Azərbaycan paris sülh konfransinda


AZƏRBAYCANIN YERLİ ƏHALİSİ, ONLARIN KEÇMİŞ RUS



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə13/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

AZƏRBAYCANIN YERLİ ƏHALİSİ, ONLARIN KEÇMİŞ RUS 
İMPERİYASINA MÜNASİBƏTİ
Rusiya hakimiyyəti
Rusiyanın Qafqazdakı hakimiyyəti dövründə  azərbaycanlılar regionun başqa 
xalqlanna  nisbətən  daha  çox  sıxıntılara  və  təqiblərə  məruz  qalmışlar.  Qonşuların  -  
gürcülərin  və  ermənilərin  milli  məktəbləri,  kilsələri,  mülkiyyətləri,  anadilli 
mətbuatları,  müxtəlif xeyriyyə  cəmiyyətləri  və  s.  olduğu halda,  bütün bunlar hamısı 
Azərbaycan  xalqı  üçün  yasaq  edilmişdi.  Nadir  hallarda  bu  cür  milli-mədəni 
qurumlann fəaliyyəti  üçün icazə  isə  elə  bir ürəkbulandıncı tərzdə  verilirdi ki,  həmin 
icazə əxlaqi əsasdan məhrum olduğuna görə nəticədə öz əhəmiyyətini itirirdi.
Məktəblərdə  ana  dilimizin  əslində  qadağan  edilməsini, 
müsəlman 
ruhanilərinin amansızcasına təqib olunmalarını xatırlamaq kifayətdir.  Rus kilsəsinə və 
onun  ruhanilərinə  yüksək  etimad  və  hörmət  göstərən  rus  dövləti  müsəlman  din 
xadimlərinə  münasibətdə  öz  nifrət  və  amansızlığını  gizlətmirdi.  Yüksək  rütbəli 
müsəlman  din  xadimləri  müfti,  yaxud  şeyxülislamlar  cahil,  əksər  hallarda  savadsız 
adamlar arasından seçilir,  onlara son dərəcə  cüzi maaş ödənilirdi.  Məscidlərin əmlakı 
sözün  tam  mənasında  rus  məmurlarının  ixtiyarına  verilmişdi.  Ortodoks  xristian 
ruhanilərinin icazəsi olmadan hər hansı məscid tikintisi qəti qadağan idi.  Sözün qısası, 
Məhəmməd ümmətinə  fanatik damğası vuran ruslar dinlə bağlı məsələlərdə  özlərinin 
müsəlmanlardan  daha  fanatik  olduqlannı  göstəriridilər.  İctimai  təşkilatlara  gəldikdə 
isə  yalnız  onu  deyə  bilərik  ki,  1906-cı  ildən  əvvəl  bu  cür  təşkilatların  yaradılması 
qeyri-mümkün  idi.  Yalnız  1906-cı  ildə  rus  dövləti  Bakıda  Müsəlman  Xeyriyyə 
Cəmiyyətinin qurulmasına icazə verdi.  Dövrü mətbuat, kitab nəşri, teatr tamaşaları və 
s.  ardıcıl  olaraq  təqiblərə  məruz  qalır  və  rus  məmurlarmm  düşmən  fəaliyyəti  ilə 
üzləşməli olurdu.
Intellektual yüksəliş
Bütün  maneələrə  baxmayaraq  azərbaycanlılar kökü  Qərbi  Avropadan  gələn 
və  XIX  yüzilliyin  başlanğıcından  etibarən  Rusiyada  sürətlə  yayılmağa  başlayan 
ictimai,  siyasi,  vətəndaşlıq və  dini  hüquqlarla bağlı  ideyalara hakimiyyətin  gözlədiyi 
şəkildə  laqeyd yanaşmadılar.  1860-cı  ildən  sonra həmin  ideyalar Rusiyanın  qabaqcıl 
mədəni  təbəqələrinin  şüuruna  hakim  kəsildi.  İmperiyanın  digər  xalqları  da  bu 
yeniliklərə can atmağa başladılar.
Aydındır ki,  böyük ideyalara qovuşmaq,  intellektual əlaqələr yaratmaq üçün 
ilk  növbədə  özünü  öyrənmək,  öz  millətini,  onun  tarixini,  müasir  vəziyyətini, 
ehtiyaclarını,  amal  və  ideallarını  dərindən  araşdıraraq  müəyyən  nəticələrə  gəlmək


lazımdır.  Bu  vəzifənin  dərki  xalqın  bütün  gücünün  və  intellektual  imkanlarının 
səfərbərliyə  almmasını  tələb  edir.  Bu  sahədə  çalışanları  Rusiyanın  hədə-qorxusu  və 
təqibləri  öz yollarından çəkindirməmişdi.  Onlar qarşıya qoyulan əngəllərə  əhəmiyyət 
vermirdilər.  O  da  həqiqətdir  ki,  əlli  il  ərzində  Azərbaycanlılar  arasında  ədəbiyyat 
adamları  -   şairlər,  dramaturqlar,  jurnalistlər,  habelə  siyasi  xadimlər  yetişmişdilər, 
onların  çoxu  Rusiyada,  eləcə  də  xaricdə  universitet  təhsili  almışdı.  Bioqrafiya  (çox 
güman ki, burada etnogenezis,  Azərbaycan xalqının mənşəyinin araşdırılması nəzərdə 
tutulur-tərc),  xalqın  etnik  mənşəyi  ilə  bağlı  məsələlər  günün  başlıca  mövzusuna 
çevrilmişdi.  Milli məktəblərin yaradılması planlaşdırılırdı,  ana dilinin,  milli ədəbiyyat 
və tarixin öyrənilməsi bir vəzifə kimi qarşıya qoyulur,  müvafiq proqramlar tutulurdu. 
Əcnəbi  müəlliflərin  ən  yaxşı  əsərləri  tərcümə  olunur,  dərsliklər  və  müntəxabatlar 
tərtib  edilirdi,  xarici  ölkə  ədəbiyyatlarının  tarixi  ilə  bir  sırada  elmi-tədqiqatlar  və 
sosioloji  əsərlər  çap  olunurdu.  Dövri  mətbuat  - jurnallar,  qəzetlər  meydana  çıxırdı. 
Həmin  mətbu  orqanlar  azərbaycanlıları  mədəni  millətlərin  gördüyü  işlərlə  tanış 
etməkdə böyük rol oynayırdı.


TRANSQAFQAZ SEYMİ VƏ HÖKUMƏT -ONLARIN ZƏİFLİYİ VƏ
SÜQUTU
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN ELAN EDİLMƏSİ 
Transqafqaz hökuməti
Öz  zehni  və  maddi  qüdrətini  hiss  edən  Milli  Şura  1918-ci  il  mayın  28-də 
müstəqil Azərbaycan Cümhuriyyətinin yaradıldığını elan etdi...
Qafqaz  Azərbaycanı  üçün  son  dərəcə  əhəmiyyətli  olan  bu  proseslərin  baş 
verməsində  Rusiyanın  ictimai  və  siyasi  tənəzzülü,  habelə  bolşeviklərin  hakimiyyəti 
zorla ələ keçirmələri mühüm rol oynadı.  Digər tərəfdən, bütün bu proseslər Qafqazın, 
xüsusən  də  Transqafqazın  düşdüyü  vəziyyətin  nəticəsi  idi.  Həmin  vaxta  qədər 
regionda  hakimiyyəti  əlində  saxlayan  rus  dövlətinin  gözlənilmədən  Transqafqazdan 
çıxarılması da öz rolunu oynadı.
1917-ci il Fevral inqilabının birinci günündən ali hakimiyyətin bolşeviklərin 
əlinə  keçdiyi  25-27  oktyabra  qədər  bu  region  xüsusi  Transqafqaz  Komitəsi 
(mənbələrdə  Osobıy  Zakavkazskiy  Komitet  -  OZAKOM  adlandırılır  -  tərc.) 
tərəfindən  idarə  olunurdu.  Həmin  Komitənin  üzvlərini  Lvov  və  Kerenskinin 
Müvəqqəti  hökuməti təyin  etmişdi.  Komitə  üzvlərinin hərəsi bir milləti  təmsil  edirdi 
(rus,  Azərbaycan,  gürcü  və  erməni).  Onların  hamısı  IV  Dövlət  Dumasının  üzvləri 
idilər.  Oktyabrda  bolşeviklər  hakimiyyətə  gəldilər.  Onların  fəaliyyəti  Rusiyadakı 
qanunsuzluqları  daha  da  artırdı.  Bolşevik  hakimiyyətinin  mövcudluğu  bütün  ölkə 
üçün məşum nəticələr verdi.  Həmin nəticə  özünü  ilk növbədə  Rusiyanın  mərkəzi  ilə 
ucqarları  arasında  hər  cür  əlaqələrin  kəsilməsində  göstərdi.  Qafqaz  və  Transqafqaz 
nəinki Petroqrad və Moskvadan, hətta bütün Rusiyadan təcrid olundu.
Taleyin 
öhdəsinə 
buraxılmış 
Transqafqaz 
millətləri 
öz 
seçkili 
nümayəndələrinin  vasitəsi  ilə  bütün  regionda  vahid  dövlət  halında  birləşdilər.  Bu 
dövlətin tam qanunvericilik, hüquqi, inzibati və maliyyə qüdrəti var idi.
Həmin  dövrdə  Tiflisdə  təşəkkül  tapan  hökumət  kabinetində  Transqafqaz 
xalqlarının  nümayəndələri  -  (gürcülər,  Azərbaycanlılar,  ermənilər)  hakimiyyəti  öz 
aralarında bölüşdürdülər.  Onlar komissarlar adlanırdılar.
Seym və  Transqafqaz
Dövlət  132  üzvdən  ibarət  Müəssislər  Məclisinin  (Transqafqaz  Seyminin) 
çağırılmasını  zəruri  saydı.  Onların  arasındada  azərbaycanlı  nümayəndələr  üstünlük 
təşkil edirdilər,  çünki həmin xalq özü də regionda sayca hamıdan çox idi.
Seymin üzvləri aşağıdakı təmsilçilərdən təşkil olunmuşdu:


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə