Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə12/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   8   9   10   11   12   13   14   15   ...   164

3.Genbank şəraitində uzun müddət saxlanılma nəticəsində hüceyrə bölünməsinin fəallığını itirən 
toxular  hibberellinin  1.10
-2 
mkq/ml    məhlulu  ilə  emal  edildikdən  sonra,  onlarda  hüceyrə 
bölünməsinin fəallığı artır.     
 
ƏDƏBİYYAT 
 
1. Реймерс Ф.Э. Результаты роста и растений М., 1964. 
2. Мехтизаде Э.Р., Нагиева Д.Н., Алекперов У.К.  Влияние фитогормонов на мутационный 
процесс. 1 Всесоюзная Конференция  Регуляторов роста и развития растений. Тез.докл.М., 
Наука 1981, 122. 
3. Муромцев Г.С., Агнистова В.Н. Гиббереллины.М. Наука,1984, 208с. 
4. Гамбург К.З. Фитогормоны и клетки. М., Наука, 1970, 104с.  
5.  Дробышева  Н.А.,  Лукин  А.А.,  Наумов  О.В.  О  влиянии  индолилуксусной  кислоты  на 
генетический обмен у E.coli.К-12.-Изв.АН.СССР,сер.биол.1975 6, 918-920. 
6. Жакоб Ф., Моно Ш. Регуляторные механизмы клетки. «Мир». М., 1964. 
7. Нагиева Д.Н. Автореферат на соискании ученой степени  к.б.н.Баку.1993г. 
8.  Причко  Т.Г.  Влияние  стимуляторов  роста  на  выход  и  качество  рассады  земляники  в 
маточнике. “Критерии  прецизионности  технологий садоводства и виноградарства”.  Кр 
аснодар, 2007,-с 226-230. 
9.Рокицкий  П.Ф.  Введение в статистическую генетику.  Изд.  «Вышэйшая школа». Минск, 
1974. 
ВЛИЯНИЕ ГИББЕРЕЛЛИНА НА СЕМЕНА TRITICOSECALE ДЛИТЕЛЬНОЕ 
ВРЕМЯ ХРАНИВШИЕСЯ В УСЛОВИЯХ  ГЕНБАНКА 
 
Д.Н.НАГИЕВА 
НАНА Институт Генетических Ресурсов 
Были взяты образцы семян, triticosecale,  длительное время хранившиеся в условиях  
генбанка. Было обнаружено, что при длительном хранении семян в генбанке, процент их 
всхожести  падает,  уровень  аберраций  хромосом  возрастает  втрое.  Так  же  падает 
пролиферативная  активность  делящихся  клеток.  При  проращивании  семян  в  растворе 
гиббереллина 1 .10
-2 
мкг/мл  до момента фиксации было обнаружено, что всхожесть семян 
восстанавливается,  уровень  аберраций  хромосом  падает  до  контрольного  уровня, 
пролиферативная активность делящихся  клеток поднимается 
 
THE INFLUENCE OF GIBBERELLINS TO TRITICOCECALE SAMPLES STORED IN 
GENEBANK FOR A LONG  TERM  CONSERVATION 
 
J.N. NAGIYEVA 
Genetic  Resources  Institute,  ANAS 
 
There has been conducted the monitoring of triticosecale samples stored in genebank for a 
long  term  conservation.  Their  germination  percent  and  the  chromosome  aberration  frequency 
was  tested.  It  has  been  founded  that    in  32  samples  the  germination  ability  increased,  the 
chromosome aberrations’ cooficient have been strived to reclaim the inactive seeds  by growth-
regulating gibberellins. 
 
UOT 633:14   
 
ŞƏKİ MƏNŞƏLİ S. SEGETALE-NİN (Zhuk) ROSHEV STRES AMİLLƏRƏ 
DAVAMLILIĞI, MƏHSULDARLIQ VƏ ÇÖRƏYİN ORQANOLEPTİK 
ELEMENTLƏRİ  


G.Q.RƏFIYEVA, G.S. MƏCİDOVA, N.S.ƏHMƏDOV
2
,M.S.ŞÜKÜROV
2
  
1-AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı1106, Azadlıq 155 
2- Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Şəki DM 
 
Tədqiqatda  Şəki  mənşəli  S.  segetale-nin  stres  amillərə  davamlılığı,  məhsuldarlıq 
elementləri və  çörəyin orqanoleptik əlamətləri öyrənilmişdir. Çovdarın bu forması quraqlığa və 
duza yüksək davamlı kimi qiymətləndirilmişdir. 
 
 
Açar sözlər: çovdar, quraqlıq, davamlılıq, çörək keyfiyyəti, 1000 dənin kütləsi  
Ключевые слова: рожь, засуха, устойчивость, качества хлеба, масса 1000 зерен 
Key words: rye, drought, resistance, quality of bread, 1000-grain weight 
 
Toxumları zəngin kimyəvi tərkibə malik olan S. segetale (Zhuk) qiymətli kənd təsərrüfatı 
bitkisidir. Dağlıq Zaqafkaziya və Ön Asiyanın ona yaxın rayonları bu növün mənşəyi sayılır [1]. 
Buğda və digər bitkilərlə müqayisədə torpağın münbitliyinə az tələbkar olub, becərildiyi şəraitə 
daha  tez  uyğunlaşan  və  xəstəliklərə  davamlıdır.  Odur  ki,  seleksiya  işlərində  yeni  buğda 
genotiplərinin yaradılmasında çovdardan bir donor kimi istifadə olunur  [2]. 
Çovdar toxumlarının zülalında bəzi amin turşularının (lizin, arginin, valin, treonin) miqdarı 
buğda  toxumlarının  zülalı  ilə  müqayisədə  yüksəkdir.  Lakin  toxumlarda  zülalın  miqdarı  və 
keyfiyyəti bəzən müxtəlif faktorlardan (iqlim, torpaq, becərilmə şəraiti) asılı olaraq dəyişə bilir 
[3]. 
Tədqiqatın  məqsədi  Şəki  mənşəli  S.  segetale-nin  stres  amillərə  (quraqlıq,  duzluluq) 
davamlılığının və çovdar çörəyinin orqanoleptik əlamətlərinin öyrənilməsidir.  
Tədqiq olunan formanın stres amillərə qarşı davamlılığı yaşıl piqment kompleksində gedən 
dəyişkənliyin  dərəcəsinə  görə  qiymətləndirilmişdir  [4].  Bu  məqsədlə  laboratoriya  şəraitində 
generativ orqanlara yaxın yarpaqlardan dairəciklər götürülmüş, nəzarət-su; təcrübi variantlar duz 
(2%),  saxaroza  (20  atm)  məhlullarında  24  saat  saxlanılmış,  sonra  nümunələr  məhlullradan 
çıxarılmış,  filtr  kağızı  ilə  qurudularaq,  96%-li  spirtə  keçirilmişdir.  4-5  gün  ərzində  xlorofilin 
miqdarının dəyişməsinə UV-3100PC aparatında 2 dalğa uzunluğunda (E665-649) baxılaraq stres 
depressiya dərəcəsi tapılmışdır. Stres təsirindən sonra piqmentlərin (xlorofil “a” və xlorofil “b”) 
nəzarətə nisbətən dəyişilmə faizini müqayisə etməklə stres-depressiya dərəcəsi aydınlaşdırılmış 
və  həmin  nümunələrin  stres  amillərə  nə  dərəcədə  davamlı  olması  müəyyən  edilmişdir.  Stres 
təsirindən  piqmentlərin  miqdarı  nə  qədər  az  dəyişilirsə  nümunələr  bir  o  qədər  davamlı  olurlar 
[4]. 
Çörəyin  arqonoleptik  göstəriciləri,  çörəyin  həcmi,  forması,  səthi,  üz  qabığının  rəngi, 
məsaməliyi,  elastikliliyi,  yumşaq  hissəsinin  rəngi  təyin  edilmişdir.  Bu  məqsədlə  1kq  dən 
üyüdülmüş  alınan  undan  AzET  Əkinçilik  İnstitutu  Dənin  keyfiyyəti  laboratoriyasında  çörək 
bişirilmiş və çörəyin bal sistemi ilə ümumi qiyməti müvafiq təsnifata görə aparılmışdır [5].   
Məlumdur  ki,  bitkilərin  xarici  mühit  amillərinə  qarşı  davamlılığının  tədqiqində  xlorofil 
(a+b)-nin  miqdarının  artıb,  azalması  böyük  rol  oynayır.  Xlorifil  “a”  bitki  həyatı  üçün  daha 
önəmli olub, stres təsirindən daha tez dəyişir. Xlorifil “b” isə su iə birləşmiş şəkildə olduğundan 
stresin təsirindən daha az parçalanır. Xlorofil “a”-nın “b”-yə olan nisbəti yüksək olanda həmin 
nümunə daha çox davamı olur.  
Öyrənilən  formanın  adı  çəkilən  metodla  quraqlıq  və  duzluluğa  davamlılığı  nəzarətə 
nisbətən  müqayisəli  şəkildə  qiymətləndirilmişdir.  Belə  ki,  xlorofil  (a+b)-nin  mkq-larla  miqdarı 
nəzarətdə 9,56, duzun təsirindən 9,60, quraqlıqda 9,66-a bərabər olmuşdur (Cədvəl 1). 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə