Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə27/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   23   24   25   26   27   28   29   30   ...   164

 
 
Məqalə  Ağ  oval  kişmiş,  Ağ  kişmiş,  Çəhrayı  kişmiş,  Qara  kişmiş  və  Sultanı  kişmiş  üzüm 
sortlarının populyasiyasından seçilmiş  yüksəkməhsuldar klon formalarının (27/11, 30/03, 3-22/4, 4-
5/28,  4-18/17,  3-2/12,  5/2-14,  9/2-14,  6/1-02  və  18/1-02  saylı)  morfoloji,  bioloji  və  təsərrüfat-
texnoloji  xüsusiyyətlərinə,  həmçinin  klon  seleksiyasının  əsas  müddəalarına  və  üzümdə  baş  verən 
vegetativ dəyişkənliklərə həsr edilmişdir. Bundan başqa, məqalədə müəyyən göstəricilərə görə üzüm 
sortları və onların klonları arasındakı fərqin dürüstlük dərəcəsini yoxlamaq üçün aparılan riyazi-
statistik tədqiqatların (U, х

və Styudentin-t meyarı) nəticələri və təhlilləri öz əksini tapmışdır. 
 
Açar  sözlər:  seleksiya,  üzüm  sortu,  yerli  sort,  salxım,  gilə,  toxumsuz  üzüm  sortu,  
ampeloqrafik kolleksiya, başlınğıc sort, ekoloji-coğrafi mənşə 
Ключевые  слова:    селекция,  сорт  винограда,  местный  сорт,    гроздь,  ягода,  сорт 
бессемянный,    ампелографическая  коллекция,  исходный  сорт,  эколого-географическoе 
происхождение 
Key  words:  breeding,  grape  varieties,  local  variety,  bunch,  berry,  seedless  variety, 
ampelographic collection, initial variety, ecogeographic origins 
 
Toxumsuz  üzüm  sortlarının  məhsulu  təzə  halda  istifadə  edilmək  üçün  bir  sıra  qiymətli 
əlamətlərə malik olmaqla yanaşı, ondan yüksəkkeyfiyyətli  quru üzüm (kişmiş, mövüc), hətta şirə, 
şərab,  mürəbbə,  cem,  kompot  və  digər  məmulatlar  da  istehsal  olunur.  Bu  məhsullar  arasında  ən 
qiymətlisi  kişmişdir.  Gilədə  toxumun  olmaması  üzümün  diyetik  və  qidalılıq  keyfiyyətini 
nəzərəçarpacaq dərəcədə yüksəldir. Onlardan  ən geniş yayılanı və təsərrüfat əhəmiyyətlisi Korinka  
və Ağ oval kişmiş sortlarıdır. Dünyada kişmiş üzüm sortlarından ibarət üzümlüklərin 80%-ə yaxını 
Ağ  oval  kişmiş  üzüm  sortunun  (sinonimi:  Sultanina,  Tomson  sidlis,  Ağ  kişmiş,    Bedona,  Kişmiş 
safet, Sarı kişmiş və s.) becərildiyi sahələr təşkil edir [1, 12, 16].  
Hal-hazırda  dünyada  keyfiyyətli  qida  məhsulları  istehsalı  ilə  əlaqədar  yüksək  diyetik  və 
qidalılıq dəyərinə malik olan toxumsuz üzüm sortlarına böyük tələbat vardır. Bu məsələ Beynəlxalq 
Üzüm  və  Şərab  Təşkilatının  (OİV)  69-73-cü  Baş  Assambleyasında  xüsusi  qeyd  edilmişdir. 
Həmçinin  Almaniyada  1991-ci  ildə  üzümün  seleksiyası  üzrə  keçirilən  simpoziumda  da  ən  çox 
diqqət toxumsuz üzüm sortlarının yaradılmasına yönəldilmişdir [9-11]. 
Kişmiş  üzüm  sortlarının  dünya  üzümçülüyündəki  böyük  əhəmiyyətinə  baxmayaraq  onların  
sayı 150-dən artıq deyildir. Bu genotiplər şərq ekoloji-coğrafi qrupuna (convar orientalis subconvar 
antasiatica Negr.) aid olan kişmiş və Qara dəniz hövzəsi (convar  pontica Negr.) qrupuna daxil olan 
korinka  tipli  (yunan  üzümü)  toxumsuz  üzüm  sortlarıdır.  Həmin  sortlar  gilələrinin  əsasən  xırda 
olmasına  baxmayaraq  (yeni  hibrid  mənşəli  irigiləli  toxumsuz  sortlar  istisna  olmaqla),  yüksək  dad 
keyfiyyəti  və  şəkərilikləri  ilə  səciyyələnirlər.  Toxumsuz  üzüm  sortları  İranda,  Yunanıstanda, 
Türkiyədə,  Avstraliyada,  ABŞ-da  (Kaliforniyada)  geniş  əkilib-becərilir.  İri  salxımlı  kişmiş  üzüm 
sortları,  gözəl  salxımları,  yüksək  dad  keyfiyyəti,  daşınmaya  davamlılıqları  ilə  seçilsələr  də, 
gilələrinin  nisbətən  xırda  olmaları,  xəstəlik  və  zərərvericilərə,  şaxtaya,  quraqlığa  və  s.  stres 
amillərinə qarşı davamsızlıqları ilə səciyyələnirlər [1, 14]. 
Azərbaycan qiymətli süfrə, texniki üzüm sortları ilə yanaşı kişmiş üzüm sortları (Əsgəri, Ağ 
oval kişmiş, Ağ kişmiş, Çəhrayı kişmiş, Qırmızı kişmiş, Qəhvəyi kişmiş, Girdə kişmiş, Qara kişmiş, 
Daş kişmiş, Mərməri kişmiş, Kor kişmiş, Abşeron kişmişi, Xırça kişmiş, Səbzə, Sultanı kişmiş və s.) 
ilə  zəngindir.  Çox  təəssüf  ki,  yuxarıda  göstərilən  çatışmazlıqlar  (xırdagiləlilik,  xəstəlik  və 
zərərvericilərə,  şaxtaya,  quraqlığa  və  s.  stres  amillərinə  qarşı  davamsızlıq)  Azərbaycanın  kişmiş 
üzüm  sortlarına  da  məxsusdur.  Bunları  nəzərə  alaraq  qiymətli  kişmiş  üzüm  sortlarının 
yaxşılaşdırılması  məqsədilə  onların  klon  seleksiyası  istiqamətində  tədqiqat  işləri  həyata 
keçirilmişdir.  Bunun  üçün  klon  seleksiyasının  fərdi  seçmə  üsulundan  və  tumurcuq  dəyişkənliyi 
nəticəsində  əmələ  gələn  variasiyaların  öyrənilməsi  metodundan  istifadə  edilmişdir.  Belə  ki, 


 
 
üzümçülükdə klon seleksiyasının fərdi seçmə üsulu ilə yüksək məhsuldar tənək və qiymətli zoğların 
hər birinin ayrı-ayrılıqda vegetativ nəsli öyrənilib, irsi olub-olmaması müəyyənləşdirilir və onlardan 
irsən  keçən  qiymətli  təsərrüfat  göstəricilərinə  malik  olanları  seçilərək  təsərrüfatlara  tövsiyə  olunur 
[1-3]. 
Hal-hazırda  dünya  üzümçülüyündə  irigiləli  toxumsuz  (kişmiş)  üzüm  sortlarının  seleksiyasına 
xüsusi  diqqət  yetirilir.  Kişmiş  üzüm  sortlarının  yaxşılaşdırılmasında  və  irigiləli  toxumsuz 
genotiplərin əldə edilməsində klon seleksiyasının rolu əvəzsizdir. 
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun kolleksiya bağında becərilən 
yerli  kişmiş  (Ağ  oval  kişmiş,  Çəhrayı  kişmiş,  Ağ  kişmiş,  Sultanı  kişmiş,  Qara  kişmiş)    üzüm 
sortlarının  fərdi  klon  seleksiyasına  dair  tədqiqat  işləri  aparılmışdır.  Tədqiqatlar  nəticəsində  bu 
kişmiş  üzüm sortlarının populyasiyasından bir sıra yüksəkməhsuldar klon formaları (27/11, 30/03, 
3-22/4, 4-5/28, 4-18/17, 3-2/12, 5/2-14, 9/2-14, 6/1-02 və  18/1-02 saylı) seçilmişdir.  
Tədqiqatın materialını Ağ oval kişmiş sortunun 27/11 və 30/03 saylı, Çəhrayı kişmiş sortunun 
3-22/4 və 4-5/28 saylı, Ağ kişmiş sortunun 4-18/17 və 3-2/12 saylı, Qara kişmiş sortunun 5/2-14 və 
9/2-14 saylı və Sultanı kişmiş sortunun 6/1-02 və  18/1-02 saylı klonlarının tənəkləri təşkil etmişdir. 
Sort və klon tənəklərinin biomorfoloji və təsərrüfat-texnoloji xüsusiyyətləri klassik və müasir 
üsullarla  tədqiq  edilmişdir  [5,  6,  13].  Klon  seleksiyası  işləri  klassik  və  təkmilləşdirilmiş  üsullarla  
həyata  keçirilmişdir  [4,  6,  7,  13,  17-19].  Tədqiqat  işində  nəzarət  variantı  kimi  sortların  adi 
tənəklərindən  istifadə  edilmiş  və  müvafiq  klon  variasiyaları  ilə  müqayisəli  şəkildə  öyrənilmişdir. 
Klon  tənəkləri  ilə    ana  bitkilər  arasındakı  fərqin  dürüstlük  səviyyəsini  yoxlamaq  üçün  kəmiyyət 
əlamətləri  üzrə  qeyri-parametrik  U  (Uilkokson-Manna-Uitni)  və  parametrik  Styudentin  t- 
meyarlarından,  keyfiyyət  göstəriciləri  üzrə  isə-x

(ksi-kvadrat)  üsullarından  istifadə  edilməklə 
müqayisəli  surətdə  statistik  təhlil  aparılmışdır  [8,  15].  Klon  seleksiyası  zamanı  yüksəkməhsuldar 
variasiyaların seçilməsi bir sıra mürəkkəb və zaman tələb edən ardıcıl mərhələlərdən ibarət olmaqla, 
bir çox təsərrüfat və seleksiya əhəmiyyətli kəmiyyət və keyfiyyət göstəricilərinin tədqiqini və onlar 
arasındakı korrelyasiya səviyyəsinin təhlilini tələb edir. 
Bitkilərin  məhsuldarlığı  ilə  gilələrinin  şirəsində  şəkərliliyin  miqdarı  əks  korrelyasiya  təşkil 
etdiyinə  görə  klon  seleksiyasında  yalnız  məhsuldarlıq  göstəricilərinin  hədəf  görülməsi 
məqsədəuyğun  deyil.  Buna  görə  üzüm  sortlarının  populyasiyasındakı  yüksəkməhsuldar  klon 
tənəklərin seçilib-qiymətləndirilməsində ayrı-ayrı məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə yanaşı 
tənəkdə 3 əsas seleksiya əhəmiyyətli göstəricinin- tənəyin zoğ yükü, kolun məhsuldarlığı və gilənin 
şirəsindəki  şəkərliliyin  dəyişməsi  və  birləşməsi  əsasında  müəyyən  edilən  zoğun  məhsuldarlıq 
indeksindən istifadə edilmişdir. Bu, bir zoğda gilənin şəkərtoplamasının real miqdarını əks etdirən 
əmsal  göstərici  olmaqla,  məhsulun  keyfiyyətini  azaltmadan  yüksək  məhsul  verən  genotiplərin 
seçilməsinə imkan verir [1, 19]. 
Zoğun məhsuldarlığı,  yaxud zoğun məhsuldarlıq indeksi tənəyin ümumi məhsulunun və  ya 
kolun məhsulundakı şəkərliliyin miqdarının ümumi yaşıl zoğların sayına olan nisbəti, ya da zoğun 
bar  əmsalının  salxımların  orta  kütləsinə  hasili  ilə  hesablanır  (Diqqət:  Qiymətləndirmə  məqsədilə 
tənəklərdəki ilkin bütün salxımlar və yaşıl zoğlar saxlanılmalıdır). 
yaxud
S
M
İ
ZM
zoğ
kol
ZM
,


,  
 
SALXIM
ZM
M
K
İ
ZM



1
 
 
Burada: ZM- zoğun məhsuldarlığı; 
              İ
ZM
- zoğun məhsuldarlıq indeksi; 
             M
kol
- kolun məhsuldarlığı, qram; 
S
zoğ
- tənəkdə yaşıl zoğların sayı; 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə