Azərbaycan paris sülh konfransinda


BAKINI BOLŞEVİKLƏRDƏN XİLAS ETMƏK ÜÇÜN



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə17/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

BAKINI BOLŞEVİKLƏRDƏN XİLAS ETMƏK ÜÇÜN 
GÖRÜLƏN TƏDBİRLƏR
Bakı azad edilir
Gəncədə  bərqərar  olan  Azərbaycan  hökuməti  Bakıda  və  onun  çevrəsində 
yaşayan müsəlmanların düşdüyü dəhşətli vəziyyətdən xəbərsiz deyildi.  Bakını tezliklə 
azad  etmək  hökuməti  ən  çox  narahat  edən  məsələ  idi.  Bu  məqsədlə  hərbi  hissələr 
təşkil  edildi  və  kömək  üçün  Gürcüstana  müraciət  olundu.  Lakin  başı  öz  daxili 
problemlərinə  qarışan,  vətənlərindəki  bolşeviklərlə  mübarizə  aparmaq  məcburiyyəti 
qarşısında  qalan  gürcülər  lazımi  yardım  göstərə  bilmədilər.  Elə  bu  vaxt  bolşevik 
qoşunları  Bakı  yaxınlığında və  Göyçayda  dəmir yolunu  ələ  keçirib  tezliklə  Gəncəni 
tutmaq məqsədi ilə Kürdəmirə doğru irəliləməyə başladılar.
Türkiyədən kömək
Digər  müsəlman  ölkələrindən  heç  bir  yardım  və  kömək  almağa  ümid 
olmadığı,  Bakı  faciəsinin  təkrarlanması  təhlükəsinin  meydana  çıxdığı  bu  çətin 
vəziyyətdə  Azərbaycan hökuməti  asayişini təmin etməyə borclu  olduğu xalqı  qırğına 
verməmək  üçün  türkləri  köməyə  çağırmaqdan  başqa bir  yol  görmədi.  Onların  hərbi 
yardımı  sayəsində  Azərbaycan  hökuməti  tərəfindən  yaradılmış  ordu  ilk  növbədə 
dəmir  yolunu  azad  etdi,  sonra  isə  Şamaxını  bolşeviklərdən  təmizlədi  və  Bakını 
mühasirəyə aldı.  İki aydan sonra şəhər Azərbaycan qoşunları tərəfindən azad edildi.


AZƏRBAYCAN HÖKUMƏTİ BOLŞEVİKLƏRİN BƏRBAD HALA 
SALDIQLARI ÖLKƏDƏ QAYDA-QANUNU BƏRPA EDİR
AZƏRBAYCAN PARLAMENTİ
Bərpa
Bakının  süqutu  Azərbaycan  hökumətinə  ölkədə  qayda-qanunu  daha  sərbəst 
və  asan  şəkildə  bərpa  etmək  imkanı  verdı.  Ən  vacib  problem  qanunvericilik 
orqanlarını  yenidən  yaratmaq  idi.  Çünki,  siyasi  və  hərbi  özbaşınalıqlar  nəticəsində 
Azərbaycan Milli  Şurasının iclaslarının keçirilməsi dayandırılmışdı.  Təbii ki, bu da öz 
növbəsində Müəssislər Məclisi çağırmağa imkan vermirdi.
Bu  arada  barışığın  əldə  edilməsi  Azərbaycan  hökumətinə  özünün  bütün 
qüvvələrini dinc quruculuq işlərinə yönəltməyə  şərait yaratdı.
Müttəfiq qoşunlar Bakıda
Qarşıda  dayanan  ilk  vəzifə  İranın  Ənzəli  şəhərinə  rəsmi  nümayəndə  heyəti 
göndərib  müttəfiq  qoşunların  baş  komandanı,  ingilis  generalı  Tomsonla  danışıqlara 
başlamaq və bu hərbi qüvvələrin Bakıya gəlməsini xahiş etmək idi.  Həmin iş  1918-ci 
il noyabrın  17-də həyata keçirildi.  Müttəfiq qoşunlarını təmsil edən generalın şərəfinə 
təntənəli qəbul düzəldildi.  O, hökumət nümayəndələri tərəfindən qəbul edildi.  Aradan 
az keçməmiş  general Tomsonun bəyanatı  çap  olundu.  Bəyanatda müttəfiq qoşunların 
şəhərə daxil olmasından bəhs edilərək bildirirdi ki,  onların yalnız bir məqsədi var - bu 
da  Azərbaycan  ərazisinin  müxtəlif hissələri  arasında  sülhü bərpa  etməkdir.  General 
Tomson  həmin  gündən  etibarən  bütün  sakinlərə  Azərbaycan  hökumətinin 
hakimiyyətinə tabe olmağın zəruriliyini bildirdi.
Parlament
Bundan  daha  əvvəl  isə  Müəssislər  Məclisini  əvəz  edən  Azərbaycan 
parlamenti  çağırılıdı.  O,  milli  azlıqların  nümayəndələri  də  daxil  olmaqla  ümumi 
səsvermə yolu ilə seçilmişdi*  .
Burada  əksəriyyət  təşkil  edən  müsəlmanlardan  başqa  21  erməni,  10  rus 
deputat,  habelə  polyakların,  yəhudilərin  və  ölkədəki  digər  milli  azlıqların 
nümayəndələri  də  təmsil  olunmuşdu.  Azərbaycan  parlamenti  120  nümayəndədən
*
Q eyd etm ək lazım dır ki,  bu m üsəlm an qadınlarının da iştirak etdiyi  ilk seçki idi.


ibarət  idi.  Parlamentin  qanunvericilik  sahəsində,  habelə  idarəçilik  fəaliyyəti 
baxımından  çox  geniş  hüquqları  vardı.  Bu  hüquqlar  sırasına  hökumətə  sorğular 
vermək  və  nazirlərdən  izahat  tələb  etmək  də  daxil  idi.  Parlament,  həmçinin 
Cümhuriyyətin əsas qanunlarını qəbul etməli olan Müəssislər Məclisini çağıra bilərdi.
Parlament  sədrinin Müəssislər Məclisinə  seçkilər  keçirilənə  qədər Baş  nazir 
seçmək və  ona hökumət təşkilini tapşırmaq  səlahiyyəti vardı.  Parlamentin deputatları 
arasında  digər  millətlərin  təmsilçiləri  də  olduğundan  erməni  və  rusların 
nümayəndələrinin də Nazirlər Şurasına daxil edilməsi nəzərdə tutulmuşdu.
Xarici  İşlər  Nazirliyi  də  daxil  olmaqla  bütün  nazirliklərin,  habelə  inzibati, 
hüquqi,  maliyyə,  maarif,  rabitə  və  s.  sahələrindəki  bütün  dövlət  institutlarının 
fəaliyyəti  Parlamentin  nəzarəti  altında  həyata  keçirilməli  idi.  Əksəriyyəti  yerli 
azərbaycanlılardan ibarət  olan və  hərbi  xidmətin bütün  sahələrini  əhatə  edən  50  min 
nəfərlik  son  dərəcə  mütəşəkkil  nizami  orduya  malik  hərbi  nazirlik  də  parlamentin 
nəzarətinə verilmişdi.
Azərbaycan  Cümhuriyyətinin  hazırda  fəaliyyət  göstərən  Sülh  Nümayəndə 
Heyətinin  yaradılması  və  onun  Respublikanın  mənafelərini  qorumaq,  xüsusən  də 
Azərbaycanın  digər  dövlətlər  tərəfindən  tanınmasını  təmin  etmək  məqsədilə  Parisə 
göndərilməsi haqqındakı qərar da Parlament tərəfindən qəbul olunmuşdur.


AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN ƏRAZİSİ
M üxtəlif inzibati bölgülər
Qafqaz  Azərbaycanı  öz  müstəqilliklərini  1813-1828-ci  ilə  qədər  qoruyub 
saxlamış  yuxarıda  adları  çəkilən  xanlıqların  ərazisini  əhatə  edir.  Rus  hakimiyyəti 
dövründə  Qafqazın  digər  yerləri  kimi  Azərbaycan  da  hökumətin  mənafeyinə  uyğun 
şəkildə  quberniyalara,  vilayətlərə  (oblast),  bu  sonuncular  isə  öz  növbəsində  qəzalara 
bölünmüşdür.
Qafqaz Azərbaycanını formalaşdıran inzibati bölgü aşağıdakı şəkildədir:
1.  Bütün Bakı  quberniyası.  Bura bütün Bakı  şəhəri,  habelə  Cavad,  Göyçay, 
Şamaxı,  Quba, Lənkəran qəzaları daxildir.
2. 
Yelizavetpol 
(Gəncə) 
quberniyası. 
Bu 
quberniyaya 
Gəncə,  Cavanşir,  Nuxa,  Ərəş,  Şuşa,  Cəbrayıl,  Zəngəzur  və  Qazax  qəzaları  daxildir. 
Gəncə  quberniyasının  dağlıq  hissəsi  Azərbaycan  və  Ermənistan  respublikaları 
arasında mübahisə obyekti olaraq qalır.
3.  İrəvan  quberniyası.  Bura  Naxçıvan,  Şərur-Dərələyəz,  Sürməli  qəzaları, 
habelə  Yeni  Bəyazid,  Eçmiadzin,  İrəvan  və  Aleksandropol  qəzalarının  bir  hissəsi 
daxildir.
4.  Tiflis  quberniyasında  Borçalı,  Tiflis  və  Sığnaq  qəzalarının  müəyyən  bir 
hissəsi də Azərbaycan ərazisidir.
5.  Zaqatala qəzası.
6.  Dağıstan regionunda Kürə  və  Samur  nahiyələrini  əhatə  edən  ərazinin bir 
hissəsi,  habelə  Dərbənd  şəhəri  və  onun  ətrafı  da  daxil  olmaqla  Qaytaq-Tabasaran 
qəzasının bir hissəsi.
7.  Yuxarıda adları çəkilən İrəvan və  Tiflis quberniyalarında,  habelə  Zaqatala 
qəzasında  mənsubluğu  Azərbaycan,  Ermənistan,  Gürcüstan  və  Şimali  Qafqaz 
respublikaları tərəfindən iddialar doğuran sahəcə çox kiçik ərazilər də mövcuddur.
Dağıstan  quberniyasının  əhalisi  Azərbaycanlılardan  ibarət  olan  hissəsi 
həmişə  Azərbaycana  birləşmək  meylində  olmuşdur.  Həmin  regionun  iqtisadi 
mənafeləri  Quba  və  Bakı  şəhərləri  ilə  o  dərəcədə  qüvvətli  şəkildə  bağlıdır  ki, 
Dağıstanı  bu  siyasi  və  iqtisadi  əlaqələrdən  kənarda  təsəvvürə  gətirmək  qeyri- 
mümkündür.  Yerli  əhali  Azərbaycan  dövlətinə  çoxlu  vətəndaşların  imzaladığı 
petitsiyalar göndərir və  Sulak çayı boyunca Dağıstanın Azərbaycana birləşdirilməsini 
tələb edirlər.
Əlbəttə,  Azərbaycan hökuməti taleyi onun öz taleyi ilə  sıx bağlı olan və bi ri- 
birinə  qaynayıb-qovuşan  qan  qardaşlarının  haqlı  tələblərini  eşitməzliyə  vura bilməz. 
Azərbaycan hökuməti bu iki  ölkəni birləşdirən qardaşlıq hisslərinin  siyasi və  iqtisadi


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə