Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32569
1   ...   4   5   6   7   8   9   10   11   ...   68

 
24
diyyatı  üçün  kənd  təsərrüfatı  mühüm  rol  oynayırdı.  Rusiyada 
bütün  təbəqələrə  torpağı  azad  surətdə  alıb  satmaq  olmazdı. 
Buna  görə  də  kapitalist  kənd  təsərrüfatı  sahibkarlığını  inkişaf 
etdirməyin  mümkünlüyü  son  dərəcə  məhdudlaşmışdı.  Mülkə-
darların  əksəriyyəti  torpaq  üzərindəki  inhisarçı  hüququndan 
istifadə edərək, kəndlilərin pay torpaqlarını azaltmaq və biyarı 
genişləndirməklə  öz  təsərrüfatlarını  təhkimçilik  zəminində 
davam  etdirirdilər.  Nəticədə  kəndli  təsərrüfatı  zəifləyirdi.  Bu-
nun nəticəsində ölkənin əhalisinin artdığı və ayrı-ayrı təsərrüfat 
sahələrinin qeyri-bərabər inkişaf etdiyi bir şəraitdə kənd təsər-
rüfatında böhran vəziyyəti güclənirdi. 
 
XIX əsrin birinci yarısında türk xalqlarının məskunlaş-
dığı ərazilərdə sosial-iqtisadi inkişaf eyni səviyyədə olmamışdı. 
Volqaboyunun kənd təsərrüfatında zəif olsa da inkişaf var idi. 
Volqaboyunun  kənd  təsərrüfatı  zəif  inkişaf  etsə  də  kənddə 
ictimai təbəqələşmə getdikcə artırdı. Yoxsul kəndlilərin vəziy-
yəti  ağırlaşır,  dövlət  kəndlilərinə  verilən  torpaqlar  hər  il  aza-
lırdı.  Bölgəyə  rus  kəndlilərinin  köçürülməsi  müstəmləkəçilik 
siyasətini  gücləndirirdi.  XIX  əsrin  40-cı  illərində  Volqabo-
yunda dövlət kəndliləri arasında “kartof qiyamları” adlandırılan 
geniş  hərəkat  başlandı.  Bu  hərəkat  dövlət  torpaqlarında  kənd-
lilərin  kartof  əkməyə  məcbur  edilməsinə  qarşı  yönəlmişdi. 
”Kiselyov islahatı”na görə dövlət kəndliləri üçün tətbiq edilən 
qaydalar kəndliləri əsarət altına almağın yeni forması idi. Yeni 
təşkil olunan dövlət mülkləri nazirliyinin başçısı  təyin  edilmiş 
P.Kiselyov  islahatın  təşəbbüsçüsü  və  fəal  tərəfdarı  idi.  Bütün 
dövlət  kəndliləri  bu  nazirliyin  sərəncamına  verilirdi.  slahatın 
məqsədi  dövlət  gəlirlərini  artırmaqdan  və  mülkədarlara  kənd-
liləri necə idarə etmək lazım olduğunu göstərməkdən ibarət idi. 
slahata əsasən dövlət kəndliləri üçün yerli idarəetmə orqanları 
yaradıldı.  Bu  tədbirlər  mövcud  sistemi  qoruyub  saxlamaq  və 
möhkəmləndirmək,  feodal  iqtisadiyyatının  böhranını  zəiflət-
mək məqsədilə görülürdü. “Kiselyov islahatı” kənd icmalarının 
işlərinə qarışmağa imkan yaratmış, vergiləri artırmışdı. Kəndli-
downloaded from KitabYurdu.org


 
25
lərin  hərəkatı  elə  güclü  idi  ki,  hərbi  dairələr  bir  sıra  yerlərdə 
çox çətinliklə sakitlik yarada bildilər. 
 
Sibir kəndliləri əkinçilik, maldarlıq və balıqçılıqla məş-
ğ
ul  olurdular.  Əvvəllər  olduğu  kimi,  XIX  əsrin  birinci  yarı-
sında  da  Sibirə  Rusiyanın  mərkəzi  quberniyalarından  əhalinin 
köçürülməsi davam etmişdi. Köçürülənlərin çox hissəsi Sibirin 
kənd  təsərrüfatına  yararlı  torpaqlarında  məskunlaşırdılar.  Bu 
isə Sibir xalqlarının əkinçiliyi öyrənib oturaq həyat tərzinə keç-
məsinə  şərait  yaradırdı.  Sibirdə  kənd  icmaları  feodal  asılılığı 
şə
raitində  fəaliyyət  göstərirdi.  Mülkədar  torpaq  sahibliyinin 
olmaması, boş torpaqların mövcudluğu və torpaqların zəbt edil-
məsi  kəndlilərin  ictimai  təbəqələşməsinə  səbəb  olurdu.  XIX 
ə
srin  birinci  yarısında  əkinçiliyin  qeyri-bərabər  inkişaf  etmə-
sinə  baxmayaraq,  kənd  təsərrüfatı  məhsullarının  istehsalında 
artım özünü göstərirdi. Sibirə köçüb  gələnlərin  əkin sahələrini 
genişləndirməsi  kənd  təsərrüfatı  məhsullarının  artımına  səbəb 
olmuşdu. 
 
Krımın  kənd  təsərrüfatında  maldarlıq,  əkinçilik,  bağçı-
lıq  əsas  yer  tuturdu.  Kənd  əhalisinin  xeyli  hissəsinin  pay  tor-
paqları  olmadığına  görə  torpağı  icarəyə  götürürdülər.  Əsasən 
yerli  kəndlilərin  vəziyyəti  ağırlaşmışdı.  Belə  ki,  köçüb  gələn-
lərə  yerli  əhalinin  hesabına  torpaqlar  verilmiş,  bir  hissəsi  də 
satın almaq yolu ilə torpaq əldə etmişdilər. Kənd təsərrüfatında 
muzdlu  əməkdən  geniş  istifadə  olunmağa  başlanmışdı.  Bu  da 
kənddə  əmtəə-pul  münasibətlərinin  inkişafını  sürətləndirirdi. 
Ə
mtəə-pul münasibətləri inkişaf etdikcə mülkədar təsərrüfatları 
bazar  əlaqələrinə  cəlb  olunurdu.  Onlardan  bəziləri  kapitalist 
sahibkarlığı  yolu  ilə  getməyə  çalışırdı,  lakin  mülkədarların 
ə
ksəriyyəti  torpaq  üzərindəki  inhisarçı  hüququndan  istifadə 
edərək  öz  təsərrüfatlarını  təhkimçilik  zəminində  genişləndirir-
dilər. Nəticədə kəndli təsərrüfatı zəifləyir, bununla da istehsal-
çının xüsusi təsərrüfatının olması sarsılırdı. Bu isə iri mülkədar 
torpaq sahibliyinin meydana çıxmasına səbəb olurdu. 
downloaded from KitabYurdu.org


 
26
 
Rusiyada  metal  emal  edən  köhnə  rayonları  arxada 
qoymuş Ural sənayesi XIX əsrin birinci yarısında xeyli inkişaf 
etmişdi.  Uralda  zavodların  yaradılması  xüsusi  sahibkarlığın 
nəticəsi  idi  və  daxili  bazarda  dəmirə,  misə  tələbatın  artma-
sından, xarici ticarətin inkişafından irəli gəlirdi. Bu zavodlarda 
muzdlu fəhlələrin və təhkim edilmiş kəndlilərin əməyindən is-
tifadə edilirdi. Sonradan muzdlu fəhlələrin xeyli hissəsi “daimi 
təhkim edilmişlərə” çevrilir və əslində zavod sahiblərindən təh-
kimçi  asılılığı  vəziyyətinə  düşürdülər.  Volqaboyunun  mədən-
zavod  müəssisələrində  işin  böyük  hissəsi  muzdlu  fəhlələr 
tərəfindən görülürdü. Muzdlu fəhlələrin böyük əksəriyyətindən 
kapitalist  sənayesinin  inkişaf  etdiyi,  kəndlilərin  təbəqələşməsi 
prosesinin  getdiyi  yerlərdə  istifadə  olunurdu.  Şəhərlərdə  və 
sənaye  rayonlarında  çoxlu  muzdlu  fəhlə  cəmləşirdi.  Su  nəq-
liyyatında, gəmiqayırmada və yükvurma-yükboşaltma işlərində 
muzdlu əmək   böyük əhəmiyyət kəsb edirdi. Volqa su yolunda 
fasiləsiz  olaraq  çoxlu  gəmi  hərəkət  edirdi.  Bunlar  ən  müxtəlif 
tipli və su basımlı çay gəmiləri idi. Bu gəmilər taxıl, mal-qara, 
duz, dəmir və başqa sənaye malları daşıyırdılar. Volqa-boyun-
da  yerləşən  şəhərlər  Orta  Asiya  və  Cənubi  Qafqazla  ticarət 
ə
laqələrini  genişləndirirdilər.  Daxili  bazarın  və  xarici  ticarət 
ə
laqələrinin  genişlənməsi  iqtisadi  inkişafın  nəticəsi  idi.  Səna-
yenin və ticarətin inkişafı feodal  cəmiyyəti sistemində burjua-
ziyanın  yaranmasına  gətirib  çıxartdı.  Kapitalizmin  təşəkkülü 
prosesində sənaye aparıcı rol oynayırdı və sənaye təhkimçiliyin 
ləğv olunmasını daha təkidlə tələb edirdi. 
 
Zəngin  təbii  sərvətlərə  malik  olan  Sibirdə  əsas  sahə 
dağ-mədən sənayesi idi. Lakin dağ-mədən sənayesində texniki 
gerilik özünü göstərirdi. Sibirdə torpaq yolların şəbəkəsi böyü-
yürdü və son dərəcə uzun olan böyük Sibir yolu Sibiri Avropa 
Rusiyası ilə birləşdirirdi. Yenisey və Lena kimi suyu çox olan 
Sibir  çaylarından  yük  daşımaları  üçün  istifadə  edilirdi.  Sibir 
Rusiyanın xarici ticarətində mühüm rol oynayırdı. Rusiya Sibir 
vasitəsilə  Orta  Asiya,  Çin  və  Monqolustan  ilə  ticarət  edirdi. 
downloaded from KitabYurdu.org


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə