Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə79/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   75   76   77   78   79   80   81   82   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
322 
Şeyda ömrünün sonuna kimi bu amala sadiq qalmış, öz yara-
dıcılığında  dönə-dönə  vətənpərvərlik  mövzusuna  müraciət 
etmişdir: 
 
Həmişə Azər övladı yaşar aləmdə azadə, 
Nə qədri dövr edər dövran bu Azərbaycan vardır. 
 
Bizim bu qəhrəmanlar yurdu ölməz, payimal olmaz, 
Ki hər küncündə minlər qəhrəman Səttarxan vardır. 
 
Əgər Babək, Cavanşir öldü, köçdü dünyadan, 
Yenə bu ölkədə onlar kimi çox qəhrəman vardır. 
 
Sən ey azadələr nəslindən almış nəşə cananım, 
Oyan xabi-cəhalətdən ki, müşkül imtahan vardır...
445
  
 
Görkəmli  Azərbaycan  şairi  və  təzkirəçisi  Y.Şeydanın  həyat 
və  yaradıcılığının  Azərbaycan  Respublikasında  xüsusi  tədqiqata 
cəlb olunmasına ehtiyac vardır. 
                                                 
445
 M.Dəyhim. Təzkirətüş-şüərayi-Azərbaycan. III c., s.444. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
323 
 
 
 
 
 
 
 
 
 
 
  
 
Yəhya ġeyda


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
324 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
325 
 
MƏHƏMMƏD DƏYHĠM 
 
Ustad  Məhəmməd  Dəyhim  Təbrizi  h.q.  1325-ci  ildə  (m. 
1907)  Təbrizdə  doğulmuşdur.  Ədəbiyyat  və  riyaziyyat  təhsilinə 
malik olmuş,  h.ş.  1311-ci  (m. 1932) ildən etibarən jurnaliast  kimi 
mətbuatda fəaliyyətə başlamışdır. H.ş. 1335-ci ildə (m. 1956) Teh-
rana köçmüş, orada siyasət və mədəniyyət sahələrində çalışmışdır. 
Bir müddət İran parlamentinin Təbrizdən seçilmiş deputatı olmuş-
dur. “Mövlana”, “Saib”, “Azərbaycan” və s. kimi ədəbi əncümən-
lərin yaradılmasında və fəaliyyətində yaxından iştirak etmişdir. Bu 
görkəmli Azərbaycan ədibi və təzkirəçisi h.ş. 1378-ci ilin bəhmən 
ayının  sonlarında  (2000-ci  ilin  fevral  ayında)  Tehranda  vəfat  et-
mişdir.  
Güney Azərbaycandan olan soydaşımız Məhəmməd Dəyhim 
öz  təzkirəsini  dövr  məhdudiyyəti  qoymadan,  coğrafi  prinsip  əsa-
sında  tərtib  etmişdir.  Coğrafi  prinsip  daxilində  şair  bioqrafiyaları 
keçmiş və müasir dövr şairlərini ehtiva edən iki fəslə ayrılmış, hər 
fəsil daxilində əlifba  ardıcıllığına riayət  edilmişdir. Təzkirə 1989-
1992-ci illərdə “Təzkireyi-şüərayi-Azərbaycan” adı altında Təbriz-
də beş cilddə nəşr olunmuşdur. Əsərin birinci cildi Ərdəbil, Araz-
bar,  Urmiya,  Ərvənəq  şairlərinə,  ikinci  və  üçüncü  cildləri  Təbriz 
şairlərinə,  dördüncü  cildi  Xalxal,  Xoy,  Sərab,  Səlmas,  Mərənd, 
Marağa, Qoşaçay (Miyandüab), Miyanə və Savucbulaq (Məhabad) 
şairlərinə, beşinci cildi isə əsas etibarilə Şimali Azərbaycan şairlə-
rinə həsr olunmuşdur.  
Təzkirəçi  əsərin  ön  sözündə  yazır:  “Mən  heç  bir  zaman  və 
xüsusən də məclisdə bir neçə çağırış Təbrizdən seçilmiş  nümayən-
də kimi fəaliyyətim müddətində öz vəzifəmin icrası baxımından ən 
kiçik  qüsura  belə  yol  verməmişəm.  Sonra  da  bu  səydə  və  təlaşda 
olmuşam və indi də çalışmaqdayam ki, öz imkanımın və bacarığı-
mın yetdiyi qədər ümumi rifahın təmin olunmasına və xüsusilə də 
doğum  yerim  olan  əziz  Təbriz  şəhərinin  mədəniyyət  və  sənətinin 
inkişafına  kömək  etmək,  öz  istəkli  həmşəhrilərim  üçün  xidmət 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
326 
göstərmək yolunda təsirli addımlar atım ki, bu yolla məni yetişdir-
miş bu torpağa olan borcumu ödəməyə nail olum və həm də vəfa-
dar azərbaycanlı dostlarımın mənə münasibətdə  nümayiş  etdirdik-
ləri  mehribanlıq  və  lütfkarlığın  bir  qisminin  əvəzini  çıxmağın  öh-
dəsindən gəlim”
446

Daha  sonra  müəllif  Güney  Azərbaycan  üçün  gördüyü  işlər-
dən,  xüsusilə  də  Təbriz  şəhərində  şairlər  məqbərəsinin  bərpası  və 
müasir  standartlara  cavab  verən  xəstəxananın  yaradılması  istiqa-
mətində  göstərdiyi  səylərdən  bəhs  edir.  O,  öz  təzkirəsini  qələmə 
almasını  da  vətəni  və  xalqı  qarşısındakı  xidmətlərdən  biri  hesab 
edir.  Ön  sözdən  məlum  olur  ki,  müəllif  h.  III  əsrdən  öz  dövrünə 
qədər  yaşamış  Cənubi  Azərbaycan  şairləri  haqqında  təzkirə  tərtib 
etməyi  qərara  almış  və  beş  il  yarım  çalışaraq  bu  mövzuda  dörd 
cildlik  əsər  ortaya  qoymuşdur
447
.  Lakin  sonradan  M.Dəyhim 
əsasən Şimali Azərbaycan şairlərindən bəhs edən V cildi də qələ-
mə almışdır.   
Onu da bildirmək lazımdır ki, təzkirə M.Dəyhimin nəşr olun-
muş 26-cı kitabıdır. Müəllifin əvvəlki əsərləri əsas etibarilə ibtidai 
və orta məktəblər üçün dərsliklərdən ibarətdir. 
Bu  təzkirədə  həm  Azərbaycan  türkcəsində,  həm  də  farsca 
şeirlərdən örnəklər yer almışdır. Əsərin ilk dörd cildinin nəsr his-
səsi farsca  yazıldığı halda, sonuncu cildin nəsrində daha çox doğ-
ma dilimizə üstünlük verilmişdir. 
“Süxənvərani-Azərbaycan”  təzkirəsinin  Dəyhim  təzkirəsin-
dən  fərqi  Dövlətabadinin  müraciət  etmədiyi  ərazi  və  regionların 
ədiblərini öz əsərinə daxil etməsindədir. 
Müəllif  öz  təzkirəsini  tərtib  edərkən  həm  klassik  mənbələr-
dən,  həm  də  müasir  araşdırmalardan  və  nəşrlərdən  geniş  surətdə 
yararlanmışdır.  Onun  istifadə  etdiyi  qaynaqlar  sırasında  “Atəş-
kədə”,  “Ədəbiyyat  ocağı”,  “Töhfeyi-Sami”,  “Təzkireyi-əxtər”, 
“Təzkireyi-Nazim  Təbrizi”,  “Təzkireyi-Nəsrabadi”,  “Dani-
şməndani-Azərbaycan”,  “Riyazül-arifin”,  “Səfineyi-Mahmud”, 
                                                 
446
 Dəyhim M. Təzkireyi-şüərayi-Azərbaycan. Təbriz, 1367, I c., s. 1. 
447
 Yenə orada, s. 4. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə