Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə32/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   28   29   30   31   32   33   34   35   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

70 


Tostar səhər, nahar, şam və s. yeməklərində desertdən sonra bütün qo-

naqlara şampan şərabı süzülmüşkən deyilə bilər. Bu, masa arxasında oturma 

ilə  olan  qəbullara  aiddir.  Digər  qəbullarda  tostlar  qəbulun  başlanmasından 

10-15 dəqiqədən tez olmayaraq deyilə bilər. Tostdan sonra qədəhə süzülmüş 

bütün şərabı içmək, sadəcə dodaqlarını toxundurmaq və ya bir qədər dadına 

baxmaq olar.  

Ə

gər yerə bıçaq, çəngəl, salfet və ya başqa əşya düşübsə, onları axtar-



maq və yerdən qaldırmaq lazım deyil. Gecənin sonunda bunu ev sahibləri və 

ya restoran və ya qəbulda sizə xidmət göstərən ofisiantlar edəcəklər.  

Çörək götürmək üçün yeməyə fasilə verərkən çəngəl və bıçağı boşqa-

ba xaç şəklində, yeməkdən sonra isə bir-birinə paralel şəkildə, tutacaqları bir 

qədər sola doğru qoymaq lazımdır.  yeməkxana qaşığını da hər zaman boş-

qabda saxlamaq lazımdır.  

Bir çox yeməklər (kotlet, kələm dolması, qayğanaq və s.) üçün bıçaq 

lazım  deyil,  onlar  yalnız  sağ  əldə  tutulan  çəngəllə  yeyilir.  Qarnir  (kartof, 

göbələk, lobya) də bıçaqla çəngəlin üstünə qoyulmaqla yeyilir.  

Ş

orbanı dərin  yeməkxana boşqabından  yeməkxana qaşığı ilə  yeyirlər. 



Bu  zaman  şorba  qaşıqla  sağdan  sola  və  özündən  irəliyə  götürülür.  Qaşıqla 

bir  qədər  şorba  götürdükdən  sonra  qaşığın  dibi  ilə  boşqabın  kənarına 

toxunmaq  lazımdır,  bu  yolla  bütün  damcılar  qaşığın  üstündən  götürülür, 

bundan  sonra  qaşığın  köndələn  hissəsi  ağıza  istiqamətləndirilir.  Kələmi, 

makaronu və şorbanın digər tərkib hissələrinin qaşıqdan düşməmələri üçün 

bıçaqla əvvəlcədən hissələrə bölmək lazımdır.  

Balıq  yeməkləri  xüsusi  bıçaq  və  ya  balıq  bıçağı  vasitəsilə  yeyilir. 

Balığı bıçağın ucu ilə tutaraq çəngəllə hissələrə ayırırlar. Əgər balıq parçala-

nırsa, onda çəngəldən qaşıq kimi istifadə etmək olar. Əgər balıq üçün bıçaq 

verilməyibsə,  iki  çəngəldən  istifadə  etmək  olar:  sağdakından  sümüklərin 

ayrılması,  soldakından  balıq  hissələrini  ağıza  göndərmək  üçün.  Nəhayət, 

ə

gər balıq çəngəli də yoxdursa, adi çəngəldən istifadə olunur, o, sağ əldə tu-



tulur və zəruri olduqca çörək parçası ilə birlikdə balıq yeyilir.  

Sizin boşqaba və ya salfetin üzərinə qoyulmuş çörəyiniz hər zaman sol 

tərəfdə olur. Əgər çörəyin üzərinə yağ çəkmək lazımdırsa, əvvəlcə onun bir 

hissəsi yağlanır, daha sonra pendir, kolbasa, sous əti və s qoyulur. Yağı yağ-

qabından öz bıçağınızla götürün.  Əgər xüsusi bıçaq  yoxdursa, əvvəlcə onu 

öz boşqabınıza qoyun, daha sonra çörək diliminə yağ sürtün. Biskvitlər, tort-

lar,  pirojnalar  desert  qaşığı  ilə  yeyilir.  Dənəvari  və  ya  qatlı  pirojnalar  əllə 

götürülür.  

Dilimlərə  bölünmüş  qarpız  və  yemiş  çəngəl  və  bıçağın  köməkliyi  ilə 

yeyilir. Tumlar çəngəllə boşqaba tökülür. Portağalın əvvəlcə bıçaqla qabığı 

soyulur, sonra o, bıçaqla hissələrə bölünür; dilimlər əllə qopardılır. Alma və 

armud  boşqaba  qoyulur,  meyvə  bıçağı  ilə  kəsilir,  dilimlər  qabıqdan  tə-

mizlənir və çəngəl və ya əllə yeyilir. Tumlu giləmeyvələr (gilas, üzüm və s.) 



Бизнесин тяшкили вя идаря едилмяси 

71 


ə

llə  götürülür, tumlar isə ağızı ovucla örtərək, nəzərə çarpmadan  götürülür 

və boşqaba qoyulur.  

Qaşıqla çay və ya qəhvəni qarışdırdıqdan sonra stəkan və ya fincanda 

saxlamayın, nəlbəkiyə qoyun.  

Masa arxasında siqaret çəkmək olmaz, masa arxasında siqareti  yalnız 

siqaret çəkənlər kampaniyasının toplanması zamanı çəkmək olar.  

ş

güzar  insan  davranış  mədəniyyətinin  ən  mühüm  cəhətlərindən  biri 



olan masa arxasında aşağıdakı ümumi qaydalara riayət etmək lazımdır.  

 Qadınlar əyləşmədikcə və ya ev sahibi, yaxud ev sahibəsi sizi dəvət 



etmədikcə masa arxasında oturmayın; 

 Sizin yanınızda, xüsusilə də sizdən sağda əyləşən qadının sizin tərəf-



dən diqqətə haqqı var. Sizin ona təqdim edilib-edilmədiyinizdən asılı olaraq 

siz onun qayğısına qalmalısınız;  

  nsanları masa arxasında tanış etmək olmaz; 



 Masaya həddən artıq yaxın və ya ondan həddən artıq uzaq əyləşmək 

olmaz; 



 Ev  sahibəsinə  oriyentasiya  edin:  o  sizə  “nuş  olsun”  dedikdə,  bu  o 



deməkdir ki, yeməyə başlamaq olar; 

 Qədəhi  həddən  artıq  yuxarıya  qaldırmayın;  içməzdən  öncə  dodaq-



larınızı kağız salfetlə silin; 

 Əgər  qonşunuzla  danışmaq  istəyirsinizsə,  başqasına  arxanızı  çe-



virməyin; 

 Masa arxasında diş təmizləyicisindən istifadə etməyin; 



 Hər hansı yeməyin sizin xoşunuza gəlmədiyini hiss etdirməyin; yax-

ş

ı olar ki, sadəcə olaraq ondan yeməyəsiniz.  



 

5.4. Sivil biznesmenin xarici görünüşü 

 

ş



güzar  insanın  xarici  görünüşü  uğura  doğru  ilk  addımdır,  çünki  po-

tensial tərəfdaş üçün onun kostyumu etibarlılıq və nüfuzluluq dərəcəsindən 

xəbər verən kod kimi çıxış edir. Səliqəli, zövqlə geyinmiş insan partnyor və 

kolleqaları tərəfindən xeyirxahlıqla qarşılanacaqdır.  

Biznesmenlərdə geyimə münasibətdə müəyyən stereotip formalaşmış-

dır.  stənilən beynəlxalq yarmarka və ya sərgini ziyarət etsəniz görəcəksiniz 

ki,  stendistlərin  əksəriyyəti  qalstuk,  köynək  və  ya  kostyum  rənginin  se-

çimində  oxşar  baxışlara  malikdirlər.  Hazırkı  dövrdə  bir  çox  biznesmenlər 

modelyerlərin  tövsiyələrini  hesaba  alırlar.  Onların  fikrincə,  qarderobun 

təşkilində təməl prinsip geyimin universallığı olmalıdır.  

Köynəklər  də  açıq  tonlarda,  çox  vaxt  ağ  rəngdə  seçilir.  Qalstukun 

rəngi də mühümdür. Belə bir qayda vardır ki, qalstuk köynək və kostyumla 

eyni  tonda,  lakin  daha  açıq  və  ya  daha  tünd,  yaxud  kostyum  və  qalstuk 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə