Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə21/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

məlumatsızlığın əsas mənbəyi olmuşdur.  Bu xalqlar bir-birlərini başa düşmürdülər və 
elə faktın özü aydın göstərir ki, iki millətin yolu tamamilə fərqli idi.
Azərbaycanlılar  ümumbəşəri  tərəqqiyə  mövcud  bazisin  hər  hansı  bir 
sıçrayışsız təkamülü prosesi kimi, burada siyasi və ictimai həyatla,  əxlaq normaları ilə 
ziddiyyət təşkil edən amillərin rol oynamadığı məntiqi inkişafı kimi baxırlar.  Ruslarla 
azərbaycanlıların fikirləri, yaşayış tərzləri,  milli mənşələri arasındakı əsaslı fərqlər də 
iqlim şəraitinin,  coğrafi,  etnik və tarixi  şəraitin,  davranış və  din müxtəlifliyinin zəruri 
yekunu kimi bu baxış müxtəlifliyindən irəli gəlir.
Azərbaycan və gələcək Rusiya
Burada  deyilənlər  gələcək  Rusiya  dövləti  ilə  necə  münasibət  qurmalı 
olduğumuzu müəyyənləşdirir.  Bir ölkə  daxilindəki bir əsrlik birgə həyatın ağrı -acıları 
üzərində  dayanmadan biz  rus  millətinə  öz  ərazilərində,  öz  yeni  dövlətlərində  səadət 
arzulayırıq.  Azərbaycana gəldikdə  isə,  o,  daha Rusiyanın bir hissəsi olmaq istəmir,  o, 
yalnız öz parlamentini və hökumətini tanıyır.
Lakin  bununla  yanaşı  onu  da  bildirməliyik  ki,  azərbaycanlılar  ümumilikdə 
rus  xalqı  deyilən  bu  topluma  səmimi  duyğularını  yetirir,  Transqafqazda  rus 
hakimiyyəti  dövründə  dövlət  məmurları  da  daxil  olmaqla  bütün  rus  sakinlərin 
Azərbaycanda  necə  hörmətlə,  hər  cür  diqqətlə  qarşılandığını,  hətta  ortodoks  rus 
kilsəsinin də bu ümumi diqqətdən kənarda qalmadığını yada salır.
Keçmiş Rusiyanın ümumi borclarında Azəvbaycanın payı
Mayın  28-də  Sülh  konfransına  gəlmiş  Azərbaycan  Sülh  nümayəndə  heyəti 
prezident Vilson tərəfindən qəbul edilərkən verdiyimiz bəyanatda da bildirildiyi kimi, 
gənc  Azərbaycan  cumhuriyyəti  keçmiş  Rusiyanın  borclarının  bir  hissəsini  ödəməyi 
uzərinə  götürür.  Həmin  borclar  köhnə  imperiyanın  digər  hissələri  arasında  ədalətli 
şəkildə 
bölündükdən 
sonra 
Sülh 
Konfransının 
maliyyə 
komissiyasının 
müəyyənləşdirdiyi şərtlərə uyğun şəkildə ödəniləcəkdir.
Qonşu respublikalarla münasibətlər
Azərbaycanın  qonşu  Qafqaz  respublikaları  ilə  münasibəti  məsələsinə 
gəldikdə  biz  həmin  münasibəti  hələ  1918-ci  ilin noyabrında,  Azərbaycan  diplomatik 
heyətinin  İstanbulda  Antantanın  səlahiyyətli  komissarlığına  verdiyi  xüsusi 
memorandumunda ifadə etmişik.
Digər 
məsələlərlə 
birlikdə 
həmin 
memorandumda 
Azərbaycan 
Cümhuriyyətinin  belə  bir  istəyi  də  ifadə  olunmuşdu  ki,  Azərbaycan  “öz 
respublikalarını  elan  etmiş  digər  qədim  qonşulan  -  ermənilər,  gürcülər  və  Şimali 
Qafqaz  dağlıları  ilə  eyni  prinsiplərə  əsaslanan  dostluq  əlaqələri  qurmağa  hazırdır.


Azərbaycanın  Sülh  konfransındakı  nümayəndə  heyəti  bütün  yerli  Qafqaz  xalqlarını 
bir-biri  ilə  müxtəlif sahələrdə,  ilk növbədə  iqtisadiyyat  sahəsində  ümumi  maraqların 
birləşdirməsi məsələsinə xüsusi diqqət yetirir”.
Iqtisadi və siyasi birlik vacibdir
Bu  maraq  ümumiliyi  o  qədər  güclü  amildir  ki,  irqlərin,  dinlərin və  dillərin 
müxtəlifliyi  onun  qarşısını  ala  bilmir.  Hamıdan  təcrid  olunmuş  şəkildə  yaşayan  bir 
millətin  həyati  qüvvələrinin  normal  mövcudluğunu  və  inkişafını  təsəvvürə  gətirmək 
çox çətindir.
Bu  Qafqazın  timsalında  da  aydın  görünür.  Qara  dəniz,  Xəzər  dənizi  və 
Qafqaz dağları ilə hüdudlanan,  coğrafi baxımdan bütünlük təşkil edən bu ərazinin hər 
hansı iqtisadi və  siyasi ittifaqının yaradılması məqsədəuyğun olardı.  Biz həmin ittifaqı 
necə  görmək  istərdik?  Fikrimizcə,  Qafqaz  millətləri  nümayəndələrinin  ali  məclisi 
Sülh konfransının və Millətlər Liqasının nəzarəti ilə həmin məsələni həll edə bilər.
Azərbaycan  Sülh  Nümayəndə  heyəti  belə  qənaətdədir  ki,  ittifaqın  ən  yaxşı 
forması  Qafqaz respublikalarının  -  Azərbaycan,  Ermənistan,  Gürcüstan və  Dağlıların 
konfederasiyası ola bilər.
Qafqaz 
respublikalarının 
konfederativ 
ittifaqının 
tərəfdarı 
olan 
Azərbaycanlılar  və  Şimali  Qafqaz  dağlıları  həmin  ittifaqı  milli  və  ərazi  nifaqlarına 
son  qoymaq  baxımından  ən  yaxşı  forma  hesab  edirlər.  Biz  tam  əminik  ki,  belə  bir 
ittifaq  şəraitində  əvvəlki  rnünaqişələr  öz  kəskinliyini  itirəcək  və  ümumi  mənafelərə 
doğru istiqamət götürən,  Qafqaz xalqlarının hamısının rifahını nəzərdə tutan düşüncə 
və hərəkət tərzi bütün bu qarşıdurmalara birdəfəlik son qoyacaq.
Əgər  həlli  qafqazlıların  özləri  üçün  çətin  olan  məsələlər  ortaya  çıxarsa, 
Millətlər Liqasının beynəlxalq  arbitrajı  köməyə  gələr və  öz  nüfuzlu  sözü,  səyləri  ilə 
Qafqazın  yerli  millətlərinin  birliyinin  və  həmrəyliyinin  daha  da  möhkəmlənməsinə 
kömək edə bilərdi.


MİLLƏTLƏR LİQASI AZƏRBAY CANLILARIN MÖVQEYİ, 
BOLŞEVİKLƏRƏ QARŞI MÜBARİZƏDƏ TÜRKLƏRƏ MÜRACİƏT
Millətlərin  belə  bir  yüksək  tribunasından  söz  deməyin  əhəmiyyətini  tam 
ciddiliyi  ilə  dərk  edərək  biz  bütün  Azərbaycanlılar  adından  Millətlər  Liqasının 
ideyalarını  və  təşəbbüslərini  səmimiyyətlə  salamlayırıq.  Biz  şübhə  etmirik  ki, 
azərbaycanlılar  da  başqa  millətlərlə  bir  sırada  Liqanın  işində  yaxından  çalışacaq, 
millətlərin  sülhün  bərqərar  olunmasına  yönəldilmiş  söylərini  bölüşdürəcək  və  öz 
imkanları  daxilində  bu  mühüm təşkilatın bəşəriyyətin rifahına xidmət göstərən nəcib 
fəaliyyətində iştirak edəcəkdir.
Biz əminik ki,  azərbaycanlılar bu beynəlxalq orqanda yüksək ədalət və əxlaq 
nümunəsi  ilə  qarşılaşacaq,  Millətlər  Liqasının  simasında,  yuxarıda  da  qeyd  edildiyi 
kimi,  müstəqil  siyasi  mövcudluq  üçün  maddi  və  mənəvi  sərvətlərə  malik  olan  bir 
xalqın hüquqlarmın müdafiəçisini görəcək.
Azərbaycanlıların vəziyyətləri və onların gələcəyinin səciyyəsi
Bu bir həqiqətdir ki,  milyonlarla azərbaycanlı indiyə  qədər az tanınır,  onların 
etnoqrafiyası,  tarixi,  ədəbiyyatı,  həyat  tərzlərı  indiyə  qədər  ciddi  tədqiqatların 
mövzusu olmayıb.  Bu da həqiqətdir ki, həmin vəziyyətin əsl günahkarı Azərbaycanda 
yüz  il  hakimiyyət  sürən  rus  rejimidir.  Bu  rejim  hər  vasitə  ilə  Azərbaycan  xalqını 
ruslaşdırmağa,  onu öz milli xarakterindən məhrum etməyə  çalışırdı.
Digər  tərəfdən,  azərbaycanlıların  səciyyəvi  xüsusiyyəti  olan  hədsiz 
təvazökarlıq  həmişə  onları  özünüreklama  doğru  atıla  biləcək  hər  bir  addımdan 
saxlamışdır.  Azərbaycanlılar  özlərini  gözə  soxmağa,  başqalarına  nisbətən  paylarına 
daha  çox  düşən  dərd  fəlakətlər  haqqında  uca  səslə  danışmağa,  hamıya  çatdırmağa 
öyrənməmişlər.  Bütün  bu  dərd  və  fəlakətləri  onlar  səslərini  çıxarmadan,  mətbuat 
vasitəsilə  bütün  dünyaya  car  çəkmədən,  millətlərə  və  dövlətlərə  müraciətlə  ağlayıb- 
sıtqımadan öz içərilərində çəkirlər.
Bu  vəziyyət  bir  neçə  nöqteyi-nəzərdən  qüsur  sayılmalıdır: 
məhz
azərbaycanlıların  təbiətindəki  həmin  xüsusiyyət  onların  bir  sıra  fəlakətlərinin 
mənbəyinə  çevrilmiş  və  bu  xalqa  özünün  milli  simasını  bütün  dolğunluğu  ilə 
göstərməyə  mane  olmuşdur.  Azərbaycanlılar  haqqında  Avropanın  və  Amerikanın 
mətbuat  orqanlarında  bir  sıra  yalan  məlumatların  yayılmasına  da  həmin  şərait  əsas 
vermişdir.  Azərbaycanla  bağlı  yayılan  yanlış  fikirlərin  müəllifləri  bir  sıra  hallarda 
fantaziyaya  güc  vermiş,  bəzi  təsadüflərdə  ictimaiyyətin  diqqətinə  təqdim  etmək 
iddiasında  olduqları  məsələyə  nabələdliklərini  nümayiş  etdirmiş,  əksər  hallarda  isə 
belə  materiallar  bizim  xalqa  düşmənçilik  məqsədi  ilə,  onu  qəsdən  gözdən  salmaq 
niyyəti  ilə  meydana  çıxarılmışdır.  Belə  yazıların  müəllifləri  öz  siyasi  korluqları


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə