17
nəbi tacirlər, almanlar və başqaları özləri öz işlərini görür, işlərini lazımi qaydada aparır və yaxşı pul qazanırlar.
Fikrimcə, Batum, yaxud Potiya neft kəməri çəkilsə, ingilis tacirləri üçün yaxşı bir yol açılar. Batumda neft
anbarları tikməklə yaxşı gəlir verən bir işə başlamaq, emal müəssisələrindən məhsul almaq olar. Məncə, Bakıda
ingilis şirkəti yaradıb neft emal etməyə dəyməz, çünki orada onsuz da emal müəssisələri həddindən artıq
çoxdur. Biznesin tərəqqisi üçün emal müəssisələrinin Qara dəniz sahilinə köçürülməsi lazımdır".
Neft kəmərinin praktik üstünlükləri olsa da, istehsalçıları buna tələsmirdilər. Lakin elə bu vaxt Batuma və
İran körfəzinə neft kəmərlərinin çəkilişi ideyası ortaya atıldı.
1886-cı ilin ortalarınadək hökumət belə təkliflərin əleyhinə çıxırdı, çünki boru kəməri onun
sərmayəçilərinə divident təminatı verməli idi, bir də ki, digər nəqliyyat növləri arasında rəqabətə son qoyulurdu.
Layihəni irəli sürənlər sübut edirdilər ki, boru kəməri neftin nəqlində inhisar yaratsa belə, yenə də onun böyük
əhəmiyyəti var. Buna görə də hökumət təklifin diqqətlə öyrənilməsi və razılığa gəlinməsi üçün bir komissiya ya-
ratdı. Burada yeni bir məsələ ortaya çıxdı — boru kəməri xam, yaxud emal olunmuş neft üçün çəkilsin. Nəti-
çədə məsələ yenidən öyrənilməyə başlandı. Əsas neftayırma zavodlarının sahibləri buna heç razı olmurdular,
çünki xam neftin nəqli Batumda yeni bir neftayırma mərkəzinin yaranması demək idi. Kəmərin inşası başlayana
qədər bir müddət keçdi. Nəzərdə tutulmuş kəmərin birinci — Mixalkovo-Batum hissəsinin çəkilişi yalnız 1900-
cü ilin iyulunda başlandı, qalan hissəsi isə ancaq ilin sonunda işə düşdü.
Neftin müştərisi çox idi, lakin dəmir yol şirkətinin bunun üçün kifayət qədər sisterni yox idi. Sistern
çatışmazlığı və Suram keçidinə qoyulmuş məhdudiyyət neft ticarətinin sərbəst və tam inkişafına mane olurdu.
1887-ci ildə hökumət bu maneələri aradan qaldırmaq üçün bir təklif irəli sürdü. Onun mahiyyəti bundan ibarət
idi ki, neft ixrac edənlərə icazə verilirdi ki, neft boru kəmərinin bu başından o başına nasos ilə vurulsun. O
başdan isə sisternlərə doldurub Batuma yola salınsın.
Sistern şirkəti sisternlərin lazımi qədər hazırlanıb verilməsindən inadkarlıqla imtina edirdi. Buna görə də
1888-ci ildə hökumət neftayıranlara icazə verdi ki, bu işin təşkili ilə özləri məşğul olsunlar. İri neftayırma
müəssisələrinin sahibləri bundan dərhal istifadə etdilər. Təkcə Nobel qardaşları özləri üçün 465 sistern
düzəltdirdilər.
Bütün bunlar Suram keçidində nəqliyyatın ümidsiz bir vəziyyətdə gərginləşməsi ilə nəticələndi. Bundan
sonra hökumət neftayıranlara Qafqazın Bakı istiqamətində Batumdan 75 mil aralıda yerləşən Karşlla
stansiyasına qədər boru kəməri çəkdirmələrinə icazə verdi.
1886-cı ildə Bakıda birinci sindikat yarandı. Bu ideyanın təşəbbüsçüləri Nobel qardaşları idi. Sindikata
Hacı Zeynalabdin Tağıyevin və Arafelovun şirkətləri, eləcə də Kaspi şirkəti, Batum neft konsernləri daxil idi.
Batum neft konserni əsasən Rotşildin əlində idi. Sindikatda Nobel qardaşları ağalıq edirdilər. 1888-ci ildə
hökumət belə fikirləşirdi ki, neft sənayesi kifayət qədər inkişaf etdiyindən daxili istehlak üçün kerosinin hər
puduna qırx qəpik vergi qoymağın vaxtı çatmışdır. Bu vergi 1892-ci il artırılıb hər pud üçün altmış qəpiyə
çatdırıldı.
1888-ci ilə qədər neft mədənlərində, neft emalı müəssisələrində istehsalın, boru kəmərləri sisteminin
inkişafı, məhsul ixracatı haqqında məlumatlar sadəcə olaraq proqnoz və ayrı-ayrı şəxslərin verdiyi
hesablamalardan ibarət idi. 1889-cu ildə Neft İstehsalçıları Assosiasiyasının statistika bürosu yaradıldı. Həmin
ildən də neft sənayesinin durmadan inkişaf etməsini statistik rəqəmlərdən izləyə bilərik. Eyni zamanda borunun
göstəricilərinə nəzər salanda neftçıxarma mərkəzinin tədricən Balaxanı və Sabunçunun qərb hissəsindən
Ramanaya doğru hərəkət etdiyini, Nobel qardaşlarının dərin qazma üsulunun tətbiqi ilə Bibiheybət və Ramana
mədənlərinin yüksək sürətlə irəlilədiyinin şahidi olarıq.
Bu dövrdə üç qazma sistemindən istifadə olunurdu. Bunlardan ən çox tətbiq olunanı və müsbət nəticə
verəni ştanq qazma üsulu idi. Həmin üsul qazmaçılar yüksək peşə qabiliyyətinə malik olmadığı halda daha
sərfəli idi. Bakı mədənlərindəki quyuların əksəriyyətində bu üsuldan istifadə etməyə başladılar. Nəzərdə
tutulmuş vaxt ərzində bu qayda ilə çox iş görmək mümkün idi. Ancaq mövcud sistem qazmaçılardan yüksək
bacarıq və ustalıq tələb edirdi. Belə deyirdilər ki, Amerika qazmaçıları gün ərzində digər əcnəbilərdən daha çox
qazma işi görürdülər. Ancaq onlar çox vaxt tələsdiklərindən qazma alətlərini itirirdilər. Lakin o qədər də
cəldlikləri ilə fərqlənməyən İsveç, Danimarka, Almaniya qazmaçıları belə hallarda gün ərzində daha çox iş
görürdülər.
Üçüncü qazma üsulundan Bakıda ancaq Nobel qardaşları istifadə edirdilər. Bu üsul fauvel, yaxud su ilə
qazma üsulu kimi tanınırdı. Deyilən qayda ştanqla qazma üsuluna müəyyən qədər bənzəyirdi, lakin burada ştanq
əvəzinə borunun özünün uzunluğundan istifadə olunurdu. Su nasosla boruya hər kvadrat düymə 50" təzyiqlə
vurulurdu. Möhkəmləndirmə kiçik diametrli borularla həyata keçirilirdi. Qazma ştanq üsulu ilə olduğu kimi
aparılırdı, ancaq quyuya enən borunun içinə su böyük təzyiqlə vurulurdu. Su qazma zamanı çıxan bütün torpağı,
gili və s. təmizləyib çıxarırdı. Nobel qardaşları bu üsulla Balaxanıda dörd dərin quyu, Zığda isə bir sınaq quyusu
qazdılar. Polkovnik Stüart Zığdakı bu quyuya baxmağa gələndə dərinlik 1946 futa çatmışdı, ancaq qazma
davam edirdi. Hər dəfə iki fut qazandan sonra, qazmaçılar gözləyirdilər ki, su quyunun dibini təmizləyib
çıxarsın. Burada qazma ustası işləyən bir fin deyir ki, dayaz quyularda bu üsulla kanat o qədər sürətlə işləyə
bilməməsinə baxmayaraq, fauvel sistemi dərin quyular üçün əvəzsiz idi. Bunun üçün ancaq kiçik qazma