Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə26/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   22   23   24   25   26   27   28   29   ...   164

 
 
2.
 
Dağətəyi ərazilərdə (dəniz səviyyəsindən 600-1200 m hündürlükdə yerləşən) tezyetişən və orta 
tezyetişən sortların becərilməsi və əkinin 1-31 mart müddətində keçirilməsi vacibdir. 
3.
 
Dağlıq  ərazilərdə  (dəniz  səviyyəsindən  1200-2000  m  hündürlükdə  yerləşən)  orta  tezyetişən  və 
orta yetişən sortların becərilməsi və əkinin 10-30 apreldə aparılması zəruridir. 
4.
 
Yüksək dağlıq ərazilərdə (dəniz səviyyəsindən 2000-2500 m hündürlükdə yerləşən) orta yetişən 
və orta gecyetişən sortlar becərilməlidir. Əkin isə 20 aprel-10 may müddətində aparılmalıdır. 
Kartof istehsalında əlverişsiz iqlim şəraitinin yaratdığı stres faktorların təsirini azaldan normal 
məhsuldarlığın  alınmasına  təsir  göstərən  səbəblər  sırasına  yumruların  əkin  dərinliyinin,  əkin 
sıxlığının  və  əkin  üsullarının  torpaq  şəraitinə  uyğun  seçilməsi  həlledici  amillərdəndir.  Aparılmış 
çoxsaylı tədqiqatların nəticələrinə görə bir hektar əkin sahəsində tezyetişən sortların 57 min (70x25 
sm əkin sxemində), orta tezyetişən sortların 52,9 min (70x27 sm sxemində), orta gecyetişən sortların 
47,6 min  (70x30 sm sxemində) bitkisi becərilməlidir.  
Əkin dərinliyi nizamlanarkən nəzərə alınmalıdır ki, yumruların dayaz əkini (4-6 sm) rütubətli 
yerlərdə, dərin əkin (10-12 sm) su çatışmazlığı olan torpaq sahələrində aparılmalıdır. 
Torpağı  yüngül  və  qumsal  olan  əkin  sahələrində  alçaq  tirəli  və  maili  əkinin  aparılması 
məsləhətdir. Əks halda əkin sahəsinin torpağı tez quruyur və suvarma suyuna olan tələbat artır. 
Kartofun  xırda  yumruları  dayaz  (5-6  sm  dərinlikdə),  iri  yumruları  isə  nisbətən  dərin  (10-12 
sm)  əkilir.  Nəzərə  alınmalıdır  ki,  əkin  müddəti  gecikərsə,  yumruların  torpağa  daha  dərin 
basdırılması lazımdır ki, onlar nəmli hissəyə düşsünlər. 
Yüngül  qumsal  torpaqlarda  üzvi  gübrələr  erkən  yazdan  verilməlidir  ki,  güclü  yağışların 
təsirindən  qida  maddələrinin  yuyulub  getmə  ehtimalı  az  olsun.  Əkin  üçün  40  qramdan  kiçik 
yumrular istifadə edildikdə quru torpaqlar yumrulardakı nəmliyi özünə çəkir, nəticədə məhsuldarlıq 
aşağı düşür. Toxumluq yumrular 100 qramdan çox olduqda isə bitkilər güclü inkişaf edir, bu zaman 
bitkilər  torpaqdan  daha  çox  qida  maddələri  qəbul  edir.  Torpaqda  qida  maddələri  çatmadıqda 
bitkilərin inkişafı zəifləyir, məhsuldarlıq azalır. Həmçinin iri yumruları kəsib əkdikdə xırda hissələri 
(30 qramdan az) əkmək məsləhət deyildir. Çünki, bu zaman əkinlərdə seyrəkliyin alınma ehtimalı 
çox  olur.  Ona  görə  də  bütün  bölgələrdə  kartof  əkinlərinin  50-80  qramlıq  yumrularla  aparılması 
məsləhətdir. 
Əkin qabağı yumruların cücərdilməsi də vacib aqrotexniki tədbir sayılır. Belə ki, optimal əkin 
müddətində  əkin  aparıldıqda  bitkilər  qış-yaz  yağıntılarından  əmələ  gələn  nəmlikdən  səmərəli 
istifadə edir. İstilər düşənədək lazım olan miqdarda məhsul əmələ gəlir. Əkinlərdə dibyumşaltma və 
dibdoldurma əməliyyatlarının  vaxtında  aparılması  torpaqda  əmələ  gələcək  çatların  qarşısını  alaraq 
bitkilərin bir müddət nəmliklə təmin olunmasına şərait yaradır. Əhalinin il boyu  keyfiyyətli kartof 
məhsulu  ilə  təmin  olunması  üçün  aktiv  ventilyasiyalı  saxlanma  anbarının  tikilməsi  də  vacib 
şərtlərdəndir. 
 
ƏDƏBİYYAT   
 
1.
 
Abdullayev  V.T.,  M.Ş.Nəsibova.  Kartofun  bioloji  xüsusiyyətləri  və  becərilmə  texnologiyası. 
Bakı, 2009, “Qanun” nəşr, 15 səh. 
2.
 
Abdullayev V.T., M.Ş.Nəsibova. Kartofun toxumçuluğunda biotexnologiya. Bakı, 2014, 15 səh. 
3.
 
Алиев Б.Г., Алиев И.Н., Агаeв Н.А.-Экологически безопасная технология микроорошения 
сельскохозяйственных культур в условиях недостаточно увлажненных зон Азербайджана. 
Баку, 2002, 161 с. 
4.
 
Babayev  Ə.H.-  Meyvələrin  bərklik  göstəricilərinin  yüksəldilməsi  üzrə  pomidor  sortlarının 
seleksiyası. Bakı, 2001, 130 səh. 
5.
 
Babayev Ə.H.- Azərbaycanda pomidorun müasir əsaslarla seleksiyası. Bakı, 2007, 337 səh. 


 
 
6.
 
Babayev  Ə.H.,  Hüseynov  H.A.-  Pomidorun  məhsuldar,  saxlanmaya,  daşınmaya  və 
konservləşdirməyə yararlı sortlarının seleksiyası. Bakı, 2013, 185 səh. 
7.
 
Babayev Ə.H., Əliyeva Z.K.- Örtülü sahə qurğularında tərəvəz istehsalının elmi əsasları. Bakı, 
2013, 31 səh. 
8.
 
 Babayev Ə.H., Əliyeva Z.K.- Tərəvəz və bostan bitkilərinin elit toxumlarının istehsalı haqqında 
əsasnamə. Bakı, 2013, 45 səh. 
9.
 
Əkpərov Z.İ., Babayev Ə.H., Şıxlınskı H.M., Həsənov S.P.- Acı bibərin yeni yaradılmış “Odlu” 
sortunun  biomorfoloji  və  təsərrüfat  əhəmiyyətli  göstəriciləri.//Az.  ETƏİ-nun  elmi  əsərləri 
məcmuəsi. Bakı, XXV cild, 2014-cü il, 17-21 səh. 
10.
 
 Əmirov Z.S.- Kartof məhsulunun artırılması yolları. Bakı, 1997, 96 səh. 
11.
 
 Справочник  картофелевода.  Под  редакцией  А.И.Занотасва.  М.,  «Агропромиздат». 
1987.350 с. 
 
 
УМЕНЬШЕНИЕ ЧУВСТВИТЕЛЬНОСТИ РАСТЕНИЙ В ЗАВИСИМОСТИ ОТ 
ПРОГНОЗИРУЕМЫХ ИЗМЕНЕНИЙ КЛИМАТИЧЕСКИХ ФАКТОРОВ ВНЕШНЕЙ 
СРЕДЫ И НАДЕЖНОЕ ОБЕСПЕЧЕНИЕ НАСЕЛЕНИЯ ОВОЩНЫМИ 
КУЛЬТУРАМИ И КАРТОФЕЛЕМ 
 
А.Г.БАБАЕВ, В.Т.АБДУЛЛАЕВ, З.К.АЛИЕВА 
 
В  статье  изложены  результаты  научного  анализа  воздействия  изменчивости 
климатических факторов внешней среды на уменьшение чувствительности растений. А также 
указаны  основные  пути  урегулирования  стабильного  производства  продуктов  овощных 
культур и картофеля для бесперебойного обеспечения населения республики. 
 
REDUCTION OF VULNERABILITY OF PLANTS DEPENDING ON PROGNJSTICATED 
CLIMATE CHANGES OF ENVIRONMENT AND 
RELIABLE PROVISION OF PEOPLE WITH VEGETABLES AND POTATOES 
 
A.H.BABAYEV, V.T.ABDULLAYEV, Z.K.ALIYEVA 
 
In the article have been given the results of scientific analysis related to the impact of climate 
changes of environment on reduction of vulnerability of plants. The main ways of regulating  stable 
protection of vegetables and potatoes for sustainable provision of people of the republic have been 
shown too. 
 
 
UOT 634.8: 631.523: 631 
 
AZƏRBAYCANIN BƏZİ YERLİ KİŞMİŞ ÜZÜM SORTLARININ BİOMORFOLOJİ 
VƏ TƏSƏRRÜFAT-TEXNOLOJİ GÖSTƏRİCİLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 
VƏ KLON SELEKSİYASI 
 
V.S.SƏLİMOV 
Azərbaycan ET Üzümçülük və Şərabçılıq İnstitutu, Bakı şəh., Mehdiabad qəsəbəsi 
E-mail: 
vugar_salimov@yahoo.com
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə