Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə23/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   19   20   21   22   23   24   25   26   ...   164

 
 
устойчивого к биотическим и абиотическим факторам исходного материала для селекции 
овощных  культур.  Определены  эффективные  селективные  системы  и  схемы  клеточной 
селекции  для  отбора  клеточных  линий,  устойчивых  к  фузариозному  увяданию  (томат, 
перец  сладкий,  баклажан,  разные  виды  капусты  кочанной),  альтернариоза  (морковь, 
томат), засухоустойчивости (томат, чеснок, капуста савойская), солеусточивости (томат), 
жароустойчивости (баклажан). Выводы. Рекoмендуется использовать способы клеточной 
селекции  для  ускоренного  получения  селекционных  форм,  способных  выдерживать 
стрессовые условия и удачно восстанавливаться после них. 
 
 
CELL BREDING OF VEGETABLE CROPS ON RESISTANCE TO BIOTIC AND 
ABIOTIC FACTORS OF ENVIRONMENT 
 
IVCHENKO T., BASHTAN N., VITSENYA T., MIROSHNICHENKO T., 
MOZGOVSKA Н. 
 
Abstract.
  Objective:  biotechnological  methods  for  accelerated  selection  is  resistant  to 
biotic and abiotic factors of the source material for breeding of vegetable crops. Methods. In the 
research  methods  used  organ  and  tissue  culture  -  culture  and  ginogenesis  somatic  tissues  and 
cells  embryoculture,  microclonal  cell  reproduction  and  breeding;  mycological  methods  -  to 
identify  pathogens,  isolation  them  in  pure  culture,  receiving  mono  spore  isolates  and  filtrate 
culture  fluid;  statistical  methods  -  to  analyze  the  reliability  of  the  results  of  research.  Results. 
Already  presented  the  results  of  cell  selection  in  culture  in  vitro  on  the  development  of  rapid 
screening methods and transoms resistant to biotic and abiotic factors of the starting material for 
the  selection  of  vegetables.  Already  been  identified  the  effective  selective  systems  and  cell 
selection  circuit  for  selecting  of  cell  lines  that  are  resistant  to  Fusarium  wilt  (tomato,  pepper, 
eggplant,  various  types  of  cabbages),  Alternaria  (carrot,  tomato),  drought  resistance  (tomato, 
garlic,  savoy  cabbage)  solinity  (tomato),  heat  resistance  (eggplant).  Conclusion.  Recommend 
use  the  methods  of  cell  selection  for  expedited  selection  forms  that  can  withstand  stressful 
conditions and successfully recover from. 
 
 
UOT 635.61/63 
 
AZƏRBAYCANIN MÜXTƏLİF YEMİŞ (CUCUMIS MELO L.) GENOTİPLƏRİNİN 
BEYNƏLXALQ DESKRİPTORA ƏSASƏN QİYMƏTLƏNDİRİLMƏSİ  
 
N.Ə.QULİYEV 
AMEA Genetik Ehtiyatlar İnstitutu azadlıq pros. 155, AZ 1106, Baku, 
 Azərbaycan e-mail: n.quliyev@yahoo.com 
 
Respublikanın müxtəlif bölgələrindən toplanmış 28 müxtəlif yemiş nümunəsinin morfoloji 
əlamətləri Beynəlxalq Deskriptora əsasən qiymətləndirilmişdir. 
 
Açar sözlər: Yemiş, toplama, morfoloji, qiymətləndirmə, deskriptor 
Клячевые слова:  
Key words: 
 
 
Bostançılığın  xalq  təsərrüfatının  inkişafında  böyük  əhəmiyyəti  vardır.  Belə  ki,  yemiş 
meyvələri çox şəkərli, şirəli, sərinləşdirici olub, aclığı və susuzluğu aradan qaldırır. Tərkibində 
olan şəkərin miqdarına görə qarpız və yemiş tərəvəzlərdən üstün olub, şaftalı, gilas, ərik, hətta 


 
 
üzüm  kimi  çox  şəkərli  meyvələrə  bərabər  tutulur.    Buna  görə  də,  bostanı  birillik  bağ  da 
adlandırırlar [1]. 
Azərbaycanda bostançılıq bizim eradan əvvəl I minillikdə və bizim eranın I minilliyində 
yüksək  inkişaf  dərəcəsinə  çatmış  və  əhalinin  təsərrüfat  həyatında  vacib  rol  oynamışdır.  Orta 
əsrlərdə də Azərbaycanda  bostançılıq çox inkişaf etmişdir [1]. Hələ qədim zamanlardan bostan 
bitkisinin  xalq  seleksiyası  yolu  ilə  çox  qiymətli  əlamətlərə  malik  yerli  sort  və  sort  formaları 
yaradılmışdır.  Azərbaycanda  hər  bir  bostan  bitkisi,  öz  bioloji  təlabatına  uyğun  torpaq-iqlim 
şəraiti olan bölgələrdə daha çox yayılmış, onların yüksək keyfiyyətli sortları əmələ gəlmiş, lakin 
zaman keçdikcə onların çoxu sıradan çıxmışdır. Bu proses əsrlərlə davam etmişdir [2]. 
Yemiş  (Cucumis  melo  L.;  2n=2x=24,  Cucurbitaceae),  morfoloji  cəhətdən  müxtəlifliyə 
malik  olan,  çarpaz  tozlanan,  iqtisadi  əhəmiyyətli  bitkidir  [3;4].  Yemiş  tropik  və  subtropik 
rayonlarında,  həmçinin  mülayim  iqlimli  ölkələrdə  geniş  becərilir  [5].  Azərbaycanda  yabanı 
halda  xırda  meyvəli  yemiş  nümunələrinin  geniş  yayılması,  vaxtilə  yüzlərlə  yemiş  sortlarının 
olması,  ”dutma”  üsulu  ilə  yemiş  becərmə  aqrotexnikasının  təkcə  Naxçıvanda  olması  onun 
Azərbaycanda  ilk  dəfə  yabanı  formalardan  mədəniləşdirildiyini  və  buranın  da  yemişin 
vətənlərindən biri olduğunu söyləməyə əsas verir [1]. 
Yemişin tərkibində 6-18 % şəkər olur. Qurudulmuş yemişdə isə şəkərin miqdarı 50-70 %-ə 
çatır. Bundan başqa yemişdə 20-35 % C vitamini, 1 mq % A provitamini olur. Yemişdən cem, 
mürəbbə, sirə hazırlanır, yarım kal meyvələri duza qoyulur. Əsasən, təzə halda yeyilir [1].  
Bitki genetik ehtiyatlarının toplanmasının əsas məqsədlərindən biri, onların əsas əlamətlər 
kompleksinə  görə  öyrənilməsi,  fundamental    və  praktik    seleksiya  üçün  qiymətli  formaların 
seçilməsi yolu ilə işin əhəmiyyətinin artırılmasına və sürətləndirilməsinə xidmət etməkdir [6]. 
Tədqiqat işinin materialı yemişin Azərbaycan ərazisində yayılmış xalq seleksiyası sortları, 
seleksiya  sortları,  hibrid  və  populyasiyaları  və  Genetik  Ehtiyatlar  İnstitutu  nəzdində  olan  Milli 
Genbankda mühafizə edilən genotipləridir.  
Toplanmış  materiallar  bir  birindən  təcrid  olunmuş  şəraitdə,  cərgəvi  üsulla,  Genetik 
Ehtiyatlar İnstitutunun Abşeron Təcrübə Bazasında, Saray Dayaq Məntəqəsində, Ağdaş Dayaq 
Məntəqəsində və Cəlilabad rayonunda, uzun tağlı nümunələr 2,0x0,5m, qısa tağlı nümunələr isə 
1,5x0,5m  əkin  sxemi  ilə  tək-tək  becərilmiş,  biomorfoloji  əlamətləri,  təsərrüfat  əhəmiyyətli 
göstəriciləri  öyrənilmışdir.  Yemiş  bitkilərinin  biomorfoloji  əlamətlərinin  təyini  və 
qiymətlədirilməsi  məqsədilə  isə  Beynəlxalq  bikti  Genetik  Ehtiyatları  İnstitutu  tərəfindən 
müəyyənləşdirilmiş “Yemiş bitkisi üçün deskriptorlar”dan istifadə edilmışdir [7]. 
Nümumələr  Genetik  Ehtiyatlar  İnstitutunun  Abşeron  Təcrübə  Bazasında,  Saray  Dayaq 
Məntəqəsində,  Ağdaş  Dayaq  Məntəqəsində  və  Cəlilabad  rayonunda  fərdi  təsərrüfatda 
öyrənilmək  məqsədilə  əkilmişdir.  Beynəlxalq  deskriptora  əsasən  nümunələr  üzrə  10-bitkidə 
qeydlər aparılmışdır. Alınan nəticələr cədvəldə verilmişdir.  
Cədvəldən  göründüyü  kimi  meyvələrin  rəngində  əsasən  narıncı  və  sarı  rənglər  üstünlük 
təşkil  etmişdir.  Bəzi  nümunələrdə  isə  qəhvəyi,  mixəyi,  boz  və  yaşıl  rənglər  müşahidə 
olunmuşdur. Öyrənilən genotiplərdən 8-nümunənin meyvələri uzunsov, 6-sının kürə şəkilli, 7-
sinin  oval,  2-sinin  yumurtavarı,  5-inin  meyvələri  isə  yastı-yumru  formada  olmuşdur.  Meyvə 
lətinin rəngi 17-nümunədə krem, 6-nümunədə açıq krem, 3-nümunədə tünd krem, 2-nümunədə 
açıq narıncı rəngdə olmuşdur. Meyvə lətinin qalınlığı əsasən, 4-5 sm arasında dəyişir. Ən qalın 
lətli nümunə Masallı-2 nümunəsi (5 sm), ən nazik lətli nümunə isə Astara-4 nümunəsi olmuşdur 
ki, bu nümunədə lətin qalınlığı 3 sm olmuşdur. Meyvənin dadı 15 nümunədə şirin, 8 nümunədə 
az  şirin,  5  nümunədə  isə  dadsız  olmüşdür.  Saxlanmaya  və  daşınmaya  davamlılığa  görə  3 
nümunə davamlı, 3 nümunə davamsız, 22 nümunə isə orta davamlı olmuşdur. 
Müxtəlif formalı yemiş nümunələrinin bəzilərinin şəkli aşağıda verilmişdir (Şəkil 1,2,3,4). 
 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə