Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə7/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   2   3   4   5   6   7   8   9   10   ...   65

jurnalının  tam  komplektini  və  eyni  müəllifin  İsveçrədə  işıq  üzü  görən  nadir 
külliyyatını  ötən  əsrin  60-cı  illərində  Moskvadakı  keçmiş  Lenin  kitabxanasına 
bağışlamış və  bunun  müqabilində  Sovet  İttifaqının Xarici  ölkələrlə  Mədəni  Əlaqələr 
Cəmiyyətinin xüsusi mükafatına layiq görülmüşdü.
70-ci illərdə Azərbaycan EA-nın müxbir üzvü A.Zamanov vasitəsi ilə doğma 
vətəni  ilə  əlaqələr  yaradan  M.Məhərrəmov  Azərbaycanın  kitabxana  və  kitab 
fondlarına  da bir  sıra nadir  çap  məhsulları  təqdim  etmişdi.  Məhəmməd Məhərrəmov 
Azərbaycan Nümayəndə  heyətinin həyatda qalan sonuncu üzvü  olmuşdu.  O,  1982-ci 
ildə Parisdə 97 yaşında vəfat etmişdi.
Abbas  bəy  Atamalıbəyov  haqqında  da  məlumatlarımız  çox  deyil.  Onun 
mühacirət  dövründə  siyasi  səhnədən  uzaqlaşmadığı  İkinci  Dünya  müharibəsi 
illərindəki fəaliyyətindən aydın olur.  1942-ci ildə Almaniyada sovet hərbi əsirlərindən 
ibarət  milli  legionların təşkili  zamanı  A.Atamalıbəyov  da bu  prosesə  cəlb  edilmişdi.
O,  Əbdürrəhman  Fətəlibəyli-Düdənginski  və  Fuad  Əmircanla  birlikdə  Şərq 
Nazirliyinin  yaratdığı  “Əlaqə  heyətinin”  (milli  legionlarla  iş  aparmaq  üçün  qurum) 
tərkibinə  daxil  idi  və  burada  SD  birliklərindəki  legion erlərin problemləri  ilə  məşğul 
olurdu. 
20-30-cu  illərdə  Azərbaycan  siyasi  mühacirləri  arasındakı  mövqe 
mübarizələrində  A.Atamalıbəyovun  M.Ə.Rəsulzadəyə  müxalifətdə  dayandığı  və 
vahid  milli  mərkəz  kimi  Parisin  seçilməsi  ideyasına  tərəfdar  olduğu  da  bəllidir. 
Almanlarla  əməkdaşlıq  etdiyinə  görə  A.Atamalıbəyov  müharibədən  sonra  Avropada 
qalmaqdan  ehtiyatlanmış  və  daha  uzaqlara  -  Cənubi  Amerikaya  üz  tutmuşdu.  Oğlu 
Qalib Atamalının son illərə qədər ABŞ-da yaşaması və Azərbaycandakı qohumları ilə 
əlaqə qurması faktı məlumdur.
Yekun olaraq demək olar ki,  1919-cu ildə Parisə yollanan nümayəndə heyəti 
son  üzvünü  itirənə  kimi  bacardığı  şəkildə  Azərbaycanı  təmsil  etmiş,  birincilər 
sırasında başladıqları “Azərbaycan davasına”  öz töhfələrini verməyə çalışmışdılar.
NÜMAYƏNDƏ HEYƏTİNİN SƏNƏDLƏRDƏ YAŞAYAN TARİXİ
Nümayəndə  heyətinin  sədri  Ə.M.Topçubaşov əvvəlcə  İstanbuldan,  sonra isə 
Roma  və  Parisdən  hökumətə  və  parlamentə  heyətin  fəaliyyəti  -  keçirilən  görüşlər, 
aparılan  danışıqlar  barəsində  ardıcıl  məlumat  verirdi.  Kommunikasiya  çətinliklərinə 
və  diplomatik  poçtun  qeyri-ardıcıl  işinə  baxmayaraq  o,  1919-cu  ilin  mart-noyabr 
ayları ərzində öz ölkəsinin Nazirlər Şurasına  11  əhatəli hesabat göndərmişdi.  4-5  mart 
tarixli birinci,  17-19 mart tarixli ikinci və  18 aprel tarixli üçüncü hesabat İstanbuldan, 
4  may  tarixli  dördüncü  hesabat  Romadan,  15  may  tarixli  beşinci,  tarixi  bilinməyən 
altıncı,  8-10  iyun  tarixli  yeddinci,  8-9  iyul  tarixli  səkkizinti,  22-25  sentyabr  tarixli 
doqquzuncu,  6-10  noyabr  tarixli  onuncu,  29  noyabr-2  dekabr  tarixli  on  birinci 
hesabatlar isə Parisdən yola salınmışdı.
Təəssüf ki,  həmin  hesabatlardan  yalnız  yeddisi  qorunub  saxlanmışdır.  Sıra 
etiban ilə ikinci, dördüncü, beşinci və altıncı hesabatlar itirilmişdir. Eyni sözləri  1919-


cu  ilin  dekabrından  sonra  göndərilən  hesabatlar  barəsində  də  demək  mümkündür. 
Digər  sənədlərdən  də  göründüyü  kimi  Nümayəndə  heyəti  1919-cu  ilin  sonu-1920-ci 
ilin əvvəllərində  daha məhsuldar və intensiv işləmişdi.  Təbii ki, bu müddətdə  görülən 
işlər də  Mərkəzə  göndərilən hesabatlarda öz  əksini tapmışdı.  Lakin həmin hesabatlar 
ya  məhv  edilmiş,  ya  da  Moskvaya  aparılmışdır.  Hər  halda  indiyə  qədər  çatışmayan 
hesabatların izlərini Azərbaycan arxivlərində tapmaq mümkün olmamışdır.
Azərbaycan  Cümhuriyyətinin  xarici  siyasəti  ilə  bağlı  bu  mühüm  sənədlər 
birinci  və  sonuncu  dəfə  1927-ci  ildə  bolşevik  tarixçi  A.Rayevski  tərəfindən 
“Musavatskoe  pravitelstvo  Azerbaydcanskoy  Respubliki  na  Versalskoy  konferensii 
(mart-dekabr  1919)”  adı altında ayrıca kitab şəklində çap edilmişdir.  Tərtibçi mətnləri 
olduğu  kimi  vermişdi.  Lakin  kitaba  yazdığı  müqəddimədə  müstəqil  Azərbaycan 
diplomatiyasının  bu  nümunələrini  öz  dövrünün  bolşevik  tarixçiliyinin  prinsipləri 
ruhunda təftiş etməyi və dəyərləndirməyi də unutmamışdır.
Başqa  sözlə  desək,  bu  gün  bizim  üçün  dövlətçilik  tariximizin  mühüm 
sənədləri 
olan 
materiallar 
A.Rayevskinin 
fikrincə, 
Azərbaycanı 
Britaniya 
imperializminə  satmaq niyyətinə  düşmüş bir ovuc müsavatçının siyasi intriqalarından 
başqa bir şey deyildi.  Lakin qatı bolşevik mövqeyindən asılı olmayaraq bu gün həmin 
nəşr  üçün  A.Rayevskiyə  minnətdar  olmaq  lazımdır.  Ümumiyyətlə,  20-30-cu  illərdə 
ilk respublikamızın tarixini təhrif etmək,  onun liderlərinə,  məqsəd və  amallarına ləkə 
yaxmaq  məqsədi  ilə  bolşevik  metodoıyası  zəminində  yazılmış  əsərlər  indi  nə  qədər 
qəribə  görünsə  də,  tarixi  gerçəkliyi  obyektiv  qiymətləndirməyə  xidmət  göstərir.  Ən 
azı,  ideoloji  yanaşma  tərzini  bir  kənara  qoyaraq  bu  nəşrlərdəki  çoxu  artıq  müasir 
tədqiqatçı  üçün  əlçatmaz  olan  fakt  və  qaynaqların  əhəmiyyətini  ayrıca 
qiymətləndirmək lazımdır.
Hesabatların əksəriyyətinin Parisdən göndərildiyini nəzərə  alaraq biz onların 
toplandığı kitabı yuxarıda da qeyd olunduğu kimi,  “Paris  məktubları”  adı  altında çap 
etdirmişdik.  İstanbuldan  göndərilən  hesabatların  da  daha  öncə  H.Həsənov  və
H.Paşayev tərəfindən “Diplomatiçeskie besedı v  Stambule”  adı altında nəşr edildiyini 
yada  salsaq,  Azərbaycan  Cümhuriyyətinin  diplomatiya  tarixini  əks  etdirən 
özünəməxsus dialogiyanın meydana çıxdığı aşkar olar.
Azərbaycan  hökumətinə  göndərilən  məlumatlar  hamısı  üzərində  “Prezident 
de  la  deleqation  de  raix  de  la  Azerbeidjan”  (“Azərbaycan  Cümhuriyyəti  Sülh 
Nümayəndə  heyətinin  rəhbəri”)  rəsmi  ştampı  olan blankda yazılmışdır.  Hesabatların 
ilk  səhifələrində  göstərilən  qoşa  tarixlər  (məsələn,  17-19  mart)  onun  yazılmağa 
başlandığı və  sona çatdırıldığı tarixi bildirir.  Məlumat mətnlərinin bir hissəsi müxtəlif 
xətlərlə,  əllə yazılmış,  qalan hissələri isə makinada çap edilmişdir.  Xətt müxtəlifliyinə 
baxmayaraq  məlumatların  əvvəldən  axıra  kimi  bir  nəfərin  düşüncələrinin  məhsulu 
olduğu şübhə doğurmur.
Hesabatlar  bir  qayda  olaraq  ya  Ə.M.Topçubaşovun  özü  tərəfindən,  ya  da 
onun diqtəsi ilə  katiblər tərəfindən yazılmışdır.  Bu məlumatların üslubundan,  təhkiyə 
tərzindən,  habelə birbaşa sədrin funksiyaları ilə bağlı məqamlardan da aydın görünür.


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə