Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə29/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   25   26   27   28   29   30   31   32   ...   164

 
 
əkilmişdir.  Həmin  protoklonların  vegetativ  nəsilləri,  yəni  klonlar  onların  müvafiq  nömrələri  ilə 
adlandırılmışdır. 
Klon tənəklər bara düşdükdən sonra onların da ilbə-il (2004-2010-cu illər) morfoloji, bioloji 
və  təsərrüfat-texnoloji  göstəriciləri  müəyyən  edilmiş,  əlamətlərin  vegetativ  nəsildə  irsi  olub-
olmadığı müəyyən edilmişdir. Klon seleksiyası proqramında  yüksəkməhsuldar klonların seçilməsi 
işində  salxım  və  gilələrin  biometrik  ölçülərinin  müəyyənləşdirilməsi  vacibdir.  Tədqiqatlar 
nəticəsində müəyyən edilmişdir ki, öyrənilən üzüm sortlarının adi tənəklərində salxım və  gilələrin 
ölçüsü,  salxımda  gilənin  sayı  onların  klon  formaları  ilə  müqayisədə  nəzərəçarpacaq  dərəcədə 
aşağıdır.  Bu  isə  öz  növbəsində  klon  variasiyalarında  salxım  və  gilələrin  kütləsinin  xeyli  yüksək 
olmasına təsir göstərmişdir (cədvəl 1).  
 
Tədqiq edilən üzüm sortlarının və klon tənəklərinin salxım və  
gilələrinin morfoloji göstəriciləri 
 
Cədvəl 1 
 
Sort və 
klonlar 
 
Salxımın ölçüsü, sm 
Gilənin ölçüsü, mm 
 
uzunluğu  CV, 

eni 
CV, 

uzunluğu  CV, 
 % 
eni 
CV, 


± S

x
 

±S

x
 

± S

x
 

± S

x
 
Ağ oval 
kişmiş 
14,6± 0,34  12,3 
10,5±0,28 
14,1 
11,0±0,19  9,2 
8,8±0,28 
16,9 
27/11 
20,8±0,43 
11,0 
12.6±0.24 
10,1 
13,2±0,27  10,8 
10,2±0,22 
11,4 
30/03 
23,3±0,58 
13,2 
13,0±0,24 
9,8 
14,4±0,31  11,4 
11,0±0,14 
7,3 
Çəhrayı  
kişmiş 
15,4±0,58  19,6  9,6±0,35 
19,0 
12,2±0,36  15,3 
9,8±0,34 
18,0 
3-22/14 
24,6±0,67  14,2  15,2±0,28  9,6 
15,7±0,24  7,9 
13,0±0,19 
7,6 
4-5/28 
17,4±0,82  24,5  11,1±0,38  17,8 
13,0±0,29  11,6 
10,8±0,29 
14,0 
Ağ kişmiş 
15,0±0,43  15,0  10,3±0,28  14,1 
11,8±0,28  12,3 
9,8±0,19 
10,0 
4-18/17 
23,7±0,48  10,5  12,2±0,24  10,2 
14,2±0,28  10,3 
11,0±0,24 
11,3 
3-2/12 
16,3±0,28  8,9 
11,1±0,24 
11,2 
14,0±0,28  10,4 
11,0±0,34 
16,0 
Qara kişmiş 
16,6±0,75 
21,4 
7,8±0,38 
19,8 
16,8±0,26  5,4 
13,8±0,18 
4,0 
5/2-14 
31,4±0,42 
11,6 
13,4±0,28 
11,6 
19,2±0,32  5,7 
16,0±0,20 
4,0 
9/2-14 
27,6±0,48 
8,8 
18,8±0,24 
10,4 
18,0±0,27  3,8 
15,4±0,19 
3,9 
Sultanı kişmiş  23,2±0,66  19,2  10,2±0,26  39,2 
15,5±0,25  5,0 
12,6±0,14 
4,6 
6/1-02 
25,8±0,52 
10,6 
12,6±0,22 
26,9 
21,6±0,29  4,2 
15,6±0,20 
5,8 
18/1-02 
29,6±0,37 
13,6 
17,3±0,24 
24,2 
19,2±0,26  4,2 
14,2±0,17 
4,6 
Öyrənilən  sortların  və  seçilmiş  klon  bitkilərinin  perspektivliyinin  qiymətləndirilməsi 
məqsədilə  məhsuldarlıq  və  məhsulun  keyfiyyət  göstəriciləri    müqayisəli  şəkildə  tədqiq  edilmişdir 
(cədvəl 2). 
Tənəklərin budanması zamanı Ağ oval kişmiş sortuna 54,  27/11 klon tənəyinə 50, 30/03 klon 
tənəyinə 55, Çəhrayı kişmiş sortuna 42, 3-22/14 və 4-5/28 saylı klon variasiyalarına 45, Ağ kişmiş 
sortuna  42,  4-18/17  klonuna  53,  3-2/12  klonuna  31  ədəd,  Qara  kişmiş  və  klonlarına  40-42  ədəd, 
Sultanı kişmiş sort  və klonlarına isə 42-44 ədəd  gözcük yükü verilmişdir. Tədqiqat zamanı məlum 
olmuşdur  ki,  tənəklərdə  saxlanılan  gözcüklərin  76,8  (Ağ  oval  kişmiş)-97,4%-i  (18/1-02  saylı  klon 
variasiyası)  açılmış  və  onlardan  zoğlar  inkişaf  etmişdir.  Sortların  bioloji  xüsusiyyətlərindən  asılı 
olaraq tənəklərdə əmələ gələn yaşıl zoğların bir qismi barlı, digəri isə barsız olmuşdur. 


 
 
Tədqiqat zamanı müəyyən edilmişdir ki, öyrənilən sort və klon variasiyalarında barlı zoğların 
miqdarı 38,0 (30/03 klon variasiyası) – 70,0% (27/11 klon variasiyası) arasında dəyişir. 
Üzüm sortlarının ən vacib məhsuldarlıq elementlərindən biri tənəkdəki salxımların sayıdır. Bu  
göstərici  tədqiq  edilən  sort  və  klon  variasiyalarında  kifayət  qədər  fərqlənməklə, Qara  kişmişdə  14 
ədəd,  Sultanı  kişmişdə  15,  Çəhrayı  kişmiş  və  Ağ  kişmiş  sortlarında  17  ədəd,  9/2-14  və  18/1-02 
klonlarında 18 ədəd,  6/1-02 klonunda 24 ədəd, 5/2-14 klonunda 26 ədəd, Ağ oval kişmiş sortunda 
28  ədəd,  3-22/14  klon  variasiyasında  21  ədəd,  4-18/17  klon  variasiyasında  23  ədəd,  30/03  klon 
tənəyində  30,4-5/28  klon  variasiyasında  33  ədəd,  27/11  klon  formasında  34,3-2/12  klon 
variasiyasında  isə  35  ədəd  təşkil  etmişdir.  Ümumiyyətlə,  salxımların  miqdarı  klon  formalarında 
valideynləri ilə müqayisədə xeyli çox olmuşdur. 
Zoğun bar əmsalı üzüm sortlarının ən vacib məhsuldarlıq göstəricilərindən biridir. Bu göstərici 
tənəkdəki  çiçək  salxımlarının  ümumi  zoğların  sayına  olan  nisbətini  ifadə  edir.  Tədqiqat  zamanı 
məlum olmuşdur ki, zoğun bar əmsalı valideyn sortların tənəklərində xeyli aşağı olmaqla, müvafiq 
olaraq 0,39-0,68, onların klon variasiyalarında isə xeyli yüksək olmaqla 0,44-1,00 arasında tərəddüd 
edir. Müəyyən  edilmişdir ki, tədqiq edilən üzüm sortlarında və klon variasiyalarında məhsuldarlıq 
əmsalı (barlı zoğların bar əmsalı) 1,0 (Ağ oval kişmiş)-1,65 (4-5/28 klon tənəyi) arasında tərəddüd 
edir. 
Salxımların  orta  kütləsi  tənəyin  məhsuldarlığının  formalaşmasında  ən  başlıca  göstəricilərdən 
biridir. Tədqiqat zamanı məlum olmuşdur ki, salxımın orta kütləsi Ağ oval kişmişdə 168,0 q,  3-2/12 
klon  tənəyində  188,3  q,  Çəhrayı  kişmişdə  185,5  q,  4-5/28  klon  tənəyində  214,3  q,  Ağ  kişmiş 
sortunda 227 q, 27/11 klon formasında 260,0 q,  Qara kişmişdə 263,3 q, 3-2/14 klon tənəyində 275 
q, Sultanı kişmişdə 276,6 q, 4-18/17 klon tənəyində 294 q, 30/03 klon tənəyində  298,0 q, 6/1-02 
klon tənəyində 362,4 q, 5/2-14 klon formasında 412,4 q, 18/1-02 klon variasiyasında 456,8 q, 9/2-14 
klon tənəyində isə 560,6 q-dır. Göründüyü kimi, klon formalarında valideynlərinə nisbətən daha iri 
salxımlar  əmələ  gəlir  (3-2/12  klon  variasiyası  istisna  olmaqla)  və  bu  əlamət  vegetativ  nəsildə 
irsiləşir. 
Tənəyin məhsuldarlığı Çəhrayı kişmiş sortunda 3,4 kq, Qara kişmiş sortunda 3,7 kq, Ağ kişmiş 
sortunda  3,8 kq, Sultanı kişmiş sortunda 4,1 kq, Ağ oval kişmiş sortunda 4,6 kq olmaqla, seçilmiş 
klon  variasiyalarından  xeyli  aşağı  göstəriciyə  malik  olmuşdur.  Seçilmiş  klon  tənəklərində 
məhsuldarlıq  Çəhrayı  kişmiş,  Ağ  kişmiş  və  Ağ  oval  kişmiş  sortlarının  adi  tənəklərindən  nəzərə 
çarpacaq dərəcədə yüksək olmaqla, 3-22/4 klon tənəyində 5,8 kq, 3-2/12 klon tənəyində 6,4 kq, 4-
18/17 klon tənəyində 6,6 kq, 4-5/28 klon tənəyində isə 6,8 kq, 30/03 klon formasında 8,6 kq, 27/11 
klon formasında 8,8 kq,  18/1-02 klon variasiyasında 8,2 kq, 6/1-02 klon tənəyində 8,7 kq, 9/2-14 
klon tənəyində isə 10 kq, 5/2-14 klon formasında 10,7 kq olmuşdur. Göründüyü kimi, klon formaları 
bilavasitə  çox  yüksək  məhsuldarlıq  nümayiş  etdirirlər.Tədqiqat  zamanı  müəyyən  olunmuşdur  ki, 
hektardan məhsuldarlıq isə tədqiq edilən sort və klon variasiyalarında 75,5 (Çəhrayı kişmiş)-237,8 
s/ha  (5/2-14  klon  variasiyası)  arasında  tərəddüd  edir.  Aparılan  riyazi-statistik  araşdırmalar  zamanı 
məlum olmuşdur ki, sortların adi tənəkləri ilə klon formalarının tənəyinin məhsuldarlıq göstəriciləri 
arasında fərq əhəmiyyətli dərəcədə dürüstlük təşkil edir.  
Tədqiqat  zamanı  sort  və  klon  tənəklərində  əmələ  gələn  barsız  və  barlı  (bir,  iki,  üç  salxımlı) 
zoğların  miqdarı  da  müəyyən  olunmuşdur.  Məlum  olmuşdur  ki,  Ağ  oval  kişmiş  və  Qara  kişmiş 
sortlarında yalnız bir salxımlı, Çəhrayı kişmiş, Sultanı kişmiş, Ağ oval kişmiş sortlarında və 27/11, 
30/03, 3-22/14, 18/1-02 , 6/1-02,  9/2-14 və 5/2-14 saylı klon variasiyalarında klon formalarında bir 
və  iki  salxımlı,  4-5/28,  4-18/17,  3-2/12  saylı  klon  tənəklərində  isə  həm  bir,  iki,  həm  də  ki,  üç 
salxımlı barlı zoğlar inkişaf etmişdir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə