Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə11/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   7   8   9   10   11   12   13   14   ...   164

UOT633.11+ 633.14 +2409.01 
 
QİBBERELLİNİN UZUN MÜDDƏT GEQNBANKDA SAXLANILAN 
TRİTİCOSEKALE NÜMUNƏLƏRİNƏ  TƏSİRİ 
C.N.NAĞIYEVA  
AMEA  Genetik Ehtiyatlar İnstitutu,  Azadlıq prospekti 155, Bakı 
 
Açar  sözlər:  monitorinq,  genetik  tamlıq  tuxumların  cücərməsi,  boy  tənzimləyiciləri, 
xromosom aberrasiyaları, proliferativ fəallıq 
Ключевые  слова:  мониторинг,  генетическая  целостность,  всхожесть  семян, 
регуляторы роста, аберрации хромосом, пролиферативная активность 
Key  words:  monitoring,  genetic  integrity,  seed  germination,  growth  regulators, 
chromosome aberrations,proliferous activity. 
 
Uzun  müddət  genbank  şəraitində  saxlanilan  triticosecale    nümünələrinin  monitorinqi 
aparılmışdır. Onların cücərmə qabiliyyəti və xromosom aberrasiyalarının tezliyi yoxlanılmışdır. 
Məlum  olmuşdur  ki,  32  nümunədə  cücərmə  qabiliyyəti  normadan  aşağı  düşmüş,  xromosom 
aberrasiyalarının  əmsalı  artmışdır.  Toxumların  genetik  tamlığının  bərpa  edilməsinin  başqa 
yollarını axtarıb tapmaq məqsədi ilə, boy tənzimləyicisi hibberellin vasitəsi ilə, həyatiliyi düşmüş 
toxumları bərpa etməyə cəhd edilmişdir.    
 
 
 
Hər  il  mütəmadi  olaraq  genbankda  monitorinq  aparılır.  Təsadüfi  seçim  yolu  ilə  birinci 
növbədə  nümünələrin  cücərmə  qabiliyyəti  yoxlanılır.  Cücərmə  faizi  qəbul  olunmuş  normadan 
aşağıdırsa,  həmin  nümunələr  bərpa  üçün  müvafiq  laboratoriyalara  regenerasiya  üçün  təhvil 
verilir.  Bu  il    də  genbankda  uzun  müddət  saxlanılan  triticosecale    nümünələrinin  monitoringi 
aparılmış, onların cücərmə faizi və xromosom aberrasiyaları yoxlanılmışdır. Məlum olmuşdur ki
32  nümunədə  cücərmə  qabiliyyəti  normadan  aşağı  düşmüşdür.  Toxumların  genetik  tamlığının 
bərpa  edilməsinin  başqa  yollarını  axtarıb  tapmaq  məqsədi  ilə,  antioksidant    xassələri  ilə 
ədəbiyyatlarda  geniş  yer  tutmuş  boy  tənzimləyicilərindən  istifadə  edilmişdir.  Triticosecale 
toxumlarının 3 nümünəsi üzərində tədqiqat aparılmışdir.  
Boy tənzimləyicilərinin sitogenetik fəallıqları  haqqında ədəbiyyatlarda bir çox məlumatlar 
mövcuddur [1, 2, 3, 4, 5, 6, 7, 9].  Boy tənzimləyicilərinin antioksidant  xassələri haqqında çoxlu 
məlumat  olduğundan,  onların  nümayəndəsi  olan  hibberellindən  istifadə  edərək    uzun  müddət 
genbank  şəraitində  saxlanılan  toxum  nümunələrində  baş  verən  dəyişilikləri  aradan  qaldırmağa 
cəhd  edilmişdir  [8].  Bunun  üçün    monitorinq  zamanı  ayrılmış  üç  Triticosecale  nümunəsindən 
(Trse.16,  Trse.  18,  Trse.30)  istifadə  edilmişdir.  Monitorinq  zamanı  məlum  olmuşdur  ki,  bu 
nümunələrin  cucərmə  qabiliyyəti  müvafiq  olaraq    68%,  60%,  70%-ə  düşmüşdür.  Onların 
xromosom  aberrasiyalarının  tezliyi  də  artmış  və  8,77%,  9,33%,  7,8%  təşkil  etmişdir.  Bu 
göstəricilər də nəzarət variantından 3 dəfədən artıqdır. 
Hər nümunədən 100 dən ayrılıb, Petri kasalarında filtr kağızı üzərində hibberellinin 1.10
-2 
mkq/ml məhlulunda  fiksə edilənə qədər  25ºC- də cücərdilmişdir.   Cücərmiş kökcüklər,  9-12 
mm uzunluğunda buzlu sirkə tuşusunda fiksə edilmişdir. Bir sutkadan sonra  kökcüklər  Karnua 
məhluluna  (3:1)  –  (3  hissə    96%  spirt,  1hissə  buzlu  sirkə  turşusu),  köçürülmüşdür.  Kökcüklər 
karmin    məhlulu    ilə  boyanılıb,  onların  apikal  kök  meristemlərindən    müvəqqəti  preparatlar 
hazırlanmışdır.  Müvəqqəti  preparatlara  mikposkop  altında  baxaraq,    normal    və  dəyişilmiş 
hüceyrələrin  hesabı  aparılmışdır.  Riyazi  hesablamalar  gəbul  edilmiş  standart  metodla  aparılır 
[10]. 
Tədqiqatın  nəticələri  cədvəl  1-də  verilmişdir.  Cədvəldən  göründüyü  kimi,  toxumların, 
genbank şəraitində saxlanılması nəticəsində, onların cücərmə qabiliyyəti zəifləmişdir: Trse-16-da 
ilkin  cücərmə  faizi  98%,  Trse-18-də  96%,  Trse-30-da  100%  olmuşdur.  Xromosom 
aberrasiyalarının tezliyi nümunələrin üçündə də 3 dəfədən çox artmışdır. 


Uzun müddət genbank şəraitində saxlanılan Triticosecale nümunələrinin cücərmə 
qabiliyyəti və xromosom aberrasiyalarının  tezliyi və mitotik fəallığı 
                                                                                                        Cədvəl 1.                                                                                                                                
s/s 
 
Nümunələr 
  
Anaf. 
ümumi 
sayı. 
Dəyişilmiş anafazalar 
Cücərmə 

Mitotik 
fəallıq 
sayı 
M   ±  m    % 

Trse-16 
969 
85 
8,77  ± 0,91 
68   ± 4,66 
11,03 ±0,57 

Trse-18 
1028 
96 
9,33  ± 0,91 
60   ± 4,89 
10,03 ±0,55 

Trse-30 
974 
76 
 7,8    ± 0,85 
70   ± 4,58 
12,93 ±0,61 
Bu  nümunələrin  proliferativ  fəallığı  da  zəifləmişdir.  Belə  ki,  müvafiq  olaraq  onların 
hüceyrə bölünmələrinin  fəallığı 6,5,7%  aşaqı düşmüşdür. Toxumlar  hibberellinin 1.10
-2
mkq/ml 
məhlulu  ilə  emal  edildikdən  sonra,  yenidən  onların  cücərmə  qabiliyyəti  və  xromosom 
aberrasiyaları tədqiq edildi, alınmış nəticələr cədvəl  2-də verilmişdir.     
Uzun müddət genbank şəraitində saxlanılan Triticosecale nümunələrinin hibberellinlə 
emal edildikdən sonra cücərmə qabiliyyəti və xromosom aberrasiyalarının tezliyi və 
mitotik fəallığı 
                                                                                                            Cədvəl 2.                                                                                                                           
s/s 
 
Nümunələr 
  
Anaf. 
ümumi 
sayı. 
Dəyişilmiş anafazalar 
Cücərmə 

Mitotik 
fəallıq 
sayı 
M   ±  m    % 

Trse-16 
865 
20 
2,31 ±  0,51 
96  ± 1,95 
16,23± 0,67 

Trse-18 
835 
32 
3,83 ±  0,66 
94  ± 2,37 
15,6 ± 0,66 

Trse-30 
874 
25 
2,28 ±  0,56 
98  ± 1,4 
18,1 ± 0,66 
Alınmış  nəticələrə  əsasən  göstəricilərin  kəskin  dəyişilməsi  aydın  görünür.  Xromosom 
aberrasiyalarının tezliyı bütün  variantlarda Styudentin  0,1%  kriterisi ilə əhəmiyyətli dərəcədə 
aşağı  düşür:  Trse-16  nümunəsində  -  4  Trse-18  və  Trse-30  nümunələrində  isə  3dəfə.  Cücərmə 
qabiliyyəti də, hər üç nümunədə  28%, 34%, 28%  artır. Hüceyrə bölünməsinin əmsalı da yuxarı 
qalxır. Belə ki,Trse-16 -da 11,03%-dan  16,23%-ə;  Trse-18-də 10,3%-dan 15,6 –ya;   Trse-30-da 
12,93%-dan 18,1%-ə qalxır, yəni nümunələrin 3-də də proliferasiya fəallığı əhəmiyyətli dərəcədə 
yüksəlir.  Beləliklə,  alınan  nəticələrdən  məlum  olur  ki,  genbankda  uzun  müddət  (10  il)  
saxlanılma nətıcəsındə cücərmə qabiliyyəti və irsi tamlığı  zəifləmiş toxumları hibberellinin 1.10
-

mkq/ml məhlulunda  cücərtdikdə, onları tam bərpa etmək mümkündür. 
Aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir: 
1.Gengankda  uzun  müddət  saxlanılma  nəticəsində  cücərmə  qabiliyyətini  nisbətən  itirmiş 
toxumlar,  hibberellinin 1.10
-2 
mkq/ml məhlulu ilə emal edildikdən sonra, bərpa olunurlar. 
2.Uzun  müddət  saxlanılma  nəticəsində  öz  irsi  tamlığını  itirən  triticosekale  nümunələri   
qibberellinin  1.10
-2 
mkq/ml  məhlulu  ilə  emal  edildikdən  sonra,  onlarda  xromosom 
aberrasiyalarının tezliyi, ilkin nəzarət səviyyəsinə düşür. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə