Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə14/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

1.  Adları  çəkilən millətlərin mövcud  seçki  qanununa əsasən ikinci  səsvermə 
yolu ilə Rusiya Müəssislər Məclisinin seçilmiş nümayəndələrindən;
2.  Hər bir  xalqın  milli  təşkilatları və  siyasi  partiyaları  tərəfindən  seçilən və 
Seym üzvlərinin üçdə bir hissəsini təşkil etməli olan nümayəndələrdən.
Seymin  3  nəfərdən ibarət (hərəsi bir milləti təmsil etmək  şərti ilə)  rəhbərliyi 
yaradıldı.  1918-ci  il  aprelin  9-da  Seym  Qafqazın  istiqlaliyyətini  elan  edərək 
Azərbaycan,  Gürcüstan  və  Ermənistan  Federal  respublikalarını  yaratdı.  Bu 
konfederasiyanın təşəkkülü bütün Transqafqaz xalqları tərəfindən rəğbətlə  qarşılandı. 
Onlar ümid edirdilər ki, təbii müttəfiq olduqlarına, bir çox istiqamətlərdə,  xüsusən də 
iqtisadi  sahədə  mənafeləri  üst-üstə  düşdüyünə  görə  Transqafqaz  birliyi  çərçivəsində 
öz siyasi problemlərini uğurla həll edə biləcəklər.
Seymin gücsüzlüyü
Lakin  yeni  dövlət  ölkənin  inzibati  idarəçiliyi  sahəsində  ozünü  doğrulda 
bilmədi,  Transqafqazın bütün  hissələrində  millətlərin  mənafelərinin və  vətəndaşların 
hüquqlarının  müdafiəsi  işində  kifayət  qədər  ədalətlilik  nümayiş  etdirə  bilmədi. 
Seymin  nümayəndələri  milli  maraqları  və  siyasi  partiyaların  mövqelərini  regionun 
ümumi  mənafeyinə  tabe  etdirməkdə bacarıqsız və  naşı  olduqlarını  göstərdilər.  Bu da 
həmin hökumətə, hətta bütünlükdə Respublikanın özünə olan inamı sarsıtdı.
Azərbaycanlılar  öz  etiraz  səslərini  daha  ucadan  bildirdilər,  çünki 
Cümhuriyyətnin təşkili ilə onların başına gətirilən müsibətlər daha da artmışdı.  İrəvan 
vilayətinin  bəzi  hissələrində  məskunlaşmış  azərbaycanlılar  erməni  ordusunun 
girovuna  çevrilmişdilər.  Bu  ordu  müsəlmanlar  yaşayan  bütöv  bir  ərazidə  adamları 
kütləvi  surətdə  qırır,  qocalara,  qadınlara,  hətta  uşaqlara  belə  amansızcasına  divan 
tutur,  yüzlərlə  Azərbaycan  kəndlərini  yandırır,  yaxud  soyub-talayır,  yerlə-yeksan 
edirdi.
Hökumət  Seymin  azərbaycanlı  deputatlarının  etiraz  səsini  qulaq  ardına 
vuraraq  bu  vəhşiliklərin  qarşısını  almaq  üçün  heç  bir  ciddi  ölçü  götürmürdü. 
Bolşeviklərin  Bakını  işğal  etdiyi  və  böyük  bir  ərazini  öz  əllərində  saxladığı  bir 
şəraitdə  Seym  nümayəndələrinin  mövqeyi  regiondakı  ümumi  vəziyyətlə  bir  araya 
sığışmırdı.
Seymin  azərbaycanlı  deputatları  Bakıya  və  onun  rayonlarına  kömək  üçün 
dönə-dönə və  təkidli  şəkildə  müraciətlər  edirdilər. 
Lakin  hökumət  üzvlərinin
əksəriyyəti 
ya  özlərini  eşitməməzliyə  vurur,  ya da 
təmtəraqlı 
çıxışlarla
kifayətlənirdilər.
Belə  bir  şəraitdə  hökumətin  zəifliyi  onun  istəyib-istəməməsindən  asılı 
olmayaraq 
Transqafqaz Cümhuriyyətinin  mövcudluğunu qeyri-mümkün  etdi.
Cümhuriyyət  hüdudlarından  kənarda  baş  verən  gözlənilməz  hadisələr  də  burada  öz 
rolunu oynadı.  Beləliklə,  Respublika parçalandı.  Gürcüstan federasiyanın tərkibindən 
birinci  olaraq  çıxdı  və 
elə  həmin  gün  -  1918-ci il  mayın  26-da  Gürcüstan


Respublikasını  yaratdı.  Bundan  sonra  Transqafqaz  sərhədləri  daxilində  Azərbaycan 
və Ermənistan Respublikaları təşəkkül tapdı.


AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN HÖKUMƏTİ VƏ ONUN PAYTAXTI
BAKI ŞƏHƏRİ
Azərbaycan hökuməti
Azərbaycan  Cümhuriyyətinin  müstəqilliyi  elan  edilən  kimi  Milli  Şura  12 
nazirdən  ibarət  hökumət  yaratdı.  Milliyyətcə  azərbaycanlı  olan 
həmin  dövlət
xadimlərinin  çoxu  Rusiyada  və  xaricdə  universitet  və  texniki  institutlar  bitirmiş 
ziyalılar  idilər.  Özünə  müvəqqəti  iqamət  yeri  kimi  Yelizavetpol-Gəncə  şəhərini 
seçmiş  Azərbaycan  hökumətinin  ilk  addımı  Bakını  və  onun  civarlarını  hələ  1918-ci 
ilin martında şəhəri zəbt etmiş bolşevik işğalçılarından təmizləmək oldu.
Bakı, Azərbaycanın paytaxtı
Bütün  dünyada  neft  mədənləri  ilə  şöhrətlənən  Bakı 
Azərbaycanın
paytaxtıdır.
Bu  şəhər  hətta  Rusiya  hakimiyyəti  dövründə  də  Qafqazdakı  müsəlman 
əhalinin yalnız iqtisadi deyil,  həm də intellektual, dini və  siyasi mərkəzi idi.
Müəyyən  əhəmiyyətə  malik  bütün  təşkilatlar,  o  cümlədən  xeyriyyə 
cəmiyyətləri,  sosial  və  siyasi  qurumlar,  bir  sıra  ictimai  mstitutlar,  mətbuat  orqanları 
məhz  Bakıda yaradılmışdı və  indi  də  burada  fəaliyyət  göstərməkdədir.  Diqqətəlayiq 
haldır 
ki,  ən  diqqətəlayiq  intellektual  qüvvələr  -  professorlar,  həkimlər,
hüquqşünaslar, jurnalistlər və  s. bu şəhərə toplaşmışlar.
Mənşə  etibarilə  Bakı  qədim  müsəlman  şəhəridir  və 
taleyin  bütün
dəyişkənliklərinə,  kəşməkəşlərinə  baxmayaraq,  indi  də  belə  bir  yer  olaraq 
qalmaqdadır.  Şəhərin qədim tarixi hissəsində Xan sarayı,  xanların məzarı və  əfsanəvi 
Qız  qalası  (mətndə  azərbaycanca  Qız  qülləsi  kimi verilmişdir  -  tərc.)  yerləşir.  Bütün 
bu abidələr xalqın keçdiyi tarixi yolun,  şəhərin qədimliyinin canlı şahidləridir.
Torpaq  sahələri  və  iri  mülklər  regionun  yerli  sakinlərinə  məxsusdur  və  bu 
vəziyyət  indi  də  dəyişməz  olaraq  qalmaqdadır.  Bakı  ətrafındakı  neft  mədənlərinin 
sahibləri və burada çalışan insanlar arasındada da yerlilər üstünlük təşkil edirlər.
Yerli  əhalini  birləşdirən  təkcə  maddi  maraq  deyil,  daha  çox  ənənə 
ümumiliyi,  onlan bu  ölkə  ilə  bağlayan  mədəni və  tarixi  köklərin vəhdətidir.  Bakının 
yaxınlığında müsəlmanların ziyarətgahına çevrilmiş müqəddəs məzarlar var.  Bunların 
sırasında  həm  də  zəngin  neft  yataqları  rayonu  kimi  tanınan  Bibi-Heybətin  adını 
çəkmək olar.  Əhalinin Bakını iqtisadi,  zehni,  dini və  siyasi  mərkəz, bir sözlə,  paytaxt 
seçmələri  heç  də  təsadüfi  deyildir.  Yeni  Azərbaycan  dövlətinin  gələcəyi  Bakı  ilə  o 
qədər  sıx bağlıdır  ki,  Cümhuriyyətin  mövcudluğunu bu  şəhərsiz  təsəvvürə  gətirmək 
mümkün  deyil.  Bakısız  Azərbaycan  başsız  bədənə  bənzəyir.  Bütün  bunlardan  sonra


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə