Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə6/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   2   3   4   5   6   7   8   9   ...   65

naziri  kimi  Nazirlər  Şurasının  tərkibində  qaldı  və  milli  maraqlara  zidd  fəaliyyətini 
davam etdirir.
M.H.Hacınskinin  tərəfdarları  martın  30-da  Dağlıq  Qarabağda  erməni 
qiyamının  yatırılmasında  kifayət  qədər  qətiyyət  göstərməmək  bəhanəsi  ilə 
N.Yusifbəyli  kabinəsinin  istefaya  göndərməyə  nail  oldular.  Yeni  hökumətin  təşkili 
Hacınskiyə  tapşırıldı.  O,  aprelin  20-nə  qədər  Parlamentdə  təmsil  olunan partiyaların 
təmsilçiləri  ilə  açıq,  bolşevik  nümayəndələri  ilə  gizli  danışıqlar  apardı.  XI  ordunun 
Azərbaycana  soxulmasına  beş  gün  qalmış  isə  yeni  hökumət  qurmaq  üçün 
Parlamentdən 
aldığı 
səlahiyyətlərdən 
imtina 
etdiyini 
bildirdi. 
Beləliklə, 
M.H.Hacınskinin  təkəddüdlü  mövqeyi  nəticəsində  ölkə  üçün  çox  məsul  dövrdə  süni 
hökumət  böhranı  yaradıldı.  Bu  böhran  da  həlledici  anda  milli  hökumətin  süqutunu 
asanlaşdırdı.
Bolşevik  işğalından bir  neçə  gün  əvvəl  Müsavat  partiyasından  çıxdığını və 
Azərbaycan 
Kommunist 
(bolşeviklər) 
partiyasına 
üzv 
olduğunu 
bildirən 
M.H.Hacınski  sovet  hakimiyyəti  illərində  müxtəlif  sovet  və  təsərrüfat  vəzifələrində 
çalışmışdı.  Lakin bütün bu xidmətləri  onu  sovet cəza maşınının dişlərindən xilas  edə 
bilməmişdi.  l930-cu  ildə  M.H.Hacınski  Transqafqaz  diyar  komitəsinin birinci  katibi 
L.Beriyanın  göstərişi  ilə  həbs  olunmuş  və  1931-ci  il  martın  8-də  hələ  istintaq  başa 
çatmamış Tiflis həbsxanasında qətlə yetirilmişdi.
Ə.Şeyxülislamov  siyasi  fəaliyyətini  əvvəlcə  Fransada,  İkinci  Dünya 
müharibəsindən  sonra  isə  bir  müddət  Almaniyada  davam  etdirmişdi.  20-ci  illərin 
sonunda  onun  Ə.M.Topçubaşovla  münasibətləri  kəskinləşmişdi.  Ə.Şeyxülislamov 
yalnız  Parisdəki  Nümayəndə  heyətinin  üzvlərini  Azərbaycan  adından  danışmağa 
səlahiyyətli  sayır  və  M.Ə.Rəsulzadənin  rəhbərliyi  altında  İstanbulda  fəaliyyət 
göstərən  Azərbaycan  Milli  Mərkəzinə  qarşı  müxalifətdə  dayanırdı.  O,  Azərbaycan 
siyasi  mühacirətinin  birləşməsi  və  vahid  mərkəzdən  idarə  olunması  tərəfdarı  kimi 
çıxış  edən və bu zəmində  qarşılıqlı kompromisi  zəruri  sayan Ə.M.Topçubaşova qarşı 
çıxırdı.  Ə.Şeyxülislamov  1943-cü  ildə  keçmiş  sovet  zabiti,  hərbi  əsir  Ə.Fətəlibəyli- 
Düdənginskinin  yaratdığı  siyasi  təşkilatın  -  Azərbaycan  Milli  Birlik  Məclisinin 
(AMBM)  rəhbərliyinə  seçilmiş,  1951-ci  ildə  C.Hacıbəyli  və  İ.Əkbərlə  birlikdə 
Azərbaycan  adından  Rusiya  Millətlərinin  Qurtuluş  Şurasının  təsis  edilməsi 
haqqındakı Visbaden Bəyannaməsini imzalamışdı.  Həyatının sonuna qədər (1961-ci il 
martın  2-də  Parisdə  yoxsulluq  içərisində  vəfat  etmişdi)  Azərbaycanın  azadlığı  və 
müstəqilliyi Ə.Şeyxülislamovun idealı olmuşdu.
C.Hacıbəyli  siyasi  baxışlarına  görə  Ə.Şeyxülislamovla  eyni  mövqedə 
dayanırdı.  1943-cü  ildə  o  da  ABMB-nin  rəhbərliyinə  seçilmiş,  1952-ci  ildən  isə  bu 
qurumun  Münxendə  nəşr  etdiyi  “Azərbaycan”  jurnalının  redaktoru  olmuşdu.  Həm 
siyasi publisist,  həm də tədqiqatçı-alim kimi fəaliyyəti  hərtərəfli və  məhsuldar  sayıla 
bilər.  Hələ  1919-cu  ilin  dekabrında  “Revyü  du  mond  myüzyülman” jurnalında  onun 
Azərbaycan  Cümhuriyyətinin  yaranma  tarixinə  həsr  olunmuş  “İlk  müsəlman 
respublikası”  adlı  böyük  həcmli  məqaləsi  çap  edilmişdi.  “Journale  Asiatique”


məcmuəsi  səhifələrindəki  Azərbaycan  tarixinə,  dilinə,  ədəbiyyatına,  etnoqrafiyasına 
dair  çoxsaylı  məqalələr  də  Ceyhunbəyin  qələmindən  çıxmışdı.  1926-cı  ildə 
C.Hacıbəyli  zəngin  dilçilik  və  etnoqrafik  materialların  toplandığı  “Qarabağ  (Qafqaz 
Azərbaycanı) dialekti və folkloru” kitabını çap etdirmişdi.
Qardaşı  Üzeyir  Hacıbəylinin  “Arşın  mal  alan”  komediyasını  ingilis  və 
fransız  dillərinə  çevirərək  Parisdə  nəşr  etdirmiş,  1925-ci  ildə  fransız  teatr 
xadimlərinin  iştirakı  ilə  əsərin  Fransa  paytaxtında  tamaşaya  qoyulmasına  nail 
olmuşdu.  Çoxşaxəli  elmi  fəaliyyətinə  görə  Fransa  Şərqşünaslıq  Akademiyasının  - 
“Sosiete  Asiatique”nin  həqiqi  üzvü  seçilmişdi.  Həyatının  sonuna  qədər  Münhendəki 
SSRİ-ni  öyrənmə  İnstitutunda  çalışan  C.Hacıbəyli  İnstitutun  nəşrlərində  kommunist 
ideologiyasının antibəşəri  mahiyyətini və  SSRİ-də  milli  zülmü  ifşa  edən məqalələrlə 
çıxış  edirdi.Onun  oğlu,  hərbi  təyyarəçi  T.Hacıbəyli  İkinci Dünya  müharibəsi  zamanı 
Fransa səmasını alman faşistlərindən qoruyarkən qəhrəmancasına həlak olmuşdu.
Miryaqub Mirmehdiyev  (mühacir dairlərində  o,  daha çox Mir Yaqub  adı ilə 
tanınırdı)  Nümayəndə  heyətinin  üzvləri  içərisində  Ə.M.Topçubaşova  ehtiram  və 
sədaqətini  sona  qədər  qoruyub  saxlayan  yeganə  əqidə  dostu  sayıla  bilər.  O, 
Nümayəndə  heyətinin  tərkibindəki  əsas  işi  ilə  birlikdə  1919-cu  ilin  avqustunda 
Parisdə  yaradılan  “Fransa-Qafqaz  Komitəsi”ndə  də  fəaliyyət  göstərirdi.  Fransanın 
Transqafqaz  ölkələri,  ilk növbədə  isə  Azərbaycan və  Gürcüstanla  iqtisadi əlaqələrini 
canlandırmaq  məqsədi  ilə  yaradılmış  bu  Komitədə  Fransanı  diplomat  və  şərqşünas 
E.Uplo  (sədr),  Gürcüstanı  knyaz  M.Sumbatov  (sədr  müavini),  Azərbaycanı 
M.Mirmehdiyev (sədr müavini) təmsil edirdilər.
Mühacirət  dövründə  də  siyasi  fəaliyyətindən  çəkilməyən  Mir  Yaqub  eyni 
zamanda  Parisdə  rus  dilində  çap  olunan  “Qafqaz”  jurnah  ilə  yaxından  əməkdaşlıq 
edirdi.  1926-cı  ildə  onun  “Sovet  rejimi:  mənbələri  və  mahiyyəti”,  1933-cü  ildə  isə 
“Qafqaz problemləri” kitabları Parisdə, fransız dilində çap olunmuşdu.  Birinci kitabda 
müəllif  sovet  rejiminin  xalqa  zidd,  antibəşəri  mahiyyətini  açıqlamağa  çalışırdı. 
“Qafqaz  problemləri”  kitabında  isə  çar  Rusiyası  tərəfindən  bu  regionun  işğalından 
tutmuş  1920-ci  ilə  qədər Qafqazda cərəyan edən əsas hadisə və  prosesləri  izlənilmiş, 
yeni  işğal  faktının  -  sovetləşdirmənin  mahiyyəti  və  xarakteri  diqqətlə  təhlil  edilib 
araşdırılmışdı.
Kitabda  bütövlükdə  böyük  Qafqazın  problemləri  işıqlandırılsa  da,  əsas 
diqqət  müəllifin vətəninə  -  Azərbaycana yönəldilmişdi.  Mir Yaqub  tam  əsasla  Paris 
Sülh  konfransındakı  Azəbaycan  Nümayəndə  heyətinin  fəaliyyətini  obyektiv 
işıqlandıran  ilk  tarixçi-politoloq  da  hesab  oluna  bilər.  İkinci  Dünya  müharibəsi 
ərəfəsində  Parisdən İrana köçən M.Mirmehdiyevin  sonrakı  həyatı və  taleyi  haqqında 
hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır.
Nümayəndə  heyətinin  ən  gənc  üzvü  Məhəmməd  Məhərrəmov  hələ  20-ci 
illərin əvvəllərində  siyasi  səhnədən uzaqlaşmış və kiçik də  olsa öz biznesini qurmağa 
çalışmışdı.  Sonralar  o,  daha  çox  bibliofil  və  antikvar  əşyalar  üzrə  mütəxəsis  kimi 
tanınmışdı.  Hətta  məşhur  rus  yazıçısı  A.Gertsenin  Londonda  çap  etdiyi  “Kolokol”


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə