Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə80/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   76   77   78   79   80   81   82   83   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
327 
“Lətaifül-xəyal”, “Məcalisün-nəfais”, “Məcməül-xəvas” və s. kimi 
təzkirələrin,  “Əhsənüt-təvarix”,  “Tarixi-aləmarayi-Abbasi”,  “Ca-
hangüşayi-Cüveyni”,  “Həbibüs-siyər”,  “Silsilətün-nəsəbi-Səfəviy-
yə”,  “Səfvətüs-səfa”,  “Zəfərnameyi-Nizaməddin  Şami”,  “Mücmə-
lüt-təvarix”, “Müntəxəbüt-təvarix” və s. kimi tarixi məxəzlərin ad-
larını  çəkə  bilərik.  Təzkirədə  Azərbaycan  Respublikasında  çap 
edilmiş tədqiqat əsərləri, şeir kitabları və ədəbiyyat müntəxəbatla-
rına da müraciət edilmişdir. 
Məsələn, Nişat Şirvanidən bəhs edən təzkirəçi  yazır: “XVIII 
əsr Azərbaycan ədəbiyyatı tarixində Füzuli ənənələrini davam etdi-
rən, anadilli şeir dünyasında özünəməxsus dəsti-xətti olan istedadlı 
sənətkarlarımızdan  biri  də  Nişat  Şirvanidir.  Həyatı  və  yaradıcılığı 
haqqında məlumatımız azdır. Əsərlərindən məlum olur ki, şair Şa-
maxı  şəhərində  anadan  olmuş,  sonralar  nə  səbəbdənsə  oranı  tərk 
edərək  Salyan  şəhərinə  köçmüşdür.  Akademik  H.Araslının  fikrin-
cə, Nişat Şirvani XVIII əsrin I yarısında yaşayıb-yaradan Azərbay-
can  şairləri  içərisində  ən  şöhrətlisidir.  İndi  iki  qəzəl  Azərbaycan 
klassik  ədəbiyyatı  kitabında  268-ci  səhifədə  çap  olubdur,  birlikdə 
oxuyuruq”
448

 
Sağın ey qönçə dəhən, gül kimi xəndan gəzmə, 
Dağıdıb zülfi pərişanu-pərişan gəzmə. 
 
Gəzmə, qurbanın olum, qədrini bilməzlər elə
Qorxuram hüsnünə nagəh yetə nöqsan gəzmə. 
 
Əzizim, istərisən şöhreyi-şəhr olmayasan, 
Seyri-bazar edib əğyar ilə meydan gəzmə. 
 
El yaman - yaxşıdır, gəzmə bu kafirlər ilə
Sənə yüz kərrə dedim gəzmə müsəlman, gəzmə. 
 
 
                                                 
448
 Dəyhim M. Təzkireyi-şüərayi-Azərbaycan. Təbriz, 1371, V c., s. 448-450. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
328 
Ey Nişat, sən səri-kuyində müqim ol yarın, 
Gəşti-bağ eyləmə gəl, bağ ilə bostan gəzmə. 
 
Təzkirədə  Nişat  Şirvaninin  başqa  bir  qəzəlinə  də  yer  veril-
mişdir. 
Təzkiəçi XX əsr Azərbaycan şairlərindən Ə.Cəmil, B.Vahab-
zadə, S.Rüstəm, Ş.Dəlidağ, Ə.Cavad,  Ə.Qəşəmoğlu,  Qabil,  İ.Tap-
dıq,  P.Qəlbinur,  A.Mirzə,  M.Araz,  N.Həsənzadə,  N.Xəzri,  M.İs-
mayıl, M.Aslan, B.Azəroğlu, N.Gün və b. haqqında məlumat ver-
miş, əsərlərindən nümunələr təqdim etmişdir. O, XX əsrin 90-cı il-
lərinin  əvvəllərində  Bakıda  olmuş,  buradan  müasir  şairlərin  çap 
olunmuş  kitablarını  əldə  etmiş  və  təzkirəsini  hazırlayarkən  bu 
əsərlərdən geniş şəkildə faydalanmışdır. 
M.Dəyhimin  qələmindən  Hacı  Ələmdar  Mahirin  bioqrafiya-
sına  nəzər  salaq:  “Quliyev  Ələmdar  Əbdürrəhim  oğlu  Bakı  şəhə-
rində balıqçı ailəsində 1950-ci ildə anadan olub. 15 yaşından şeir, 
qəzəl  yazmağa başlayıb. 18  yaşından Mahir təxəllüsü  ilə  münacat 
və  s.  şeirləri  vardır.  İlk  təhsilini  yaşadığı  Nardaran  kəndində  alıb. 
Şairin yazdığı şeirlər çox ehsaslı və ehtivalı olan halda qəzəllərin-
də irfan və müsəlmanlıq ətiri vardır. Və öz ölkəsinin bir görkəmli 
və  qüdrətli  şairi  ünvanında  tanınıbdır  və  xəlqlərara  bir  hörmətdən 
bəhrələnir”.   
M.Dəyhim  təzkirədə  Hacı  Ələmdarın  “Qoyma,  ya  Rəbb, 
küfri  salsın  kölgə  iman  üstünə”  və  “Bu  nə  ətri-gülistandır,  bu  nə 
ətri-sənubərdir” misraları ilə başlayan şeirlərini nümunə kimi təq-
dim etmişdir
449

Beləliklə,  Ə.Dövlətabadidən  və  Y.Şeydadan  fərqli  olaraq, 
M.Dəyhim  öz  təzkirəsinə  həm  güneyli,  həm  də  quzeyli  Azərbay-
can şairlərini daxil etmiş və təzkirəsini iki dildə qələmə almışdır.  
 
 
                                                 
449
 Yenə orada, s. 487-491. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
329 
 
 
 
 
 
 
 
 
 
XXI əsr  
 

 
Şahin Fazil 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
330 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
331 
 
ġAHĠN FAZĠL 
 
Şahin Fazil (Fərzəliyev) 1940-cı ildə anadan olmuşdur. 1959-
1963-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi-
nin fars bölməsində təhsil almışdır. Müxtəlif illərdə Əfqanıstanda 
tərcüməçi  işləmişdir.  Tarix  elmləri  doktoru,  professordur.  Hal-ha-
zırda AMEA A.Bakıxanov adına Tarix İnstitutunda çalışır.  
Keçən  əsrin  50-ci  illərindən  başlayaraq  ədəbi  fəaliyyətlə 
məşğuldur. İndiyədək 22 kitabı nəşr olunmuşdur. Üç qüzdən artıq 
məqalənin və üç divanın müəllifidir. Azərbaycan Yazıçılar Birliyi-
nin üzvüdür. 1998-ci ildən “Məcməüş-şüəra” ədəbi məclisinə sədr-
lik edir
450
.  
XXI  əsrdə  ilk təzkirəni  Şahin  Fazil qələmə  almışdır
451
. Təz-
kirədə  XIX əsrin 80-ci  illərində  yaradılmış,  43 il fəaliyyət  göstər-
miş,  1980-ci  ildə  yenidən  bərpa  olunmuş  “Məcməüş-şüəra”  və 
onun üzvlərindən bəhs olunur. Təzkirə dibaçə, “Ədəbi məclisin ta-
rixi seyri”, əsas hissə və xatimədən ibarətdir. Təzkirədə ilk olaraq 
“Məcməüş-şüəra”nın yaranışından bərpasınadək bu məclisin yığın-
caqlarında iştirak etmiş söz sahiblərinin bəziləri haqqında məlumat 
verilmiş  və  əsərlərindən  nümunələr  təqdim  olunmuşdur.  Daha 
sonra məclisin bərpasından sonrakı məclis üzvlərinin həyatı və ya-
radıcılığı haqqında məlumat verilmişdir. Şairlər haqqında bilgi ve-
rilərkən heç bir prinsip əsas götürülməmişdir.  
Şahin Fazil təzkirənin “Dibaçə”sində yazır:  
 
“Təzkirə” bəhrinə baş vurmağa tab lazımdır, 
Nə böyük işdi bu, ya Rəbb, bu nə qüvvət, tabdır? 
 
Birini Seyyid Əzim yazdı ki, min rəhmət ola, 
Birinin sahibi Mir Möhsün ağa Nəvvabdır. 
 
                                                 
450
 Şahin Fazil. Təzkireyi-Şahin. Bakı, 2006, s. 757. 
451
 Şahin Fazil. Təzkireyi-Şahin. Bakı, 2006, 818 s.  


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə