Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   77   78   79   80   81   82   83   84   ...   163

 
 
 
169 
UOT 632.121+581.14 
 
DÜZLU ŞƏRAİTDƏ ADİ ZƏFƏRANIN (CROCUS SATIVUS L.) 
MORFOGENEZİNİN TƏHLİLİ 
 
S.M.RƏSULOVA 
B.ü.f.d.  
 
Azərbaycan MEA Botanika İnstitutu,AZ1073 Bakı, Badamdar ş.40 
 
Məqalədə  bitkilərdə  stres  yaradan  amillər  (fiziki  və  kimyəvi)  haqda  ədəbiyyat 
məlumatları  və  təcrübələr  əsasında  analiz  edilmiş  əsas  stres  amillərindən  torpağın 
şoranlaşmaya  məruz  qalmasının  təsiri  nəticəsində  bitkilərdə  baş  verən  dəyişikliklərə 
toxunulmuşdur. Ekstremal şəraitdə yaşamağa uyğunlaşmamış birkilərin əhəmiyyəti və onlardan 
müxtəlif proseslərdə istifadənin məqsədəuyğunluğu göstərilmişdir.  
 
Açar sözlər: bitkilər, stres amilləri, tempratur, məhsuldarlıq 
 
 
Dərman  bitkilərinin  bioloji  fəallıq  spektri,  onların  tərkibində  olan  müxtəlif  kimyəvi 
quruluşlu  və  fərqli  qruplara  aid  olan  təsiredici  maddələrdən  asılıdır.  Bu  maddələrin  miqdarı 
dərman bitkilərində müxtəlif nisbətdə ola bilər. Miqdarı daha çox olan maddələrə müvafiq olaraq 
dərman bitkisinin farmakoloji effekti formalaşır və ona uyğun olaraq müalicəvi və ya profilaktik 
məqsədlə istifadə edilir. 
 
Azərbaycanda  yabanı  halda  bitən,  həmçinin  müxtəlif  məqsədlərlə  becərilən  bitkilərin 
fitokimyəvi  tədqiqi,  alınmış  bioloji  fəal  maddələr  əsasında  səmərəli  və  daha  effektiv  dərman 
vasitələrinin  yaradılması  biologiya  elmi  qarşısında  duran  əsas  aktual  məsələlərdəndir.  Bu 
cəhətdən  biz  öz  tədqiqatmızda  Azərbaycan  florasında  süsən  fəsiləsinə  aid  olan  adi  əkin 
zəfəranının  xlorid  duzluğu  şəraitində  azotlu  maddələrin  dəyişməsinə  görə  təhlilini  qarşımıza 
məqsəd qoymuşuq.  
 
Zəfəran  bitkisinin    respublikamızda  yabanı  halda  5  növü  var  və  əksər  növləri  erkən 
çiçəkləyən bitkilərə aiddir.  
1.
 
C. Caspicus  F.Et, M.Ex hohenacker – Xəzər zəfəranı 
2.
 
C.Adami - Gay in Ferus – Adam zəfəranı 
3.
 
C. Artvinensis (İ.Philipp). A.Gross – Artvin zəfəranı 
4.
 
4. C. Speciosus Biel – Gözəl zəfəran 
5.
 
C.polyajnthus A.Grossh – Çoxçiçəkli zəfəran 
Bu cinsin adi zəfəran (Crocus sativus L.) növü Abşeronda geniş becərilir  [2;3]. 
Aparılan tədqiqatlardan məlum oldu ki, morfokenezin əsas göstəricisi bitkidə yay və qış 
istirahətinin  olmamasıdır.  Yerüstü  hissələrin  yarpaqların  qurumasından  sonra,  boy 
tumurcuğunda çiçək zoğunun və generativ elementlərin aktiv formalaşması prosesi gedir.  
 
Bitkilərin  inkişaf  qanunauyğunluqlarının  hər  hansı  mühit  şəraitində  müəy- 
yənləşdirilməsinin, növün, morfokenezin tədqiqinin böyük əhəmiyyəti vardır.  
 
Eyni zamanda, bu sistematika üçün də maraq doğurur, yəni çiçəyin əlamətləri ilə 
yanaşı  digər  mühüm  xüsusiyyətlərdə  (soğanaqlı  yumruların  quruluş  tipi,  yarpaqların 
anatomik quruluşu və s.) istifadə edilə bilər.  
 
Bununla əlaqədar olaraq, adi zəfəranın morfogenezinin xlorid duzluğun təsirindən 
bitkidə vegetativ və qenerativ orqanlarda baş verən dəyişkənliyin öyrənilməsini qarşımıza 
məqsəd  qoymuşuq.  Bu  bitki  çiçəkdə  olan  dişicik  tellərinə  görə  becərilir.  Zəfəranı 
qiymətli  edən  dsişicik  telləri  payızda  tədarük  edilir.  Təcrübələrimizdə  morfoloji  təhlil 
aparmaq üçün, əkindən qabaq orta diametri 2.7 sm, hündürlüyü 1,8 sm, ağırlığı 7 q olan 
iri  soğanaqlar  seçilmişdir.  Təcrübələr  Botanika  İnstitutunun  Eksperimental  Botanika 


 
 
 
170 
şöbəsinin  Duzadavamlılıq  laboratoriyasının  təcrübə  sahəsində  əvvəlcədən  hazırlanmış, 
xüsusi ləklərdə əkilmişdir. 
 
Adi  zəfəranın  inkişafı  aaşağıdakı  qaydada  gedir.  Vegetasiyanın  sonunda,  yəni 
mayın  ortalarında  bitkinin  yerüstü  hissəsi,  yarpaqları  quruyur.  Hər  il  ana  soğanaqlar  öz 
ömrünü başa vurur. Onun yerini isə 3-12 ədəd bala soğanaqlar əvəz edir. Yeraltı inkişaf 
dövründə  soğanaqlı  yumrular,  yarpaq  və  çiçək  tumurcuqları  formalaşır,  onlar  inkişaf 
edərək  torpaqda  yerin  üstünə  doğru  boy  atırlar.  Adi  zəfəranın  soğanaqlı  yumrularının 
formalaşması  aprelin ikinci  yarısından,  sentyabrın  ikinci  yarısına  qədər  davam  edir.  Bu 
mərhələdə,  ontokenezin  –  inkişaf  mərhələsində  bitkiyə  NaCl-la  %-lərlə  təsir  etdikdə 
(yatmış) zəif tumurcuqlar aktivləşir və çiçəkləməyə başlayır. Adi halda hər normal çəkili 
soğanda 1-2 gül açırdısa, zəif duzlu mühitdə isə 3 gül – hətta 4 gül açan da olur.  
 
Aparılan  müşahidələrə  görə  çiçəkləmənin  başlanmasına  yarım  ay  qalmış 
soğanaqlı  yumrularda  çiçəkyanlığının  hissələri,  tozluqlar  və  meyvə  yarpağının  əsas 
hissələri  tam  formalaşır.  Erkəkcik  və  dişicik  inkişafına  görə  meyvə  yarpaqcıqlarını 
ötürlər [3;4]. 
 
Ağızcığın  böyüməsi  eyni  vaxtda  getmir.  Bu  orqanların  çiçək  oxunda  spiralvarı 
yerləşməsi ilə əsaslandırılır. Bir müddətdən sonra torpaq səthində qönçələrin görünməsi 
müşahidə  edilir.  Bu  hava  şəraitindən  çox  asılı  olur.  Havalar  yağmurlu  keçən  vaxt 
qönçələmə  oktyabrın  əvvəllərində  müşahidə  olunur.  Çiçəkləmədən  3-5  gün  sonra 
yarpaqlar formalaşmağa başlayır. Yarpaqlar öz inkişaflarını bütün vegetasiya müddətində 
davam etdirirlər. Yarpaqlar sap və iynəvari olub 2-3 mm enində, 20-25 sm uzunluğunda 
olmaqla azacıq yerə doğru əyilirlər. Çiçəkləmə vaxtı qönçədə olan ləçəklər səhərlər bağlı 
olub,  gün  çıxanda  isə  açılırlar.  Bu  vaxt  dişicik  teli  tam  aydınlığı  ilə  görünür.  Eyni 
zamanda  erkəkcikdən  0,5-1,2  sm  uzun  olur.  Bu  dövr  zəfəran  üçün  ən  qiymətli  hesab 
edilir.  Cəmi  2-3  gün  müddətində  çiçəyi  toplayıb  dişicik  telləreindən  təmizləmədikdə 
onlar  xarab  olur.  Ona  görə  bu  müddətdən  bütün  təsərrüfatlar  və  zəfəran  həvəskarları 
istifadə etməlidirlər.  Çiçəkləmədən  sonra  yarpağın  əsasında  illik  zoğda  intensiv  surətdə 
ehtiyat qida maddələri toplanır və bala soğanaq tumurcuğunun formalaşması başlayır. Bu 
çiçəkləmənin sonunda vegetasiya qurtarana qədər (noyabr- may) davam edir. 
  Yarpaq olduqca çox plastik orqandır. O bitki ilə mühit arasında qarşılıqlı münasibət 
nəticəsində  daim  dəyişir.  Ekoloji  amillər  yarpağın  quruluşuna  və  fizioloji  prosesinə 
böyük  təsir  göstərir.  Aparılan  tədqiqatlar  göstərir  ki,  zəfəranın  yarpağı  özünəməxsus 
quruluşa  məxsusdur.  Yarpağın  əsas  kütləsini  parenxim  toxuma  təşkil  edir.  Yarpaq  hər 
tərəfdən  örtücü  toxuma  epidermis  ilə  örtülür.  Yarpağın  lətli  hissəsində  -  mezofildə 
ötürücü  topalar  və  mexaniki  toxuma  yerləşir.  Yarpağın  hər  iki  tərəfində  hava  boşluğu 
olur. Hava boşluğları tək hüceyrəli tükcüklər ilə əhatə olunur. 
 
Bu  hava  boşluqlarının  ətrafı  hərəkət  edən  hüceyrələrdən  təşkil  olunur.  Bu 
hüceyrələr bərk əsən küləklərdən yarpağı qırılmadan qoruyur. 
 
Adi  əkin  zəfəranının  inkişaf    ritminin  tədqiqi  göstərir  ki,  morfogenezin  əsas 
göstəricisi bitkidə yay və qış istirahətinin olmamasıdır [5; 6]. 
 
Vegetativ orqanların qurumasından sonra, inkişaf tumurcuğunda çiçək zoğunun və 
generativ  elementlərin  formalaşması  prosesi  gedir.  Beləliklə,  duzun  təsiri  ilə  zəfəran 
bitkisinin morfoloji göstəricilərinin dəyişməsi öyrənilmişdir [7;8].  
Torpağım şoranlaşmaya məruz qalması həmin torpaqlarda əkilən bitkilərin normal 
böyümə  və  inkişafına,  həmçinin  məhsuldarlığına  təsir  göstərən  amillərdən  biridir.  Belə 
ki, şoran torpaqlarda osmos təsiri nəticəsində torpaq məhlulunda olan su güclü osmotik 
qüvvə ilə saxlandıqdan bitkilərin su udması xeyli çətinləşir.  
 
Bitkilərin  duzadamlılığının  hərtərəfli  və  dərindən  tədqiq  olunmasının  böyük 
nəzəri  və  praktiki  əhəmiyyəti  hər  şeydən  əvvəl  onunla  əlaqədardır  ki,  dünyanın  əksər 
ölkələrində,  o  cümlədən  respublikamızın  ərazisindəki  əkin  sahələrinin  bu  və  ya  digər 
dərəcədə şoranlaşmış vəziyyətdə olmasıdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə