Azərbaycan paris sülh konfransinda


Adixərclərin ümumi məbləği: 415.000.000



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə20/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

Adixərclərin ümumi məbləği: 415.000.000 
Fövqəladə xərclər
1.  Şəhər və kəndlərin bərpası.  Kənd təsərrüfatı üçün sair xərclər  130.000.000
2. Epidemiyalara qarşı mübarizə  10.000.000
3.  Ordunun illik təchizatı 80.000.000
4.  Təhsil üçün müvəqqəti xərclər 30.000.000 
Fövqəladə xərclərin məbləği - 250.000.000 
Smetanın ümumi məbləği - 665.000.000


AZƏRBAY CANIN MÜSTƏQİL SİYASİ MÖVCUDLUQ HÜQUQU 
QAFQAZ RESPUBLİKALARI İLƏ MÜNASİBƏTLƏR
Ictimai və siyasi muxtariyyət hüququ
Azərbaycanın  maddi  sərvətləri  və  intellektual  qüvvələri,  onun  iqtisadi 
baxımdan  əlverişli  mövqeyi,  Avropa  bazarlarını  Qafqaz,  Türküstan,  Xivə,  Buxara, 
İran,  Əfqanıstan,  Mərkəzi  Asiya  və  Hindistanla  birləşdirən  tranzit  yolun  üzərində 
yerləşməsi,  əhalisinin  zəhmətsevərliyi,  müxtəlif  peşə  və  sənətlərə  qabiliyyəti, 
sivilizasiya  və  ictimai  tərəqqiyə  məhəbbəti  nəticəsində  öz  xalqının  milli  və  siyasi 
azadlıqlarına  nail  olması  və  bunun  məntiqi  yekunu  olaraq  bir  il  ərzində  möhkəm 
dövlət  qurması  -  bütün  bunlar  şübhəsiz,  millətlərin  öz  müqəddəratını  təyin  etməsi 
hüququnun  şərtlərinə  və  prezident  Vilsonun  tələblərinə  tam  uyğun  gəlir.  Və  bütün 
bunlar  bizə  Qafqaz  azərbaycanlılarının  da  digər  azsaylı  xalqlar  kimi  Antanta 
dövlətləri  tərəfindən  Sülh  konfransında  elan  olunmuş  azadlıq  və  milli  müstəqillik 
hüquqlarına  haqqı  çatdığını  düşünməyə  əsas  verir.  Burada  deyilənləri  daha  yaxşı 
aydınlaşdırmaq üçün, təbii olaraq, iki suala da cavab tapmaq zərurəti yaranır:
I.  Son  vaxtlara  qədər  Rusiya  imperiyasının  bir  hissəsi  olmuş  Azərbaycan 
Rusiyanın keçmiş və indiki təhəddüdlərinə necə münasibət bəsləyir?
II.Azərbaycanın  öz  qonşuları  -  digər  Qafqaz  respublikaları  ilə  münasibəti 
nccə olmalıdır?
Köhnə Rusiya ilə münasibətlər
Biz  çar hökumətinin Azərbaycan əhalisinə  münasibətdə  necə  hərəkət  etməsi 
barəsində  yuxarıda  söz  açmışdıq.  Hökumətin  ruslaşdırma  siyasəti  Azərbaycanlılara 
inamsızlıqla yanaşmağın  nəticəsi  olaraq  meydana  çıxmışdı.  Bu  şübhə  və  inamsızlıq 
özünü  hərbi  sahədə  xüsusilə  aydın  göstərirdi.  Elə  buna  görə  də  müsəlmanlar  hərbi 
qulluğa çağırılmır,  əvəzində  isə  xüsusi vergi  ödəyirdilər.  Bununla bir  sırada,  yenə  də 
özünün həmin rəsmi  sənədlərində  də  dövlət bəyan  edirdi  ki,  müsəlmanlar  sülhsevər, 
etibarlı,  ziyansız  adamlardır.  Aydındır  ki,  burnundan  uzağı  görməyən  çar  hökuməti 
hər  dəfə  dövlət  təhlükə  qarşısında  qalanda  Azərbaycanlıların  könüllü  şəkildə  həyata 
keçirilən  müxtəlif aksiyalarda  iştirakını  tamamilə  dana  bilməzdi.  Burada  rus-yapon 
savaşını və  digər müharibələri  xatırlatmaq yerinə  düşərdi.  Şübhə və  inamsızlığa görə 
rus  ordusu  sıralarına yaxın buraxılmayan  azərbaycanlılar həmin  müharibələr  zamanı 
xüsusi  könüllülər  hissəsində  birləşdilər  və  hərbi  əməliyyatlarda  yaxından  iştirak 
etdilər.  Onların  bir  hissəsi  əbədilik  olaraq  Mancuriya  çöllərində  qaldılar. 
Azərbaycanın  Rusiyaya  yardımı  bu  son  müharibədə  (Birinci  Dünya  müharibə si


nəzərdə  tutulur  -  tərc.)  də  kifayət  qədər  əhəmiyyətli  idi.  Müharibə  başlayan  kimi, 
istisnasız  olaraq  azərbaycanlılardan  təşkil  edilmiş  iki  könüllülər  alayı  yaradıldı. 
Məşhur  “vəhşi  diviziyanın”  tərkibində  vuruşan  həmin  alaylar  Qalitsiyada  qeyri-adi 
qəhrəmanlıqlar göstərdilər.  Bundan əlavə,  inqilaba qədərki rus ordusunda bir sıra son 
dərəcə  mühüm və  məsuliyyətli  vəzifələri  böyük  şücaətləri  ilə  tanınmış  azərbaycanlı 
generallar  tuturdular.  Onların  sırasında  Şərqi  Prussiyanı  ələ  kcçirmiş  süvari 
qoşunlarına  komandanlıq  edən  general  Xan  Naxçıvanskinin  adını  çəkmək  olar. 
Azərbaycan  ordusunun  indiki  baş  komandanı  general  Mehmandarov  Riqaya, 
almanların  üzərinə  göndərilən  ordu  korpusuna  rəhbərlik  edirdi.  General  Şıxlinski 
Rusiya ordusunun ali baş komandanının Qərargahının sərəncamına göndərilmiş,  sonra 
isə  Müvəqqəti  hökumət  tərəfindən  9-cu  ordunun  komandanı  vəzifəsinə  təyin 
edilmişdi.  Bunlardan  əlavə,  briqada  generalı  Yusubovun  və  müxtəlif  rütbəli  iki 
yüzdən  artıq  zabitin  adlarını  çəkmək  olar.  Onlardan  bəziləri  döyüş  meydanında 
qəhrəmanlıqla  həlak  olmuş,  bir  çoxları  göstərdikləri  sədaqət və  şücaətə  görə  Georgi 
xaçı və fəxri silahla təltif edilmişdilər.
Azərbaycan əhalisi öz növbəsində yaralı və  xəstə əsgərlər üçün maddi vəsait 
toplamış,  səhra  qospitalları  təşkil  etmiş,  xüsusi  ilə  Bakıda və  Gəncədə  müharibənin 
sahibsiz qoyduğu uşaqlar üçün çoxlu yetimxanalar açmışdı.
Bunların  hamısı  könüllü  şəkildə  edilirdi  və  azərbaycanlılar  böyük  azadlıq 
uğrunda birgə mübarizədə bu yardımı özlərinin borcu sayırdılar.
Keçmiş  Rusiyanın  bütün  xalqlarını  əzilən  insanların  azadlığa  çıxarılması 
coşqusu  və  yeni  həyatlarını  öz  müqəddəratını  təyin  etmə  prinsipi  əsasında  qurmaq 
ümidləri  bürüdüyü  bir  dövrdə  azərbaycanlılar  bu  mübarizədən  kənarda  qala 
bilməzdilər. 
Az 
qala  yadelli  hesab 
edilmələrinə, 
milli 
hisslərinin, 
dini 
mənsubiyyətlərinin 
və 
mədəni 
ehtiyaclarınm 
nəzərə 
alınmamasına, 
vergi 
ödəmələrinin və  hökumətin  qayda-qanunlarına  itaət  etmələrinin  müqabilində  heç  bir 
hüquqa malik  olmamalarına baxmayaraq,  son  müharibədə  onlar Rusiya  dövlətinə  öz 
ctimadlarını qoruyub saxlamışdılar.
Milli varlığı tapdanan,  yalnız milli mənsubiyyətinə  görə  nifrətlə yad olunan, 
sıxışdırılan,  gündəlik  və  zəruri  ehtiyacları  nəzərə  alınmayan  bir  xalq  nə  qədər 
dözümlü olsa da,  özünə  qarşı yol verilmiş təhqirləri heç vaxt unutmayacaq.
Nifrətlə  xatırlanan  Rusiya  hakimiyyəti  və  onun  bədnam  dövləti  artıq 
devrilmişdir.  İndi  azərbaycanlılar  hər  şeydən  daha  çox  özlərinin  ictimai  və  siyasi 
muxtariyyətləri  haqqında  düşünürlər.  Belə  bir  şəraitdə  milli  hisslərin  yenidən 
dirçəldilməsi 
Azərbaycan 
xalqının 
milli 
özünəməxsusluğunun, 
mövcudluq 
fəaliyyətinin  tamamilə  yox  edilməsinin  qarşısını  almaq  üçün  kütlələrin  nəzərində 
yeganə  yoldur.  Yüz  ilə yaxın Rusiya  əsarəti  altında  qalmış  Azərbaycanda hakim rus 
şovinistlərinin  bu  xalqın  düşüncə  tərzini,  siyasi  və  mədəni  ideallarını,  ruhunu 
dəyişmək,  onu  slavyan irqinin təsiri  altına  salmaq cəhdləri  azərbaycanlılar tərəfindən 
hər  zaman  barışmaz  şəkildə  qarşılanmış  və  həmişə  ciddi  müqavimətlə  üzləşmişdir. 
Mənşə 
müxtəlifliyi 
xalqlarımız 
arasındakı 
anlaşılmazlığın 
və 
qarşılıqlı


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə