Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə11/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

xətti  eyni  istiqamətdə  Taran-Qobu,  Abcit,  Məzəmçay  çaylarmm  yatağı  boyunca 
Tinov-Rosso (11104 fut) dağ zirvəsi istiqamətində irəliləyir.
Sonra  sərhəd  xətti  yenidən  Şərqə  dönür  (Şimali  Qafqaz  Respublikasının 
sərhəddi)  və  Qafqaz  sıra  dağları  boyunca  Quton  (12500  fut)  zirvəsinə  qədər uzanır. 
Daha sonra sərhəd xətti dağ yüksəkliklərindən şimal-şərq istiqamətində aşağı enir, bir 
tərəfdən  Avar-Koysu,  Qara-Koysu,  Qazıqumuq-Koysu,  o  biri  tərəfdən  isə  Samur, 
Çirançay və  Uluçay  çaylarının  suayrıcını  formalaşdıran  ikinci  sıra  dağların boyunca 
gedir  və  Kalanker-Katz  (11488  fut),  Kaşkharva  (13083)  Lakazani  (11961  fut) 
dağlarından,  Dolti dağ aşırımından keçərək Viralqu (12611  fut),  Nusadağ (12270 fut) 
Alahundağ (12629 fut) istiqamətində uzanır.
Sonda  sərhəd  xətti  İtsari  kəndinin  2  km-də  Taran-Qobu  çayını  keçir  və 
yuxarıda adları çəkilən çayların ayrıldığı yerdə  3  nömrəli zirvəyə  doğru gedir, burada 
şərqə  dönür və  Bakı-Petrovsk dəmir yolunun Buynak stansiyasından 20  km.  cənubda 
Xəzər dənizinə çatır.
II  Şərq sərhəddi
Buynak stansiyasının 20 kilometrliyindən başlayan sərhəd xətti Xəzər dənizi 
boyunca  keçmiş  Rusiya-İran  sərhəddi  yaxınlığındakı  Astara  (Qafqaz  Astarası) 
şəhərinə qədər uzanır.
III.  Cənub sərhəddi
Astaradan başlanan  sərhəd  xətti  Rusiya,  İran və  Türkiyə  arasındakı  keçmiş 
sərhədlərin  kəsişmə  nöqtəsinə  qədər  davam  edir,  sonra  keçmiş  Rusiya-Türkiyə 
sərhəddinə uyğun şəkildə Qara dənizdəki Kop-Mur burnuna qədər gedir.
IV.  Qərb sərhəddi
Azərbaycanın  qərb  sərhəddi  Kop-Murdan  Solok  çayının  mənsəbinə  qədər 
Qara dəniz sahilləri boyu müəyyənləşir.
V.  Qafqaz Ermənistanı ilə sərhəd
Azərbaycan və  Ermənistan  arasındada  sərhəd  qərbə  doğru Ağlağan  dağının 
(6833  fut)  zirvəsindən  başlanır,  Aleksandropol-Axalkələk  şosse  yolunu  Qızıl  Qoç 
stansiyasından  (Güllübulaq  kəndi)  18  km.  cənubda  kəsib  keçir  və  Dağ  Körpü 
kəndindən Arpaçay istiqamətinə gedir.
Sonra  sərhəd  xətti  cənuba,  Arpa-Fihui  boyunca  Qarakollu  adlı  kiçik 
stansiyadan  2  km.  şimalda  yerləşən  Qiyas-Kürdaşı  kəndinə  doğru  gedir,  daha  sonra 
isə  şərqə, Qara Köynək dağının (9917 fut) zirvəsinə tərəf uzanır.


Buradan  sərhəd  xətti  Aparan  çayının  qolu  istiqamətində  şimal-şərqə,  Tiflis- 
İrəvan  dəmir  yolunun  5  km-də  yerləşən  Zeynə  kəndinə  doğru  gedir,  sonra  şərq 
istiqamətinə dönür, dəmir yol xəttinə paralel şəkildə bu xətdən 7 km.  şimalda yerləşən 
Ağbaş kəndinə tərəf uzanır:
Qarni  çayından  keçən  sərhəd  xətti  şimal-şərqdə  Ağdağ  (10906  fut), 
Qaraqaya  (11178  fut)  Gözəldərə  dağlarına  qalxır,  buradan qərb  istiqamətinə  burulur 
və  Göyçə gölünün şərq sahilində Zağalı kəndinə çatır.
Qafqaz  Ermənistanının  sərhəddi  Semyonovka  kəndi  istiqamətində  gölün 
səthini  düz  xətlə  keçir,  Yelizavetpol və  İrəvan quberniyalarının keçmiş  inzibati  ərazi 
bölgüsü  üzrə  Beçəkeçməz  dağının  (Yelizavetpol,  İrəvan  və  Tiflis  quberniyalarının 
sərhədlərinin  ortaq  kəsişmə  nöqtəsi)  zirvəsinə  qalxır,  buradan  Yelizavetpol  və  Tiflis 
quberniyalarının inzibati  sərhəddi boyunca  şimala dönür və  Çimal dağının (2465  fut) 
zirvəsinə qalxır.
Son  olaraq  sərhəd  xətti  biri-birinin  ardınca  Şahəlhəm,  Şahtaxtı,  Lialvar, 
Lecan  dağlarından  enir  və  iki  ölkə  arasında  sərhəd  olan  Ağlağan  dağının  zirvəsinə 
çatır.


QAFQAZ AZƏRBAYCANI CÜMHURİYYƏTİ
I
AZƏRBAYCANIN MƏNŞƏYİ - MÜSTƏQİL XANLIQLAR VƏ  ONLARIN
TƏNƏZZÜLÜ
Mənşə
Qafqazın,  daha dəqiq desək,  Transqafqazın cənub-şərq bölgəsində  ən qədim 
zamanlardan  etibarən  əsasən  türk,  qismən  də  tatar  tayfalarından  ibarət  xalqlar 
yaşamışlar.  Bu tayfalar,  habelə  bir  sıra  İran ünsürləri  zaman keçdikcə  daha çoxsaylı, 
daha  güclü  və  daha  enerjili  olan  türklərlə  qaynayıb-qovuşmuşlar.  Həmin  qaynayıb- 
qarışma  nəticəsində  Qafqazın  bu  hissəsində  yaşayan  yerli  əhali  ölkələrinin  adı  ilə 
Azərbaycan türkləri, yaxud daha çox azərbaycanlılar adlandırılmışlar.
Köçəri  tayfaların  hərəkət  yolu  üzərində  yerləşən  və  onların  işğalçı 
müharibələrində  hədəf  rolunu  oynayan  Azərbaycan  Qafqaz  dağlarından  Xəzər 
dənizinə və  Xəzər dənizi  arxasında Urmiya gölünə  qədər geniş bir ərazini əhatə  edir. 
Ölkəyə öz adını vermiş mərkəz onun Xəzər dənizi sahilindəki hissəsidir.  İndi bu hissə 
məşhur neft yataqlarına malik şəhərin adı ilə Bakı bölgəsi kimi tanınır.
Dərinliklərində  təbii  neft  və  qaz  sərvəti  gizlənmiş  bu  bölgə  ən  qədim 
zamanlardan  etibarən  “əbədi  odlar  yurdu”  kimi  məşhurlaşmışdır.  Kökü  qədim  fars 
sözü  olan  “Azərpataqan”dan yaranan  “Azərbaycan”  yaxud  da  “Azəristan”  adı  da  ilk 
növbədə bu zəngin təbii  sərvətilə  əlaqədardır.  Tarixə  qədərki dövrdən məlum olan bu 
ad  yalnız  özü  haqqındakı  rəvayətlərə  əsaslanmır.  Bakı  regionundakı  zəngin  neft 
yataqları  Azərbaycanın  mənşəyini  hər  hansı  yazılı  mənbədən  daha yaxşı  ifadə  edir. 
Sönməyən  alov  dilləri  kimi  Azərbaycan  da  taleyin  oyunlarına,  siyasi  və  sosial 
çevrilişlərə,  iqtisadi  dəyişikliklərə  baxmayaraq  öz  yoluna  davam  etmişdir. 
Azərbaycan torpaqları  Makedoniyalı  İskəndərdən tutmuş  Teymurləngə  qədər bir  çox 
məşhur fatehlər  görmüş,  onun  sakinləri  ərəblər,  farslar,  osmanlı  türkləri və  başqaları 
ilə üz-üzə gəlmişdilər.  Bu çağırılmamış qonaqlar təbii ki,  Azərbaycanın ərazi Və etnik 
tərkibinin  əsaslı  surətdə  dəyişilməsinə  təsir  göstərmişdilər.  Ölkənin bir  hissəsi  hərbi 
güc tətbiq edilməklə  İrana birləşdirilmiş,  digər hissəsi isə  Qafqazın coğrafi  sərhədləri 
daxilində  qalmışdır.  Məhz  bu  şərait  Azərbaycan  xalqının  taleyində  mühüm  rol 
oynamışdır.
Müstəqil xanlıqlar
Qafqazdakı  Azərbaycan  regionu  uzun  müddət  özünün  tam  siyasi 
müstəqilliyini  qoruyub  saxlamışdır.  XVII  əsrdə  ölkə  müstəqil xanlıqlardan ibarət idi. 
Yaranmış vəziyyətin təsiri  ilə  onlardan bəziləri  İrandakı  şah hakimiyyətini  tanımağa


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə