Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə8/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

Sənədlərin  ilk  naşiri  A.Rayevskidə  də  Ə.M.Topçubaşovun  müəllifliyi  heç  bir  şübhə 
doğurmamışdı.  Nəhayət,  hər  bir  məlumat  Nümayəndə  heyətinin  rəhbəri  tərəfindən 
imzalanmış və onun şəxsi möhürü ilə möhürlənmişdir.
Mətnlərin  altından  qırmızı  və  göy  rəngli  karandaşlarla  çəkilmiş  xətlər, 
səhifələrin  kənarlarındakı  müxtəlif  işarələr  və  qeydlər  bu  materialların  Bakıda 
cümhuriyyət  rəhbərləri,  ilk  növbədə  isə  baş  nazir  N.Yusifbəyli  və  xarici  işlər  naziri 
M.Y.Cəfərov  tərəfindən  diqqətlə  öyrənildiyini,  onlardan  daxili  və  xarici  siyasətin 
qurulmasmda istifadə olunduğunu göstərir.
Ə.M.Topçubaşov  özünün  və  Nümayəndə  heyəti  üzvlərinin  Azərbaycanın 
çağdaş  vəziyyəti  və  gələcəyi  ilə  bağlı  fıkirlərini  ifadə  edərək  1919-cu  ildə  Parisdən 
göndərdiyi  məlumatlardan  birində  yazırdı:  “Doğrudur,  hələ  bizi  dövlət  kimi 
tanımırlar.  Lakin  getdiyimiz  hər  yerdə  və  hamıya  artıq  il  yarımdan  bəri  bir  dövlət 
kimi  mövcud  olduğumuzu  bildirir,  öz  parlamenti,  hökuməti,  inzibati  sistemi, 
məhkəməsi,  məktəbləri,  ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk.  Bu 
Azərbaycan  bolşeviklərlə  amansız  mübarizəyə  tab  gətirib.  Deməli,  azərbaycanlılar 
siyasi  həyat  qabiliyyətinə  malikdirlər  və  özlərinin  müstəqil  dövlətini  qura  bilərlər. 
Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, 
bu  özünütəsdiqi  mühafizə  etmək  lazımdır.  Biz  istərdik ki,  hamı,  bütün  xalqımız  indi 
müstəqil  ictimai-siyasi  həyata  qabil  olduğumuzu  sübut  etmək  üçün  imtahan 
verdiyimizi yaxşı başa düşsün.
İnanırıq  ki,  buna  gücümüz  çatacaq.  Çünki  xalqımız  doğrudan  da 
qabiliyyətlidir,  ölkəmiz isə təbii sərvətlərlə zəngindir.  Lakin bizdə indiyə qədər əxlaqi 
başlanğıca  əsaslanan  siyasi  məktəb  olmadığından  geniş  xalq  kütlələrinin  öz  gənc 
dövlətinin müəssisələrindən,  qurumlarından nümunə  götürməsi və yaşadığımız  indiki 
sınaq anının bütün ciddiyyətini dərk etməsi çox zəruridir.  Paytaxt və rəhbər xadimlər - 
bax,  Azərbaycana bütün varlığı ilə  xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə 
onlar göstərməlidirlər.  Ümumi borc xalqı  səfərbər etmək və  onu müstəqil mövcudluq 
ideyası  ətrafında  birləşdirməkdir.  Çünki  biz  artıq  şüurlarda  geriyə  dönüş  üçün  yer 
olmadığına  və  ola  bilməyəcəyinə  əminik.  Qarşımızda  bir  yol  var  -  bu  da 
Azərbaycanın müstəqilliyinə aparan yoldur”
Həmin  yolun 
ilk  yolçuları 
sırasında 
Ə.M.Topçubaşov  və 
onun 
məsləkdaşlarının  xüsusi  yerləri  var.  Doğrudur,  dövrün  beynəlxalq  münasibətlər 
sistemində  mövcud  obyektiv  səbəblər  və  bir  sıra  subyektiv  amillər  üzündən  onların 
mübarizəsi  qalibiyyətlə  nəticələnmədi.  Cümhuriyyətin  liderləri  xalqı  arzusunda 
olduğu və uğrunda mübarizə apardığı müstəqilliyə qovuşdura bilmədilər.
Bolşevik  təcavüzü  nəticəsində  1920-ci  ilin  aprelində  Azərbaycanın  dövlət 
müstəqilliyinə  son  qoyuldu.  İlk  Azərbaycan  Cümhuriyyətinin  qurucularından 
M.Ə.Rəsulzadənin obrazlı ifadəsi ilə desək,  “Yoxdan yaradılmış bir ideal rəmzi”  olan 
üçrəngli  bayraq  “qırmızı  bir  bezə”  (Sovet  Azərbaycanının  dövlət  bayrağı  nəzərdə 
tutulur-V.Q.)  dəyişdirildi.  Lakin yenə  də  M.Ə.Rəsulzadənin yazdığı  kimi,  “yüz  illik


əsarət  dərsi  ilə  iki  illik  azadlıq  davası”  artıq  xalqı  yalnız  başqalarına  dcyil,  ilk 
növbədə öz-özünə tanıtmışdı.
Versal  Sülh  konfransında  iştirak  edən  Azərbaycan  Nümayəndə  heyəti  yeni 
müstəqil dövlətin Avropaya göndərdiyi ilk diplomatik desant idi.
ƏN MÜHÜM XİDMƏT-AZƏRBAY CANI TANITMAQ!
Nümayəndə  heyəti  qarşısına  qoyduğu  başlıca  vəzifəyə  nail  oldu  - 
Azərbaycan  xalqının  iradəsini  və  Azərbaycan  dövlətinin  mövcudluğunu  dünyanın 
diqqətinə  çatdıra bildi.  Bu  artıq  elə  bir  siyasi  reallıq idi  ki,  ölkəni yenidən işğal  edib 
sovet  Rusiyasının  tərkibinə  qatan  bolşeviklər  onunla  barışmaq  məcburiyyətində 
qalmışdılar.  Bakı  neftinə  göz  dikən bolşeviklər  öz  sərvətlərinə  və  torpaqlarına  sahib 
olan Azərbaycan dövlətinin mövcudluğunu təsəvvürlərinə belə  gətirmək istəmirdilər. 
Leninin  Qafqazdakı  canişini,  1918-ci  ilin  martında  Bakıda  qanlı  soyqırımın 
təşkilatçılarından 
biri 
olan 
S.Şaumyan 
Sülh 
konfransında 
Azərbaycan 
Cümhuriyyətinin  de-fakto  tanınmasından  iki  il  əvvəl  belə  bir  dövlətin  qurulmasını 
həyasızcasına  “yerli  millətçilərin  xülyası”  adlandırır,  “Bakını  Azərbaycan  xanlığının 
paytaxtına  çevirmək  istəyənlərin”  niyyətlərinin  heç  zaman  baş  tutmayacağını  elan 
edirdi.
Lakin  Azərbaycan  Cümhuriyyətinin  23  aylıq  mövcudluğu  və  bu  müddət 
ərzində yürüdülən uğurlu xarici  siyasət radikal addımlar atmağı  sevən bolşevikləri də 
artıq  de-fakto  mövcud  olan bir  dövləti  yerli-dibli  inkar  etmək,  Azərbaycanı  yenidən 
quberniyalara,  qəzalara  bölmək  iştahından  çəkindirdi.  Əgər  1918-20-ci  illər 
Azərbaycan Respublikası qismən də olsa özünün beyn əlxalq təsdiqinə nail olmasaydı, 
Sosialist Azərbaycanının yaranması  da böyük  sual  altında qalardı.  Paytaxtı Bakı olan 
Azərbaycan  SSR  əslində  müstəqil  Cümhuriyyətin  varisi  idi.  Azərbaycanda  siyasi 
hakimiyyəti  zorakı  yolla  qəsb  edən  bolşeviklər  hər  bir  cəhətdən  öz  əqidə 
düşmənlərinə minnətdar olmalı idilər.
Doğrudur,  Sovet Azərbaycanını  1918-20-ci illər sərhədləri daxilində  qurmaq 
mümkün olmadı.  Milli  hökumətin nəzarəti  altında olan,  yaxud mübahisəli  sayılan və 
həlli  Sülh  konfransından  tələb  edilən  bir  sıra  tarixi  torpaqlarımız  bolşevik 
rəhbərliyinin  volyuntarist  qərarları  ilə  digər  “qardaş  sovet  respublikalarına”  verildi. 
Azərbaycan  Milli  Ordusuna  qarşı  kütləvi  terror  həyata  keçirildi.  Yenicə  yaranmağa 
başlayan  demokratik  institutların  fəaliyyətinə  son  qoyuldu.  Müstəqil  Azərbaycanın 
dövlət rəmzləri-üçrəngli bayraq və himn qadağan edildi.  Milli hökumətin yüksək çinli 
məmurları  və  siyasi  partiyaların  fəalları  təqiblərə  məruz  qaldı.  Lakin  1920-ci  ilin 
aprelindən  başlayan  və  yetmiş  ildən  çox  davam  edən  bütün  repressiv  tədbirlərə 
baxmayaraq  Azərbaycanın  dövlət  müstəqilliyi  ideyasını  Azərbaycan  türklərinin 
ürəklərindən və yaddaşlarından silmək niyyəti baş tutmadı.
Azərbaycan dövlətçiliyi ideyasını siyasi gündəmə gətirmək və onun hətta de- 
fakto  da  olsa  təsdiqinə  nail  olmaq  asan  məsələ  deyildi.  Təhlükə  yalnız  öz


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə