Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32569
1   2   3   4   5   6   7   8   9   ...   68

 
17
kimiyyəti altında qalan yerlər Fərqanə vilayəti adı altında Rusi-
yanın tərkibinə daxil oldu. 
Hələ ruslar tərəfindən Xivə yürüşünün hazırlanması ilə 
ə
laqədar  olaraq,  Xəzər  dənizinin  şərq  sahilində  1869-cu  ildə 
Krasnovodsk  şəhərinin  təməli  qoyulmuşdur.  Xivə  xanlığı  tabe 
edildikdən  sonra  türkmənlərin  yaşadığı  ərazilərə  Rusiya  təsi-
rinin yayılması üçün əsas baza Krasnovodsk oldu. Krasnovod-
skdan şərqə doğru Orta Asiyada ilk dəmiryolu çəkilməyə baş-
ladı. Dəmiryolu çəkənlər rus qoşunlarının arxasınca gedirdilər. 
Ruslara qarşı türkmən tayfaları güclü müqavimət göstərirdilər. 
Axal-Təkin vahəsi və Göytəpə qalası uğrunda mübarizə 1877-
ci  ildən  1881-ci  ilə  qədər  davam  etdi.  1881-ci  ilin  yanvarında 
Göytəpə  qalası  və  Aşqabad,1884-cü  ildə  isə  Mərv  şəhəri  rus 
qoşunları tərəfindən işğal olundu. Türkmənistanın bütün ərazisi 
XIX  əsrin  80-ci  illərinin  ortalarında  Rusiyanın  tərkibinə  daxil 
edildi.  1895-ci  ildə  Pamirin  alınması  ilə  Orta  Asiyanın  Rusi-
yaya birləşdirilməsi başa çatmış oldu.  
Beləliklə,kiçik  bir  tarixi  dövr  ərzində  Rusiyanın  Orta 
Asiya ilə bağlı planları tam həyata keçdi. Orta Asiyanın sosial-
iqtisadi  və  siyasi  geriliyi  və  xanlıqların  hərbi  qüvvələrinin 
zəifliyi bu bölgənin Rusiya tərəfindən işğalını asanlaşdırdı. Ça-
rizmin  işğalına  qarşı  hər  şeydən  əvvəl  feodal-əyanlar  və 
müsəlman  ruhaniləri  fəal  çıxış  edirdilər.  Ən  böyük  çıxışlar 
1885-ci  il  Fərqanə  və  1898-ci  il  Əndican  üsyanı  olmuşdur. 
Lakin  bu  üsyanlar  rus  hərbi  qüvvələri  tərəfindən  amansızlıqla 
yatırılmışdır.  Öz  nüfuzlarını,  torpaq  mülklərini  və  gəlirlərini 
itirməkdən  qorxan  hakim  təbəqə  və  müsəlman  ruhaniləri  fəal 
müqavimət  göstərsə-lər  də  xanlıqları  məğlubiyyətdən  qurtara 
bilmədilər.  Orta  Asiyada  yürüdülən  milli-müstəmləkəçilik 
siyasəti Rusiyanın hakim dairələrinin xətti idi. Bu siyasət Orta 
Asiya  xalqlarına  yeni  ağır  iqtisadi  və  milli  zülm  gətirdi.  Çar 
Rusiyasının  ağır  müstəmləkəçi  siyasətinə  baxmayaraq,  Orta 
Asiyanın    Rusiyaya  qatılması  onların  təsərrüfatlarının  Rusiya-
nın  iqtisadi  həyatı  və  dünya  əmtəə  dövriyyəsinə  cəlb  edil-
downloaded from KitabYurdu.org


 
18
məsində  müəyyən  rol  oynamışdır.  Bu  da  nəticə  etibarı  ilə  re-
gionda iqtisadi və sosial dəyişikliklərə səbəb olmuşdur. Əmtəə-
pul münasibətlərinin və bazar üçün məhsul istehsalının inkişafı 
muzdlu  əməkdən  istifadəyə  gətirib  çı-xartmışdı.  Yerli  burjua-
ziya və fəhlə sinfinin təşəkkülü prosesi başlanmışdı. Rusiyadan 
gələn  elmi  ekspedisiyalar  tərəfindən  Orta  Asiyanın  tədqiq 
edilməsinə başlanıldı. Elm, maarif və səhiyyənin inkişafına bir 
qədər  diqqət  artırıldı.  Rus  alimləri  Orta  Asiyanın  maddi  eh-
tiyatları, tarix və mədəniyyətinin öyrənilməsinə başladılar. Bü-
tün bunlarla yanaşı Orta Asiya xalqlarının siyasi müstəqilliyinə 
son qoyuldu. 
 
 
4. Orta Asiyada çar Rusiyasının siyasəti.  
Hərbi-inzibati idarəetmə 
 
Orta  Asiyanın  Rusiyaya  birləşdirilməsi  Orta  Asiya 
xalqlarının  bütün  ictimai-siyasi,  iqtisadi  və  mədəni  həyatında 
dəyişikliklərə  səbəb  oldu.  Çar  Rusiyası  Orta  Asiyanı  öz  müs-
təmləkəsi  hesab  edirdi.  Çar  generalları  və  məmurları  Orta 
Asiya  ərazisində  yeni  inzibati-siyasi  bölgü,  yeni  hərbi-inzibati 
idarə  qaydaları  tədbiq  etdilər.  1867-ci  ildə  yaradılmış  Türküs-
tan general-qubernatorluğunda tədricən Sırdərya, Mavərənnəhr, 
Fərqanə,  Səmərqənd,  Zakaspi  vilayətləri  yarandı.  1867-ci  il 
“Əsasnamə”sinə  görə  Türküstan  vilayətlərə,  qəzalara  və  nahi-
yələrə  bölünürdü.  nzibati  bölgü  tayfa  bölgüsü  nəzərə  alın-
madan ərazi prinsipi üzrə aparılırdı. Bu da tayfaları zəiflətməyə 
yönəldilmişdi. XIX əsrin  50-ci illərinin ortaları və  60-cı illə-
rinin  əvvələrində  Rusiya  təbəəliyini  qəbul  etmiş  ssıkkul,  Çu, 
Tyanşan  dağının  ətəklərində  yaşayan  qırğızlar  Qərbi  Sibir 
general-qubernatorluğunun  Semipalatinsk  vilayətinin  Altay 
mahalına daxil edilmişdi.    
Qazaxıstanın böyük hissəsi 1882-ci ilədək Orenburq ge-
neral-qubernatorluğunun  Ural  və  Turqay  vilayətlərinə,  Qərbi 
Sibir  general-qubernatorluğunun  Akmolinsk  və  Semipalatinsk 
downloaded from KitabYurdu.org


 
19
vilayətlərinə daxil idi. 1882-ci ildən isə bütün bu vilayətlər yeni 
təşkil  edilmiş  Step  general-qubernatorluğunun  tərkibinə  daxil 
edildi.  Torpaqları  xeyli  azaldılan  və  Rusiya  asılılığını  qəbul 
edən  Buxara  və  Xivə  xanlıqları  çar  hökuməti  orqanlarının  nə-
zarəti  altında  olan  xan  və  əmir  tərəfindən  əvvəlki  kimi  idarə 
olunurdu. Rusiyaya birləşdirildikdən sonra da Qazaxıstan, Öz-
bəkistan,  Qırğızıstan  və  Türkmənistan  əraziləri  müxtəlif  in-
zibati-siyasi  vahidlər  arasında  parçalanmış  olaraq  qaldılar. 
Lakin  indi  bu  yerləri  yerli  feodallar  deyil,  çar  məmurları 
istədikləri kimi bölmüşdülər. 
1867-ci  il  “Əsasnamə”si  general-qubernatora  böyük 
səlahiyyətlər vermişdi. Bu səlahiyyətlərə qonşu ölkələrlə diplo-
matik  əlaqələr  qurmaq,  əhalidən  alınan  verginin  miqdarını 
müəyyən etmək, rus vətəndaşlığının verilməsi, büdcə üzrə və-
saitin xərclənməsi, yerli əhalidən olan şəxslər üçün ölüm cəzası 
haqqında hökmün təsdiqi və əfv olunması daxil idi.   
Qazaxıstanın  çox  hissəsinin  idarə  olunması  haqqında 
1868-ci  il  və  1891-  ci  ildə  nəşr  edilmiş  “Əsasnamələr”  qazax 
xalqının  həyat  və  məişətində  dəyişiklik  etdi.  ”Əsasnamələr”ə 
görə, sultanlar və nəsli zadəganların nümayəndələri qazaxların 
idarə olunmasında intiyazlarını və rəhbər mövqelərini itirdilər. 
Vilayətlər qəzalara, qəzalar isə volost və aullara  bölündü. Hər 
bir volostda, təxminən 2 minədək ev,aulda isə 120-200 ev var 
idi.  Bu  cür  inzibati  bölgü  köhnə  qəbilə-tayfa  birləşmələrinin 
dağılmasına səbəb olurdu. Vilayət və qəzalarda hökumət idarə-
lərinə və məhkəmələrə rus məmurları başçılıq edirdilər. Volost 
və aula başçılar yerli qazaxların içərisindən seçilirdi. 1868-ci il 
“Əsasnamə”si bütün qazax torpaqlarını dövlət mülkiyyəti elan 
edir  və  bununla  da  qazax  torpaqlarının  müstəmləkəyə  çevril-
məsi  üçün  hüquqi  əsas  yaradırdı.  Orta  Asiya  torpaqlarında 
hərbi rejim tətbiq edildi. Bütün hərbi hakimiyyət tamamilə Tür-
küstan  general-qubernatorununun  əlində  idi.  Vilayətləri  isə 
hərbi  qubernatorlar  idarə  edirdilər.  Orta  Asiyada  bərqərar  ol-
muş hərbi-məmur idarə üsulu uzun müddət davam etdi. Həmin 
downloaded from KitabYurdu.org


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə