165
pozğunluqlardır. Ədəbiyyatdan məlumdur ki, susuzluq zamanı xlorofillogendən xlorofilin
çevrilməsi prosesi tormozlanır. Müxtəlif dərəcəli su təminatında xloroplastların quruluşunda baş
verən dəyişiklik, sözsuz ki, xlorofilin toplanmasına təsir göstərir. Ətraf mühitin qeyri-əlverişli
şəraitində xlorofilin miqdarının azalması ekoloji şəraitin pisləşməsinin göstəricisidir. Alma
bitkisi ilə aparılan tədqiqatlarla göstərilmişdir ki, quraqlıq şəraitində becərilmiş bitkinin
yarpaqlarında yaşıl piqmentlər (xlorofil “a” və “b”) az miqdarda olmuşdur. Digər müəlliflərin
fikrincə isə, zəif rütubət şəraitində yaşıl piqmentlərin miqdarının müəyyən həddə qədər artımı
müşahidə edilmişdir. V.D.Zelepuxinə görə ekstremal şəraitdə bitki yarpaqlarında xlorofolin
miqdarının artması “tormozlanmanın qoruyucu fazası” kimi izah edilir [2]. Bu dövrdə hüceyrə
strukturlarının, o cümlədən xlorofilin, intensiv təzələnməsi prosesi baş verir. Zəif quraqlığın
təsirindən və ya quraqlığa uyğunlaşmış bitkilərdə bu zaman xlorofilin artımı müşahidə edilir.
Həmçinin məlumdur ki, quraqlığa davamlı bitkilərin yarpaqlarında xlorofilin möhkəm birləşmiş
formasının miqdarı çox olur və o quraqlığın təsirindən az dəyişir. Hesab edilir ki, yarpaqda
xlorofilin ümumi miqdarının artımı, bitkilərin susuzluğa uyğunlaşma reaksiyasıdır. Bu quraqlığa
davamlı bitkilərin piqment sisteminin, davamsız sortlara nisbətən, az dəyişkənliyi ilə xarakterizə
edilir.
Azərbaycanın müxtəlif ekoloji bölgələrindən əldə edilmiş üzümün 15 sorrt və yabanı
nümunələrinin quraqlığa adaptiv potensialı öyrənilmişdir. Quraqlıq stresinə davamlılıq ilə
xlorofilin miqdarı arasındakı əlaqəni öyrənmək məqsədilə tarla təcrübələrindən vegetasiyanın
çiçəkləmə fazasında yarpaq nümunələri götürülərək laboratoriya şəraitində onlara quraqlıq stresi
verilmişdir. Həmin yarpaqlardan kiçik dairəciklər kəsilərək iki hissəyə ayrılmış, hər təcrübə
variantından sınaq şüşələrinə 5 dairəcik yerləşdirilmişdir. Birinci hissəyə nəzarət variantı
olmaqla su, digərinə isə 30 atm. təzyiqli saxaroza məhlulu əlavə edilərək 24
saat saxlanılmışdır.
Sonra dairəciklər məhlullardan çıxarılaraq filtr kağızı ilə qurudulmuş və 10 ml-lik sınaq
şüşələrinə keçirilərək üzərinə spirt əlavə edilmiş və 5-6 gün müddətində qaranlıqda (dairəciklər
tam ağarana qədər) saxlanılmışdır. Stresin təsirindən yarpaqlarda xlorofil (a+b) miqdarında baş
verən dəyişmələri öyrənmək üçün spektrofotometrdə 649 və 665 nm dalğa uzunluqlarında
ölçülərək, stres depresiya dərəcələri təyin edilmişdir [3].
Öyrənilən nümunələrin quraqlıq və duzluluq stresinin təsirindən yarpaqlarda xlorofil
(a+b)-nin miqdarında, nisbətində baş verən dəyişmələr və stres depresiya dərəcələri cədvəldə
əks olunmuşdur.
Tədqiq edilən üzüm nümunələrindən 4 sortun (Ağ şanı, Ağ kişmiş,Tozlayıcı, Qırmızı
kişmiş) - quraqlığa yüksək davamlı olması müəyyən edilmişdir. Belə ki, həmin nümunələrdə
quraqlığın təsirindən xlorofilin ümumi miqdarında baş verən dəyişkənlik 150,1%-lə 119,2%
arasında aşkarlanmışdır. Təbrizi, Hafizəli, Misqalı, Bayanşirə, Şamaxı mərəndisi, Naxçıvan sarı
kişmişi, Quş ürəyi sortları stresə davamlı kimi qiymətləndirilmişlər. Kolleksiya №-si 71, 78, 43,
74, 34, 10, 17 olan yabanı üzümlərin-quraqlıq stresinə yüksək davamlı olduqları müəyyən
edilmişdir.
Xlortofilin ümumi miqdarı həm müxtəlif taksonomik qrup bitkilərdə, həm də eyni
bitkidə, müxtəlif daxili və xarici faktorlardan asılı olaraq müxtəlifdir. Burada həmçinin bitkinin
dəyişən ətraf mühitin qeyri əlverişli amillərinə müxtəlif həssaslığını da nəzərə almaq lazımdır.
Üzüm nümunələrinin quraqlığa davamlılığının fizioloji parametr əsasında
qiymətləndirilməsi
Cədvəl 1
№
Sortların adı
Vahid yarpaq sahəsində xlorofilin miqdarı
mkq-la
Xlorofil a+b
Quraqlığın
təsirindən
xlorofilin
miqdarının
dəyişilməsi, %-lə
Xlorofilin stres
depresiya
dərəcəsi ,%- lə
Nəzarət
saxaroza
166
1
2
3
4
5
6
1.
Ağ kişmiş
1,38488
1,6717
120,7
0
2.
Tozlayıcı
2,52476
3,22141
127,5
0
3.
Qırmızı kişmiş
2,62961
3,1369
119,2
0
4.
Təbrizi
1,7645
1,88194
107
0
5.
Misqalı
1,66996
1,7645
101,4
0
6.
Naxçıvan sarı kişmişi
1,9562
1,91656
98,0
2,0
7.
Hafizəli
1,74214
1,77312
101,7
0
8.
Bayanşirə
1,41102
1,43731
102
0
9.
Şamaxı mərəndisi
1,9257
1,82985
95,0
5,0
10.
Sarıgilə
2,07209
1,92091
92,7
7,3
11
Quş ürəyi
2,0307
2,1617
106,5
0
12
Qızıl üzüm
2,75262
2,40104
87,22
12,78
13
Ağ şanı
1,19507
1,79325
150,1
0
14.
Mədrəsə sortu
2,78224
2,145
77,1
22,9
15.
Qara şanı
1,80546
1,31141
77
23
Yabanı üzümlər
1.
№ 71
1,931
2,000
104
0
2.
17 № 78
2,08211
2,32014
111,4
0
3
№ 74
2,77
2,97
107,3
0
4.
3 № 34
1,811
1,8839
104,0
0
5.
18 № 13
2,92951
2,98014
101,7
0
6.
25 № 43
2,68
2,9452
110
0
7.
10 № 79
2,84935
2,8134
99
1
8.
29 № 10
3,04975
3,4593
113,4
0
9.
27 № 80
3,16
2,81
89
11
10.
1 № 4
2,57
2,136
83,1
16,9
11. 26 № 9
3,25
3,0825
95,0
5,0
12. № 72
2,25682
2,289
101,4
0
13. 12 № 90
2,46
2,46
100
0
14. 5 № 32
1,30
1,24
96
4
15. 16 № 17
2,56
2,7368
106,7
0
16. 31 № 13
2,9413
2,993
102
0
17. № 87
2,17
1,86
92,7
7,3
Dostları ilə paylaş: |