövzun (vəznli) təbə malikdir, dərin bilikli və 
agah  bir  şairdir.  Lətif  və  gözəl  mənaları  vardır.  Farsca  və  türkcə 
şeirlər  deyir.  Şeyda  vətənpərvər,  ünsiyyətcil  və  təmiz  adamdır. 
Dostları ona xeyli ehtiram və əlaqə bəsləyirlər. Onun şeirə və şair-
liyə  böyük  məhəbbəti  vardır  və  öz  növcavanlığının  əvvəllərindən 
şeir deyir. Şeirləri əsas etibarilə Azərbaycan mətbuatında çap olun-
muşdur. Təbrizin əksər qəzetləri ilə fəal əməkdaşlıq edibdir”
434
.   
Y.Şeydanın  Cənibi  Azərbaycanın  müasir  şairləri  haqqında 
doğma  dilimizdə  tərtib  etdiyi  üç  cildlik  “Ədəbiyyat  ocağı”  və  ya 
“İranın  qeydi-həyatda  olan  türkü  yazan  şairlərinin  təzkirəsi”  adlı 
sanballı əsər onun adının Azərbaycan təzkirəçilik tarixinə düşməsi-
nə  səbəb  olmuşdur.  İlk  cildi  h.ş.  1364-cü  (m.  1985)  ildə  işıq  üzü 
görən bu kitab Cənubi Azərbaycanın mədəni həyatında  əlamətdar 
bir hadisəyə  çevrilmiş və ədəbi mühitdə bir canlanmaya səbəb ol-
muşdur
435
. Təzkirənin  ilk cildinin ön sözündə Pəhləvi  rejimi döv-
ründə Azərbaycan türk dilinin sıxışdırıldığını qeyd edən müəllif bu 
siyasəti tənqid atəşinə tutur, dilimizin məziyyətlərini vurğulayır və 
bu səbəbdən türkcə yazan şairlər haqqında təzkirə yazmaq qərarına 
gəldiyini bildirir: “İndiyədək fars dilində  yazan  şairlər üçün müx-
təlif  təzkirələr  yazılıb  və  şeirlərindən  çeşidli  örnəklər  gətirmişlər. 
Ancaq türk dilində  yazan şairlərə çatanda:  “filan şair türk dilində 
öz əsərlərin yaradıb” sözüylə kifayətlənmişlər və bu zamanadək bir 
                                                 
433
 http://kult.az/yehya-seyda-haqqinda-bir-nece-soz/; 
http://www.newsmeeting.com/az/n/1695228-gorkemli-azerbaycan-sairi-yehya-
seydanin-anim-gunu-kecirilib.aspx  
434
 M.Dəyhim. Təzkirətüş-şüərayi-Azərbaycan. III c. Təbriz, 1368, s.438. 
435
 Y.Şeyda. Ədəbiyyat ocağı. I c. Təbriz, 1364. 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
317 
təzkirə  belə  türkü  dilində  yazan  şairlərə  ixtisas  verməmişlər  və 
çoxlarınin adı, hətta əsərləri itib-batmışdır”.  
Öz təzkirəsində “Ədəbiyyat ocağı”nın ilk cildindən geniş su-
rətdə bəhrələnmiş M.Dəyhim təzkirəçilərə xas olmayan bir təvazö-
karlıqla bu əsəri mədh etmişdir: “Şeydanın Azərbaycan türcəsində 
kitabları  “Odlar  vətəni”,  “Mirzə  Əli  Möcüzün  yayılmamış  əsərlə-
ri”, “Odlu sözlər”, “Sijimqulu”, “On cüzvələr”, “Ustad Şəhriyarın 
türkü divanı”, Biriyanın ürək sözü” və bir neçə digər məcmuədir. 
Şeydanın sonuncu çox əhəmiyyətli əsəri “Ədəbiyyat ocağı” kitabı-
dır.  Burada  o,  Azərbaycanın  türkcə  yazan  200-dən  artıq  şairinin 
bioqrafiyasını  və  şeirlərini  elə  diqqət  və  qayğıkeşliklə  tənzim  və 
çap  edibdir  ki,  indiyədək  belə  bir  təzkirə  tərtib  olunmamışdır.  O, 
bu yöndə fövqəladə dərəcədə zəhmətlər çəkmişdir”
436

S.Aruz da “Ədəbiyyat ocağı” təzkirəsini yüksək dəyərləndir-
mişdir: “Yəhya Şeydanın ədəbi fəaliyyəti çox güclü və uzunmud-
dətli  olmuşdur.  Şeyda  onlarca  şairin  şeir  dəftərlərinə  ön  söz  yaz-
mış, şeirlərini bir dil sərrafı tək araşdırmış, incələmiş və  yol  gös-
tərmişdir.  Heç  kim  Şeyda  qədər  müasir  şeirimizlə  tanış  deyil. 
Onun üç cildlik “Ədəbiyyat ocağı” kitabı, çağdaş ədəbiyyatımızda 
önəmli və dəyərli bir əsərdir. Böyük ədib bu əsəri hazırlamağa illər 
boyu  zəhmət  çəkib  və  yüzlərcə  çağdaş  şairlərimizlə  əlaqəyə  girə-
rək, şeirlərini ələ gətirib və üç cildlik kitabda toplayıbdır... Elimizə 
töhfə verən  üç  cildlik “Ədəbiyyat  ocağı”  əsəri,  bir tərəfdən  gənc 
şairlərimizə imkan yaradıb, bir tərəfdən elimizin başını başqa xalq-
lar qarşısında zirvələrə qaldırıb”
437
.  
Təzkirənin  hər  bir  cildində  Azərbaycan  türkcəsində  şeirlər 
yazan  təxminən  200-dən  artıq  güneyli  şair  haqqında  məlumat  ve-
rilmişdir. Hər cild coğrafi prinsip əsasında tərtib edilmiş və coğrafi 
prinsip daxilində də şairlərin düzümü zamanı əlifba sıralanmasına 
riayət edilmişdir.  
Əsərin II cildi h.ş. 1366-cı (m.1987) ildə nəşr edilmişdir. Cil-
din əvvəlində Y.Şeydanın “Başlanış yerinə” adlı 4 səhifəlik ön sö-
                                                 
436
 M.Dəyhim. Təzkirətüş-şüərayi-Azərbaycan. III c., s.438. 
437
 http://kult.az/yehya-seyda-haqqinda-bir-nece-soz/ 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
318 
zü yer alır. Burada təzkirənin ilk cildinin İran və dünya mətbuatın-
da  müsbət  əks-səda  doğurduğundan  bəhs  edilir.  Müəllif  belə  bir 
təzkirə  tərtib  etməsini  vətəni  və  xalqı  qarşısındakı  borcu  hesab 
edərək  yazır:  “Bu  işi  biz  bir  vəzifə  bilirik.  Vəzifəni  daşımaq  və 
onu sona çatdırmaq hər təəhhüdlü insanın boynundadır”
438
.  
Daha sonra müəllif ilk cildə qarşı yönəldilmiş bəzi “yerli və 
gərəkli”  tənqidləri  sadalayır  və  bunlara  öz  münasibətini  bildirir. 
Müəllif  təzkirənin  ilk  cildini  hazırlayarkən  müxtəlif  şairlərlə  tə-
masa keçib onlardan məlumat toplamış, lakin bəzi şairlər təzkirəçi 
ilə əməkdaşlıqdan yayınmışlar. Buna görə də təzkirənin II cildinin 
ön sözündə Y.Şeyda həmin şairləri mülayim bir şəkildə tənqid atə-
şinə tutmuşdur: “Biz kətbi (yazılı – V.M.) bir çağırışla bütün əziz 
şairlərimizə kitabın çap olmağın bildirmişdik və hətta neçə kərələr 
ruznamələrdə (qəzetlərdə - V.M.) elan etmişdik. Lakin bir para bö-
yük və iqtidarlı zatlar özlərini uca və məcmuəmizi alçaq təsəvvür 
etdiklərinə görə əlimiz ətəklərinə çatmadı”. Lakin daha sonra prob-
lem yoluna qoyulmuş və həmin şairlər haqqında məlumatlar təzki-
rənin II cildinə daxil edilmişdir
439

Y.Şeydanın  bir  sıra  şairlər  haqqında  öz  təzkirəsinə  daxil 
etdiyi məlumatlar və onların şeirlərindən nümunələr həmin şairlə-
rin özləri tərəfindən  yazılıb, seçilib təzkirəçiyə təqdim edilmişlər: 
“Bu  cilddə  xatırlamaq  lazımdır  ki,  burada  gələn  tərcümeyi-hallar 
və  şeirlər,  əziz  və  ehsaslı  şairlərimizin  öz  ixtiyarı  ilə  yazdığı  və 
seçdiyi sözlər və əsərlərdirlər və biz fəxr edirik ki, bu məcmuə on-
ların adını bu hərəkətlə  ölməz və zavalsız əsrlər boyu saxlayıb və 
gələn nəsillərə bir əziz töhfə və əmanət kimi təhvil edəcəkdir”
440
.  
Təzkirəçi heç kimin ondan inciməməsi üçün şairləri yuxarı 
baş – aşağı baş, qoca – cavan, iqtidarlı – zəif, ustad – şagird, məş-
hur – qeyri-məşhur fərqi qoymadan, əlifba ardıcıllığı ilə sıralamağı 
qərara  almışdır.  Müəllif  Pəhləvi  rejiminin  devrilməsindən  sonra 
                                                 
438
 Y.Şeyda. Ədəbiyyat ocağı. II c. Təbriz, 1366, s. “bir”. 
439
 Y.Şeyda. Ədəbiyyat ocağı. II c., s. “iki”. 
440
 Y.Şeyda. Ədəbiyyat ocağı. II c., s. “üç”. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə