Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   73   74   75   76   77   78   79   80   ...   163

 
 
 
160 
artır.  Şaquli  yarpaqlara  malik  sortlar  günəş  şüalarından  daha  səmərəli  istifadə  edirlər  [9].  Fotosintez 
bitkilərin ümumi məhsuldarlığının formalaşmasına təsir edən əsas fizioloji proseslərdən biridir.  
Tədqiqatlar  Azərbaycan  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunun  Abşeron  yarımadasında  yerləşən 
Yardımçı Təcrübə təssərrüfatının əkin sahələrində aparılmışdır. 
Fotosintez  prosesinin  və  bitki  məhsuldarlığının  əsasını  təşkil  edən  CO
2
  assimilyasiyasının 
intensivliyi  bir  çox  tədqiqatçılar  tərəfindən  öyrənilmişdir  [10-12].  Ədəbiyyat  məlumatlarında  qeyd 
edildiyi kimi buğda bitkisində CO
2
 mənimsənilməsinin 50%-i yarpaqların, 50%-i isə digər orqanların 
payına  düşür.  Vegetasiyanın  sonuna  yaxın  isə  bu  göstərici  yarpaqlarda  30%-ə  qədər  azalaraq  qalan 
payı digər orqanlara verir [13].  
Fotosintezin intensivliyini təyin etmək üçün URAS-2T infraqırmızı qaz analizatorundan istıfadə 
edilmişdir. 
Tədqiqat işində müxtəlif arxitektonikaya malik buğda genotiplərinin ontogenezdə müxtəlif yarus 
yarpaqlarında fotosintezin intensivliyinin vegetasiya ərzində dinamikası müəyyən edilmiş və nəticələr 
cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi ölçmələr VI, VII, VIII yarus yarpaqlarda sünbülləmə, 
çiçəkləmə,  dənin  formalaşması,  süd  və  mum  yetişkənliyi  fazalarında  aparılmışdır.  Müxtəlif  yarus 
yarpaqlarda  fotosintez  intensivliyinin  dəyişməsinin  tədqiqi  göstərmişdir  ki,  bütün  sortlarda  VI  yarus 
yarpaqlarda  bu  göstəricinin  maksimal  qiyməti  sünbülləmə  fazasına  təsadüf  etmiş  və  çiçəkləmə 
fazasından başlayaraq azalmışdır. Tədqiq edilən sortlar arasında sünbülləmə fazasında bu göstəriciyə 
görə maksimum qiymət şaquli yarpaqlara malik Əzəmətli 95 (12,2 mq CO
2
/dm
2
·saat) və Tale 38 (12,1 
mq CO
2
/dm
2
·saat) sortlarında olmuş və çiçəkləmə, dənin formalahması süd yetişkənliyi fazalarında da 
bu  sortlar  öz  üstünlüklərini  saxlamışlar.  Digər  şaquli  yarpaqlı  sortlarda,  yəni  beynəlxalq  seleksiya 
mərkəzlərindən alınmış pitomniklərdən seçılmiş 2
nd 
FAWWON № 97 və gec sünbülləyən Qırmızı gül1 
sortlarının  VI  yarus  yarpaqlarında  bu  göstərici  uyğun  olaraq  11.87  və  11.3  mq  CO
2
/dm
2
.  saat 
olmuşdur.  Üfüqi  yarpaqlı  tez  sünbülləyən  Qiymətli  2/17  və  beynəlxalq  seleksiya  mərkəzlərindən 
alınmış  pitomniklərdən  seçılmiş  4
th
  FEFWSN  №50  sortlarında  isə  bu  göstərici  uyğun  olaraq  10,7 
və11,3  mq  CO
2
/dm
2
·saat  olmuşdur.  Tədqiq  edilən  sortların  VI  yarus  yarpaqlarda  sünbülləmə  və  süd 
yetişkənliyi  fazalarında  fotosintezin  intensivliyinin  azalması  68,9-81,3%  intervalında  olmuşdur. 
Fotosintezin  intensivliyinin  bu  fazalar  arasının  ən  aşağı  qiyməti  Əzəmətli-95  və  Tale-38  sortlarında, 
uyğun  olaraq  68,9  və  74,4  %  təşkil  etmişdir.  Digər  yarus  yarpaqlarla  müqayisədə  isə  VI  yarus 
yarpaqlarda bu göstərici nəzərə çarpacaq dərəcədə aşağı olmuşdur ki, bu da VI  yarus  yarpaqların öz 
fəaliyyətini daha tez başa vurması ilə əlaqədardır.  
Bütün tədqiq edilən sortlarda VII və VIII yarus yarpaqlarda fotosintez intensivliyin qiyməti bir-
birinə yaxın olmuş, lakin VIII yarus yarpaqlarda bu göstərici bütün fazalarda üstünlük təşkil etmişdir. 
Bütün sortlarda VII və VIII yarus yarpaqlar arasındakı bu göstəriciyə görə fərq sünbülləmə fazasında 
2,50-9,90,  çiçəkləmədə  8,80-12,8%,  dənin  formalaşmasında  8,60-18,3%,  süd  yetişkənliyində  3,6-
19,43%,  mum  yetişkənliyinidə  isə  26,8-32,3%  intervalında  olmuşdur.  Vegetasiya  dövrünün  sonuna 
doğru,  mum  yetişkənliyi  fazasında  VII  və  VIII  yarus  yarpaqlar  arasındakı  fərqin  böyük  olması  VII 
yarus yarpaqların bu dövrdə qismən saralması ilə əlaqədardır.  
VII yarus yarpaqlarda fotosintezin intensivliyi vegetasiya ərzində şaquli yarpaqlı tez sünbülləyən 
Əzəmətli  95  sortunda  digər  sortlarla  müqayisədə  daha  yüksək  olmuşdur.  Bu  göstərici  sünbülləmə 
fazasında digər tədqiq edilən sortlarda 20,2-23,2 mqCO
2
/dm
2
•saat intervalında dəyişmişdir. Çiçəkləmə 
fazasında  fotosintezin  intensivliyinin  qiyməti  bütün  sortlarda  digər  fazalarla  müqayisədə  maksimal 
olmuş və ən yüksək göstərici Əzəmətli 95 sortunda 24,6 mqCO
2
/dm
2
•saat və  tez sünbülləyən üfüqü 
yarpaqlı Qiymətli 2/17, şaquli yarpalı 2
nd
 FAWWON №97 və Tale 38 sortlarının  hər birində isə 23,8 
mqCO
2
/dm
2
•saat təşkil etmişdir. Çiçəkləmə fazasında VII yarus yarpağın fotosintez intensivliyinə görə 
ən  aşağı  göstərici  üfüqü  yarpaqlı  4
th
  FEFWSN  №50  sortunda  olmuş  və  20,8  mqCO
2
/dm
2
•saat  təşkil 
etmişdir ki, bu da Əzəmətli 95 sortu ilə müqayisədə 15,5% aşağı olmuşdur. Tədqiq olunan sortlarda 
sünbülləmə  və  çiçəkləmə  fazalarında  fotosintezin  intensivliyinə  görə  fərq  0,45-3,40%  intervalında 
dəyişmişdir. Ən yüksək artım şaquli yarpaqlı Tale 38 sortunda olmuş və 3,4% təşkil etmişdir. Dənin 
formalaşması fazasında  isə bu göstərici butun sortlarda azalmış və bu azalma 2,20-9,70% intervalında 
olmuşdur. Ən çox azalma tez sünbülləyən üfüqi yarpaqlı Qiymətli 2/17 sortunda 9,70%, ən az isə gec 
sünbülləyən  şaquli  yarpalı  Qırmızı  gül  1  sortunda  2,20%  olmuşdur.  Bütün  sortlarda  fotosintezin 


 
 
 
161 
intensivliyinin  azalması  çiçəkləmə  fazasından  sonra  vegetasiyanın  sonuna  doğru,  mum  yetişkənliyi 
fazasına  qədər  davam  etmişdir.    Bu  göstərici  dənin  formalaşması  və  süd  yetişkənliyi  fazalarında 
tədricən,  mum  yetişkənliyi  fazasında  isə  daha  kəskin  azalmışdır.  Belə  ki,  süd  və  mum  yetişkənliyi 
fazalarında  fotosintezin  intensivliyinin  qiymətindəki  fərq  VII  yarus  yarpaqlarda  45,1-59,0% 
intervalında olmuşdur.   
VIII yarus yarpaqlarda da fotosintezin intensivliyi vegetasiya ərzində tez sünbülləyən Əzəmətli 
95 sortunda daha  yüksək olmuş,  sünbülləmə fazasında 25,8 mqCO
2
/dm
2
•saat təşkil etmiş, çiçəkləmə 
fazasında  maksimuma  (28,1  mqCO
2
/dm
2
•saat)  çatmış,  vegetasiyanın  sonrakı  mərhələlərində  isə  bu 
göstərici  azalmış  və  mum  yetişkənliyi  fazasında  5,9  mqCO
2
/dm
2
•saat  təşkil  etmişdir.  Bütün  tədqiq 
edilən  sortlarda  VIII  yarus  yarpaqlarda  fotosintetin  intensivliyinə  görə  maksimal  qiymət  VII  yarus 
yarpaqlarda  olduğu  kimi  çiçəkləmə  fazasına  təsadüf  etmişdir.  Sünbülləmə  və  çiçəkləmə  fazalarında 
fotosintezin  intensivliyinə  görə  fərq  Əzəmətli  95  sortunda  8,19%,  digər  yüksək  fotosintez 
intensivliyinə  malik  Tale  38  (27,3  mqCO
2
/dm
2
•saat)  və  Qiymətli  2/17  (27,2  mqCO
2
/dm
2
•saat) 
sortlarında isə  uyğun  olaraq  7,30  və  7,00%  təşkil  etmişdir.  Digər  tədqiq  edilən  sortlarda isə  bu  fərq 
2,64-9,20% intervalında olmuşdur. Vegetasiya ərzində VIII yarus yarpaqlarda fotosintezin intensivliyi 
üfüqü  yarpaqlı  4
th
  FEFWSN  №50  sortunda  digər  tədqiq  edilən  sortlarla  müqayisədə  aşağı  olmuş  və 
sünbülləmə  fazasında  22,2  mqCO
2
/dm
2
•saat,  çiçəkləmə  fazasında  2,64%  artaraq  22,8 
mqCO
2
/dm
2
•saat,  vegetasiyanın  sonuna  doğru  mum  yetişkənliyi  fazasında  azalaraq  11,8  mq  CO
2

dm
2
•saat təşkil etmişdir.  
Dənin  formalaşması  fazasında  fotosintezin  intensivliyi  bütün  tədqiq  edilən  sortlarda  çiçəkləmə 
fazası  ilə  müqayisədə  1,84-3,82%,  süd  yetişkənliyi  fazasında  dənin  formalaşması  fazası    ilə 
müqayisədə 5,16-20,9%, mum  yetişkənliyi fazasında isə süd yetişkənliyi fazası ilə müqayisədə 36,8-
45,5%  intervalında  azalmışdır.  Mum  yetişkənliyi  fazasında  VIII  yarus  yarpaqlarda  fotosintezin 
intensivliyi şaquli yarpaqlı sortlarda daha çox, 12,3-13,5 mqCO
2
/dm
2
•saat intervalında, üfüqü yarpaqlı 
sortlarda isə 11,8 və 12,0 mqCO
2
/dm
2
•saat olmuşdur.  
Beləliklə,  müxtəlif  arxitektonikaya  malik  buğda  genotipləri  üzərində  aparılan  tədqiqatlar 
nəticəsində  müəyyən  olundu  ki,  üfüqi  yönəlmiş  yarpaqlara  malik  əkinlərdə  FFŞ  əkin  daxilinə  az 
keçdiyindən  aşağı  yarus  yarpaqlarda    fotosintezin  intensivliyi  zəifləyir.  Yuxarı  yarus  yarpaqlar  isə 
günəşin zərərli təsirinə məruz qalaraq nəticədə daha tez  fotosintez fəaliyyətini zəiflədir ki, bu da son 
nəticədə  məhsuldarlığın  aşağı  düşməsinə  səbəb  olur.  Şaquli  yarpaqlara  malik  sortlarda  isə  FFŞ  əkin 
daxilinə nisbətən  çox  keçdiyindən aşağı yarus yarpaqlar daha uzun müddət fəal qalır.  
Şaquli  yarpaqlı  tez  sünbülləyən  Əzəmətli  -95  sortunda  fotosintezin  intensivliyi  vegetasiya 
ərzində digər tədqiq edilən sortlarla müqayisədə yüksək olmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə